FəNN: mobil rabiTƏNİn veriCİ VƏ QƏbulediCİ avadanliqlari mühaziRƏLƏr konsbekti Hazırladı: KƏRİmova sədaqəT
Radioverici qurğuların siniflərə bölünməsi
Download 0.49 Mb.
|
Mobil-rabitə-sistemlərinin-verici-və-qəbuledici-qurğuları
Radioverici qurğuların siniflərə bölünməsi
İstənilən rabitə sisteminin tərkibində radioverici qurğular var.Onun vəzifəsi qida mənbəyinin enerjisinin elektromaqnit rəqsləri enerjisinə çevirmək və bu rəqsləri idarəetməkdir.Radioverici qurğularda rəqslər yaradılarkən bu rəqslərin gücləndirilməsi,idarə olunması tələb olunur.Bu məqsədlə müxtəlif diapazonlarda və müxtəlif məqsəd üçün işlədilən radioverici qurğuların sxemini təhlil etmək lazımdır.Aşağıdakı şəkildə radiovericinin ümumiləşdirilmiş struktur sxemi verilmişdir. Burada yüksək tezlik(rəqslər,verici generator və yaxud oyadıcı tərəfindən yaradılır.İlkin kaskadlarda(İK) bu YK-rəqslər gücləndirilir.Bəzən isə onların tezliyi artırılır.(Tezlik vurucu kaskadlar vasitəsi ilə və ya onlar amplituda görəmoduliyasiyaya(manipluyiasiya)olunurlar.Daha sonra bu rəqslərin gücü,güc gücləndiricisi(GG)vasitəsi ilə antenada(A)tələb olunan gücə qədər gücləndirilir.Bu kaskadda bəzən amplitud modulyasiyası da aparıla bilər.Bu halda modulyator güc-gücləndiricisinə qoşulur.Əgər radiovericidə birbaşa tezlik modulyasiyası və ya manipuliyasiyası aparılarsa onda modulyator oyadıcıya qoşulur.Qida mənbəyi (QM) radiovericinin lampa və tranzistorlarına lazımı qida gərginliklərini vermək üçündür.Bloklanma və siqnalizasiya qurğusu(BQ) radiovericinin iş rejimi haqqında məlumat verir. Onun qoşulmasını və söndürülməsini təmin edir.Güclü radiovericilərdə onun optimal istilik rejimini təmin etmək üçün lampaların və konturların məcburi soyutma sistemlərindən istifadə edilir.Radioverici qurğular müxtəlif parametrlərinə görə sinifləşdirilir. İşlədiyi məqsədinə görə rabitə-radioyayım-televiziya,radiolokasiya və.s radiovericilərini fərqləndirirlər.Hasil etdikləri gücə görə radiovericilər az güclü(100 vata qədər),(100-vatdan10 kvt-a kimi) böyük güclü(10 kvt-dan 1000 kvt-a kimi) və ifrat böyük güclü 1000 kvt-dan böyük radiovericilərə bölünür.Ötürdüyü siqnalın formasına görə teleqraf,telefon,implus 1 yan zolaqlı və.s siqnalların radiovericilərini qeyd etmək olar.Radiovericinin iş rejimi 3 indekslə göstərilir. 1-ci indeks(hərf modulyasiyanın tipini bildirir.A-amplitud,F-tezlik,P-implus modullanmış siqnalların ötürüldüyünü göstərir. 2-ci index-rəqəmdir və veriliş formasını göstərir:0-modullanmış daşıyıcı rəqslər verilir.Bu modulyasiya edilən səs tezliyi olmadan teleqraf rəqsləri verilir. 2.Tonal teleqrafiya 3.Telefon siqnallar 4.Faksimal siqnalları 5.Televiziya siqnalları və.s verildiyini göstərir. 3-cü index(hərf köməkçi xarakteristikanı bildirir.) A-daşıyıcı tezliyi zəiflədilmiş bir yan zolaqlı modulyasiya H-daşıyıcı tezliyi zəiflədilməmiş bir yan zolaqlı modulyasiya və.s.Əgər 3-cü index yoxdursa adı 2 yan zolaqlı modulyasiya aparılır. Daşınma imkanına görə stassionar və mobil radiovericilər vardır.İşlədiyi tezlik diapazonuna görə radiovericilər Radio Üzrə Beynəlxalq Məsləhət Komitəsinin (RBMK) təklifinə görə aşağıdakı siniflərə ayrılır. -Miriametrlik-çox aşağı tezliklər(3...30 Hs) -Kilometrlik-aşağı tezliklər(30...300 kHS) -Qektmetrlik-orta tezliklər(300...3000 kHs) -Dekametrlik-yüksək tezliklər(3...30 MHs) -Metrlik-çox yüksək tezliklər(30...300 MHs) -Desimetrlik-ultra yüksək tezliklər (3...3000 M Hs) -Santimetrlik-ifrat yüksək tezliklər(3...3000 Q Hs ) -Millimetrlik-son dərəcə yüksək tezliklər (30...300 Q Hs) -Desimillimetrlik-(300...3000 Q Hs) Qeyd edək ki, bu bölgü DÜST-üzrə olan bölgüdən 1 qədər fərqlənmir. Download 0.49 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling