M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə
Noyabr 90 illiyi Bakı Dövlə
Download 12.76 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- İnternetdə www.bsu.in- baku.com www.bizimyol.az www.lidertv.com www.baku
- Elnaz Həsənova 325
Noyabr 90 illiyi Bakı Dövlət Universiteti 1919 15 Mən çox xoşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam Heydər Əliyev, ümummilli lider Tariximizin çətin, zid- diyyətli və şərəfli dövr- lərindən biri Azərbaycan Demokratik Respublika- sının fəaliyyəti illəridir. Azərbaycan Milli Höku- məti yarandığı gündən milli mədəniyyətin və xalq maarifinin inkişafına xüsusi qayğı ilə yanaşdı, xalqın maariflənməsi üçün çox ciddi addımlar atdı. Bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində bir sıra təd- birlər həyata keçirdi. 1919-cu ildə Bakı Dövlət Universitetinin açılması Azərbaycan xal- qının mədəni həyatında əlamətdar hadisə, Azər- baycan Demokratik Res- publikasının isə ən mü- hüm xidmətlərindən biri oldu. 1919-cu il sentyabrın 15-də Universitet komis- siyasının son iclası oldu. İclasda müvəqqəti Şura və Universitet İdarə heyəti yaradıldı. 1919-cu il no- yabrın 15-i Universitetdə birinci dərs günü elan edildi. Azərbaycanda ilk milli ali təhsil ocağı fəaliyyətə başladı. Onun ilk rektoru görkəmli rus alimi V.İ.Razumovski bu münasibətlə yazmışdı: “Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni par- laq səhifə yazıldı. Avropa ilə Asiyanın qovşağında yeni məşəl yandı. Bu böyük tarixi hadisənin şahidləri kimi biz özü- müzü xoşbəxt hesab edi- 319 rik.” Doğrudan da, bu gün Bakı Dövlət Univer- sitetinin keçdiyi tarixi yola nəzər salarkən belə bir qəti qənaətə gəlmək olur ki, Azərbaycanın bu gününü, onun dünya şöh- rətli elmini, mədəniy- yətini, alimlərini, iqti- sadiyyatını, bütövlükdə müasir Azərbaycan cə- miyyətini bu elm məbəd- gahından ayrılıqda təsəv- vür etmək qeyri müm- kündür. Yarandığı zaman 40 müəllim və 4 (tarix- filologiya, fizika-riyaziy- yat, hüquq və tibb) fakültəsi olan universite- tin auditoriyalarında 877 tələbə və 217 azad dinləyici məşğul olurdu ki, onların 297 nəfəri azərbaycanlı, 366 nəfəri yəhudi, 209 nəfəri isə rus idi. Bu gün zəngin tarixi bir yol keçmiş və daima inkişafda olmuş Bakı Dövlət Universitetinin 16 fakültəsində 14 mindən çox tələbə təhsil alır, 1300 nəfər professor-müəllim heyəti, o cümlədən 300-ə yaxın elmlər doktoru, 800-ə yaxın elmlər namizədi, dosent çalışır, 6 muzey, 80 elmi-tədqiqat və tədris laboratoriyası, informasiya və tərcümə mərkəzi, idman-sağlamlıq kompleksi, poliklinika fəaliyyət göstərir. Burada həmçinin yataqxana və tələbə şəhərciyi də vardır. Azərbaycanın tərəq- qisi, inkişafı və çiçək- lənməsi uğrunda böyük əzmlə çalışan vətənpərvər ziyalıların çoxu bu milli təhsil ocağının yetirmələri olmuşdur. Universitet 90 illik tarixi ərzində res- publikamızın bütün elm sahələrinə görkəmli sima- lar bəxş etmişdir. Öz xalqına, onun mədəniy- yəti və mənəviyyatına bağlı olan, öz şəxsiyyəti ilə xalqımızın simvoluna çevrilən, Azərbaycan döv- lətinin xilaskarı və quru- cusu Heydər Əlirza oğlu Əliyev də BDU-nun mə- zunu olmuşdur. Universitetin şöhrətini dünyaya onun Yusif Məmmədəliyev, Heydər Hüseynov, Abdulla Qara- yev, Şəfayət Mehdiyev, Zahid Xəlilov, Əşrəf Hüseynov, Məcid Rəsu- lov, Mirəli Qaşqay, İs- mayıl Hüseynov kimi alimləri yayıblar. Fəxr edirik ki, Azərbaycanımı- zın Cəfər Cabbarlı, Mi- kayıl Müşfiq, Süleyman Rəhimov, Səid Rüstəmov, Əfrasiyab Bədəlbəyli kimi görkəmli elm, mədəniyyət xadimləri, yazıçı və şair- ləri də Universitetin mə- zunlarıdır. Yarandığı gün- dən bu vaxta qədər Universitet Azərbaycan ziyalılar ordusuna 100 mindən artıq yüksək ixtisaslı mütəxəssis ver- mişdir. Diqqətəlayiqdir ki, BDU öz fəaliyyətinin bü- tün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azər- baycan dilinin inkişa- fında, milli şüurun, və- tənpərvərlik ruhunun inki- şafında xidmətlər gös- tərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Univer- siteti fəaliyyət göstərdiyi illərdə təkcə respublika- mız üçün deyil, yaxın və uzaq xarici ölkələr üçün: Almaniya, Polşa, Çexiya, Slovakiya, Bolqarıstan, Türk, Misir, Suriya, İor- daniya, İran, Əfqanıstan, Çili, Çin, Vyetnam, bir sözlə 50-dən çox dövlət üçün minlərlə mütəxəssis hazırlamışdır. Universitetin diplo- mu dünyanın 50-dən artıq ölkəsində tanınır. Bakı Dövlət Univer- siteti Avroasiya Univer- sitetləri Assosiasiyasının, Xəzəryanı Dövlətlərin Universitetləri Assosia- siyası və Qara dəniz höv- zəsi ölkələrinin Universi- 320 tetlərinin Assosiasiyasının üzvüdür. Universitetin fəxri doktorları arasında Tür- kiyə, Özbəkistan, Türk- mənistan, Qırğızıstan, Gürcüstan Prezidentləri- Süleyman Dəmirəl, İslam Kərimov, Saparmurad Niyazov, Askar Akayev, Eduard Şevardnadze, YUNESKO-nun prezi- denti Federiko Mayor, amerikalı doktor Lüt- fizadə, fransalı İren Mə- likova, polşalı Tadeuş Svyatoxovski, iranlı dok- tor Cavad Heyət, al- maniyalı Əhməd Şmide kimi dünyanın görkəmli siyası və dövlət xadimləri, məşhur elm və təhsil nümayəndələri vardır. Ədəbiyyat Atakişiyev, A. M.Ə.Rə- sulzadə adına Bakı Dövlət Universitetinin tarixi: 2 hissədə /Aslan Atakişi- yev.- B.: Bakı Universiteti nəşriyyatı, 1991.- H.I.- 544 s. Bakı Dövlət Darülfünu- nun təsisi: (Sənədlər top- lusu) /tərt.: S. İbrahimov.- B. ADU, 1989.- 88 s. Bakı Dövlət Universite- tinin dünya şöhrətli mə- zunu: Heydər Əliyev haqqında /elmi. red. C. Əliyev; buraxıl. məsul A. Məhərrəmov.- B.: Bakı Universiteti nəşriyyatı, 2001.- 229 s. Məhərrəmov, A. Bakı Dövlət Universiteti /Abel Məhərrəmov.- B.: Göy- türk, 2000.-46 s.- (BDU- nun 80 illik yubileyinə həsr olunub) BDU-nun yeni tədris kursları açılacaqdır: (Al- maniya Akademik Müba- dilə Xidmətinin (DAAD) baş katibi Kristian Vor- dun başçılıq etdiyi nü- mayəndə heyəti BDU-da) //Azərbaycan.- 2007.- 19 aprel.- S. 6. Əməkdaşlıq haqqında mü- qavilə imzalanmışdır: (BDU ilə Taras Şevçenko adına Kiyev Milli Univer- siteti arasında) //Azər- baycan.- 2005.- 9 aprel.- S. 4. Xəlilzadə, F. Haqqı və xidməti olanlar: (Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsi haq- qında) //Azərbaycan.- 2005.- 20 iyul.- S. 5. Rus dilində Алескеров, М. Бакин- ский Государственный Университет (1919- 1994): специальный вы- пуск / М. Алескеров, М. Марданов, Ф. Вахидов.- Б., 1994.- 141 с. İnternetdə www.bsu.in- baku.com www.bizimyol.az www.lidertv.com www.baku- online.com.az www.kitab.az Adilə Abdullayeva 321 dö Noyabr Milli Dirçəliş Günü 1988 17 1988-ci ildə Sovet imperiyasının dağılma- sıyla bağlı onun hüdudları daxilində qanlı çaxnaşma- lar baş verdı. Artıq çürümüş imperiyanın əsl mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləl- çiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atdı... 1988-ci il noyabrın 17- də Azərbaycan xalqının azadlıq səsini ucaldaraq, imperiyaya qarşı hamılıqla ayağa qalxması onun dirçəlişi yolunda dönüş nöqtəsi oldu. Azərbaycan xalqı uzun illər arzusunda ol- duğu müstəqilliyinə qo- vuşdu. Öz haqqı, azadlığı və torpaqlarına sahib çıxmaq istəyən xalqımız bu müqəddəs ideallar na- minə birlik və bəra- bərliyini bir daha bütün dünyaya nümayiş etdirdi. 1992-ci ildən 17 Noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 1988-ci ilin ilk günlərində Ermənis- tanın Azərbaycana qarşı açıq təcavüzü başlandı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qor- baçovun buna biganə münasibətini görən er- mənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azər- baycanlını öz ata-baba yurdlarından kütləvi su- rətdə qovdular. Ermənilər azərbaycan- lıları təkcə öz ev-eşik- lərindən qovmayırdılar, həm də onları cismən öl- dürür, diri-diri yandırır- dılar. Ermənilərin tarixdə görünməmiş bu vandaliz- minə M.Qorbaçov və onun ətrafı heç bir reak- siya vermədilər. Erməni- lər bununla da kifayətlən- mədilər. 1988-ci ilin fev- ralın əvvəllərində Azər- baycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törət- dilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana bir- ləşdirməsi haqqında mə- sələ qaldırdılar. Belə bir vaxtda Azərbaycan xalqı 322 ayağa qalxdı. Xalq öz etirazını sakit şəkildə rəh- bərliyə bildirdi. İlk za- manlar Azərbaycan vətən- daşları Moskvaya, yerli hakimiyyət başçılarına inanırdılar. Onların şüar- ları, gəzdirdikləri portret və bayraqlar bunu sübut edirdi. Ancaq, xalq gördü və başa düşdü ki, nə Moskva, nə də Azərbaycanın o vaxtkı rəhbərliyi heç bir qəti tədbir görmək is- təmirlər. Belə olduqda, respublikanın hər yerin- dən insanlar axın-axın Ba- kıya gəlir, Azadlıq mey- danına (o vaxt V.İ.Lenin adını daşıyırdı) toplaşır, ermənilərin və Sovet hö- kumətinin belə münasi- bətinə qarşı mitinqlər ke- çirir, öz etirazlarını bil- dirirdilər. 1988-ci ilin noyabrın 17-də Bakının əsas mey- danı sayılan Azadlıq mey- danında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyə- tinin sonu bilinməyən mitinqi başlandı. O vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. De- kabrın əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağı- dıldı. Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymət- ləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasın- da əsas amil sayılır. Ədəbiyyat Dirçəliş illərində: Kitab- albom. (Heydər Əliyev haqqında).- B.: Azər- baycan, 1998.- 80 s. Allahverdiyev, R. İnki- şafa, sabitliyə aparan yol: 17 Noyabr-Milli Dirçəliş Günüdür //Cəmiyyət və cəza.- 2005.- № 6.- S. 33. Əliyev, H. Əsl müstəqil- liyə aparan yol: Bu yol ulu öndər Heydər Əli- yevin hakimiyyətə gəldiyi gündən başlanır: [Dirçəliş günü ilə əlaqədar] //Azər- baycan.- 2006.- 17 no- yabr.- S. 4. Əliyev, H. Mənəvi gücün qüdrəti: [Heydər Əliyev və Dirçəliş Günü haq- qında] Milli Dirçəliş Günü //Qocayev, Ə. Bayramlar və tarixi günlər.- B.: Altun kitab.- S. 64-66. Adilə Abdullayeva 323 Noyabr 85 illiyi Vəcihə Səmədova 1924-1965 Rəssam 24 Görkəmli Azərbaycan rəssamı, Azərbaycanın Əməkdar incəsənət xa- dimi Vəcihə Əli qızı Sə- mədova 1924-cü ildə Bakı şəhərində anadan olmuş- dur. 1939-1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəs- samlıq Texnikumunda təhsil alan Vəcihə xanım, sonradan V.İ.Surikov adı- na Moskva Dövlət Rəs- samlıq İnstitutunun Rəng- karlıq fakültəsinə - tanın- mış rus rəssamı Pavel Korinin emalatxanasına daxil olur. O, 1951-ci ildə “Üzeyir Hacıbəyov tələbələri arasında” adlı diplom işini müvəffəqiy- yətlə müdafiə edir. Təhsilini başa vurduqdan sonra vətənə qayıdır və Azərbaycanın ilk peşəkar qadın rəngkarı olur. Portret, mənzərə və tematik tablolar çəkmiş- dir. Vəcihə Səmədova ömrünün axıranadək təh- sil aldığı rəssamlıq tex- nikumunda pedaqoji fəa- liyyətlə məşğul olmuşdur. Və indi onun yetirmələri respublikanın adlı-sanlı fırça ustalarıdır. 1954-cü ilin avqus- tunda Moskvada SSRİ Rəssamlıq Akademiya- sının salonunda müha- ribədən sonra ilk dəfə Gürcüstan, Ermənistan və Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açıldı. Vəcihə Səmədova bu sərgidə özünün ən yaxşı tablolarından birini- “İmtahandan əvvəl” əsə- rini nümayiş etdirdi. Mos- kva tamaşaçıları, sənət bi- liciləri gözəl naxışlı xalça fonunda təsvir edilmiş tələbə obrazına baxa-baxa əsər haqqında səmimi fikirlər söylədilər. Obra- zın təbiiliyi, gözəlliyi və bütövlükdə əsərin güclü koloriti tamaşaçıların bö- yük marağına səbəb oldu. Az sonra Bakıda Res- publika sərgisində onun Göy-göldə çəkdiyi bir neçə mənzərə tabloları da sənətsevərlər tərəfindən eyni səmimiliklə qar- şılandı. Sərgidəki “Leyla Bə- dirbəylinin portreti” Və- cihə xanımın bu janrdakı uğurunu göstərirdi. Onun əsərlərini indi də mu- zeylərdə görənlər bu 324 rəssamın necə yüksək bir istedada, professional ha- zırlığa malik olduğunu təsdiq edə bilərlər. Uşaqlara həsr etdiyi hər bir əsərində isə Və- cihə xanımın körpələri qəlbən sevən bir ana olduğu qabarıq görünür və bu əsərlərə indinin özündə də həyəcansız baxmaq olmur. “Gənc skripkaçının portreti” (oğ- lu Nicatın portreti) və “Fatimənin portreti” (rəs- samın qızı) kimi əsərləri doğrudan da misilsiz sənət yadigarlarıdır. Fırça ustasının “Toy günü”, “Gözləmə” əsər- ləri Moskvada, Riqada, Tbilisidə təçkil olunmuş sərgilərdə nümayiş etdiril- mişdir. Vəcihə Səmədova “Xəbər gözləyərkən” (Xə- zər balıqçılarının həyatına həsr olunmuş) kimi ciddi planda psixoloji əsərlər də işləmişdir. 1962- ci ildə rəssamın Bakıda fərdi sərgisi açılır. Onun “Bayram”, “Türk qızı” kimi digər əsərləri tamaşaçıları valeh edir. Tablolarındakı rəng ça- larları, milli kolorit böyük ustalıqla işlənmiş bu əsərləri dünyanın bir sıra muzeylərində layiqli yer tutmasına səbəb olub. 1965-ci ildən Bakıda rəssamın adını daşıyan sərgi salonu var. 1965-ci ildə Bakıda vəfat etmişdir. Ədəbiyyat Vəcihə Səmədova. Azər- baycan SSR Əməkdar incəsənət xadimi.- B., 1966.- 6 s. İsmayılova, T. Əsərlərin- də əbədiləşən rəssam //Bakı.- 1984.- 13 aprel.- S.3. Qasımova, E. Doğma, əziz...: [Rəssamın yarat- dığı əsərlər haqqında] //Qobustan, 1985.- № 2.- S. 16-18. Nəcəfov, M. Rəssamın yeni sərgisi qarşısında //Ədəbiyyat və incəsənət.- 1985.- 6 dekabr.- S. 8. Elnaz Həsənova 325 Noyabr 120 illiyi Rəşad Nuri Güntəkin 1889-1956 Türk yazıçısı 25 Görkəmli türk yazıçısı Rəşad Nuri Güntəkin 1889-cu il noyabrın 25-də İstanbulda həkim ailə- sində anadan olmuş, uşaq- lıq illərini Anadolu, Ça- naqqala və İzmirdə ke- çirmişdir. İzmirdə fran- sızca orta təhsil almış, İstanbul Universitetinin Ədəbiyyat fakültəsini bitirmişdir. Sonralar Rəşad Nuri müəllim və məktəb müdiri işləmiş, bir neçə il sənət dostları ilə birgə satirik jurnal nəşr etmiş, 1927-ci ildə Maarif Nazirliyində müfəttiş və- zifəsinə təyin edilmişdir. On iki il müfəttiş işlədiyi dövrdə o, kənd və şəhərləri dolaşmış, xalq həyatını yaxından öyrən- mişdir. Görkəmli yazıçı kimi şöhrət qazanan Rəşad Nuri 1939-cu ildə Türkiyə Böyük Millət Məclisinə deputat seçilmişdir. 1947- ci ildə İstanbulda çıxan “Məmləkət” qəzetinin baş redaktoru işləmiş, daha sonra Parisdə Birləşmiş Millətlər Təşkilatı nəz- dində fəaliyyət göstərən Mədəni cəmiyyətdə Tür- kiyənin nümayəndəsi ol- muşdur. Yaradıcılıqla Bi- rinci Dünya müharibəsi illərindən məşğul olmağa başlayan Rəşad Nuri ilk məqalələrini fransızca nəşr olunan jurnalda dərc etdirmişdir. Yazıçının ilk nəsr əsəri 1917-ci ildə yazdığı “Köhnə dost” hekayəsidir. Sonra 1918- ci ildə “Xarabaların çi- çəyi” romanını yazmış, 1923-1930-cu illərdə bir- birinin ardınca bir neçə hekayələr kitabı nəşr et- dirmişdir. R.N.Güntəkin çoxlu hekayə, pyes və məqalələr yazsa da, daha çox romançı kimi məş- hurdur. O, “Çalıquşu” (1922), “Damğa” (1924), “Dodaqdan qəlbə”(1925), “Acımaq” (1928), “Yar- paq tökümü” (1930), “Köhnə xəstəlik” (1938), “Dəyirman” (1944), “Qo- vaq yelləri” (1950), “Qan davası” (1956) və s. ro- manlarında Türkiyə hə- yatının geniş realist təs- virini vermişdir. “Yaşıl gecə” (1928) romanı isə türk xalqının milli azadlıq mübarizəsindən bəhs edir. Rəşad Nuri “Xəncər” (1918), “Daş parçası” (1926), “Fəlakət qarşı- 326 sında” (1931), “Vergi oğ- rusu” (1933), “İstiqlal” (1933) və başqa dram əsərləri də yazmışdır. 1919-cu ildə Azərbaycan artistlərinin qastrol tama- şaları münasibəti ilə yaz- dığı “Azərbaycan teatrı” məqaləsində Azərbaycan teatrının ideya-sənətkarlıq səviyyəsini, Ü.Hacıbə- yovun “Arşın mal alan” və “Məşədi İbad” kome- diyalarını yüksək qiymət- ləndirmişdir. Ömrünün son illərində təzədən Maarif Nazirliyinə qayıt- mış, az sonra təqaüdə çıxmışdır. Rəşad Nuri Güntəkin 1956-cı il dekabrın 7-də Londonda müalicədə olar- kən vəfat etmiş və İs- tanbulda dəfn edilmişdir. Ədəbiyyat Çalıquşu: roman / tərc.ed. M.Rzaquluzadə.- B.: Şərq -Qərb, 2006.- 373 s. Dodaqdan qəlbə: roman /nəş. haz. M. Axundova.- B.: Şərq-Qərb, 2006.- 277 s. Yarpaq tökümü: roman /red. F.Qoçəliyeva.- B.: Çinar-Çap, 2007.- 111 s. Rus dilində Избранные произведе- ния.- М.: Художествен- ная литература, 1986.- 750 с. Птичка певчая: Роман /пер. с тур. И.Печенова.- М.: Издательство МС- ХА, 1991.- 412 с. Adilə Abdullayeva 327 Noyabr 75 illiyi İlyаs Tаpdıq 1934 Şair 30 İlyas Tapdıq Аzərbаy- cаn uşаq ədəbiyyаtının tаnınmış nümаyəndələ- rindən biridir. O, 1934-cü il nоyаbr аyının 30-dа Gədəbəy rаyоnunun Əli İsmаyıllı kəndində dоğul- muş, məktəbi bitirdikdən sоnrа АPİ-nin Dil və ədəbiyyаt fаkültəsində təhsil аlmışdır. Ədəbi yаrаdıcılığа tələ- bəlik illərində “Bаkının gеcəsi” şеirilə bаşlаmış- dır. 1957-1962-ci illərdə “Uşаqgəncnəşr”də, 1962 - 1968-ci ilərdə “Аzər- nəşr”də rеdаktоr, 1968- 1976-cı illərdə ”Gənclik” nəşriyyаtındа böyük rе- dаktоr, rеdаksiyа müdiri, 1968-1976-cı ildə bаş rеdаktоr, 1976-1978-ci il- də Аzərbаycаn Bаş Mət- buаt Müvəkilliyində qrup rəhbəri, 1978-1983-cü il- lərdə Аzərbаycаn Tеlе- viziyа və Rаdiо Vеrilişləri Kоmitəsində Tеlеviziyа gənclər bаş rеdаksiyаsının bаş rеdаktоru, 1989-1992- ci illərdə Türkiyənin Аnkаrа şəhərində Türk Stаndаrtlаrı İnstitutundа və Хаrici İşlər Nаzirliyi və kаlkınmа аjаsındа müəllim, “Аzərbаycаn” qəzеtinin Türkiyə üzrə хüsusi müхbiri vəzifə- lərində işləmişdir. İ.Tapdıq gözünü dün- yаyа аçdığı zаmаndаn sаzın lаylаsı ilə pərvəriş tаpmış, xalqın sеvinci ilə sеvinmiş, kədəri ilə kə- dərlənmiş, müаsir həyаtlа yаşаmış, zаmаnlа, vахtlа аyаqlаşmаğа çаlışmış, in- sаnlаrın istək və аrzu- lаrının əsl tərənnümçü- sünə çеvrilmişdir. Bu cəhd və mаrаq оnun yа- rаdıcılığındа müsbət bəh- rələrini bu gün də gös- tərir. Хаlq pоеziyаsınа, аşıq şеirinə yахındаn bаğlılıq, vurğunluq оnun pоеzi- yаsınа хüsusi bir оynаq- lıq, səmimiyyət gətirir. Təsаdüfi dеyildir ki, оnun əsərləri rеspublikа sərhədlərindən çох-çох uzаqlаrdа dа yаyılmış, özünə digər rеspublikаlаr- dаn dа охucu tаpmışdır. İlyаs Tаpdıq ədəbiyyаtı- mızın əllinci illərin nəs- linə mənsubdur. Hələ ilk şеirlərindəki yığcаmlıq, zəngin хаlq ədəbiyyаtın- dаn yаrаdıcı şəkildə bəhrələnmək şаiri охucu- 328 lаrınа tаnıtdırmış və sеv- dirmişdir. Müхtəlif illər- də nəşriyyаtlаrdа burа- хılmış “Kəndimizin çо- bаnı”, “Bulаq bаşındа”, “Хumаr”, “Аrхаlı dаğlаr”, “Çimnаz оynаyır”, “Bir gülün qönçəsi” və bаşqа kitаblаrı uşаq ədəbiy- yаtının inkişаfındа mü- hüm rоl оynаmışdır. İlyаs Tаpdıq həm də li- rik şаirdir. “Əksim və qəl- bim”, “Bir еşqin şimşəyi” və bаşqа kitаblаrındа tоp- lаnmış şеirlər gənclərin sеvə-sеvə охuduğu şеir- lərdəndir. 1989-cu ildən “Аzər- nəşr”də bədii ədəbiyyаt şöbəsinin müdiri vəzi- fəsində çаlışır. Prezident təqaüdçüsüdür. Ədəbiyyat Bir еvim vаr: Аzyаşlı uşаqlаr üçün şеirlər.- B.: Gənclik, 1971.-12 s. Bir gülün qönçəsi: şеir- lər. -B.: Gənclik, 1970.- 123 s. Əziz bir insаnı хаtırlа- yırаm: (Mir Cəlаl hаq- qındа хаtirələr).- B.: Şur, 199.-26 s. Qızаr, qаğаyılаr: şеirlər və pоеmаlаr.- B.: Аzər- nəşr, 1974.-154 s. Məhəbbət yоllаrı: şеir- lər.- B: Yаzıçı, 1973.- 191 s. Şеir sеvən bаlаlаr: şеir və pоеmаlаr.- B.: Turаn еvi, 2005.-503 s. Hаcızаdə, N. Prеzidеnt təqаüdçüsü «Şеirimin cаnıdır bu еl, bu vətən… (Şаir İlyаs Tаpdıq hаq- qındа) //Аzərbаycаn.- 2004.-25 dеkаbr.- S.6 Məmməd, А. Ustаd hаq- qı qаzаnmış şаir (müəl- lifin İlyаs Tаpdığın yа- rаdıcılığı hаqqındа 2001- ci ildə yаzdığı məqаləsi) //Rеspublikа.- 2006.-14 fеvrаl.- S. 7. Məmməd Аrаzın mək- tublаrı: (İlyаs Tаpdığа) //Zəfər qаlаsı.-2005.-1-10 sеntyаbr.- S. 4. Şаirin yubilеyi kеçirildi: İlyаs Tаpdığın аnаdаn оlmаsının 65, yаrаdıcı- lığının 50 illiyi //Mədə- niyyət.- 2000.- yаnvаr.- №1.- S.5. Rus dilində Возьми меня за руку: Стихи.- М.: Детская ли- тература, 1981.-95 с. Следы ветра: Стихи и поема.- М.: Cов.писа- тель, 1973.- 103 с. Nailə Alışova 329 1 dekabr Gün çıxır 06:08 Gün batır 17:15 31 dekabr Gün çıxır 06:26 Gün batır 17:24 De kabr 23 noyabr- 21 dekabr Oxatanın Nişanı oddur. Yupiterin himayəsindədir. Günəşin Oxatan bürcündən keçdiyi dövrdə doğulanlar təmkinli, fəal olurlar. Kişilər qadınların xoşuna Ça 1 Ç 2 Ca 3 C 4 Ş 5 Download 12.76 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling