İnstitutu
Download 1.26 Mb. Pdf ko'rish
|
5 Kimya-kurikulum(1)
19 1.6. Fəndaxili və fənlərarası inteqrasiya İnteqrasiya - ayrı-ayrı hissələrin məntiqi surətdə bütöv bir tam halında bir- birilə qarşılıqlı əlaqədə birləşməsi deməkdir. İnteqrasiya: -vaxtdan səmərəli istifadə etməyə imkan yaradır; -şagirdlərin təlim yükünü azaldır; -inteqrativ bilik və bacarıqların formalaşmasına şərait yaradır; -bilik və bacarıqların qazanılmasında öyrənmənin intensivliyini, səmərəliliyini artırır
-həddən artıq xırdalanmanın qarşısını alır; -təlimə marağın artmasına imkan yaradır. Kimya fənninin təlimində indiyədək istifadə etdiyimiz məzmun standartlarının çoxu əsasən bilik və fənn yönümlü olmuşdur, daha çox nəzəri xarakter daşıyır. Həmçinin onların fənndaxili və fənlərarası əlaqələrinə, inteqrativ formada öyrənilməsinə az diqqət ayrılmışdır. Bəzən belə hesab edirlər ki, fənn kurikulumlarının bir-biri ilə əlaqələndirilməsi məqsədə uyğun deyil. Bununla yanaşı bir çox ölkələrdə kurikulumların bu və ya başqa formada inteqrasiya edilməsi müsbət nəticələr verir. Qeyd etmək lazımdır ki, inteqrativ kurikulumun hazırlanması ilə bağlı müəyyən edilmiş dəqiq qaydalar yoxdur və təcrübədə rast gəlinən müxtəlif vəziyyətləri təlim prosesinə başqa fənn sahələrini daxil edərkən müəllimlər özlərini narahat hiss edirlər.Yuxarı siniflərdə fənn üzrə məzmunun quruluşu bir fənn müəlliminin başqa fənn müəllimləri ilə fəal əməkdaşlıq etməsinə imkan vermir. Müasir dövrdə bu məsələyə düzgün yanaşan təhsil işçiləri kurikulumların inteqrasiyasını XXI əsrdə təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində daha düzgün yol hesab edirlər. Hazırda, bu sahədə müxtəlif fənn kurikulumlarının inteqrasiyası əhəmiyyətli konsepsiya kimi qəbul edilir. Təhsilin əsas problemləri olan aşağıdakı suallara inteqrativ kurikulum cavab verir: Download 1.26 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling