Laboratoriya işi №9 Qara cismin istilik şüalanmasının öyrənilməsi


Download 0.91 Mb.
bet3/3
Sana28.04.2020
Hajmi0.91 Mb.
#101872
1   2   3
Bog'liq
Laboratoriya işi №5 İstilik şüalanma qanunlarının yoxlanılması (1)

Qurğunun təsviri:

1. Prizmalı spektrofotometri şəkil 2-də göstərildiyi kimi optik masanın üzərinə yerləşdirin. Spektrofotometrin masasını Yerlə birləşdirin. Bu eksperimentdə geniş spektrli işıq çevricisindən istifadə edilir.

2. Şəkil 3-də göstərildiyi kimi, spektrofotometr prizmasının tilini elə istiqamətləndirmək lazımdır ki, onun ensiz təpə hissəsi işıq mənbəyinə doğru yönəlsin.

3. Üzərində yarıqları olan diafraqmanı toplayıcı linzanın foksunda yerləşdirin.

4. Mütləq qara cisim rolunu oynayan közərmə lampasının gücləndirici qurğuya, onu isə ScienceWorkshop 750 interface-nin C kanalına birləşdirin.

5. Geniş spektrli işıq çevricisini interfeysin A kanalına, gərginlik dəyişdiricisini B kanalına qoşun. Fırlanma hərəkəti çevricisini isə interfeysin 1 və 2 kanallarına birləşdirin. Közərmə lampasını gərginlik mənbəyinə qoşun.



6. DataStudio-da " Blackbody.ds" faylını açın.

Şəkil 2. Təcrübə qurğusunun ümumi görünüşü




Şəkil4. İşıq çevricisi

İşin gedişi:

1.Diafraqmanın yarığını #4 vəziyyətinə qoyun. İşıq çeviricisinin filtrini #4 yarığı üzərinə yerləşdirin.

2.“Data studio”da “Siqnal generatoru” pəncərəsini açın. Generatoru 10 V-luq sabit cərəyan mənbəyinə qoşun.

Diqqət! Közərmə lampasını uzun müddət 10V-luq gərginlik altında saxlamaq olmaz. Çünki sıradan çıxa bilər. Lampanı dövrəyə yalnız ölçü götürülən anda qoşmaq lazımdır.

3. Prizmalı spektrofotometrin dəstəyini dayağa toxunana qədər fırladın. Bu nöqtə spektrin başlanğıc vəziyyəti olacaqdır.

4. İşıq çevricisinin həssaslıq dərəcəsini “x100” vəziyyətinə gətirərək “Tara” düyməsini basın. “Data studio”da “start” düyməsini basmaqla qurğunu işə salın.

5. Prizmalı spektrofotometrin dönmə bucağı müsbət istiqamətdə fırladılmalıdır. Fırlanma hərəkəti çevricisini interfeysə qoşun və verilən məlumatları yükləyin. Prizmalı spektrofotometrin dəstəyini asta-asta fırladaraq onu bucaqölçəndəki sıfır dərəcə üzərinə qoyun (bu vəziyyət işıq mənbəyi ilə işıq çevricisinin qarşı-qarşıya olduğu hala uyğundur). asılılığının qrafiki dalğa uzunluğunun 2500 nm qiymətində avtomatik dayanır, çinki spektrometrdəki optik şüşə 2500 nm-dən böyük dalğa uzunluqlu şüalları qeyd etmir.

6. İşıq mənbəyi ilə işıq çevricisi bir-birinə paralel olduqda (bu halda şüallar prizmadan deyil, onun yanından keçir) asılılığı özünün maksimum (pik) qiymətini alır. Maksimumun vəziyyəti təcürbənin başlanğıc bucağını dəqiqləşdirməyə imkan verir. Smart kursorundan isifadə edərək, başlanğıc vəziyyətlə mərkəzi pik nöqtəsi arasındakı bucağı təyin edin. “Data studio”da karkulyator pəncərəsində “init” adlandırılan xanaya bu bucağı qeyd edin.

7. Təcürbəni lampaya verilən gərginliyin 4V və 7V qiymətləri üçün təkrar edin.
İşin təhlili

1.Temperatur azaldıqca aslılığın maksimumu yerini hansı tərəfə dəyişir?

2. Temperatur artdıqca şüalanma intensivliyinin qiyməti necə dəyişir?

3. Smart kursorundan istifadə etməklə “Temperatur” qrafikində közərmə telinin temperaturunu təyin edin. (12) tənliyindən istifadə edərək hər bir temperatur üçün əyrisinin maksimumuna uyğun dalga uzunluğunu hesablayın.

4. “Data studio”da Plank düsturunun nəzəri əyrisi qeyd edilmişdir. asılılığının təcürbi əyrisini nəzəri əyri ilə müqayisə edin və onların uyğun gəlib –gəlmədiyini müəyyənləşdirin.

5. Lampanın temperatutunu dəyişməklə spektr rənglərinin necə dəyişməsinə diqqət edin. Hansı dalğa uzunluğu sarı rəngə uyğundur?

6. asılılığında əyrinin altındakı sahənin qiyməti hansı fiziki parametrə uyğundur?

Lampanın közərmə telinin temperaturunu aşağıdakı cədvəl və qrafik vasitəsi ilə təyin etmək olar.



Xüsusi müqavimət

(×10-8Om∙m)



Temperatur

(K)


Xüsusi müqavimət

(×10-8Om∙m)



Temperatur

(K)


5.65

300

60.06

2100

8.06

400

63.48

2200

10.56

500

66.91

2300

13.23

600

70.39

2400

16.09

700

73.91

2500

19.00

800

77.49

2600

21.94

900

81.04

2700

24.93

1000

84.70

2800

27.94

1100

88.33

2900

30.98

1200

92.04

3000

34.08

1300

95.76

3100

37.19

1400

99.54

3200

40.36

1500

103.3

3300

43.55

1600

107.2

3400

46.78

1700

111.1

3500

50.05

1800

115.0

3600

53.35

1900

115.0

3600

56.67

2000

115.0

3600

Şəkil 5. Volframın xüsusi müqavimətinin temperaturdan asılılığı
Suallar:

1.İstilik şüalanması nəyə deyilir?

2.Mütləq qara cismin nəyə deyilir?

3.Kirxhof qanunu necə ifadə olunur?

4.Stefan-Bolsman qanunu necə ifadə olunur?

5.Vin və Reley-Cins qanunları necə ifadə olunur?

6.Vinin yerdəyişmə qaydası nəyə deyilir?

7. İstilik şüalanması üçün Plank düsturu necə ifadə olunur?

HESABAT VƏRƏQƏSİ
1.Tələbənin adı və soyadı Müəllimin adı və soyadı

_______________________________ ______________________________

2.Fakultə________________________ İmza:_________________________

3.Qrup__________________________ Tarix:_________________________



Laboratoriya işinin adı:___________________________________________________

Ölçmələr:
Download 0.91 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling