İnstitutu
Download 1.26 Mb. Pdf ko'rish
|
5 Kimya-kurikulum(1)
Kimyadan minimum səviyyədə bilik və bacarıqlar olmayan müasir insanın
təhsilini daha yüksək pillədə inkişaf etdirib onu mühəndis, texnik, psixoloq,
7 iqtisadçı, fizik, biznesmen, kimyaçı və s. ixtisas sahibi kimi formalaşdırmaq çətindir. Kimya dünya mədəniyyətinin tərkib hissələrindən biridir. Beləliklə, kimya gündəlik həyatda, elmin digər sahələrinin inkişafında, texnika və texnologiyaların təkmilləşdirilməsi prosesində ortaya çıxan problemlərin həllində insanların yaxın köməkçisinə çevrilir. Şagirdlərin elmi bilik və bacarıqlarının daha da genişlənməsinə imkan yaranır. Onlar kənd təsərrüfatının və sənayenin inkişafında, ekoloji problemlərin həllində kimyanın rolunu təlim prosesində dərk edirlər. Sivilizasiyalı cəmiyyətdə rasional davranmaq, özünün və ətraf mühitin (hava, su, torpaq) təhlükəsizliyini təmin etmək, yaşayış mühitinin təmizliyini qorumaq üçün hər bir insanın müəyyən kimyəvi bilik və bacarıqlara malik olması vacibdir. Bundan əlavə xammal, energetika, ərzaq və tibb sahəsində problemləri həll etmək üçün ümumi kimyəvi təhsilə ehtiyac vardır. Ümumtəhsil məktəblərində kimya fənninin əsas məqsədi kimyəvi maddələrə, onların bir-birinə cevrilməsi proseslərinin baş vermə səbəblərinə və idarə edilməsi qanunauyğunluqlarına, maddələrin və kimyəvi proseslərin həyatda roluna, daha çox istifadə olunan kimyəvi maddələrlə təhlükəsiz davranmaq qaydalarına dair bilik və bacarıqların mənimsənilməsindən, məntiqi və yaradıcı təfəkkürün, ekoloji mədəniyyətin inkişaf etdirilməsindən ibarətdir. Məqsəd üzrə fəaliyyətlər təşkil olunur. Bu zaman: Ümumi orta təhsil səviyyəsində kimyadan əldə edilən müvafiq bilik və bacarıqlar şagirdlərə onları əhatə edən maddi aləmin və burada baş verən hadisələrin təhlilinə və bunun əsasında gündəlik həyati problemlərin həllinə imkan verir. Şagirdlərin intellektual inkişafına, uğurlu praktiki fəaliyyətinə zəmin yaradan təfəkkür tərzi formalaşdırır. Başqa fənlərin öyrənilməsinə kömək edir və təhsilin davam etdirilməsi üçün imkan yaradır.Müxtəlif forma və məzmuna malik məlumatların məntiqi cəhətdən təhlil edilməsi təmin olunur.
etdirilməsi yolu ilə yeni anlayış və mahiyyətlərin, daha sistemli və tətbiqyönümlü praktik vərdişlərin və bacarıqların aşılanması təmin olunur. Gələcək təhsil və peşə fəaliyyətinin davam etdirilməsinə zəmin yaradan
kimyəvi biliklərin mənimsənilməsi və geniş dünyagörüşünün formalaşdırılması təmin olunur.
Download 1.26 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling