Kafedra: Psixologiya Fənn: Psixoloji xidmət və psixoloji praktikum Qrup
Məktəbəqədər müəssisələrdə psixoloji xidmətin təşkili
Download 498.54 Kb.
|
Kəmalə Praktikum
Məktəbəqədər müəssisələrdə psixoloji xidmətin təşkili.
Müasir dövrdə istənilən fəaliyyətin və insan munasibətlərinin səmərəliliyi psixoloji biliklərin tətbiqinə əsaslanır. Bu baxımdan fəaliyyət məramından, məqsədindən asılı olmayaraq bütün sahələrdə psixoloji xidmətin təşkili olduqca vacibdir. Bu aktuallıq məktəb mühitindən də yan keçmir. Təhsilin keyfiyyətinin, şagirdlərin təlim motivlərinin və nailiyyətlərinin yüksəldilməsi, müəllim-şagird münasibətlərində, eləcə də müəllim-müəllim, müəllim-valideyn, icma-məktəb münasibətlərinin daha da yaxşılaşdırılması işində məktəbdə təşkil edilmiş psixoloji işin mühüm əhəmiyyəti vardır. Qeyd etmək lazımdır ki, məktəblərdə mövcud olan müəyyən çətinliklərin bir qismi bu gündə öz həllini gözləyir. Problemlərin həcmi və çeşidi, psixoloqların fəaliyyətinə verilən tələblər artdıqca psixoloq-şagird nisbəti, psixoloqların əmək haqqı, tərbiyə faktoruna diqqətdə azalma və ya stabillik müşahidə olunur. Digər tərəgdən, dövlətin sifarişi əsasında məktəbin formalaşdırmağa çalışdığı dəyərlər, bir çox hallarda, TV kanallarında gedən verilişlər, internet və sosial şəbəkələr vasitəsi ilə deformasiya və ya təkzib edilir. Bu gün diqqətdən kənarda qalan cinsi tərbiyə problemi – əxlaq məsələləri, feminizasiya problemi, yaradıcılığın əskikliyi gələcəkdə daha böyük fəsadlarla bizləri qarşı-qarşıya qoyacaq. Bu isə məktəb psixoloqlarının fəaliyyətini fərdi, qrup formal işlərlə yanaşı daha çox bütün məktəb heyyətini əhatə edən sistem formal fəaliyyətə istiqamətlənməli olduğunu göstərir. Eyni zamanda məktəb psixoloqunun məktəb-icma münasibətlərinin yaradılmasına istiqamətlənməli olduğunu da göstərir.Məktəbdə psixoloji xidmətin təşkilinin bir çox məsələləri məktəb psixoloqunun fəaliyyətinin səmərəliliyindən asılıdır. Bu səbəbdən bütün təlim subyektlərinin məktəb psixoloqunun fəaliyyətinə münasibəti birmənalı – pozitiv və dəstəkləyici olmalıdır. Psixoloq məktəbdə təhsil siyasətinin formalaşdırılmasında söz sahibi olmalıdır. O, müəllimlərə yalnız şagirdlərin davranış və münasibətləri barədə deyil, məzmunun daha yaxşı qavranılması barədə də məsləhətçi olmağı bacarmalıdır. Şagirdlərin təlim motivasiyasının yüksəldilməsi psixoloqun fəaliyyət predmeti olmalıdır. İdarəçiliyin psixoloji məqamları və valideynlərlə iş, məktəb-icma münasibətlərinin psixoloji məsələsi də psixoloqun səlahiyyətlərinə daxil olmalıdır.Psixi proseslərinin keyfiyyət, inkişaf və təzahür xüsusiyyətlərin təlim prosesində mütəmadi müşahidə edilməsi, şəxsiyyətin intellektual, emosional və iradi inkişaf prespektivlərini müəyyən etməyə imkan verir. Fiziki, psixoloji, sosial, əqli və cinsi inkişaf şagirdlərin harmonik inkişafını şərtləndirir. İnkişafda harmonikliyin pozulması müxtəlif davranış pozuntularına, təhsildən yayınmalara və ən acınacaqlı halda suisidal davranışlara səbəb olur. Son zamanlar intihar hallarına yeniyetmələr arasında daha çox rast gəlinir. Yeniyetmə beyninin inkişaf qanunauyğunluqları, özünüifadə, özünütəsdiq yollarındakı problemlər, ailədaxili, məktəb və çevrə mühitindəki gərginliklər suisidal davranışların əsas səbəbləri kimi qiymətləndirilir. Problemin yaranmasında istər məktəbin, istərsə də ailənin öz çəki əmsalı var. Məktəb və sosial çevrəsi ilə problemi olan şagirdin isə son güman yeri ailəsidir. Ailə və valideynlərindən heç bir dəstək almayan yeniyetmənin intihara əl atması onun son ümid yerinin ailədəki şəraitin, münasibətlərin yetərsizliyindən xəbər verir. Problem yalnız məktəblə bağlı olsaydı, şagird məktəbin dəyişdirilməsinə və ya ondan yayınmağa qərar verərdi. Ona görə də psixoloqun fəaliyyətində məktəb-müəllim-valideyn birliyi şagirdlərin psixoloji və sosial inkişafının əsas təminatı kimi dəyərləndirilməlidir. Suisidal davranışların tədqiq edilməsi, bu halların qarşısının alınması üçün müxtəlif ünvanlı təklif və tövsiyələr, baş vermiş intiharlar hadisələri ilə bağlı görülən işlər, baş tutmayan intihar cəhdlərindən sonra reabilitasiya işləri barədə bir çox mənbələrdən informasiyalar əldə etmək mümkündür. Məktəb psixoloqu bu barədə kifayət qədər məlumatlı olmalı və bu istiqamətdə profilaktik və maarifləndirmə işləri aparmalıdır. Müasir təlim-tərbiyənin məzmunundan kənarda qalan məsələlərdən biri də cinsi inkişaf, cinsi tərbiyədir. Güzəran psixologiyasında cinsi tərbiyənin mahiyyətinin düzgün dəyərləndirilməməsi bu sahədə olan problemləri bir qədər də dramatikləşdirir. Ömür boyu təhsil, yoxsa, ömür boyu tərbiyə bizlərə daha çox şey öyrədər? sualı üzərində düşünməyə dəyər. Tərbiyə prosesinin subyekti və obyekti yoxdur, subyektləri var! “Tərbiyə edən tərəf , «tərbiyə olunan tərəf” anlayışları yoxdur! Təsir göstərən və təsirə məruz qalan tərəflər yoxdur! Dəyişən və dəyişdirən tərəflər yoxdur. Fikrimizcə, cinsi tərbiyə mövzusu təhsil müəssisələrində tərbiyə işinin ayrılmaz tərkib hissəsinə çevrilməlidir. Cinsi tərbiyə haqda müəllimlərin, valideynlərin, şagirdlərin yanlış fikir və düşüncələrinə aydınlıq gətirilməlidir. Şagirdlər cinsi rol baxımından düzgün və səhv olan davranışlar barədə məlumatlandırmalı və onlarda bu davranış vərdişlərinin təməli düzgün formalaşdırılmalı, onların öz cinsi və qarşı cinsin nümayəndələrinin xüsusiyyətlərini qəbul edərək rahat yaşamasına kömək etməlidir. Valideynlərin övladları ilə yaşlarına uyğun cinsi tərbiyə mövzusunda söhbətlərə dair nümunələrlə tanış etmək məqsədilə psixoloq maarifləndirmə işi aparmalıdır. Müasir məktəbli öz mövqeyi, tələbatı, motivasiyası,dəyərlər sistemi olan şəxsdir. Onunla 20-30 il əvvəllər olduğu kimi, davranmaq mümkün deyil. Əlbəttə, müasir təhsilalanların layiqli vətəndaş kimi böyüməsində valideyinlər, məktəbin pedaqoji kollektivi birgə, əlbir fəaliyyət göstərməlidirlər. Bu isə bütövlükdə təhsil sisteminin psixolojiləşdirilməsini tələb edir. Vaxtilə V.A.Suxomlinski yazırdı: "Psixoloji biliklər heç də psixologiyadan qısa konspekt deyil. Mən deyərdim ki, psixoloji biliklər özünüdərkin, özünütəsdiqin, şəxsiyyətin mənəvi zənginliyinin əsasıdır”. Göründüyü kimi, təhsil sisteminin, o cümlədən təhsilə psixoloji xidmətin qarşısında ciddi, mürəkkəb, eyni zamanda şərəfli bir vəzifə durur: ləyaqətli, rəqabətə qabil, müstəqil fikirləşməyi, qərarlar qəbul etməyi, ünsiyyət qurmağı bacaran vətəndaşlar formalaşdırmaq. Bunun üçün məktəb psixoloqu öz fəaliyyətində aşağdakı məsələləri prioritet götürməlidir: - Məktəb psixoloqunun fəaliyyəti dövlət sənədləri, qəbul olunmuş qərar, əmr, sərəncam və s. əsasında qurulmalı və fəaliyyətin nəticəsi onların əsasında qiymətləndirilməlidir; - Psixoloji xidmət özünün spesefik cəhətləri ilə yanaşı, təhsil müəssisənin ümumi fəaliyyətinə uyğun olmalı, onunla ziddiyyət təşkil etməlidir; - Məktəb psixoloqunun aylıq, yarımillik və illik iş planı olmalıdır. Məktəb psixoloqunun bütün fəaliyyət sənədləri iki hissəyə ayrılır: a) fəaliyyətlə bağlı; b) hesabat üçün. Fəaliyyətlə bağlı sənədlərdə psixoloqun bütün fəaliyyətinin qeydiyyatı, iş planı əksini tapmalıdır. Hesabat sənədlərində isə psixoloqun fəaliyyətinin məzmunu əks olunmalıdır. Sənədləşmənin belə bölgüsü işçi sənədlərin sisteminin yaradılmasına imkan verir və təxminən sinif jurnalı funksiyasını yerinə yetirir. İşçi jurnalında əsasən aşağdakılar əksini tapmalıdır: - Psixoloqun il boyu hər ay, hər həftə üzrə görəcəyi işlərin planı, onların icra vəziyyəti; - Görülən işlərin qeydiyyatı; - Həftəlik, aylıq, illik iş bölgüsü. Hesabatla bağlı sənədlər yaxşı olar ki, aylar üzrə hazırlansın. Aylıq hesabatların əsasında isə illik hesabat hazırlanır, məktəb rəhbərliyinə və lazım gəldikdə müvafiq orqanlara təqdim olunur. İşçi jurnalında görülən və planlaşdırılan işin məzmunu qısa, konkret şəkildə əksini tapmalıdır. Lakin qeydiyyat işində tarixlərin qeydiyyatına xüsusi diqqət yetirilməlidir. Bu, işin dinamikası, nəticənin təhlili baxımından da vacibdir. Hesabat sənədlərində yaxşı olar ki, psixoloq ayrı- ayrı sahələr üzrə gördüyü işləri qeyd etsin. Eyni zamanda, hansı yaş qrupları ilə daha çox işlədiyi məlum olmalıdır. Bu, məktəb rəhbərliyi, pedaqoji kollektivin hansı siniflərə və sahələrə daha çox diqqət yetirmələrinə zəmin yaradır. İlin sonunda psixoloq işin yekunu ilə bağlı analitik təhlil aparmalı, bu barədə məktəb rəhbərliyinə, lazım gəlsə, ayrı- ayrı fənn müəllimlərinə məlumat verməlidir. Məktəb psixoloqlarının istifadə etdikləri metodlardan biri də testləşdirmədir. Testlərdən istifadə edərkən aşağıdakılara əməl olunmalıdır: - psixoloq testin mahiyyəti və istifadə qaydalarını dəqiq bilməlidir; - alınan nəticələri yaymamalı, məxvi saxlamalıdır; - kənar şəxslər testin nəticələrini bilməməlidir; - maksimum obyektivlik gözlənilməlidir; - testi nəticələri şəxsiyyətə, onun psixikasına zərər vurmamalıdır; - testlərdən, eləcə də digər metodlardan istifadə edərkən hökmən uşağın fərdi xüsusiyyətləri nəzərə alınmalıdır; - testdən alınan nəticələr hökmən digər metodlarla da yoxlanılmalıdır. Məktəb psixoloqu müəllimlərlə, valideyinlərlə birgə işləməli, informasiya toplamalı,psixoloji maarifləndirmə ilə məşğul olmalıdır. Eyni zamanda psixoloq sistemli şəkildə özünütəhsillə məşğul olmalıdır. O, yeni pedaqoji texnologiyaları mükəmməl mənimsəməli, şagirdlərin özünüdərk, özünüfəallaşdırma işində yardımçı olmalıdır. Belədə şagirdin gizli qalan imkanları üzə çıxar, psixoloq isə hər bir şagirdin hüquq və maraqlarının, şəxsiyyətinin inkişafının təminatçısı rolunda çıxış edə bilər. Göründüyü kimi, məktəb psixoloqunun işi məsuliyyətli və zəruridir. Lakin bu o zaman daha faydalı olur ki, psixoloq nəzəri hazırlığa pedaqoji ustalığa, uşaqları və peşəsini sevmək qabiliyyətinə malik olsun. Download 498.54 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling