FəNN: mobil rabiTƏNİn veriCİ VƏ QƏbulediCİ avadanliqlari mühaziRƏLƏr konsbekti Hazırladı: KƏRİmova sədaqəT


Mobil sistemlərdə müxtəlif növ rabitələrin


Download 0.49 Mb.
bet7/14
Sana09.01.2023
Hajmi0.49 Mb.
#1084851
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Bog'liq
Mobil-rabitə-sistemlərinin-verici-və-qəbuledici-qurğuları

Mobil sistemlərdə müxtəlif növ rabitələrin
yaradılması
Əvvəlcə 2 hərəkət edən stansiyanın abonentlərinin birini digərinə çağırış göndərməsi prossesini izləyək.Bu halda çağıran stansiyanın işində 4 mərhələni fərqləndirmək vacibdir.
1.Qoşulma və ya tanıma rejimi.
2.Gözləmə rejimi.
3.Rabitə yaradılması rejimi.
4.Danışıq aparılması rejimi.
Radiotelefonun qidalanma dövrəsini qoşduqda onun qoşulma rejimi başlayır.Bu mərhələ müddətində müvafiq idarəetmə kanalları ilə verilən siqnala uyğun radiotelefon aparatı mobil rabitə sisteminə köklənir.Bundan sonra radiotelefon gözləmə rejiminə keçir.Qoşulma və tanınma rejimi rabitə sisteminin növündən aslıdır və müxtəlif növlərə uyğun da müxtəlif olur.
GSM-standartlı aparatın qidalanması qoşulan kimi bütün tezlik kanallarının qeydiyyatından keçir.Bu kanallardan ən yüksək siqnal səviyyəli olanına köklənir və həmin kanalla idarəetmə informasiyasınınverilməsi yoxlanılır.Əgər belə bir informasiya yoxdursa onda stansiya digər yüksək səviyyəli siqnala malik kanala köklənir.Bu prosses informasiya tapılana qədər davam edir.Sonra hərəkət edən stansiya sinxronlaşma sistemini taparaq seçilmiş tezlik kanalı ilə sinxronlaşır.Baza stansiyası haqqında olan əlavə informasiyalarını sistemləşdirir və bu yuvacıqda işləmək və ya digərini axtarmaq haqqında qərar qəbul edir.Və gözləmə rejiminə keçir.Gözləmə rejimində olarkən stansiya aşağıdakıları izləyir.
1.sistemdə informasiya dəyişikliyinin olub olmamasını
2.Sistemin işə hazır olma komandasının alınması
3.Çağırışın sistem tərəfindən qeydə alınması
Hərəkət edən stansiya 10-15 dəqiqədən bir öz yerini müəyyən edərəkbaza stansiyasına müvafiq siqnal göndərir.Kommutasiya mərkəzindən hər bir hərəkət edən stansiyanın xüsusi yuvacıqları olur.O yuvacıqlarda hərəkət edən stansiyanı işlək və ya söndürülmüş halda məlumat olur.
GSM-standartında hərəkət edən stansiya aşağıdakı parametrlərlə ölçərək baza stansiyalarına ötürülür.
1.Özünün və 16 ədəd qonşu yuvacığı (BCCH) kanalı ilə gələn siqnala əsasən siqnalların səviyyəsini
2.Öz işçi yuvacığından gələn siqnalın keyfiyyət kodunu.
Hərəkət edən stansiyada nömrə yığılaraq bütün informasiyalar kommutasiya kommutasiya mərkəzinə ötürülür.Sonra həmin nömrələr Mərkəzi İdarəedici Qurğular (MİQ)tərəfindən təhlil olunur.Sonra daxil olan informasiyalara əsasən kommutasiya mərkəzi çağrışı rabitə kontrelləri vasitəsi ilə stansiyalara ötürülür.Kommutasiya mərkəzindən göndərilən informasiya müvafiq kanallarla çağrılanın aparatına ötürülür.Çağırılan abunəçinin aparatından gələn siqnal kommutasiya mərkəzinə ötürülərək tanınması üçün vacib informasiyalar verilir.Tanınma başa çatdıqdan sonra rabitə kanalı yaradılır.Bu kanallar xüsusi tezlik kanalına köklənir.Bundan sonra kommutasiya mərkəzindən çağrılan aonentə çağırış siqnalı göndərilir. Çağıran abonentə isə çağırışa isə çağırışa nəzarət siqnalı göndərilir.
Danışıq mübadiləsi baş tutur,adboy siqnalı ilə başa çatması haqqında məlumat ötürülür.Ümumiyyətlə mobil rabitə şəbəkəsi abunəçilərinin rabitə prossesi müvafiq texniki qurğuların eyni ardıcıllığı həyata keçirilir.



Download 0.49 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling