Inteqrasiya-müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin təfəkküründə
dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişaf və
özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun
komponentləri arasında struktur əlaqələri qurmağı və onları sistemləşdirməyi
tələb edən didaktik prinsipdir. Dünyanın təhsil təcrübəsində şaquli və üfüqi
olmaqla onun iki növündən istifadə edilir.
Milli kurrikulum- ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin
həyata keçirilməsinə imkan yaradan və onları istiqamətləndirən konseptual
sənəddir.
Fənn kurrikulumu- fənn üzrə fəaliyyətləri istiqamətləndirən konseptual
sənəddir.
Pedaqoji innovasiya- təhsil müəssisələrində, pedaqoji nəzəriyyələrdə,
müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma,
üsul və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji
sistemdə baş verən yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq
ənənəvi qaydada davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə
cevrilir.
Do'stlaringiz bilan baham: |