M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə


Download 12.76 Kb.
Pdf ko'rish
bet21/34
Sana08.01.2018
Hajmi12.76 Kb.
#24025
1   ...   17   18   19   20   21   22   23   24   ...   34

 
Ədəbiyyatşünas, publisist Vəliyev Həmid Alı  oğlunun (15.07.1939) anadan 
olmasının  70 illiyi 
 
Azərbaycanın Xalq rəssamı, heykəltəraş Qaryağdı  Cəlal Məhərrəm oğlunun 
(15.07.1914-01.01.2001) anadan оlmasının 95 illiyi 
 
Azərbaycanın  Əməkdar memarı  Əliyev Rasim Həsən oğlunun anadan olmasının 
(16.07.1934) 75 illiyi 

 
228
 
Etnoqraf, folklorşünas Əbdülhəlimov Hikmət  Əhməd oğlunun (17.07.1939) anadan 
olmasının 70 illiyi 
 
Amеrika yazıçısı, Nоbеl mükafatı laurеatı Hеminquеy Еrnеst Millеrin (21.07.1899-
02.07.1961) anadan оlmasının 110 illiyi 
 
Amerika astronavtlarının Ayın səthinə enmələrinin (21.07.1969) 40 illiyi 
 
Milli Mətbuat və Jurnalistika Günü (22.07.1875) 
 
Ağdam  rayonunun işğal (23.07. 1993)  günü 
 
Şair, publisist Mahmudоv Tоfiq Cavad oğlunun (Tоfiq Mahmud) (24.07.1944) 
anadan оlmasının 65 illiyi 
 
Rus rejissoru, Əməkdar incəsənət xadimi, yazıçı  və kinorejissor Şukşin Vasili  
Makaroviçin (25.07.1929-02.10.1974) anadan  olmasının 80 illiyi  
 
Azərbaycanın Milli Qəhrəmanı  Məmmədov Aqil Səməd oğlunun (30.07.1969-
07.08.1992) anadan olmasının 40 illiyi 

 
229
 
 
   
İyul 
 
125 illiyi 
Feyxtvanger  Lion   
1884-1958 
 
 
Alman 
yazıçısı 

 
 
 
 
 
 
 
 
 
 
 
 
Alman yazıçısı Lion 
Feyxtvanger 
  7  iyul 1884-
cü ildə 
Münhen  şəhərində 
anadan olmuşdur. Berlin 
və Münhen şəhərlərində 
filoloji təhsil almışdır. 
1907-ci ildən fəlsəfə elm-
ləri doktoru adını al-
mışdır. Jurnalistika və 
teatr tənqidi ilə  məşğul 
olmuşdur. 1933-cü ildə 
Almaniyadan Fransaya 
mühacirət etmiş  və orada 
yaşamışdır. Feyxtvanger 
Beynəlxalq mədəniyyəti 
müdafiə  hərəkatında işti-
rak etmiş, B.Brext və 
B.Bredel ilə birgə 1936-
1939–cu illərdə Mosk-
vada çıxan “Vort” (Das 
Vort) jurnalının redaktoru 
olmuşdur. O, həmçinin 
“Moskva“ kitabını (1937) 
yazmışdır. 1940-cı ildə 
Fransa hökumətinin mür-
təce siyasətini tənqid et-
diyinə görə  həbs düşər-
gəsinə salınmış, alman 
qoşunları Fransanı  işgal 
edərkən  çətinliklə xilas 
olmuşdur. 
   Feyxtvanqerin  “Hər-
bi  əsirlər” (1918), “Sülh” 
(1918)  şeirlərində, həm-
çinin “Gözləmə zalı” 
trilogiyasında, “Müvəffə-
qiyyət” (1930) “Oppen-
heymlər ailəsi” (1933), 
“Sürgün” (1939) roman-
ları, “Lautenzak qardaş-
ları” (1943) romanında fa-
şizm ifşa olunur, vətənin 
yeni tərəqqisi naminə mü-
barizənin zəruriliyi ide-
yası irəli sürülür.  Onun  
“Yəhudi Zyuss” (1920-
1922, nəşri 1925), “Ey-
bəcər hersoginya” (1923) 
və s. tarixi romanlarında 
xalq kütlələrinin rolu, 
sosial tərəqqinin inqilabi 
formaları  şübhə altına 
alınır. 1930-cu illərdə 
yazdığı tarixi romanlar 
“Yəhudi müharibələri” 
(1932), “Oğullar” (1935), 
“Gun gələcək” (1942) 
trilogiyası, ”Yalançı Ne-
ron” (1936) dövrün mü-
tərəqqi ictimai-siyasi ide-
yaları ilə  səsləşirdi. “Tül-
külər üzümlükdə” (1947), 
“Qoyya, yaxud idrakın 
məşəqqətli yolu” (1952), 
“Qəribə adamın müd-
rikliyi, yaxud Jan Jak 
Russonun ölümü və öl-
məzliyi” (1952) roman-
larında tarixdə xalq küt-
lələrinin inqilabi roluna 
inamı güclənmişdir. 
 Feyxtvangerin  bir  şox 
əsərləri ekranlaşdırılmış-
dır. 
Ömrünün son illərini 
yazıçı ABŞ-da keçir-

 
230
mişdir.
  21 dekabr 1958-ci 
ildə Los-Anceles şəhərində  
vəfat etmişdir. 
 
 
                                     
Ədəbiyyat 
 
Roman, hekayələr.-
B.,1991.- C. 85.- (Dünya 
ədəbiyyatı kitabxanası) 
Şıxlı, İ. XX əsr xarici 
ədəbiyyat tarixi.-B.: 
Maarif, 1974.- 248 c. 
 
Rus dilində 
 
Собрание сочинений: в 
6-ти томах. /ред. кол-
легия А.С.Дмитриев и 
др.- М.:  Xудожествен-
ная литература, 1988.- 
733 с. 
Безобразная  герцогиня 
Маргарита  Маульташ: 
Роман  /перевод  с  нем. 
В.Станевич.-  М.:  АСТ; 
Люкс, 2005.-318 с. 
Братья Лаутензак. Ро-
ман. Рассказы. - М.: 
1987 
Совместное предпри-
ятие СССР-Франция 
«ДЭМ», 1990.-334 с. 
Гойя  или  Тяжкий  путь 
познания    /перевод  с 
нем.  Н.Касаткиной,  И. 
Татариновой.- М.: Прав-
да, 1991.-609 с. 
 
 
Наргиев К. М. Лион 
Фейхтвангер –  писа-
тель-антифашист.- М.: 
Знание,1990.- 64 с. 
 
 
Pərvanə Qurbanova 

 
231
 
 
   
İyul 
 
100 illiyi 
Əbdüləzəl  Dəmirçizadə   
1909-1979 
 
 
Elm xadimi 

 
 
 
Dəmirçizadə 
Əbdül-
əzəl Məmməd oğlu 1909-
cu ildə  Şəki  şəhərində 
anadan olmuşdur. Dəmir-
çizadə  Əbdüləzəl Azər-
baycan  ədəbi  dili tarixi-
nə, müasir Azərbaycan 
dilinin fonetikasına, üslu-
biyyatına, etimologiyasına 
və  dilçiliyə aid əsərlərin, 
orta və ali məktəb dərs-
liklərinin müəllifidir. El-
mi kadrların hazırlan-
masında xüsusi xidməti 
var. 25-ci Beynəlxalq 
Şərqşünaslıq konqresində 
(Moskva, 1960)  məruzə 
etmişdir. Qırmızı  Əmək 
Bayrağı ordeni və me-
dallarla təltif olunmuşdur. 
Dəmirçizadə 
Əbdüləzəl 
“Azərbaycan  ədəbi dili 
tarixi xülasələri” (1938), 
“Kitabi Dədə Qorqud” 
dastanlarının dili (1958-
1962),  “Azərbaycan dili-
nin üslubiyyati”, “Müasir 
Azərbaycan dili” (1972) 
kitablarının müəllifidir. 
Görkəmli elm xadimi Ə. 
Dəmirçizadə 1979-cu il 
10 aprel tarixində  vəfat 
etmişdir. 
 
Ədəbiyyat 
 
Azərbaycan ədəbi dilinin 
tarixi: Ali məktəb tələbə-
ləri üçün dərslik.- B.: 
Maarif.- 1979.- 22 s. 
Azərbaycan dili lüğət tər-
kibinin tarixi tədqiqinə 
dair Nizami adına  Ədə-
biyyat və Dil İnstitutunun 
əsərləri.-B.: Azərbaycan 
SSR EA. nəşr., 1957.- C. 
VIII.- S. 87-100.   
Şahbazlı, F. Azərbaycan 
dilçiliyi və professor Ə. 
M.Dəmirçizadə.-B.: “Nur-
lan”, 2000.- 141 s. 
Xudiyev, N. Dəmirçizadə 
dünyası: [Professor Əbdü-
ləzəl Dəmirçizadə haqqın-
da] //Azərbaycan.- 2002 . 
- 4 sentyabr.- S. 5. 
Qənbərli, H. Dəmirçizadə 
haqqında tədqiqat //Azər-
baycan.- 2000.- 29 okt-
yabr.- S. 4. 
Zəminə Əhmədova  
 

 
232
 
İyul 
 
175 illiyi 
Neruda Yan 
1834-1891 
 
 
Çex  yazıçısı 

 
 
 
Neruda Yan 1934-cu 
il iyul ayının 9-da Praqa 
şəhərində anadan olmuş-
dur. Neruda Akademik 
gimnaziyanı qurtarmış, 
Praqa Universitetində 
oxumuş, orada fəlsəfə  və 
hüquq  fakültələrində mü-
hazirələr dinləmişdir. Bir 
neçə il Praqa idarələrində 
işləmiş, gimnaziyada al-
man dilindən dərs demiş-
dir. 
Onun ilk şeirləri 50-ci 
illərin  əvvəllərində çap 
olunmuşdur.   
“Qəbristanlıq çiçəkləri” 
(1857), “Şeirlər kitabı” 
(1868), “Kosmik nəğmə-
lər”(1878), “Balladalar və 
romanslar” (1883), “Öv-
liya cüməsi nəğmələri” 
(1896) və s. kitabların 
müəllifidir.     
 
Vətənpərvərlik və 
sosial azadlıq duyğula-
rının tərənnümü, xalq gü-
cünə inam poeziyasının 
ideya məzmunudur. Neru-
danın familiyasını çili 
şairi Pablo Neruda ozünə 
təxəllüs seçmişdir.  
  O, 22 avqust 1891-ci 
ildə vəfat etmişdir. 
 
 
Ədəbiyyat 
Şeirlər: Çex poeziyası. 
Antologiya.- B.: Azərnəşr,  
1965.- 314 s.  
Yelizarova, M.Y. və b. 
XX  əsr xarici ədəbiyyat 
tarixi.- B.,1964.- 494 с. 
 
 
 
Rus dilində 
Рассказы.- М.: Книга, 
1984.- 470 с.  
Стихотворения;  Расска-
зы;  Малостранские  по-
вести; Очерки и статьи.- 
М.: Худ.лит, 1975.-494 s. 
Соловьева, 
А.П. 
Ян 
Неруда  и  утверждение 
реализма  в  чешской 
литературе.-  М.:  Наука, 
1973.- 304 с.  
Yasəmən Sadıqova 
 
 

 
233
 
İyul 
 
Azərbaycan Tarixində Əlamətdar Gün 
1969 
14 
 
 
 
Hər bir xalqın, millətin 
tarixində, taleyində  şəx-
siyyətin yeri, həlledici 
rolu danılmazdır. Hər bir 
ölkəni, hər bir xalqı onun 
böyük  şəxsiyyətlərinə gö-
rə tanıyırlar. Xalqın bö-
yüklüyü bəşəriyyətə  bəxş 
etdiyi dühalarla ölçülür. 
Ən ali və yüksək key-
fiyyətləri özündə birləş-
dirən ümummilli lider 
Heydər  Əliyev də  belə 
şəxsiyyətlərdəndir.   
Heydər  Əliyev parlaq 
siyasi zəkası  və istedadı 
sayəsində yeni Azər-
baycanı, onun bugünkü 
gerçəkliklərini yaratmış 
və gələcəyə aparan yolları 
müəyyən etmişdir. Məhz 
buna görə  də Azərbaycan 
tarixinin 1969-cu ildən 
bəri yaşanan dövrü Ulu 
öndərin adı ilə sıx bağlıdır 
və tariximizə Heydər  
Əliyev dövrü kimi həkk 
olunmuşdur. Bu illər ər- 
zində xalqın ictimai-siyasi 
və  mədəni həyatının bü-
tün sahələrində dirçəliş 
məhz onun adı ilə  əla-
qədardır.  
Azərbaycanın keçmiş 
sovetlər məkanında ön 
sıraya çıxmasında, onun 
yüksəliş  və  tərəqqisində 
1969-1982-ci illərin özü-
nəməxsus yeri vardır. 
Azərbaycan Kommunist 
Partiyası  Mərkəzi Komi-
təsinin (AKP MK) 1969-
cu ilin iyulunda  keçirilən 
plenumunda Heydər  Əli-
yev AKP MK-nın birinci 
katibi və MK-nın büro 
üzvü seçilmişdir. Bununla 
Heydər  Əliyevin Azər-
baycana rəhbərliyinin bi-
rinci dövrü başlanmışdır. 
Bu dövrdən başlayaraq 
Ulu öndər respublikada 
xalq təsərrüfatına və  mə-
dəni quruculuğa rəhbərliyi 
əsaslı surətdə yaxşılaş-
dırmaq, dövlət və  əmək 
intizamını möhkəmləndir-
mək, kadrların məsuliy-
yətini artırmaq siyasətini 
həyata keçirirdi. Onun bu 
sahədə gördüyü işlər 
Moskvanın diqqətini cəlb 
etmiş  və o, 70-ci illərdə 
Sovet  İttifaqı Kommunist 
Partiyası  Mərkəzi Komi-
təsinin (Sov.İKP MK) 
üzvlüyünə namizəd seçil-
mişdir. 1976-cı ildə Hey-
dər  Əliyev Sov.İKP MK 
Siyasi Bürosu üzvlüyünə 
namizəd olmuşdur. O, 
SSRİ Konstitusiya Ko-
missiyasının üzvü kimi 
Sovet  İttifaqının yeni 
Konstitusiyasının yaradıl-
masında fəal iştirak etmiş, 

 
234
eyni zamanda Azərbaycan 
SSR-nin yeni Konstitu-
siyasını yaradan Komis-
siyanın sədri olmuşdur. 
Həmin Konstitusiyaya gö-
rə Azərbaycan dili Azər-
baycan SSR-in dövlət dili 
elan edilmişdir.  
Ulu öndər Heydər 
Əliyevin Azərbaycana 
rəhbərlik etdiyi ilk illər-
dən mükəmməl iqtisadi 
inkişaf konsepsiyası ha-
zırlanmış,  ənənəvi təsər-
rüfat sahələrinin  şöhrəti 
və səmərəliliyi bərpa edil-
miş, yeni-yeni istehsal 
sahələrinin istiqamətləri-
nin  əsası qoyulmuş, iqti-
sadiyyatın sənaye bazası 
genişləndirilmiş  və müa-
sirləşdirilmişdir. Heydər 
Əliyevin respublikaya 
rəhbərliyinin birinci döv-
ründə (1969-1982) icti-
mai-iqtisadi inkişafın və 
milli-mədəni oyanışın bü-
tün sahələrində sürətli 
inkişaf dövrü olmuşdur.  
1982-ci ilin noyabrında 
Ümummilli Lider Sov. 
İKP MK-nın Siyasi büro 
üzvü seçilmiş, eyni za-
manda SSRİ Nazirlər So-
veti sədrinin birinci müa-
vini təyin edilmişdir. Fəa-
liyyətinin Moskva döv-
ründə  də Heydər  Əliyev 
daim Azərbaycanı dü-
şünmüş, onun taleyi ilə 
yaşamış, respublikanın ta-
nıdılmasında əlindən gələ-
ni etmişdir. 1988-ci ildən 
başlayaraq Azərbaycan 
xalqının başına gətirilən 
müsibətlərə, faciələrə 
dözməyərək Azərbayca-
na-Naxçıvana qayıdan 
Heydər  Əliyev bu gəlişi 
ilə blokada şəraitində 
yaşayan Naxçıvanı erməni 
təcavüzündən qorudu. 
1993-cü ilin iyun ayında 
xalqın istəyi və  tələbi ilə 
hakimiyyətə yenidən qa-
yıdan Heydər 
Əliyev 
Azərbaycanın qarşısında 
duran çox çətin prob-
lemlərin həllinə nail oldu. 
Qanunsuz silahlı  dəstələr 
və separatçı qüvvələr 
zərərsizləşdirildi, dövlət 
çevrilişlərinin qarşısı alın-
dı, müharibədə uzun-
müddətli atəşkəsə nail 
olundu, yeni demokratik 
Konstitusiya qəbul edildi, 
yeni neft strategiyası  hə-
yata keçirildi və Azər-
baycan iqtisadiyyatı yeni 
inkişaf mərhələsinə  qə-
dəm qoydu. 
Ümummilli lider Hey-
dər  Əliyevin düşünülmüş 
və uzaqgörən siyasəti bu 
gün möhtərəm Preziden-
timiz 
İlham 
Əliyevin 
məqsədyönlü fəaliyyəti 
nəticəsində son dərəcə də-
qiqliklə  həyata keçirilir. 
Artıq günbəgün inkişaf 
edən ölkəmiz regionda li-
der dövlətə çevrilib. 
Əminliklə deyə bilərik ki, 
Heydər Əliyev siyasətinin 
davamçısı olan İlham 
Əliyev xoşbəxt gələcə-
yimizə doğru uzanan yolu 
böyük qətiyyətlə davam 
etdirir.  
 
 
Ədəbiyyat 
 
Əhmədov, S. Azərbaycan 
tarixindən yüz şəxsiyyət  
/Səbuhi  Əhmədov; red. 
İ.Qasımzadə.- B.: Ayna 
Mətbu Evi, 2006.- 267 s.  
Heydər  Əliyev - istiqlala 
gedən yol (1969-1987-ci 
illər) /red. Ə. Həsənov.- 
B.: BUN, 2006.- 606 s. 
Ümummilli lider Heydər  
Əliyevin Azərbaycan Res-
publikasının rəhbərliyinə 
gəlməsinin 36-cı il dö-
nümünə  həsr olunmuş 

 
235
beynəlxalq elmi praktik 
konfrans.- Sumqayıt: Elm, 
2005.- 375 s. 
 
 
Azərbaycan tarixinin 
Heydər Əliyev dövrü 
//Fövqəladə hallar.- 
2007.- 14 iyul.- S.1. 
 
Rus dilində
Алиев, Э. Недосягаемые 
вершины.- Б.: Элм, 
2003.- 304 с. 
Ахундова, Э. Мгновения 
истины.- Б.: Дом сказки, 
2003.- 516 с. 
Гейдар Алиев: лидер, 
политик и друг.- 2-oе 
издание.- Б.: Нурлан, 
2006.-  215 с. 
 
 
İnternetdə 
 
www.aliyev-museum. 
nakhchivan.az 
www.azerbaijan.news.
az
 
www.xalqqazeti-com
 
www.meclis.gov.az
 
www.mus.gov.az
 
  
  
    
    Adilə Abdullayeva 

 
236
 
 
   
İyul 
 
75 illiyi 
Rasim  Əliyev   
1934 
 
 
Memar 
16 
 
   
 
 
 
 
 
 
 
 
 
 
 Əliyev Rasim Həsən 
oğlu 16 iyul 1934-cü ildə 
Gəncə  şəhərində anadan 
olub. 
1958-ci ildə Politexnik 
İnstitutunun (indiki Tex-
niki Universitet) memar-
lıq şöbəsini bitirmişdir. 
1958-1965-ci illərdə 
“Azərdövlətlayihə”  İnsti-
tutunda fəaliyyət göstər-
mişdir. Daha sonralar Ba-
kı  şəhərinin baş me-
marının 1-ci müavini 
(1965-1974) və baş 
memarı (1974-1988) 
olmuşdur. Bakı  şəhərinin 
“Baş planı”, “İçərişəhə-
rin”  regerasiya planı layi-
hələrinin müəllifidir. 
“Xalqlar dostluğu” metro 
stansiyası (müştərək layi-
hə), Xırdalan mədəniyyət 
sarayı, Nazirlər Kabine-
tinin qonaq evi, Quba 
şəhərinin mərkəzi meyda-
nı  və burada tikilmiş 600 
yerlik mədəniyyət sarayı, 
Naxçıvanda H.Cavidin 
məqbərəsinin (1996, mü-
əllifi Ömər Eldarov), 
Bakıda bir sıra xatirə 
abidələrinin layihələrini 
vermişdir. O, Binə Bey-
nəlxalq Hava Limanının 
(müştərək) və Azərbay-
canın Türkiyədəki səfir-
liyi binasının layihələrinin 
müəllifidir. 
1980-1988-ci illərdə 
Azərbaycan Memarlar İt-
tifaqının katibi olub. Qır-
mızı  Əmək Bayrağı  və 
“Şöhrət” ordenləri ilə 
təltif olunmuşdur. Azər-
baycan Memarlar İttifaqı-
nın vitse-prezidentidir. 
 Şərq ölkələri Bey-
nəlxalq Memarlıq Akade-
miyasının (Bakı) həqiqi 
üzvü (1992), Rusiya Me-
marlıq Akademiyasının 
fəxri üzvü (1994), Azər-
baycan Respublikası Döv-
lət mükafatı, H.Cavid adı-
na və bir sıra mükafatların 
laureatıdır. 
 
 
Ədəbiyyat
Naxçıvan Ensiklope-
diyası. - B.: Azərbaycan 
Milli Elmlər Akademi-
yası, 2002.- S. 145. 
 
Aytən  Abdullayeva  

 
237
 
 
   
İyul 
  
Milli Mətbuat və Jurnalistika Günü    
1875 
22 
 
 
 
 
Azərbaycanın ictimai 
həyatının  ən mühüm ha-
disələrindən  biri milli 
mətbuatın formalaşması 
olmuşdur. 
Ölkəmizdə milli mət-
buatın bünövrəsi 1875-ci 
il iyulun 22-də  “Əkinçi” 
qəzetinin ilk nömrəsinin 
çapdan çıxması ilə qo-
yuldu. Bütün Qafqazda 
böyük  əks-səda doğuran 
bu qəzetin naşiri də, 
redaktoru da, korrektoru 
da Azərbaycan milli ma-
rifçilik hərəkatının bani-
lərindən biri, təbiətşünas 
alim Həsən bəy Zərdabi 
idi. Qəzetin  ərsəyə  gəl-
məsində M.F.Axundov, 
S.Ə.Şirvani, Nəcəf bəy 
Vəzirov,  Ə.A.Gorani və 
başqa ziyalıların böyük 
xidmətləri olmuşdur. 
 “Əkinçi” qəzeti tərə-
findən bəyan edilmiş baş-
lıca prinsiplər-maariflən-
mə, müasirləşmə, ümum-
milli məqsədlərin təbliği, 
ədəbi dilin danışıq dilinə 
yaxınlaşdırılması, hadisə-
lərin obyektiv işıqlandırıl-
ması Azərbaycan milli 
demokratik mətbuatının 
gələcək inkişafı üçün 
böyük rol oynadı. 1877-ci 
ildə 
“Əkinçi” qəzeti 
bağlandıqdan sonra 
respublikamızda cərəyan 
edən ictimai proseslər və 
gündəlik xəbərlər 
“Kəşkül”, “Kaspi”, 
“Şərqi-rus” qəzetində öz 
əksini tapmağa başladı. 
1906-cı il aprelin 7-də 
Cəlil Məmmədquluzadə-
nin təşəbbüsü, redaktor-
luğu və naşirliyi ilə 
həftəlik illüstrasiyalı ilk 
Azərbaycan satirik jurnalı 
“Molla Nəsrəddin” işıq 
üzü gördü. Həmin jurnal 
geriliyi, mövhumatı, müs-
təmləkəçilik siyasətini 
satira atəşinə tutur, Azər-
baycan dilinin saflığı 
uğrunda ardıcıl mübarizə 
aparırdı. Azərbaycanın 
1918-ci il mayın 28-də 
müstəqillik qazanmasında 
milli mətbuatın da mü-
hüm rolu olmuşdur. Azər-
baycan Xalq Cümhuriy-
yəti dövründə ümummilli 
platformadan çıxış edən 
“Azərbaycan” qəzetinin 
dahi Üzeyir bəy Hacı-
bəyov tərəfindən nəşr 
edilməsi, ictimai-siyasi 
proseslərin milli mədəniy-
yətin inkişafı ilə  nə  qədər 

 
238
bağlı olduğunun  ən bariz 
nümunəsidir. 
Azərbaycan öz müstə-
qilliyini bərpa etdikdən 
sonra həyatın bir çox 
sahələrində olduğu kimi, 
mətbuatın inkişafında da 
dönüş yarandı  və söz 
azadlığını  təmin etmək 
üçün mühüm işlər həyata 
keçirilməyə başladı. 
Azərbaycan mətbuatı-
nın sürətli inkişafı res-
publikamızda dünya stan-
dartlarına cavab verən 
müstəqil kütləvi infor-
masiya vasitələrinin ya-
ranmasına gətirib çıxardı. 
Bu gün hüquqi, de-
mokratik dövlət və vətən-
daş  cəmiyyəti qurmaq is-
tiqamətində irəliləyən 
Respublikamızda 650-dən 
çox müxtəlif kütləvi 
informasiya vasitələri – 
qəzet, jurnal, informasiya 
agentlikləri fəaliyyət gös-
tərir. 
Yarandığı 134 il ər-
zində Azərbaycan milli 
mətbuatı zəngin və mənalı 
inkişaf yolu keçmiş, milli 
özünüdərkin bərqərar 
olmasında, vətənpərvərlik 
hisslərinin aşılanmasında, 
ümumbəşəri dəyərlərin 
təbliğində müstəsna rol 
oynamışdır. 
 
 
 
 
 
 
Bəşirli, A. Azad mətbu-
atın çərçivəsində  /elmi 
red: prof. Y.Mahmudov.- 
B., 2007.- 223 s 
Əkinçi. 1875-1877 /ön 
sözün müəl. və red. Əziz 
Mirəhmədov.- B., 2005.- 
495 s. 
Hüseynov,  Ş. Mətbu ir-
simizdən səhifələr.- B., 
2007.- 478 s. 
 
 
 
Ədəbiyyat 
 
Sərdarov, E. Vətəndaş cə-
miyyəti mətbuat ayna-
sında .- B., 2007.- 94 s. 
İsmayılov, V. Mətbuatda 
dövlət qayğısına görə 
Azərbaycan MDB məka-
nında öncül yer tutur 
//Azərbaycan.- 2005.- 26 
aprel.- S. 4. 
 
 
 
 
 
 
 
Aslanov, M. İstiqlal və 
istiqbal ümidi /Azər-
baycan qəzetinin nəşr 
tarixi haqqında //Azər-
baycan.- 2007.- 17 may.- 
S. 5. 
Hüseynov,  Ş. Bir əsrlik 
məsafə - nə  dəyişib, nə 
qalıb? /“Molla Nəsrəd-
din”-100 //Günay.- 2006. 
- 1 aprel.- S. 4. 
 
 
Məmməd Məmmədov 

 
239
 
 
 
 
Ernest Miller 
Hemunquey 1899-cu il 
 
iyulun 21-də      Çikaqo 
yaxınlığında  İllinoy  şta-
tındakı kiçik qəsəbədə, 
Oyk Parkda anadan olub. 
Amerika yazıçısı, Nobel 
mükafatı laureatıdır. Mək-
təbi bitirdikdən sonra 
(1917) Kanzas–Star qəze-
tində reportyor  işlə-
mişdir. Jurnalistlik fəaliy-
yəti Heminqueyin yazıçı 
kimi formalaşmasında 
mühüm rol oynamışdır. 
1939-cu ildən Kubada 
yaşamış, Kuba inqilabını 
rəğbətlə qarşılamışdır. 
Havana yaxınlığındakı 
San-Fransisko de Paula 
adlanan yerdəki evi ölü-
mündən sonra xatirə mu-
zeyinə çevrilmişdir,  əsər-
ləri dünyanın bir cox dil-
lərinə  tərcümə olunmuş, 
ekranlaşdırılmışdır. 
 Sağalmaz xəstəlikdən 
ağır ruhi böhran kecirmiş 
Heminquey 1961-ci il 
iyulun 2-də Aydaho şta-
tındakı Ketçemdə intihar 
etmişdir. 
                                  
 
 
Ədəbiyyat 
Əlvida silah: Roman /tərc. 
ed. H.Hacıyev.-B.: Azər-
nəşr,1986.- 264 s.  
Əcəl zəngi: Roman /tərc.  
ed. H.Hacıyev.-B.: Ya-
zıçı, 1986.- 431 s.  
Ernest Heminquey tarixə 
realist baxış.-B., 2005.-
285 s. 
 
Rus dilində
Собрание  сочинений:  В 
4-х  т
.
-  Т.1.-Рассказы; 
Очерки; 
Фиеста; 
И 
восходит  солнце  /вступ. 
статья Б.Грибанова.- M.: 
Худож. лит., 1981.-671 с.               
Старик и море. Повесть-
притча /пер.с англ. Е. 
Голшевой и Б.Изакова.- 
М.: Мартин, 2005.-126 с. 
Download 12.76 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   ...   34




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling