Hava EVX-nin monitorinq sisteminin kommersiya nümunələri Hazırda bir çox ölkələrdə müəyyən məsələlərin həllinə istiqamətlənmiş hava elektrik veriliş xətlərinin bir sıra kommersiya monitorinq sistemləri istifadə olunur.Hava EVX-nin monitorinq sistemlərinin bir-birindən yalnız funksional xarakteristikaları ilə deyil, həmçinin qiyməti ilə fərqlənən tipik nümunələrinin strukturunu nəzərdən keçirək. EVX-nin Naqillərinin monitorinq sistemi CAT-1 İlk kommersiya monitorinq sistemlərindən biri -1991-ci ildə amerikan kompaniyası “The Valley Croup.İns” tərəfindən işlənmiş CAT-1 sistemidir. Hazırki dövrdə bütün dünyada 400 -ə yaxın CAT-1 monitorinq sistemi istifadə olunur. Sistem hava şəraitinin real vaxtında (müddətində) monitorinqi və dayaqlara bərkidilmə yerlərində naqillərin dartılmasını təmin edir.Sistemin əsas modulu hava EVX-nin dayağında montaj olunur və təqribən 50 kq çəkiyə malikdir.Naqillərin dartılmasının ölçülməsi datçikləri paslanmayan poladdan olan gövdədə , bərkidici deşiklərə malik tenzodatçiklərdir və izolyatorla dayaq arasında quraşdırılır.Əsas tenzodatçik ölçmə çevricisidir.CAT-1 sisteminin əsas modulu elektronika bloklu nəmliyə davamlı alminium gövdədən , quraşdırılmış modemdən, verilənlərin ötürülməsi üçün antennadan və bərkidici elementlərdən ibarətdir.Modul ətraf mühitin ( - 40 ¸ +600 C ) temperature intervalında istismar üçün təyin olunmuşdur. Modulun fasiləsiz işini təmin etmək məqsədilə 12 V- akkumlyator batareyası, doldurucu qurğu (akkumlyator batareyasını doldurmaq üçün) və günəş batareyasının paneli istifadə olunur.
CAT-1 qurgusunun qidalanma modulu. CAT-1 modulu dayaqlarda montaj olunur.
Do'stlaringiz bilan baham: |