İnstitutu
Download 1.26 Mb. Pdf ko'rish
|
5 Kimya-kurikulum(1)
3. BİBÖ (Bilirik, istəyirik bilək, öyrənməliyik).
Hər hansı mövzunun tədris edilməsində bu keyfiyyətlərlə yanaşı şagirdlərin həmin mövzuya aid sərbəst biliklərinin səviyyəsini müəyyən etmək çox əhəmiyyətlidir. Bu müəllimə şagirdlərdə keçmiş və yeni biliklər arasında əlaqə yaratmağa imkan verir. BİBÖ metodu şagirdlərin dərs boyu fəallığını təmin edir, birgə öyrənmənin yüksək mərhələsini yaradır. Metodun birinci “Bilirik” mərhələsində şagirdlərin dünyagörüşü, onların müstəqil öyrənmə qabiliyyəti, mövzuları əlaqələndirmə imkanları və hafizəsi təyin olunur. İkinci “İstəyirik bilək” mərhələsində isə artıq şagirdlərin təfəkkür tərzi, onların coğrafi düşüncə səviyyəsi, elmi fantaziyaları, əqli qabiliyyəti və arzu, istəklərinin əhatə dairəsi üzə çıxır. Müəllim şagird ehtiyaclarını nəzərə almaqla onları passiv dinləyicidən aktiv iştirakçıya, sadəcə öyrənən obyektdən öyrənmək istəyən subyektə çevirir. Şagirdlərin öyrənmək istədikləri müəllim və şagirdlərin iştrakı ilə tədqiqat nəticəsində birgə öyrənilir. Bu metodun sonuncu, daha vacib “Öyrəndik” mərhələsinin həyata keçirilməsinə imkan yaradır. Biliklərin möhkəmləndirilməsi, qoyulmuş sualların cavablandırılması, yeni biliklərin üzə çıxması mövzunun öyrənilməsində nəzərdə tutulmuş məqsədə xidmət edir. BİBÖ - nun tətbiq edilməsi aşağıdakı mərhələləri həyata keçirməyi tələb edir: -Şagirdlər kiçik qruplar və ya cütlər formasında bölünür və onlar tədris olunan mövzuya dair bilikləri siyahılaşdırırlar. - Müəllim lövhədə və ya vatman kağızında üç sütundan ibarət cədvəl çəkir. Download 1.26 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling