İnstitutu
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird
Download 1.26 Mb. Pdf ko'rish
|
5 Kimya-kurikulum(1)
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
qeyri-üzvi və üzvi maddələri fərqləndirir, onların xarakterik cəhətlərini izah edir; kimyəvi hadisələri məişətdə tətbiq edir; kimyəvi qanun və qanunauyğunluqların mahiyyətini dərk etmək üçün eksperimentlər və müşahidələr aparır, nəticələrini ümumiləşdirir və bu barədə şifahi və yazılı təqdimatlar hazırlayır; ekoloji problemlərin həlli ilə bağlı kiçik layihələr hazırlayır və təqdim edir. 1.2. Məzmun xətləri Kimya fənni üzrə ümumi təlim nəticələrinin reallaşdırılmasını təmin etmək üçün müəyyən olunan məzmun xətləri məzmunun zəruri istiqamətləridir. Məzmun xətləri şagirdlərin öyrənəcəyi məzmunu daha aydın təsvir etmək üçün müəyyən olunur və onu sistemləşdirmək məqsədi daşıyır Kimya fənni üzrə aşağıdakı məzmun xətləri müəyyən edilmişdir: Maddə və maddi aləm Kimyəvi hadisələr Eksperiment və modelləşdirmə Kimya və həyat Maddə və maddi aləm Bu məzmun xətti maddələrin tərkibinin, quruluşunun, kimyəvi rabitələrin tiplərinin, xassələrinin, atom və molekullarının, maddi aləmin düzgün dərk olunmasına, onlar haqqında mülahizələrin irəli sürülməsinə, şagirdlərdə
9 tədqiqatçılıq meylinin inkişafına imkan yaradır. Yuxarı siniflərdə maddələrin onların quruluşundan asılılığının səbəblərini aydınlaşdırmaq, quruluşuna görə maddələrin xassələrini proqnozlaşdırmaq, həyatda rast gəlinən saf maddələri və qarışıqları bir-birindən fərqləndirmək, müxtəlif üsullardan istifadə etməklə qarışıqları ayırmaq bacarıqlarının formalaşması imkanlarını genişləndirir. Maddə və maddi aləm məzmun xəttinə aid materialın öyrənilməsi şagirdlərin zəhərli maddələrlə davranmaq, maddələri tətbiqinə görə müəyyənləşdirmək sahəsində qabiliyyətlərinin inkişaf etməsinə təsir göstərir. Kimyəvi hadisələr Kimyəvi hadisələr məzmun xəttinə aid materialın mənimsənilməsi maddələrin bir-birinə çevirilməsi, bu çevrilmələrin qanunauyğunluqlarının və şəraitinin, maddələrin alınmasının dərk olunması, kimyəvi reaksiyalar əsasında hesablamalar aparılması üçün imkan yaradır. Şagirdlər ətraf aləmdə baş verən çevrilmələrdən həyati məqsədlər üçün istifadə bacarıqları qazanırlar. Bu məzmun xətti şagirdlərin tədqiqatçılıq qabiliyyətlərinin güclənməsində, kimyəvi çevrilmələr
Maddələrin quruluşunun və xassələrinin öyrənilməsindən əldə olunan bilik və bacarıqların eksperiment yolu ilə modelləşdirilməsi, kimyəvi reaksiyaların təcrübədə göstərilməsi, molekulların, kristal qəfəslərin üçölçülü modellərinin hazırlanması, şagirdlərdə praktiki vərdişlərin yaranmasını, nəzəri məlumatların praktikada tətbiq olunması bacarıqlarının formalaşmasını təmin edir. Eksperiment və modelləşdirmə məzmun xətti onlarda fəza təsəvvürlərinin inkişafına səbəb olur. Əldə olunmuş bilik və bacarıqların daha dolğun şərh edilməsinə imkan yaranır. Maddələrin keyfiyyət və kəmiyyət tərkibinin analizi və elmi-tədqiqat işləri aparmaq üçün zəmin yaranır. Kimya və həyat Bu məzmun xətti təbiətə və bütünlükdə bəşəriyyətə böyük zərər vura biləcək maddələrin müəyyənləşdirilməsini və onların həyatın istənilən sahəsində zərər vurmadan tətbiq olunmasını təmin edir. Müxtəlif sənaye sahələri tullantılarının, kənd təsərrüfatında işlədilən gübrələrin və dərman maddələrinin, nəqliyyatda tullantı qazlarının, məişət tullantılarının ekologiyaya hansı dərəcədə ziyan vura biləcəyini müəyyənləşdirməyə və ekoloji problemlərin həllində yaxından iştirak etməyə imkan verir.
Download 1.26 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling