Kafedra: Psixologiya Fənn: Psixoloji xidmət və psixoloji praktikum Qrup
Məktəbəqədər yaşlı uşaqların valideynləri ilə aparılan psixoloji maarifləndirmə və psixokonsultativ işlər
Download 498.54 Kb.
|
Kəmalə Praktikum
Məktəbəqədər yaşlı uşaqların valideynləri ilə aparılan psixoloji maarifləndirmə və psixokonsultativ işlər.
Təhsil sistemində praktik psixoloji xidmətin strukturunda psixoloji maarifləndirmə işi özünəməxsus yer tutur. Onun əsas məqsədi təhsil sisteminə daxil olan müxtəlif tipli müəssisələrdə çalışan müəllim və tərbiyəçiləri psixologiya elminin son nailiyyətləri ilə tanış etməkdən, pedaqoq və valideynlərin uşaqların inkişafında davranışında müşahidə olunan normadan kənara çıxma halları haqqında məlumatlandırmaqdan ibarətdir. Deməli, təhsil müəssisələrində psixoloji maarifləndirmə işi təhsilləndirici və profilaktik məqsəd daşıyır. Praktik psixoloq müəllim, tərbiyəçi və valideynlər arasında müxtəlif formada maarifləndirmə işi aparmaqla onların “Uşaq psixologiyası”, “Ailə Psixologiyası”, “Şəxsiyyət və şəxsiyyətlərarası münasibətlər psixologiyası”, “Ünsiyyət psixologiyası” və s. kimi konkret sahələri ilə tanış edir, uşaqların inkişafı, təlimin və tərbiyəsi, pedaqoji təsir üsullarının psixoloji xüsusiyyətləri, yaş dövrlərinin dəyişməsi ilə əlaqədar uşaqların psixologiyasında meydana çıxan böhranların psixoloji təbiəti ilə tanış edir, yaranan münaqişələrin həlli yolları haqqında məsləhətlər və tövsiyələr verir. Məktəb psixoloqunun valideynlərlə işi bir neçə istiqaməti əhatə edir. Uşaqların, şagirdlərin ailələri ilə sıx əməkdaşlıq və qarşılıqlı inam şəraitində işləmək üçün praktik psixoloq ilk növbədə, xeyirxah məsləhətçi rolunda çıxış etməli, ailənin daxili işlərinə fəal müdaxilə etmək cəhdlərindən uzaq olmalıdır. Psixoloq valideyn yığıncaqları və ailələrə getmək yolu ilə uşaqların aktual problemlərinin həll edilməsində valideynlərin yaxın həmkarı olmalı, maarifləndirmə və məsləhətvermə sahəsində görəcəyi işləri konkret olaraq irəlicədən planlaşdırmalıdır. Psixoloq uşaqların hüquqlarının müdafiəçisi olsa da, övlad-valideyn ünsiyyəti ilə bağlı yaranan problemlərin həllində ən fəal iştirak etməli, zəruri hallarda valideynlərə psixoloji dəstək verməlidir. Məktəb psixoloqu özünü peşəkar fəaliyyətinin bütün istiqamətlərində valideynlərlə birgə fəaliyyətin zəruriliyini daim diqqət mərkəzində saxlanmalıdır. Bu zərurət ilk növbədə inkişafın sosial situasiyasının formalaşdırılmasında valideynlərin rolu ilə bağlı meydana çıxır. Uşağın lap kiçik yaşlarından əhatə olunduğu yaşlılarla ünsiyyəti onun normal inkişafının zəruri şərtidir. Bu ünsiyyət prosesində uşağı əhatə edən xarici sosial strukturların təsiri onun şəxsiyyətinin daxili strukturlarının formalaşmasında mühüm rol oynayır. Ailə mühitinin mənəvi-psixoloji cəhətdən qeyri-sağlam olması, ailə üzvləri arasında qarşılıqlı münasibətlərin qeyri-adekvatlığı uşağın koqnitiv və sferası ilə yanaşı ünsiyyət sferasının formalaşmasına da mənfi təsir göstərir. Çox vaxt qeyri-sağlam təsirlər və həyat tərzi müxtəlif psixi pozğunluqların, normadan kənara çıxma hallarının və şəxsiyyətin disharmoniyasına (harmonik inkişafının pozulmasına), səbəb olur, aşağı özünüqiymətləndirmənin və aqressivliyin yaranma səbəbi kimi özünü göstərir. Valideynlərin uşaqlara qeyri-normal yaşanma tərzi bu onların şəxsiyyət keyfiyyətlərindəki əlverişsiz əlamətlər: prinsipiallıq, hədsiz tələbkarlıq, səbirsizlik, yüksək iddialılıq, eqosentrizm, tez-tez təkrarlanan nevrotik hallar, affektivlik (qışqırmaq, hədə, söyüş və s.) uşağı hər bir göstərişi sözsüz yerinə yetirməyə tə hrik etmə, uşaqlara qarşı inamsızlıq emosional kütlük və introvertlik kimi xüsusiyyətlər onlarla valideynlər arasında qarşılıqlı sevgi və etibarın itməsinə gətirib çıxarır. Ailədə uşaqlarla qarşılıqlı münasibətin tez-tez pozulması fonunda onlara güclü psixoloji xəsarət dəymiş olur, nevrotik reaksiyaların yaranmasının katalizatoruna çevrilirdi. Psixoloji tədqiqatlar müəyyən etmişdir ki, ailədaxili münasibətlərin pozulmasının əsas səbəbləri aşağıdakılardır: ailənin saxlanması və uşaqların sağlamlığının qorunmasında valideynlərin məsuliyyəti öz üzərinə götürmək istəməməsi; uşaqlarda valideynlərdən birinin temperament xüsusiyyətləri və xarakter əlamətlərinin olmasının digər valideyn tərəfindən qəbul edilməməsi qarşılıqlı isti münasibətin olmaması; şübhə arvadlıq münasibətlərində uzunmüddətli stresin nəticəsi olaraq valideynlərdən birində və ya hər 2-sində ümumi energetik potensialın zəifləməsi və sinir və proseslərinin gücdən düşməsi; valideynlərin qeyri-ixtiyari olaraq keçmişdə baş vermiş günah, qorxu və inciklikləri tez tez xatırlaması; dalğınlıq, depressiya və nevrozların nəticəsində sinir proseslərinin keçirilməsindəki çətinliklər; valideynlərdən birinin nevrotik pozğunluğa düçar olması nəticəsində ailədə emosional əlaqələrin itirilməsi və tez tez baş verən münaqişələr. 3. Ailə münaqişələri problemi və bu sahədə aparılan maarifləndirmə işləri Ailədaxili münasibətlərdəki qüsurları əsas mənbəyi ailə cütlüyü adlanan ərlə arvad arasındakı disharmoniya və onu şərtləndirən ailə münaqişələridir. Ailə münaqişələri mürəkkəb sosial hadisədir. Bu münaqişələr bir tərəfdən ərlə arvadın münasibətlərindəki soyuqluq, yadlaşma, get-gedə onların formal xarakter alması, digər tərəfdən, şəxsi ustanovkaların,rol gözləmələrinin təhrif olunmasıdır. Sağlam ailədə hər bir əhali üzvünün psixoloji rolu olur. Belə ailələrdə mütəhərrik müvazinət, ümumini əks etdirən ailə “Biz”i formalaşır, ailədaxili münasibətlərdə yarana biləcək ziddiyyətləri və münaqişələri ailənin hər bir üzvü tərəfindən sərbəst aradan qaldırmaq istəyi olur. Ahəngdarlıq olmayan ailələrdə isə qarşılıqlı münasibətlər səmimiyyətdən uzaqdır, müvazinət tez tez pozulur, ailədaxili və xarici funksiyaların həllinin optimal yollarını müəyyənləşdirməkdə çətinliklər özünü göstərir. Belə ailədə hər bir ailəüzvü özünün üstünlüyünü, şəxsi iddia və tələblərini qabarıq şəkildə ortaya ataraq, ailədə ziddiyyət və münaqişələrin alovlanmasına bais olur. Nəticədə uzunmüddətli münaqişələr fonunda ailədaxili mənəvi iqlim korlanır,lə üzvləri arasında sosial və psixoloji adaptasiya aşağı düşür, ümumi ailə mənafeyi o cümlədən uşaqların tərbiyəsi üçün birgə fəaliyyət, təşəbbüs və səyləri itir. Ailədə artıq psixoloji gərginlik ailə üzvləri arasında açıq ifadəli, emosional pozğunluqlara, nevrotik əhval-ruhiyyəyə,ailə üzvlərinin daimi narahatlığına, uşaqlara qarşı zorakılığa və baxımsızlığa gətirib çıxarır. Ər-arvad cütlüyü arasındakı disharmoniya uşağın emosional və şəxsi inkişafına mənfi təsir göstərir ki, bu da uşaq və yeniyetmələrin davranışında normadan kənara çıxma hallarının əsas mənbələrindən biridir. Korlanmış ər arvad münasibətləri də dolayı yolla valideyn-övlad münasibətlərinə, bununla da uşaq və yeniyetmələrin davranış və tərbiyəsində qüsurların yaranmasına güclü təsir göstərmiş olur. Məhəbbət, nəvaziş və qayğı, uşaqlarda təhlükəsizlik hissi açıq aşkar imtina və baxımsızlıq isə aqressivliyə, emosional qeyri-yetkinliyə səbəb olur. Psixoloq valideynlərlə apardığı maarifləndirmə işləri ər-arvad cütlüyü arasındakı münasibətlərin uşaqların tərbiyəsinə təsiri və ailə tərbiyəsi tiplərinin izahına yönəlməlidir. Belə iş formaları mühazirlərdən seminarlardan, söhbətlərdən, mütəxəssislərin (psixoloq, həkim, hüquqşünas və s.) də cəlb edildiyi, tematik valideyn yığıncaqlarından ibarət ola bilər. Download 498.54 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling