M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə
Download 12.76 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Milli Mətbuat və Jurnalistika Günü (22.07.1875) Ağdam rayonunun işğal (23.07. 1993) günü
- Pərvanə Qurbanova 231
- Zəminə Əhmədova
- Yasəmən Sadıqova 233 İyul Azə
Ədəbiyyatşünas, publisist Vəliyev Həmid Alı oğlunun (15.07.1939) anadan olmasının 70 illiyi Azərbaycanın Xalq rəssamı, heykəltəraş Qaryağdı Cəlal Məhərrəm oğlunun (15.07.1914-01.01.2001) anadan оlmasının 95 illiyi Azərbaycanın Əməkdar memarı Əliyev Rasim Həsən oğlunun anadan olmasının (16.07.1934) 75 illiyi 228 Etnoqraf, folklorşünas Əbdülhəlimov Hikmət Əhməd oğlunun (17.07.1939) anadan olmasının 70 illiyi Amеrika yazıçısı, Nоbеl mükafatı laurеatı Hеminquеy Еrnеst Millеrin (21.07.1899- 02.07.1961) anadan оlmasının 110 illiyi Amerika astronavtlarının Ayın səthinə enmələrinin (21.07.1969) 40 illiyi Milli Mətbuat və Jurnalistika Günü (22.07.1875) Ağdam rayonunun işğal (23.07. 1993) günü Şair, publisist Mahmudоv Tоfiq Cavad oğlunun (Tоfiq Mahmud) (24.07.1944) anadan оlmasının 65 illiyi Rus rejissoru, Əməkdar incəsənət xadimi, yazıçı və kinorejissor Şukşin Vasili Makaroviçin (25.07.1929-02.10.1974) anadan olmasının 80 illiyi Azərbaycanın Milli Qəhrəmanı Məmmədov Aqil Səməd oğlunun (30.07.1969- 07.08.1992) anadan olmasının 40 illiyi 229 İyul 125 illiyi Feyxtvanger Lion 1884-1958 Alman yazıçısı 8 Alman yazıçısı Lion Feyxtvanger 7 iyul 1884- cü ildə Münhen şəhərində anadan olmuşdur. Berlin və Münhen şəhərlərində filoloji təhsil almışdır. 1907-ci ildən fəlsəfə elm- ləri doktoru adını al- mışdır. Jurnalistika və teatr tənqidi ilə məşğul olmuşdur. 1933-cü ildə Almaniyadan Fransaya mühacirət etmiş və orada yaşamışdır. Feyxtvanger Beynəlxalq mədəniyyəti müdafiə hərəkatında işti- rak etmiş, B.Brext və B.Bredel ilə birgə 1936- 1939–cu illərdə Mosk- vada çıxan “Vort” (Das Vort) jurnalının redaktoru olmuşdur. O, həmçinin “Moskva“ kitabını (1937) yazmışdır. 1940-cı ildə Fransa hökumətinin mür- təce siyasətini tənqid et- diyinə görə həbs düşər- gəsinə salınmış, alman qoşunları Fransanı işgal edərkən çətinliklə xilas olmuşdur. Feyxtvanqerin “Hər- bi əsirlər” (1918), “Sülh” (1918) şeirlərində, həm- çinin “Gözləmə zalı” trilogiyasında, “Müvəffə- qiyyət” (1930) “Oppen- heymlər ailəsi” (1933), “Sürgün” (1939) roman- ları, “Lautenzak qardaş- ları” (1943) romanında fa- şizm ifşa olunur, vətənin yeni tərəqqisi naminə mü- barizənin zəruriliyi ide- yası irəli sürülür. Onun “Yəhudi Zyuss” (1920- 1922, nəşri 1925), “Ey- bəcər hersoginya” (1923) və s. tarixi romanlarında xalq kütlələrinin rolu, sosial tərəqqinin inqilabi formaları şübhə altına alınır. 1930-cu illərdə yazdığı tarixi romanlar “Yəhudi müharibələri” (1932), “Oğullar” (1935), “Gun gələcək” (1942) trilogiyası, ”Yalançı Ne- ron” (1936) dövrün mü- tərəqqi ictimai-siyasi ide- yaları ilə səsləşirdi. “Tül- külər üzümlükdə” (1947), “Qoyya, yaxud idrakın məşəqqətli yolu” (1952), “Qəribə adamın müd- rikliyi, yaxud Jan Jak Russonun ölümü və öl- məzliyi” (1952) roman- larında tarixdə xalq küt- lələrinin inqilabi roluna inamı güclənmişdir. Feyxtvangerin bir şox əsərləri ekranlaşdırılmış- dır. Ömrünün son illərini yazıçı ABŞ-da keçir- 230 mişdir. 21 dekabr 1958-ci ildə Los-Anceles şəhərində vəfat etmişdir. Ədəbiyyat Roman, hekayələr.- B.,1991.- C. 85.- (Dünya ədəbiyyatı kitabxanası) Şıxlı, İ. XX əsr xarici ədəbiyyat tarixi.-B.: Maarif, 1974.- 248 c. Rus dilində Собрание сочинений: в 6-ти томах. /ред. кол- легия А.С.Дмитриев и др.- М.: Xудожествен- ная литература, 1988.- 733 с. Безобразная герцогиня Маргарита Маульташ: Роман /перевод с нем. В.Станевич.- М.: АСТ; Люкс, 2005.-318 с. Братья Лаутензак. Ро- ман. Рассказы. - М.: 1987 Совместное предпри- ятие СССР-Франция «ДЭМ», 1990.-334 с. Гойя или Тяжкий путь познания /перевод с нем. Н.Касаткиной, И. Татариновой.- М.: Прав- да, 1991.-609 с. Наргиев К. М. Лион Фейхтвангер – писа- тель-антифашист.- М.: Знание,1990.- 64 с. Pərvanə Qurbanova 231 İyul 100 illiyi Əbdüləzəl Dəmirçizadə 1909-1979 Elm xadimi 8 Dəmirçizadə Əbdül- əzəl Məmməd oğlu 1909- cu ildə Şəki şəhərində anadan olmuşdur. Dəmir- çizadə Əbdüləzəl Azər- baycan ədəbi dili tarixi- nə, müasir Azərbaycan dilinin fonetikasına, üslu- biyyatına, etimologiyasına və dilçiliyə aid əsərlərin, orta və ali məktəb dərs- liklərinin müəllifidir. El- mi kadrların hazırlan- masında xüsusi xidməti var. 25-ci Beynəlxalq Şərqşünaslıq konqresində (Moskva, 1960) məruzə etmişdir. Qırmızı Əmək Bayrağı ordeni və me- dallarla təltif olunmuşdur. Dəmirçizadə Əbdüləzəl “Azərbaycan ədəbi dili tarixi xülasələri” (1938), “Kitabi Dədə Qorqud” dastanlarının dili (1958- 1962), “Azərbaycan dili- nin üslubiyyati”, “Müasir Azərbaycan dili” (1972) kitablarının müəllifidir. Görkəmli elm xadimi Ə. Dəmirçizadə 1979-cu il 10 aprel tarixində vəfat etmişdir. Ədəbiyyat Azərbaycan ədəbi dilinin tarixi: Ali məktəb tələbə- ləri üçün dərslik.- B.: Maarif.- 1979.- 22 s. Azərbaycan dili lüğət tər- kibinin tarixi tədqiqinə dair Nizami adına Ədə- biyyat və Dil İnstitutunun əsərləri.-B.: Azərbaycan SSR EA. nəşr., 1957.- C. VIII.- S. 87-100. Şahbazlı, F. Azərbaycan dilçiliyi və professor Ə. M.Dəmirçizadə.-B.: “Nur- lan”, 2000.- 141 s. Xudiyev, N. Dəmirçizadə dünyası: [Professor Əbdü- ləzəl Dəmirçizadə haqqın- da] //Azərbaycan.- 2002 . - 4 sentyabr.- S. 5. Qənbərli, H. Dəmirçizadə haqqında tədqiqat //Azər- baycan.- 2000.- 29 okt- yabr.- S. 4. Zəminə Əhmədova 232 İyul 175 illiyi Neruda Yan 1834-1891 Çex yazıçısı 9 Neruda Yan 1934-cu il iyul ayının 9-da Praqa şəhərində anadan olmuş- dur. Neruda Akademik gimnaziyanı qurtarmış, Praqa Universitetində oxumuş, orada fəlsəfə və hüquq fakültələrində mü- hazirələr dinləmişdir. Bir neçə il Praqa idarələrində işləmiş, gimnaziyada al- man dilindən dərs demiş- dir. Onun ilk şeirləri 50-ci illərin əvvəllərində çap olunmuşdur. “Qəbristanlıq çiçəkləri” (1857), “Şeirlər kitabı” (1868), “Kosmik nəğmə- lər”(1878), “Balladalar və romanslar” (1883), “Öv- liya cüməsi nəğmələri” (1896) və s. kitabların müəllifidir. Vətənpərvərlik və sosial azadlıq duyğula- rının tərənnümü, xalq gü- cünə inam poeziyasının ideya məzmunudur. Neru- danın familiyasını çili şairi Pablo Neruda ozünə təxəllüs seçmişdir. O, 22 avqust 1891-ci ildə vəfat etmişdir. Ədəbiyyat Şeirlər: Çex poeziyası. Antologiya.- B.: Azərnəşr, 1965.- 314 s. Yelizarova, M.Y. və b. XX əsr xarici ədəbiyyat tarixi.- B.,1964.- 494 с. Rus dilində Рассказы.- М.: Книга, 1984.- 470 с. Стихотворения; Расска- зы; Малостранские по- вести; Очерки и статьи.- М.: Худ.лит, 1975.-494 s. Соловьева, А.П. Ян Неруда и утверждение реализма в чешской литературе.- М.: Наука, 1973.- 304 с. Yasəmən Sadıqova 233 İyul Azərbaycan Tarixində Əlamətdar Gün 1969 14 Hər bir xalqın, millətin tarixində, taleyində şəx- siyyətin yeri, həlledici rolu danılmazdır. Hər bir ölkəni, hər bir xalqı onun böyük şəxsiyyətlərinə gö- rə tanıyırlar. Xalqın bö- yüklüyü bəşəriyyətə bəxş etdiyi dühalarla ölçülür. Ən ali və yüksək key- fiyyətləri özündə birləş- dirən ümummilli lider Heydər Əliyev də belə şəxsiyyətlərdəndir. Heydər Əliyev parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azər- baycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Ulu öndərin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu illər ər- zində xalqın ictimai-siyasi və mədəni həyatının bü- tün sahələrində dirçəliş məhz onun adı ilə əla- qədardır. Azərbaycanın keçmiş sovetlər məkanında ön sıraya çıxmasında, onun yüksəliş və tərəqqisində 1969-1982-ci illərin özü- nəməxsus yeri vardır. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komi- təsinin (AKP MK) 1969- cu ilin iyulunda keçirilən plenumunda Heydər Əli- yev AKP MK-nın birinci katibi və MK-nın büro üzvü seçilmişdir. Bununla Heydər Əliyevin Azər- baycana rəhbərliyinin bi- rinci dövrü başlanmışdır. Bu dövrdən başlayaraq Ulu öndər respublikada xalq təsərrüfatına və mə- dəni quruculuğa rəhbərliyi əsaslı surətdə yaxşılaş- dırmaq, dövlət və əmək intizamını möhkəmləndir- mək, kadrların məsuliy- yətini artırmaq siyasətini həyata keçirirdi. Onun bu sahədə gördüyü işlər Moskvanın diqqətini cəlb etmiş və o, 70-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komi- təsinin (Sov.İKP MK) üzvlüyünə namizəd seçil- mişdir. 1976-cı ildə Hey- dər Əliyev Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd olmuşdur. O, SSRİ Konstitusiya Ko- missiyasının üzvü kimi Sovet İttifaqının yeni Konstitusiyasının yaradıl- masında fəal iştirak etmiş, 234 eyni zamanda Azərbaycan SSR-nin yeni Konstitu- siyasını yaradan Komis- siyanın sədri olmuşdur. Həmin Konstitusiyaya gö- rə Azərbaycan dili Azər- baycan SSR-in dövlət dili elan edilmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illər- dən mükəmməl iqtisadi inkişaf konsepsiyası ha- zırlanmış, ənənəvi təsər- rüfat sahələrinin şöhrəti və səmərəliliyi bərpa edil- miş, yeni-yeni istehsal sahələrinin istiqamətləri- nin əsası qoyulmuş, iqti- sadiyyatın sənaye bazası genişləndirilmiş və müa- sirləşdirilmişdir. Heydər Əliyevin respublikaya rəhbərliyinin birinci döv- ründə (1969-1982) icti- mai-iqtisadi inkişafın və milli-mədəni oyanışın bü- tün sahələrində sürətli inkişaf dövrü olmuşdur. 1982-ci ilin noyabrında Ümummilli Lider Sov. İKP MK-nın Siyasi büro üzvü seçilmiş, eyni za- manda SSRİ Nazirlər So- veti sədrinin birinci müa- vini təyin edilmişdir. Fəa- liyyətinin Moskva döv- ründə də Heydər Əliyev daim Azərbaycanı dü- şünmüş, onun taleyi ilə yaşamış, respublikanın ta- nıdılmasında əlindən gələ- ni etmişdir. 1988-ci ildən başlayaraq Azərbaycan xalqının başına gətirilən müsibətlərə, faciələrə dözməyərək Azərbayca- na-Naxçıvana qayıdan Heydər Əliyev bu gəlişi ilə blokada şəraitində yaşayan Naxçıvanı erməni təcavüzündən qorudu. 1993-cü ilin iyun ayında xalqın istəyi və tələbi ilə hakimiyyətə yenidən qa- yıdan Heydər Əliyev Azərbaycanın qarşısında duran çox çətin prob- lemlərin həllinə nail oldu. Qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişlərinin qarşısı alın- dı, müharibədə uzun- müddətli atəşkəsə nail olundu, yeni demokratik Konstitusiya qəbul edildi, yeni neft strategiyası hə- yata keçirildi və Azər- baycan iqtisadiyyatı yeni inkişaf mərhələsinə qə- dəm qoydu. Ümummilli lider Hey- dər Əliyevin düşünülmüş və uzaqgörən siyasəti bu gün möhtərəm Preziden- timiz İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində son dərəcə də- qiqliklə həyata keçirilir. Artıq günbəgün inkişaf edən ölkəmiz regionda li- der dövlətə çevrilib. Əminliklə deyə bilərik ki, Heydər Əliyev siyasətinin davamçısı olan İlham Əliyev xoşbəxt gələcə- yimizə doğru uzanan yolu böyük qətiyyətlə davam etdirir. Ədəbiyyat Əhmədov, S. Azərbaycan tarixindən yüz şəxsiyyət /Səbuhi Əhmədov; red. İ.Qasımzadə.- B.: Ayna Mətbu Evi, 2006.- 267 s. Heydər Əliyev - istiqlala gedən yol (1969-1987-ci illər) /red. Ə. Həsənov.- B.: BUN, 2006.- 606 s. Ümummilli lider Heydər Əliyevin Azərbaycan Res- publikasının rəhbərliyinə gəlməsinin 36-cı il dö- nümünə həsr olunmuş 235 beynəlxalq elmi praktik konfrans.- Sumqayıt: Elm, 2005.- 375 s. Azərbaycan tarixinin Heydər Əliyev dövrü //Fövqəladə hallar.- 2007.- 14 iyul.- S.1. Rus dilində Алиев, Э. Недосягаемые вершины.- Б.: Элм, 2003.- 304 с. Ахундова, Э. Мгновения истины.- Б.: Дом сказки, 2003.- 516 с. Гейдар Алиев: лидер, политик и друг.- 2-oе издание.- Б.: Нурлан, 2006.- 215 с. İnternetdə www.aliyev-museum. nakhchivan.az www.azerbaijan.news. az www.xalqqazeti-com www.meclis.gov.az www.mus.gov.az Adilə Abdullayeva 236 İyul 75 illiyi Rasim Əliyev 1934 Memar 16 Əliyev Rasim Həsən oğlu 16 iyul 1934-cü ildə Gəncə şəhərində anadan olub. 1958-ci ildə Politexnik İnstitutunun (indiki Tex- niki Universitet) memar- lıq şöbəsini bitirmişdir. 1958-1965-ci illərdə “Azərdövlətlayihə” İnsti- tutunda fəaliyyət göstər- mişdir. Daha sonralar Ba- kı şəhərinin baş me- marının 1-ci müavini (1965-1974) və baş memarı (1974-1988) olmuşdur. Bakı şəhərinin “Baş planı”, “İçərişəhə- rin” regerasiya planı layi- hələrinin müəllifidir. “Xalqlar dostluğu” metro stansiyası (müştərək layi- hə), Xırdalan mədəniyyət sarayı, Nazirlər Kabine- tinin qonaq evi, Quba şəhərinin mərkəzi meyda- nı və burada tikilmiş 600 yerlik mədəniyyət sarayı, Naxçıvanda H.Cavidin məqbərəsinin (1996, mü- əllifi Ömər Eldarov), Bakıda bir sıra xatirə abidələrinin layihələrini vermişdir. O, Binə Bey- nəlxalq Hava Limanının (müştərək) və Azərbay- canın Türkiyədəki səfir- liyi binasının layihələrinin müəllifidir. 1980-1988-ci illərdə Azərbaycan Memarlar İt- tifaqının katibi olub. Qır- mızı Əmək Bayrağı və “Şöhrət” ordenləri ilə təltif olunmuşdur. Azər- baycan Memarlar İttifaqı- nın vitse-prezidentidir. Şərq ölkələri Bey- nəlxalq Memarlıq Akade- miyasının (Bakı) həqiqi üzvü (1992), Rusiya Me- marlıq Akademiyasının fəxri üzvü (1994), Azər- baycan Respublikası Döv- lət mükafatı, H.Cavid adı- na və bir sıra mükafatların laureatıdır. Ədəbiyyat Naxçıvan Ensiklope- diyası. - B.: Azərbaycan Milli Elmlər Akademi- yası, 2002.- S. 145. Aytən Abdullayeva 237 İyul Milli Mətbuat və Jurnalistika Günü 1875 22 Azərbaycanın ictimai həyatının ən mühüm ha- disələrindən biri milli mətbuatın formalaşması olmuşdur. Ölkəmizdə milli mət- buatın bünövrəsi 1875-ci il iyulun 22-də “Əkinçi” qəzetinin ilk nömrəsinin çapdan çıxması ilə qo- yuldu. Bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Azərbaycan milli ma- rifçilik hərəkatının bani- lərindən biri, təbiətşünas alim Həsən bəy Zərdabi idi. Qəzetin ərsəyə gəl- məsində M.F.Axundov, S.Ə.Şirvani, Nəcəf bəy Vəzirov, Ə.A.Gorani və başqa ziyalıların böyük xidmətləri olmuşdur. “Əkinçi” qəzeti tərə- findən bəyan edilmiş baş- lıca prinsiplər-maariflən- mə, müasirləşmə, ümum- milli məqsədlərin təbliği, ədəbi dilin danışıq dilinə yaxınlaşdırılması, hadisə- lərin obyektiv işıqlandırıl- ması Azərbaycan milli demokratik mətbuatının gələcək inkişafı üçün böyük rol oynadı. 1877-ci ildə “Əkinçi” qəzeti bağlandıqdan sonra respublikamızda cərəyan edən ictimai proseslər və gündəlik xəbərlər “Kəşkül”, “Kaspi”, “Şərqi-rus” qəzetində öz əksini tapmağa başladı. 1906-cı il aprelin 7-də Cəlil Məmmədquluzadə- nin təşəbbüsü, redaktor- luğu və naşirliyi ilə həftəlik illüstrasiyalı ilk Azərbaycan satirik jurnalı “Molla Nəsrəddin” işıq üzü gördü. Həmin jurnal geriliyi, mövhumatı, müs- təmləkəçilik siyasətini satira atəşinə tutur, Azər- baycan dilinin saflığı uğrunda ardıcıl mübarizə aparırdı. Azərbaycanın 1918-ci il mayın 28-də müstəqillik qazanmasında milli mətbuatın da mü- hüm rolu olmuşdur. Azər- baycan Xalq Cümhuriy- yəti dövründə ümummilli platformadan çıxış edən “Azərbaycan” qəzetinin dahi Üzeyir bəy Hacı- bəyov tərəfindən nəşr edilməsi, ictimai-siyasi proseslərin milli mədəniy- yətin inkişafı ilə nə qədər 238 bağlı olduğunun ən bariz nümunəsidir. Azərbaycan öz müstə- qilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yarandı və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirilməyə başladı. Azərbaycan mətbuatı- nın sürətli inkişafı res- publikamızda dünya stan- dartlarına cavab verən müstəqil kütləvi infor- masiya vasitələrinin ya- ranmasına gətirib çıxardı. Bu gün hüquqi, de- mokratik dövlət və vətən- daş cəmiyyəti qurmaq is- tiqamətində irəliləyən Respublikamızda 650-dən çox müxtəlif kütləvi informasiya vasitələri – qəzet, jurnal, informasiya agentlikləri fəaliyyət gös- tərir. Yarandığı 134 il ər- zində Azərbaycan milli mətbuatı zəngin və mənalı inkişaf yolu keçmiş, milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamışdır. Bəşirli, A. Azad mətbu- atın çərçivəsində /elmi red: prof. Y.Mahmudov.- B., 2007.- 223 s Əkinçi. 1875-1877 /ön sözün müəl. və red. Əziz Mirəhmədov.- B., 2005.- 495 s. Hüseynov, Ş. Mətbu ir- simizdən səhifələr.- B., 2007.- 478 s. Ədəbiyyat Sərdarov, E. Vətəndaş cə- miyyəti mətbuat ayna- sında .- B., 2007.- 94 s. İsmayılov, V. Mətbuatda dövlət qayğısına görə Azərbaycan MDB məka- nında öncül yer tutur //Azərbaycan.- 2005.- 26 aprel.- S. 4. Aslanov, M. İstiqlal və istiqbal ümidi /Azər- baycan qəzetinin nəşr tarixi haqqında //Azər- baycan.- 2007.- 17 may.- S. 5. Hüseynov, Ş. Bir əsrlik məsafə - nə dəyişib, nə qalıb? /“Molla Nəsrəd- din”-100 //Günay.- 2006. - 1 aprel.- S. 4. Məmməd Məmmədov 239 Ernest Miller Hemunquey 1899-cu il iyulun 21-də Çikaqo yaxınlığında İllinoy şta- tındakı kiçik qəsəbədə, Oyk Parkda anadan olub. Amerika yazıçısı, Nobel mükafatı laureatıdır. Mək- təbi bitirdikdən sonra (1917) Kanzas–Star qəze- tində reportyor işlə- mişdir. Jurnalistlik fəaliy- yəti Heminqueyin yazıçı kimi formalaşmasında mühüm rol oynamışdır. 1939-cu ildən Kubada yaşamış, Kuba inqilabını rəğbətlə qarşılamışdır. Havana yaxınlığındakı San-Fransisko de Paula adlanan yerdəki evi ölü- mündən sonra xatirə mu- zeyinə çevrilmişdir, əsər- ləri dünyanın bir cox dil- lərinə tərcümə olunmuş, ekranlaşdırılmışdır. Sağalmaz xəstəlikdən ağır ruhi böhran kecirmiş Heminquey 1961-ci il iyulun 2-də Aydaho şta- tındakı Ketçemdə intihar etmişdir. Ədəbiyyat Əlvida silah: Roman /tərc. ed. H.Hacıyev.-B.: Azər- nəşr,1986.- 264 s. Əcəl zəngi: Roman /tərc. ed. H.Hacıyev.-B.: Ya- zıçı, 1986.- 431 s. Ernest Heminquey tarixə realist baxış.-B., 2005.- 285 s. Rus dilində Собрание сочинений: В 4-х т . - Т.1.-Рассказы; Очерки; Фиеста; И восходит солнце /вступ. статья Б.Грибанова.- M.: Худож. лит., 1981.-671 с. Старик и море. Повесть- притча /пер.с англ. Е. Голшевой и Б.Изакова.- М.: Мартин, 2005.-126 с. Download 12.76 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling