Laboratoriya İşi №9 «Neft Mədən avadanlığı»


Download 82.2 Kb.
bet1/3
Sana16.06.2023
Hajmi82.2 Kb.
#1510062
  1   2   3
Bog'liq
Lab 9 NMA


AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ

Neft-mexanika fakultəsi


“Sənaye maşınları” kafedrası


İxtisas: 050638  «Sənaye mühəndisliyi”
Кurs: III
Qrup: 441.20


Laboratoriya İşi № 9

«Neft - Mədən avadanlığı » fənni üzrə


Mövzu: « Ştanqsız nasos qurğuları »


Tələbə: Qasımov Vüsal


Rəhbər: dosent Qasımova S.Ə


Bakı – 202

LABORATORİYA İŞİ № 9


İşin adı: Ştanqsız nasos qurğuları
İşin məqsədi: Ştanqsız nasos qurğularının işinin öyrənilməsi


İşin məzmunu
Ştanqsız quyu nasosu bilavasitə bir-biri ilə əlaqə­lən­diril­miş quyu nasosu və nasosun quyu intiqalından ibarətdir. Nasos intiqalına enerji kabel (elektrointiqallı olduqda) və ya boru kəməri (hidro- və ya pnevmo­in­ti­qallı olduqda) vasitəsi ilə ötürü­lür. Ştanq­sız quyu nasoslarında na­sos­la intiqal arasında uzun mexaniki əlaqənin olmaması səbə­bin­dən onlar böyük gücə malik olurlar. Bu səbəbdən bir sıra ştanqsız quyu nasosları böyük miq­darda mayeni hasil et­mək imkanına malikdir. Belə nasoslara ilk növbədə mər­kəz­dənqaçma dalma elektrik nasoslarını göstərmək olar.
Məlum ştanqsız quyu nasoslar qurğusunun təsnifatı aşağıdakı kimi göstərmək olar.
Enerji mənbəyinə görə elektrik enerjisi və intiqala müəyyən təzyiqlə verilən maye və ya qaz enerjisidir.

  1. Elektrik enerjisinə görə:

a) dalma elektrik mühərriki;
- dalma elektrik mühərriki olur pərli nasoslarla və həcmi nasoslarla (pistonlu, vintli, ratasiyon);
b) maqnito­fuqal mühərrik.

  1. İntiqala yüksək təzyiqli maye və ya qaz enerjisinə görə:

a) pərli mühərrik;
- burağanlı, turbin (pərli nasoslarla)
b) həcmi mühərrik
- pistonlu, vintli, ratasiyon (həcmi nasoslarla);
c) şırnaqlı nasoslarla.
Hal-ha­zırda ştanqsız quyu nasosu­nun 10 növü geniş tətbiq olunmaq­da­dır. Onlardan elektrik in­tiqallı – mərkəzdənqaçma, vintli, pis­ton­­lu (diafraq­ma­lı), hid­ravlik intiqallı – hidropistonlu və şırnaqlı nasoslara bu fə­sildə ətraflı baxılır. Bunlardan əlavə hidroştanqlı və bir sıra xüsusi tipli ştanqsız nasoslar haqqında da məlumat verilir.
Ştanqsız quyu nasosları əsasən respublikamızda işlə­nib hazırlanmışdır. Bu sahədə tədqiqatlar davam etdirilir.



Download 82.2 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling