İlqar hüseynov nigar əFƏNDİyeva
İ. Hüseynov, N. Əfəndiyeva
Download 5.04 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- İ. Hüseynov, N. Əfəndiyeva . QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 124 müəyyən edilirmiş. Onların hər şeydən çox istehsal bacarıqları qiymətləndirilirmiş. Bu göstərir ki, daş dövrünün rəssamları yaşadıqları dövrün dünya görüşünə uyğun olaraq mühüm əlamətləri seçib təsvir etməyi bacarmışlar. Əlbəttə, bu rəsmlərin nöqsanları - şərtiliyi, sxematikliyi, səthiliyi və s. dövrün iqtisadi-mədəni geriliyindən irəli gəlirdi. İnsan rəsmlərində siluet formasından geniş istifadə edilmişdir. Tək dayanmış ovçuların rəsmi, adamların əl-ələ verərək qrup şəklində rəqs etməsini göstərən təsvirlər siluet (kölgə) formasındadır. Bu rəsm üsulu da dövrün məhsulu idi. Burada ibtidai insanların müvəffəqiyyətli ovdan sonra şadlanaraq rəqs etmələri, yaxud təbiət qüvvələri ilə mübarizədə qalib çıxmış adamların sevinci və məşəl ətrafında hərlənmələri təsvir edilmişdir. Belə rəsmlərdə insanlar bir-birindən fərqlənmir. «Yallı» tipli qrup rəqsləri daş dövründə heç bir dini səciyyə daşımırdı. Lakin sonrakı dövrlərdə qəbilə dini ayinlərində bu rəqslərdən geniş surətdə istifadə edilmişdir. Bəzi alimlər daş dövrünün petroqliflərini incəsənətlə heç bir əlaqəsi olmayan dini səciyyəli sehrkar magiya rəsmləri kimi qələmə verməyə çalışırlar. Onlar bu təsvirlərdə incəsənət üçün mühüm xüsusiyyət olan hissi emosional keyfiyyətlərin olmamağını əsas dəlil kimi irəli sürürlər ki, bu da tamamilə yanlış fikirdir. Bu qaya təsvirlərinə əsasən biz daş dövrün adamlarının idrak proseslərini öyrənir, cəmiyyətin məhsuldar qüvvələri ilə tanış olur, insanların geyimləri, silahları və s. haqqında məlumat toplayırıq. Demək, bu rəsmlər obyektiv varlığı müəyyən dərəcədə əks etdirir və beləliklə də, incəsənətin ictimai vəzifələrini yerinə yetirir. İbtidai insanların rəsmlərində emosional xüsusiyyətlər axtarmaq yersizdir. Çünki kontur xətli təsvirlərdən hissi keyfiyyətlər tələb etmək olmaz. Belə təsvirlərdə biz insanların sevincini, kədərini və s. emosional keyfiyyətlərini görməsək də, təsəvvür edirik. İbtidai sənət əsərlərində konkretlikdən uzaq, ümumi və mücərrəd xüsusiyyətlərə malik insan surətləri yaradılırdı. Burada kişi rəsmləri təxminən bir-birini təkrar edirdi. Bu cəhət heyvan təsvirlərində də öz əksini tapır. Daş dövrünün rəssamından təsvirlərdə surətin konkret xüsusiyyətlərini ifadə etmək bacarığını gözləmək olmazdı. Yuxarıdakıları nöqsan hesab edərək qədim təsvirlərin incəsənətdən uzaq olduğunu iddia etmək düzgün deyil. Nəzərə almaq lazımdır ki, qaya təsvirləri keçmişdəki konkret varlıqların xətti obrazı kimi müasirlərimizin diqqətini cəlb edir. Həcmlərin konturlu xətlərlə ifadə edilməsi, heyvanların dinamik vəziyyətdə verilməsi və s. xüsusiyyətlər, söz yox ki, ibtidai insanlarda bədii təfəkkürün fəaliyyəti ilə əlaqədar olmuşdur. Bütün bunlar petroqliflərin incəsənət əsərləri olduğunu iddia etməyə haqq qazandırır. Eneolit (mis-daş) dövründə öküz rəsmlərində ağız, göz kimi xırda detallar və dinamika, hərəkət kimi yeni xüsusiyyətlər də ortaya çıxır. Bu mərhələdə keçi təsvirləri də cızılmağa başlayır. Çox vaxt onların rəsmləri düz xətlərlə kəsilmiş halda verilir. Belə əlavə xətlər magik təsəvvürün ifadəsi idi. Belə ki, ovçu bu sehrkar xətləri çəkməklə gələcək ovu tilsimə saldığına və onu mütləq ovlayacağına inanırdı. Bu sehrkarlıq ayinini icra edərkən ovçu, yəqin ki, niyyət edir, heyvanın neçə və hansı şəraitdə vurulacağı haqqında öz arzusunu bildirir, ya da ürəyində təkrar edirdi. Keçilərin rəsmləri bütünlüklə əyri xətlərin birləşməsindən ibarətdir. Bunun nəticəsində təsvirlərin bədii-estetik keyfiyyəti xeyli yüksəlmişdir. Qobustanda qaya təsvirlərinin tənəzzül etdiyi orta əsrlərdə isə əksinə, petroqliflər düz xətlərlə cızıldığından daha az cazibədar olmuşdur. Qaya təsvirlərinin müxtəlif dövrlərdə müxtəlif məqsədlərə xidmət etdiyi şübhəsizdir. Lakin təsvirlər hansı ideallara əsasən yaranırsa yaransın, həmişə qədim rəssamın bacarığından, bədii təfəkkürünün, yaradıcılıq fantaziyasının qüvvətli və ya zəif olmasından asılı olaraq, müasirlərimizə incəsənət əsəri kimi çox və ya az təsir göstərə bilir. Qaya təsvirlərindən ibtidai cəmiyyətdə yazı vasitəsi kimi də istifadə edilmişdir. Yəni qaya rəsmləri təsvirli yazılar-piktoqramlar kimi çox mühüm bir rol oynamışdır. Qobustan piktoqramları üç qrupa bölünür. Birinci qrup təsvirli yazıların məzmunu xronika xarakteri daşıyır. Belə piktoqramlarda qədim «rəssam» qəbilənin gündəlik həyatında baş vermiş hadisələrdən xəbər verir. Bu yazılarda qəbilə üzvlərinin vəzifələrindən, qurban vermək ayinlərindən və s. bəhs edilir. Bu qrupa daxil olan tunc dövrünün piktoqramında iki süvarinin bir maralı ovlaması təsvir edilmişdir. Onların arxasında, hərənin özünə aid olan düzbucaqlının içində üfqi xətlər çəkilmişdir. Bu göstərir ki, hər ovçu sol tərəfdə silindrik şəkildə, şərti surətdə göstərilmiş qəbilə ocağına doqquz heyvan verməlidir. Sol tərəfdəki süvari ovçu 8 heyvan vermişdir (bunu aşağıda olan düzbucaqlıdakı xətlərin sayından bilirik). Sağ tərəfdə nizə atan süvari isə öz borcunu ödədiyi üçün rəssam bu haqda heç bir şey göstərmir. Qobustan piktoqramlarının ikinci qrupuna yaddaş vəzifəsini görən dini xarakterli yazılar daxildir. Bu tip təsvirlər gündəlik dini ayinləri yerinə yetirmək üçün əyani vəsait kimi təcrübi əhəmiyyətə malik olmuşdur. Tunc dövrünün belə bir piktoqramında heyvanların qurban kəsilməsi ayininin icrası göstərilir. Üçüncü qrup yazılara qəbilənin gündəlik təsərrüfat həyatı ilə bağlı olan piktoqramlar daxildir. Ovçuluq, maldarlıq və ov məşqləri ilə əlaqədar süjetli təsvirlər bu qrupa mənsubdur. Ov məşqlərinin necə keçirilməsini nəql edən, daş dövrünə aid bir təsviri nəzərdən keçirək. Dağda cızılmış böyük öküz rəsminə ox atmaqla ov məşqi keçmək üçün ovçular bir cərgədə düzülmüşlər. Onların üzü öküz təsvirinə və arxaları bizə tərəf olduğundan qolları və əlləri görünmür, kürəklərindəki kaman və geydikləri enli dəri şalvarları isə aydın İ. Hüseynov, N. Əfəndiyeva . QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 125 görünür. Qədim rəssam icma üzvlərinin ovdan əvvəl necə məşq etdiklərini bu əsərində nəql edir. Bu piktoqram göstərir ki, ən qədim qaya təsvirlərimiz daş dövründə əcdadlarımızın ov təsərrüfatlarına, ovdan əvvəl məşq keçmələrinə və s. həsr edilmişdir. O dövrün ox və kamanları ibtidai olduğu üçün uzaq məsafədən vəhşi öküzləri ovlamaq olduqca çətin idi. Odur ki, qədim əcdadlarımız daş dövründə çox mühüm bir kəşf etmiş və onun nəticəsində də heyvanlara yaxınlaşmaq üçün müvəffəqiyyətli bir hiylə işlədə bilmişlər. Onlar uzun müşahidələrin nəticəsində kəşf etmişdilər ki, vəhşi heyvanlar özlərinin qüvvətli iybilmə qabiliyyətlərinə yox, çox zəif görən gözlərinə inanırlar. Odur ki, heyvanların bu zəif cəhətindən istifadə edən əcdadlarımız heyvan cəmdəklərindən düzəltdikləri gizləncəklərin arxasında gizlənərək, vəhşi öküzlərə asanlıqla yaxınlaşır və onları yaxından vura bilirdilər. Vəhşi heyvanlar isə bu gizləncəkləri özlərinə oxşadığı üçün heyvan bilib yaxına buraxırdılar. Qobustan qayalarında bu gizləncəklərə həsr edilmiş petroqliflər çoxdur. Qobustanın qaya təsvirləri daş dövründən başlamış XIX əsrə qədər olan bütün dövrlərin təsviri sənət və yazı mədəniyyətini əhatə edir. Odur ki, Azərbaycan təsviri sənətinin mənşəyini öyrənmək üçün bu qədim rəsmlər qalereyası tədqiqatçılara zəngin material verir. Ölkəmizdə incəsənət, din, estetika kimi mühüm ictimai elm sahələrinin tarixini araşdırmaqda Qobustan petroqliflərinin əvəzedilməz əhəmiyyəti vardır. Dulusçuluq. Qədim Azərbaycan ərazisində iki tip bədii dulusçuluq məmulatı istehsal edilirdi. Birinci tip-qırmızı gil keramikadır ki, bu, ölkənin cənub rayonları (xüsusilə, Naxçıvan zonası) üçün səciyyəvidir. Cilalanmış qara rəngli qablardan ibarət olan ikinci tip keramika isə Qafqaz Albaniyasına xas idi. Birinci tip keramika polixrom, əlvan rəngli olduğu üçün ona boyalı keramika adı verilmişdir. Bu tipli qabların saxsısı dulusçuluq kürəsində bişəndən sonra qırmızı və sarı rəng alır. Belə gil məmulatın üzərində bir qayda olaraq sarı, göy, qara, çox zaman qəhvəyi boyalarla çəkilmiş quş, heyvan və insanların stilizə edilmiş təsvirlərinə rast gəlirik. Boyalı keramika nümunələri Naxçıvan, Qarabağ, Mil düzü, Xanlar və Qazax rayonlarında olan qədim yaşayış yerlərindən və qəbirlərdən tapılmışdır. Azərbaycanda boyalı qablar istehsalı tunc dövründə (e. ə. II minillikdə) inkişaf tapmışdır. Azərbaycanda boyalı keramika sənətinin inkişafı qədim İran qəbilələri ilə iqtisadi-mədəni əlaqələrin qurulması nəticəsində meydana çıxmışdır. Azərbaycanda tunc dövrünün boyalı keramikası iki üsulla-əl ilə və dulusçuluq dəzgahında hazırlanırdı. Bu qabların üzərində təsvirlərdən əlavə dalğavarı sınıq və mürəkkəb şəkilli düz xətlərdən ibarət naxışlar da çəkilirdi. Boyalı keramika mədəniyyəti orta tunc dövründən dəmir dövrünə qədər dörd inkişaf mərhələsi keçmişdir. Birinci mərhələ qabların üzərində monoxrom (birrəngli) rəsmlərin çəkilməsi ilə səciyyələnir. Belə məmulatın üstü qırmızı anqob ilə (xüsusi gil məhlulu ilə) örtüldüyündən parıltılı səthə malik olurdu. Onların üzərindəki həndəsi naxışlar (üçbucaq, romb), quşların rəsmi qara boya ilə çəkilirdi. Hündür formalı belə qablar Kültəpədə (Naxçıvan), Culfada, Zurnabadda (Xanlar rayonu) və Mil-Qarabağ düzlərində tapılmışdır. İkinci mərhələnin qabları daha kiçik, həm də girdə şəkildə hazırlanırdı. Naxçıvan rayonundan tapılmış belə qabların üzərindəki insan, heyvan və quş rəsmləri qara, qırmızı, ağ, qəhvəyi, sarı və s. boyalarla çəkilir, üstü qırmızı, sarı və ağ anqobla örtülürdü. Dolça və dövrə şəklində olan bu qab-ların ornamentləri qara və qırmızı boyalarla çəkilirdi. Naxışlar isə düzbucaqlı, üçbucaqlı və romb kimi motivlərdən tərtib edilirdi. Qobustan petroqliflərində gördüyümüz «yallı» tipli rəqs təsvirlərinə bu keramikada da rast gəlirik. Şahtaxtıdan tapılmış polixrom rəsmli böyük qab (e. ə. XVIII-XVII əsrlər) da bu mərhələyə aiddir. Tovuz, keçi, at, vəhşi heyvan və quşların rəsmləri ilə bəzənmiş kürəvi qabın üstü qırmızı anqobla örtülmüşdür. Qabın çiynindəki tovuzlar sırası sarı rəngli zolağın üstündə təsvir edilmişdir. Təsvirlərdə realist əlamətlərlə yanaşı dekorativliyə də geniş yer verilmişdir. Üçüncü mərhələnin qabları (Culfa-da, Kültəpədən tapılan nümunələr) çaydan, nimçə, kasa formasındadır. Onların üzərində qırmızı, qəhvəyi boyalarla çəkilmiş insan, heyvan və quş rəsmləri həndəsi naxışlarla haşiyələnmiş və qablar qırmızı, ağ anqobla örtülmüşdür. Dördüncü mərhələ dəmir dövrünün başlanğıcına təsadüf edir. Bu vaxt boyalı təsvirli keramika tənəzzülə uğrayaraq ortadan çıxır. Dördüncü mərhələnin boyalı qabları dolça, çaydan və kasa formasında olub, dalğavarı cızma üsullu ornamentlərlə bəzədilir, naxışlar isə tünd-qırmızı boyalarla da çəkilirdi. Bu dövrün kürədə bişən-dən sonra qırmızı rəng alan nimçələri günəşi andıran qabarıq ornamentlərlə bəzədilmişdir. Onların içərisi qırmızı, çölü isə sarı anqobla örtülmüşdür. Çaydanlar bu dövrdə də hazırlanırdı. Onların üçbucaq, yanakı xətlər tipli naxışları cızma üsulu ilə hazırlanırdı. Boz rəngli silindrik piyalələr də bu dövrün bədii məhsulu idi. Boyalı keramika mədəniyyəti qədim qəbilələrdə estetik zövqün tərbiyəsində əvəzedilməz, mütərəqqi bir rol oynamışdır. Əslində bu mədəniyyət orta əsrlərdə Azərbaycanda şirli keramika sənətinin yaranması üçün maddi və mənəvi əsas olmuşdur. Qədim Azərbaycanın ikinci növ keramikası - cilalanmış qara rəngli keramika, əsasən, eneolit dövründən yaranmağa başlamış, tunc dövründə isə inkişaf zirvəsinə çatmışdır. İ. Hüseynov, N. Əfəndiyeva . QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 126 İlk qara rəngli gil qablar eneolit dövründə hazırlanmışdır. Lakin dulusçular bu dövrdə kürələrdə yüksək istilik əldə edə bilmədiklərindən və qara keramikanın texnologiyası hələ lazımınca məlum olmadığından ilk nümunələr olduqca nöqsanlı idi. Onların plastik forması yöndəmsiz, qara rəngləri ala-tala, dekorativ motivləri isə son dərəcə ibtidai şəkildə alınırdı. Bununla belə eneolit dövrünə aid qablarda qabarıq şəkildə olan qəribə naxışlar diqqəti daha çox cəlb edir. Belə naxışlı qablardan Qazax rayonunun Babadərviş adlı qədim yaşayış məskənində də tapılmışdır. E. ə. IV minilliyin eneolit qabları üzərindəki qabarıq işarələr həm bəzək məqsədi ilə vurulan naxış, həm də təsvirli yazılar-piktoqramlar olduğu haqda fərziyyələr mövcuddur. Piktoqrafiya eneolit dövrünü əhatə edən Kür-Araz mədəniyyətinin mühüm əlamətlərindəndir. Bu dövrə aid piktoqrafik dulusçuluq nümunələri Naxçıvan ətrafında və Gürcüstanda da tapılmışdır. Piktoqrafiya - təsvirli yazı başqa xalqlarda olduğu kimi, Azərbaycanda da yazı mədəniyyətinin ilk mərhələsini təşkil edir. İki Babadərviş piktoqramını nə-zərdən keçirək. Birinci nümunədə iki qabarıq rəsm verilmişdir. Soldakı təsvir iki heyvan buynuzunun düz xətlərdə birləşməsindən əmələ gəlmişdir. Alban dövrünün fiqurlu keramikasında da belə rəsmlərə rast gəlirik. Onlar tam plastik heyvan fiqurlarının tənəzzülə uğraması, konkret mahiyyət-dən uzaqlaşması nəticəsində ortaya çıxmışdır. Biz bu nəticəyə əsaslanaraq piktoqramda təhrif edilmiş iki buynuzlu heyvan surəti görürük. Əkər dövr nəzərə alınarsa, güman etmək olar ki, piktoqramda iki keçi təsvir edilmişdir. Lakin sağ tərəfdəki rəsmin sağ qurtaracağında ucu iti, yuxarısı isə əyri şəkildə olan əlavə bir rəsm də diqqəti cəlb edir. Bu, oxu, yuxarıdakı əyri xətt isə kamanı ifadə edir. Ox şəkli, ox sözü qədim zamanlarda ovçunu, döyüşçünü təmsil edər, onun şərti rəmzi kimi işlənərdi. Təsadüfi deyil ki, qədim türklərdə bir çox qəbilələrin adları ox ilə əlaqədar olaraq «Üç ox», «On ox» və s. qoyulmuşdu. O vaxt ox istehsal aləti kimi fetişləşmiş-ilahiləşdirilmişdi. Piktoqramda ox rəsminin ovçunu bildirdiyini qəbul etsək, onda məzmun anlaşılar: bu təsvirli yazıda bir ovçu iki keçi öldürmüşdür. Belə bir məzmun bizə qəribə gəlsə də, mis-daş dövrünün adamları üçün bu fövqəladə bir hadisənin xəbər verilməsi kimi zəruri və lazım idi. Piktoqramın yazılmasından məqsəd ovçunun igidliyini qəbilə üzvlərinə bildirmək idi. Babadərvişdən tapılmış ikinci piktoqram nümunəsi «M» şəklində və onun üstündə üçbucaq formasında olan iki təsvir elementindən ibarətdir. Üçbucağın yuxarı uzadılmış yan xəttinə əlavə üç üfqi xətt uzadılmışdır. Belə əlavə xətlər rəsmin yanlarına da çəkilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, piktoqramın bu iki rəsmi də mücərrəd təfəkkürün, konkret varlıqların rəsmlərinin mücərrədləşdirilməsi əsasında yaradılmışdır. Aşağıdakı rəsm quşu, yuxarıdakı isə keçini təmsil edir. Sağ tərəfdəki dairəvi girinti günəşin simvoludur. Buradan anlaşılır ki, piktoqrafik yazı kosmoqonik (səma cisimlərinə əsaslanan) təsəvvürün təsiri altında cızılmışdır. Nəzərə almaq lazımdır ki, qədim rəssamlar, səma cisimlərini simvolik mənalı rəsmlərlə göstərirdilər. Buna əsasən deyə bilərik ki, piktoqramdakı quş təsviri göyü, keçi rəsmi isə yeri, torpağı təmsil edir. Bizə elə gəlir ki, bu yazıda təbiətin iki hissəsi, iki qüvvəsi (yer və göy) qarşılaşdırılmış, onların bir-birindən asılılığı əyani surətdə göstərilmişdir. Burada qədim «rəssam» torpağın göyə qarşı olan sitayişindən, yağışa olan təmənnasından danışır, sehrkarlıq işinə xidmət edir. Sonrakı tunc və alban dövrlərində yazılmış Qobustan və dulusçuluq piktoqramları isə konkret təfəkkürə əsaslandığından insan və heyvanların real təsvirlərindən yaradılmışdır. Tunc dövründə İran Azərbaycanında olduğu kimi, Şimali Azərbaycanda da, xüsusilə Qafqaz Albaniyası ərazisində qara keramika mədəniyyətinin inkişafı yüksək səviyyəyə çatır. Cilalı qara keramika Azərbaycanın Xocalı, Mingəçevir, Çovdar, Xanlar kimi yerlərində yayılmış qədim məişətlə və dəfn ayinləri ilə əlaqədar inkişaf etmişdir. Belə məmulatın yaradılmasında əksər hallarda dulusçuluq dəzgahından istifadə edildiyindən, qabların plastik quruluşu yüksək estetik keyfiyyətə malikdir. Misal üçün, Çovdardan (Daşkəsən yaxınlığında) tapılmış qabda gövdənin yuxarıya və aşağıya doğru daralan bikonik şəkildə həll edilməsi onun plastik gözəlliyi üçün əsas yaratmışdır. Gövdənin dairəvi və zərif dayaq üzərində qurulması, çiyinlərin ritmik şəkildə olan üç qulp ilə tamamlanması gözəl siluetli qabın hündür görünməsinə səbəb olmuşdur. Bu qabın gövdəsi üzərində təkrar edilən ritmik şaquli xətlər və boğazı bəzəyən cızma üçbucaqlar dulusçunun məharətinə dəlalət edir. Ustalar məmulata dekorativ forma vermək üçün dulusçu dəzgahından bacarıqla istifadə etmişlər. Bunu Xanlar rayonundan tapılmış şaquli kompozisiyalı qabda aydın görürük. Burada oturacaq konus şəklində həll edildikdən sonra, gövdə dəzgahın köməyi ilə qabarıq çevrələrə bölünmüşdür. Yuxarıya doğru daralan gövdənin plastik formasını həmin dekorativ ünsürlər kəskin surətdə nəzərə çarpdırır. Demək, asan bir üsulla çox mürəkkəb estetik keyfiyyət əldə edilir. Belə qabların qara rəngli və cilalanmış olması onların bədii keyfiyyətinə müsbət təsir göstərmişdir. Odur ki, tədqiqatçılar uzun zaman bu tip keramikanın texnologiyasını öyrənmək üzərində çalışmışlar. Bu haqda keçən əsrin 30-cu illərində Türkiyə keramisti Nuru paşa ilk müvəffəqiyyətli nəticələr əldə etmişdir. Dulusçular qədim keramik məmulatı qara rəngə boyamaq üçün adi hisdən bacarıqla istifadə etmişlər. Bu məqsədlə onlar açıq havada qurudulmuş gil qabları əvvəlcə hamar sümük və yaxud başqa bərk çisimlə yaxşıca sürtərək onun üzərindəki məsamələri doldurub bərkidirdilər, bunu ona görə edirdilər ki, qab kürədə İ. Hüseynov, N. Əfəndiyeva . QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 127 bişəndən və qara rəng alandan sonra, həm də cilalanmış və parıltılı olsun. Bu qayda ilə hazırlanan qablar tamamilə qara rəngli və cilalanmış olur. Lakin elə qablara da rast gəlirik ki, onların gövdəsi boz, üzərindəki həndəsi naxışlar isə tünd-qara rəngli və parıltılıdır. Belə hallarda həmin qablar bişirilməmişdən qabaq yuxarıdakı üsul ilə hazırlanır. Fərq ancaq orasındadır ki, bu tip məmulatın bütün səthi deyil, ancaq naxışları sürtülüb bərkidilir. Nəticədə qab bişəndən sonra onun sürtülmüş naxışları tünd-qara və cilalı, ornamentin yerliyi isə boz rəngdə olur. Qablar germetik şəkildə bağlanmış kürələrdə 800-900 dərəcə istilikdə bişirilirdi. Onlar yaxşı bişəndən sonra kürənin bacası açılaraq istilik 400 dərəcəyə endirilir, kürə yenidən möhkəm bağlanır, ocağında yaş odun yandırmaqla onun qablar bişən yuxarı mərtəbəsinə istilik deşikləri vasitəsi ilə his verilirdi. Həmin his qabların daxili və xarici səthinə, gilə hopurdu. Tüstülənmə prosesində istidən genişlənmiş gil qabların səthi doyunca his qəbul edərək qara rəng alırdı. Bundan sonra kürənin ocağı tamamilə söndürülür, istilik getdikcə azalırdı. İstilik azaldıqca qablar soyuyur və xarici səthi yığılır, nəticədə, qara his (duda) qabların divar- larında həmişəlik olaraq qalırdı. Qablar soyuyandan sonra təmizlənir, üzəri mumla örtülərək yumşaq parça ilə sürtülüb cilalanırdı. Bu prosesdən sonra qablar qara və parıltılı olurdu. Kürədə 800-900 dərəcə istilik olanda ona tüstü verilmirdi. Əks təqdirdə, duda yanar və qaralama prosesi baş tutmazdı. Bu dövrdə İran Azərbaycanında da qara cilalı keramika həmin üsulla hazırlanırdı. Qaralama texnologiyasını biləndən sonra kürə şəkilli Xocalı qabının mürəkkəb naxış kompozisiyasının necə hazırlanması aydın olur. Burada qabın çiyinlərini bəzəyən günəş təsvirinin qara sivri ucları qab bişməmişdən qabaq bərkidilib cilalanmış olduğundan qabın ümumi boz rəngindən fərqlənir. Gil məmulatları hisə verirkən müxtəlif səbəblər üzündən, məsələn, kürədə (sobada) istiliyin azlığından qabların divarları zəruri qədər genişlənmir, nəticədə kifayət qədər his qəbul etmədiyindən qablar qara deyil, boz rəng alır. Gillərin tərkibində olan dəmir duzlarının bu və ya digər dərəcədə olması ilə əlaqədar olaraq qaralama prosesindən keçirilməmiş qablar bişəndən sonra sarı, açıq-qırmızı, tünd-qırmızı, qırmızı-kərpici rəngi və s. rənglər alır. Buna səbəb, qablar bişərkən həmin dəmir duzlarının dəmir oksidinə çevrilməsidir. Dəmir oksidi isə qırmızı boyaq maddəsi kimi məşhurdur. Qara keramikanın bədii şəklə düşməsi üçün tunc dövrünün dulusçuları başqa vasitələrdən də istifadə etmişlər. Onlar qabların cızma təsvirlə bəzədilməsinə, cızma rəsm və naxışların ağ maddə ilə inkrustasiya edilməsinə və nəhayət, fiqurlu keramikanın yaradılmasına da əhəmiyyət vermişlər. Ağzı gen olan qabların üzərində heyvan, insan və ov səhnələrinin rəsmləri cızma üsulu ilə çəkilmişdir. Bu tip keramika Xanlar rayonu üçün səciyyəvidir. Belə qabların üzərindəki təsvirlər bir qayda olaraq ağ maddə ilə doldurulur. Rəsmlərin çəkilməsi və onların inkrustasiya edilməsi prosesi, adətən, qara rəngli qablar bişəndən sonra yerinə yetirilirdi, əks təqdirdə, ağ maddə kürədə yanıb külə dönərdi. Belə qablara misal olaraq Xanlar rayonundan tapılmış bir nümunəni göstərmək olar. Burada ritmik olaraq yerləşdirilmiş iki ovçu və iki keçi təsviri ağ maddə ilə doldurulmuşdur. Ağ rəngli rəsmlər qara cilalı qabın üstündə daha yaxşı görünür. Keçi rəsmləri Qobustan petroqliflərini xatırladır. İnsan surəti sxematik şəkildə olub, iki üçbucağın birləşməsindən düzəldilmişdir. Fiqur qarşı tərəfdən göstərilir. İnsanın sağ əlinin üstündə başı- aşağı üçbucaq formasında olan on bir nöqtə onun qələbələrinin sayını göstərir. Bu, ya düşmən qəbilə, yaxud da heyvanlar üzərində qazanılan qələbədir. Həmin nöqtələr onun neçə övlad arzu etdiyini də göstərə bilər. İnsan və heyvan fiqurları çoxlu nöqtələrlə doldurulmuşdur. Bu onların sayca çoxalmasını, artmasını, günəş allahından təmənna etməsini göstərir. Fiqurlar yuxarıda, qoşa əyri xətlər arasında verilmiş, günəş təsviri altında yerləşdirilmişdir. Heyvan və insan təsvirləri ilə günəş şəkli nöqtələrlə əlaqələndirilmişdir. Burada ovçu da, keçi də günəş allahının himayəsində verilmişdir. Biz bu nümunədə xronika səciyyəli piktoqramla rastlaşırıq. O, ya ovçunun qələbəsi, ya ölümü, ya da məhsuldarlıq, artım, çoxalma bayramı və ayini münasibəti ilə konkret bir şəxsə həsr edilərək yazılmışdır. Həmin şəxs öləndə piktoqram da onu qəbirdə müşayiət etmişdir. Piktoqram özünün bütün təsvir vasitələri ilə artma, çoxalma ideyasına həsr edildiyini göstərir və konkret bir ovçunun nailiyyətlərindən danışır. Piktoqramın hər tərəfdən oxunması üçün qabın xarici səthində insan və keçi fiquru iki dəfə təkrar edilmişdir. Bu prinsipi alban dövrünün keramik piktoqramlarında da görürük. Qeyd etmək lazımdır ki, qara cilalı keramikanın ağ maddə ilə bəzədilməsi qədim Zaqafqaziyada ancaq Azərbaycan dulusçularına xas olan bir xüsusiyyət idi. Fiqurlu keramika bu dövrdə özünün ən nadir nümunələrini yaratmışdı. Fiqurlu qablar məlum texnologiyaya əsasən cilalanmış qara və boz rənglərdə olurdu. Tunc dövrünə aid fiqurlu qabların çoxu quş şəklindədir. Bu, o dövrün dini əqidələri ilə bağlıdır. Həmin dövrdə hazırlanmış tunc quş fiqurları Xanlar, Çovdar və başqa yerlərdən tapılmışdır. Bu içi boş quşlar ölülərin ruhunun simvolik ifadəsi olub, onların saxlanması üçün ən etibarlı yer idi. Ola bilsin ki, bu fiqurlar hami ruhlara da aid olmuşdur. Ruhların yerləşməsindən başqa, onların qidalanmasını da nəzərə alaraq qəbirlərə quş formalı gil su qabları qoyulurdu. Belə qablar ənənəvi olaraq Alban dövründə də düzəldilirdi. Onların ən yaxşı nümunəsi Füzuli rayonunun Molla Məhərrəmli kəndindən tapılmışdır. Həmin |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling