FəNN: mobil rabiTƏNİn veriCİ VƏ QƏbulediCİ avadanliqlari mühaziRƏLƏr konsbekti Hazırladı: KƏRİmova sədaqəT
Download 0.49 Mb.
|
Mobil-rabitə-sistemlərinin-verici-və-qəbuledici-qurğuları
- Bu sahifa navigatsiya:
- Mobil Rabitə sisteminin funksional sxemi və əsasları
Dispeçer sistemləri
“Dispeçer”sözü rabitənin yardılmasında yardımçı olan bir insanın (dispeçerin)mövcudluğunu nəzərdə tutur.Belə ki,mobil daşınan və ya stassionar radiostansiyanın abonenti müəyyən bir tezlikdə dispeçer mərkəzinə zəng edir,sonra isə dispeçer həmin tezlikdə və yaxud başqa bir tezlikdə həmin məlumatı başqa bir abonentə ötürür.Beləliklə dispeçerin vəzifəsi qəbul etdiyi siqnalı tezlik kanalları ilə”retranslyasiya”etmək və ya çağrışları paylaşdırmaqdır.Bir qrup abonent dispeçerlə F1 tezliyində,digər qrup isə F2 tezliyində rabitə əlaqəsi saxlayır.Misal üçün dispeçer F1 tezliyində 1-ci kanalla aldığı məlumatı 2-ci kanala keçərək F2 tezliyində efirə yayır və ya əksinə Bu cür rabitə sistemində abonentlər üçün minimal sayda kanallara malik sadə radiostansiyalardan və dispeçer üçün bir ədəd çoxkanallı radiostansiyadan istifadə edilir. Dispeçer məntəqəli rabitə sistemlərndən ən çox yanğın mühafizəsindən,təciliyardım xidmətlərində,polis orqanlarında və digər dispeçer idarəsinə ehtiyac olan sahələrdə istifadə olunur. Mobil Rabitə sisteminin funksional sxemi və əsasları Mobil rabitə sistemi arı pətəyinə oxşayan yuvacıqların məcmusu formasında qurulur.belə strukturun onun xidmət olunan ərazini tam rabitə ilə təmin etməkdən ibarətdir.Adi halda yuvacıqlar düzgün 6 bucaqlı formasında təsvir edilir və arı şanını xatırladır.Onun sxemi aşağıdakı kimidir. Rabitə sisteminin şanlvari strukturu əsasında məqsəd tezliklərdən təkrar istifadə etməkdir.bu da sistemin əsas qurulma şərti hesab edilir.Sistemin belə prinsip əsasında qurulması tezlik diapazonunda effektiv istifadə etməyən və onun böyük abunəçi tutumuna malik olmasına imkan verir.Tezliklərdən təkrar istifadə bütün mobil sistemlər hər tərəfə istiqamətlənmiş abonentlərdən yararlanaraq təmin edilir.Bu zaman antena hər yuvacığın mərkəzində yerləşdirilir və xidmət olunan ərazinin 360 dərəcəli bucaqla əhatə edir.Hər yuvacığın mərkəzində baza stansiyası (antena və ya digər avadanlıqlar)yerləşdirilir və əhatə dairəsindəki bütün stansiyalara xidmət edir.Baza stansiyaları şəkildən göründüyü kimi kommutasiya mərkəzi ilə fasiləsiz rabitə əlaqəsi yaradır.Sistemdə 1- neçə kommutasiya mərkəzi olduqca onlar da öz aralarında rabitə kanalı vasitəsi ilə əlaqələnirlər.Aşağıdakı şəkillərdə mobil rabitə sisteminin 1 kommutasiya mərkəzli və iki kommutasiya mərkəzinin sxemi göstərilmişdir. 1-ci sxemdən göründüyü kimi hərəkət edən stansiyalar baza stansiyaları ilə baza stansiyası isə mutasiya əlaqələndirilmişlər.Bu əlaqələr radio kanallarla əlaqələndirilir.Baza stansiyası kommutasiya mərkəzi ilə eləcə də kommutasiya mərkəzi rabitə kanalları vasitəsi ilə birləşirlər.Sistemdə göstərilən düzgün 6 bucaqlı radio dalğaların yayılma şəraiti və binaların yerin relyefinə görə ixtiyari formadadır.2 ci şəkildə isə 2 kommutasiya mərkəzli funksional sxem verilmişdir.Hərəkət edən abunəçi 1 şanıvari sistemi əhatə dairəsindən,digər şanıvari əhatə sisteminə daxil olursa onda belə hallarda.”Roming”adlı xidmət növü yaranır.Əgər şəhər böyükdürsə həmin ərazidə şanıvari sistemlərin kommutasiya mərkəzləri bir-biriləri ilə razılaşdığıqurğunun köməyi ilə əlaqə yaradırlar. Download 0.49 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling