Klassik və real təHSİl haqqinda. UŞİnskiNİn didaktik göRÜŞLƏRİ
Download 33.68 Kb.
|
KLASSİK VƏ REAL TƏHSİL HAQQINDA. UŞİNSKİNİN DİDAKTİK GÖRÜŞLƏRİ
KLASSİK VƏ REAL TƏHSİL HAQQINDA. UŞİNSKİNİN DİDAKTİK GÖRÜŞLƏRİ Uşinskinin didaktik görüşlərindəki əsas və qiymətli cəhətlərdən biri ümumi təhsilin ixtisas təhsildən qabaq verilməsinin zəruri hesab edilməsidir. Uşinski bu tələblərində 60-cı illərin qabaqcıl pedaqoqları olan Piroqov, Pisarev, Stojunin və sairələri ilə birləşir. Lakin bu məsələnin düzgün həllinə gəldikdə, Uşinski onların bəzilərindən daha irəli getmişdir. Piroqov ümumi insani-təhsil anlayışında klassik təhsil götürürdü. Uşinski bunu doğru hesab etmir. Klassik təhsil Rusiyanı Avropanın qabaqcıl həyat və elminə çatdıra bilməyəcəyini göstərir. Uşinski matematika, astronomiya, fizika, kimya və s. real elmlərin verilməsini lazım bilir. Məlumdur ki, Uşinski ana dilini bütün təlimin mərkəzində götürür. Real elmlər içərisində Uşinski xüsusilə təbiət elmlərinə yüksək qiymət verir. Təbiət elmlərinin böyük təhsil əhəmiyyəti olmaqla bərabər, həm də özünün əyaniliyi və praktika cəhətcə elmlə həyatın əlaqəsini yaradır. Təbiət elmləri uşaq təfəkkürünü qüvvətlə inkişaf etdirir, təbiətin məntiqi klassik dillərdən daha aydın, daha sadə və daha qüvvətlidir. Uşinski uşağa ümumi təhsil predmetlərini verməklə həm onlarda məntiqi təfəkkür yaratmağı həm də dəqiq, aydın və düzgün dil inkişaf etdirməyi tələb edir. İnsanlığın bilik sərvəti günü -gündən artır, məktəb bu elmin hərəkəti ilə irəli getməli və uşaqlara daha artıq bilik verməli idi, lakin məktəbin bu vəzifənin öhdəsindən gələ bilmədiyini Uşinski yaxşı görürdü. Uşinski o zamankı məktəbi şagirdlərin hafizəsilə vicdansız rəftar etməklə təqsirləndirirdi. Uşinskinin dediyinə görə, şagirdin hafizəsinə hər zir-zibili doldururlar və bunların yüzdə biri də yadda qalsa ona sevinirdilər. Buradan da haqlı olaraq o, köhnə pedaqogikanı, danlayıram. Hafizəni yüngülləşdirmək üçün pedaqogika hələ çox az iş görmüşdür, bu işin azlığı həm dərsliyə, həm proqrammaya, həm də metodlara aiddir. Uşinski pedaqogikanın gələcəyini parlaq görürdü, amma düşündüyünə görə pedaqogika uşağı dərindən öyrəndikdə adi bacarıqlı, bir adama, indiki məktəbin ən talantlılarının hafizələrinin qiymətli gücündən istifadə edərək verdiyi və sonra da izi qalmayan min cür bilikdən, on dəfə artıq və həm də möhkəm bilik verə bilər. Şagirdin hafizəsində biliyin tədrici toplanmasını və təkrarlar yolu ilə möhkəmlənməsini Uşinski belə əsaslandırır: “ruhum mənimsədiyi bütün biliklər yenidən şüura qayıdaraq, özü möhkəmlənməklə bərabər, özünə yeni biliklər cəlb etmək qabiliyyətini qazanır və öz möhkəmliyini ona da keçirir”. “Bunun əsasında şagirdin başı meşoq kimi pis mənimsənilmiş faktlar və pis həzm olunmuş ideyalarla doldurubnayacaqdır, bunun hər işçisi də orqanı bir sürətdə qəlbə dərin sancılmış bir neçə dənələrdən inkişaf edəcəkdir”. Buradan Uşinski elə pedaqoji nəticə çıxarır: birinci, tədris şagirdlərə məntiqcə bağlı bilik sisteması verməlidir, hafizədə bir-birilə olmayan bilik, başqa biliklərin mənimsənilməsinə yaraya bilməz; ikinci, hər bilik qəlbdə dərin sancılmış orqanik bir surətdə və tədrici olaraq bir neçə dənələrdən inkişaf etməlidir. Hər kurs da əsas qanunlardan inkişaf etməlidir. Hər kurs da əsas qanunlar, ideyalar, nəticələr və qaydalar az olduğu üçün onların üzərinə həmişə qayıtmalıdır və yeni biliyi onlarla bağlamalıdır, yalnız belə olduqda uşaq əsas fikirlərin yaradıcı inkişafına alışa bilər. Tədrici biliyin artmasını Uşinski belə təsvir edir: “beləliklə köhnəni arası kəsilmədən təkrar edərək və hər təkrar zamanı bir qədər yeni bilik əlavə etməklə uşaq bir çox faktları yalnız bir-birinin dalınca mənimsəməklə ona sahib oluna bilməz”. Uşinski hafizənin mexaniki tərbiyəsi əleyhinədir. O, hafizənin düşüncəli, məntiqi inkişafının tərəfdarıdır. O, hafizənin sistematik zənginləşməsini təlah etməklə bərabər həm də onun düşüncəliliyini tələb edir. Uşinski bunun əsas şərtlərdən biri olaraq təkrarları lazım bilir.Təkrarları passiv və aktiv təkrar deyə, iki yerə bölür. Passiv təkrarda şagird keçmişdə aldığı materialı yenidən dərk edir, lakin bu dərk etmə əvvəlkinin eyni ilə təkrardır. Burada əsas aktivlik müəllimdə olur, müəllim keçmiş dərsi yenidən nağıl edir, izah edir və sairə. Uşinskiyə görə xüsusən, ibtidai siniflərdə yalnız yeni materialın izahı deyil, həm də onu necə öyrənmək, yadda saxlamaq deyil, həm də o biliyin möhkəm mənimsənilmməsidir. Uşinskinin bu tələbi bizim müəllimlərin də bugün qarşısında duran mühüm vəzifədir. Download 33.68 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling