İnstitutu
Download 1.26 Mb. Pdf ko'rish
|
5 Kimya-kurikulum(1)
2. « Əqli hücum»
Şagirdlərin fəallığını artırmaq üçün tətbiq olunan ən optimal metodlardan biridir. Şagirdlərin hər hansı konkret problemin həlli və ya suala cavab tapmaq üçün yaradıcı təfəkkürünü üzə çıxarmağa təkan verir, onların müxtəlif vəziyyətlərdən çıxış yolu tapmaq, qərar qəbul etmək səviyyəsini və eləcə də fikirlərini konkret ifadələrlə söyləmək bacarığını üzə çxarır. «Əqli hücum»un şagirdlər arasındakı ünsiyyətin yaranmasında da rolu böyükdür. Lakin bu metodun tətbiq edilməsində əsas məqsəd verilən problemin həlli yollarını müəyyən etməkdir. Əqli hücumu həyata keçirmək üçün aşağıdakılara diqqət yetirmək lazımdır: - Şagirdlər nisbətən böyük qruplarda (8-10 nəfərlik) birləşdirilməlidir. - Qrupun lideri qoyulmuş problemə dair qrup üzvülərinin söylədikləri ən bəsit ifadələri qeyd etməlidir. - İrəli sürülmüş şərhləri ümumiləşdirmək və yeni nəticə çıxarmaq üçün, müəllim quruplara vaxt ayırır (10-15 dəq). Verilmiş ideyaları müzakirə etmək, onları inkişaf etdirmək, və təqdim etmədə sistem yaratmaq üçün qrupların içərisində yarımqruplar ayrılır. Hər bir yarımqrup öz ideyalarını (bu təsvir, səhnəcik, mahnı, rollu oyunlar və s. şəkilində ola bilər) tam qrupun tərkib hissəsi kimi nümayiş etdirir. Əqli hücumun aşağı siniflərdə təşkil edilməsi daha sadə ola bilər. Belə ki, müəllim sualı lövhədə yazır və sinif şagirdlərinə həmən sualın cavabına dair
47 ideyalarını söyləməyi təklif edir. Şagirdlərin verdiyi (düşünülmüş, təsadüfü və s.) cavablar heç bir şərh verilmədən lövhəyə yazılır. Yalnız bundan sonra yazıya alınmış ideyalar təhlil edilir, qruplaşdırılır, mübahisə doğuran yaxud orjinal fikirlər ayrılır və sualın cavabını əks etdirən ideyaların şərhi və müzakirəsi aparılır.
Download 1.26 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling