M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə
Download 12.76 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Bəybala Ələsgərov 289 Sentyabr 50 illiyi Nizami Cə
- Səmayə Quliyeva 292
Sentyabr 220 illiyi Kuper Ceyms Fenimor 1789-1851 Amerika yazıçısı 15 Amerikan yazıçısı, Amerika ədəbiyyatında romantizmin görkəmli nü- mayəndəsi Ceyms Kuper Fenimor 1789-cu ildə, sentyabr ayının 15-də Nyu-Cersi ştatında Bör- linqton şəhərində anadan olmuşdur. Amerikanın milli istiqlaliyyət uğrunda mübarizəsindən bəhs edən “Casus”(1821), “Pirat” (1822), “Losman” (1823), “Layonel Linkovı” (1825) tarixi romanlarının müəl- lifidir. “Hindi silsiləsi” romanlarında (“Pionerlər” 1823, “Sonuncu mogi- kan”, 1826, “Ləpirçi” 1840, “Vəhşi heyvan ov- çusu” 1841) romanında kapitalist sivilizasiyasını tənqid etmiş, hindilərin vəhşicəsinə qırılmasının əleyhinə çıxmışdır. “Amerikalı demokrat” (1838) publisistik traktatında, “Monikinlər” (1835) satirasında, “Evə” (1838), “Evdə” (1838), romanlarında Amerika demokratiyasını qətiyyətlə pisləmişdir. 14 sentyabr 1851-ci ildə Kuperstaun şəhərində vəfat etmişdir. Ədəbiyyat “Sonuncu mogikan”.- B., 1958 “ Ləpirçi”.- B., 1959. Rus dilində Следопыт или на бере- гах Онтарио.- Сыктыв- кар, 1991. Иванко, С.С. Фенимор Купер .- М, 1990. Рафикова, Э.Е. Фенимор Купер в оценке В. Г. Белинского. Сб. науч. тр /Ташкентского Универ- ситета.-Ташкент, 1980.- № 642.- С. 99-101. Шпион, или Повесть о нейтральной террито- рии. - Минск, 1992. Zemfira Qəhrəmanova 286 Sentyabr 15 illiyi Əsrin müqaviləsi 1994 20 Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır. Heydər Əliyev, ümummilli lider Əsrin əvvəllərində bi- zim neft sənayeçilərimiz dünya bazarlarında Av- ropanın və Şimali Ame- rikanın neft şirkətləri ilə uğurlu rəqabət aparırdılar. Eyni zamanda həmin il- lərdə xarici sərmayədarlar Azərbaycanda neftçıxar- manın, neftayırmanın, neft maşınqayırmasının, nəqliyyat kommunikasi- yalarının inkişafına böyük kömək göstərirdilər. Birinci Dünya müha- ribəsi qurtarıb Rusiya im- periyası parçalanandan sonra Azərbaycan müs- təqil inkişaf yoluna qə- dəm qoydu. Cəmi 23 ay ömür sürmüş Azərbaycan Demokratik Respublikası bu imkandan hərtərəfli istifadə edə bilmədi, lakin indi ölkəmizin və onun vətəndaşlarının tərəqqisi naminə dövlətçiliyin, de- mokratik təsisatların bər- qərar olunub möhkəm- lənməsi üçün yenidən real şərait yaranmışdır. Hazırda Azərbaycan Respublikasının neft səna- yesi öz inkişafının keyfiy- yətcə yeni mərhələsin- dədir ki, bu da, bir tərəf- dən, ən əvvəl respub- likanın 1991-ci ildə müs- təqillik əldə etməsi, digər tərəfdən, çox böyük neft və qaz yataqlarının aşkar edilməsi, onları mənimsə- mək üçün geniş pers- pektivlər açılması sayə- sində mümkün olmuşdur. Azərbaycan iqtisadiy- yatına xarici sərmayələrin geniş miqyasda cəlb edil- məsinə hələ 1990-ci ildə, keçmiş SSRİ-nin mövcud olduğu dövrdə başlan- mışdır. Lakin onda da və Azərbaycan siyasi müstə- qillik əldə edəndən sonra da dəqiq strategiya, möh- kəm siyasi iradə və sarsılmaz qətiyyətin olma- ması, həmçinin daxili və xarici qarşıdurmalar bu prosesi müvəffəqiyyətlə başa çatdırmağa imkan vermədi. Təqribən üç il davam edən danışıqlar 1993-cü ildə çıxılmaz vəziyyətə düşdü. 287 1994-cü ilin fevra- lından başlayaraq ilin sonuna kimi ardıcıl su- rətdə yeni, çox məsul qərarlar qəbul etmək, kon- kret əməli işlər görmək lazım gəldi ki, təkcə bizim respublikamız üçün deyil, o cümlədən Azər- baycanla həmsərhəd dövlətlər üçün böyük və prinsipial əhəmiyyətə ma- lik sənəd – “Azəri”, “Çı- raq” və “Günəşli” yataq- larının işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş bütün işti- rakçılar tərəfindən razılaş- dırılıb imzalansın və Azərbaycan Parlamenti tərəfindən təsdiq edilsin. Son mərhələdə altı dövləti – ABŞ-ı, Böyük Britani- yanı, Rusiyanı, Norveçi, Türkiyəni və Səudiyyə Ərəbistanını təmsil edən “AMOKO”, “Bi-Pİ”, “Pennzoyl”, “Yunokal”, “Statoyl”, “Mak Der- mott”, “Lukoyl”, “Türki- yə Petrolleri Anonim ortaqlığı”, “Delta” və “Remko” kimi güclü şirkətlərin daxil olduğu Xarici Neft Şirkətləri Konsorsiumu ilə üç ildən çox aparılan danışıqlar 1994-cü il sentyabrın 20- də Bakıda Sazişin tən- tənəli şəkildə imzalanması mərasimi ilə başa çatdı. Mərasimdə danışıqların iştirakçıları ilə yanaşı, şirkətləri konsorsiuma da- xil olan ölkələrin hamı- sının nümayəndə heyətləri də iştirak edirdilər. 1994-cü ilin sentyabrın 20-də “Gülüstan” sara- yında Azərbaycan, Böyük Britaniya, Norveç, Ru- siya, Səudiyyə Ərəbistanı, ABŞ və Türkiyənin Xəzər dənizinin sahilində neft yataqlarının birgə işlən- məsi haqqında Azər- baycan Dövlət Neft Şirkəti ilə müqavilə im- zalanması münasibətilə təntənəli mərasim ke- çirilmişdi. Mərasimdə toplaşanlar Azərbaycan Prezidenti Heydər Əliyevi səmimi salamladılar. O, imzalama mərasimini açaraq nitq söyləmişdi. Xəzər dənizinin Azər- baycan sektorunda ümumi sahəsi 432, 4 km 2 olan “Azəri”, “Çıraq” yataq- larının və “Günəşli” yata- ğının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Saziş respublikanın siyasi və iqtisadi həyatında unikal bir hadisədir. Məqsəd birdir - Azər- baycanın malik olduğu imkanlardan tam istifadə etmək. Müqavilənin imzalan- ması mərasimində Heydər Əliyev və xarici qonaqlar təbrik və minnətdarlıq sö- zü ilə Azərbaycan xalqına müraciət etmişlər. “Britiş Petroleum” şirkətinin pre- zidenti Con Braun, “AMOKO” şirkətinin pre- zidenti Uilyam Laurin, “Penzoyl” şirkətinin pre- zidenti Tom Hamilton, Türkiyənin Dövlət naziri Nəcməddin Gövhəri, Bö- yük Britaniyanın Ener- getika naziri Timoti Ed- qar, ABŞ Energetika na- zirinin müavini Uilyam Uayt, Norveçin Sənaye və energetika nazirinin bi- rinci müavini Quunar Murvanq, Rusiya Fede- rasiyasının Yanacaq və Energetika Nazirliyi Baş idarəsinin rəisi Stanislav Puqaçov, İslam İnkişaf Bankının prezidenti Osam Cəfər Fakihin çıxış edə- rək, müqavilənin müvəf- fəqiyyətindən danışdılar. Mərasimdə Azərbay- can Respublikasının Pre- zidenti Heydər Əliyev 288 yekun nitqi söylədi və mətbuat konfransı ke- çirildi. “Əsrin müqaviləsi” adını almış “Azəri-Çıraq- Günəşli” və “Bakı-Tbilisi- Ceyhan” neft kəmərləri özü-özlüyündə hazırda dünyada həyata keçirilən ən böyük neft layihə- lərindən biridir. Bu, istər hasil olunacaq karbohid- rogen ehtiyatlarının və Azərbaycana gətirəcəyi gəlirlərin həcminə, istərsə də layihə çərçivəsində işə cəlb edilmiş insanların sayına görə dünya sə- viyyəli bir işdir. Təkcə “Azəri”dən təxminən 35 milyon barrel neft çıxa- rılması nəzərdə tutulur. Bu gündəlik hasilatın orta heasabla 93 min barrel olması deməkdir. 30 düyümlük yeni sualtı boru kəməri hasil olunan nefti Səngəçal terminalına çat- dırır. Bakı-Tbilisi-Ceyhan kəməri işə düşəndən sonra onun vasitəsi ilə nəql olunacaq. 2008-ci ildən Azəri-Çıraq-Günəşli ya- tağının dərinlikdə yerlə- şən hissəsi artıq neft verir. Beləliklə, 1994-cü ilin sentyabrında imzalanmış Hasilatın Pay Bölgüsü Sa- zişi 30 il qüvvədə olacaq. Bu dövr ərzində “Azəri- Çıraq-Günəşli” yataqları- nın 5,4 milyard barrel neft verəcəyi gözlənilir. Ədəbiyyat Bünyadov, Z. Azərbaycan tarixi.- B.: Elm, 1994.- 606 s. Əsrin müqaviləsi.- B.: MBM, 2004.- 182 s. Əsrin müqaviləsi.- B.: Azərnəşr, 1996.- 110 s. Nəsibli, N. Azərbaycan geopolitikası və neft .- B.: Elm, 2001.- 118 s. Vəliyev, Ə. Bəşəriyyət ünvanı.- B.: Elm, 2002.- 116 s. Adilqızı, N. Dünyada ana- loqu olmayan dostluq neft kəməri //Respublika.- 2004.- 3 mart.- S. 7. Camalov, Y. Neft səna- yesində yeni eranın baş- lanğıcı //Respublika.- 2004.- 19 sentyabr.- S. 4. Əliyev, Q. “Əsrin mü- qaviləsi” beynəlxalq əhə- miyyətli hadisədir //Azad Azərbaycan.- 2005.- 20 sentyabr.- S. 4. “Əsrin müqaviləsi” çərçi- vəsində neft və səmt qazı hasilatı artır //Xalq qəze- ti.- 2006.- 8 may.- S.6. İsmayılov, V. H.Əliyev diplomatiyası qalib gəldi //Azərbaycan.- 2004.- 14 noyabr.- S. 4. Kərimov, K. Ölkəmizə milyardlarla dollar xarici sərmayə qoyuluşu real- laşıb//Xalq qəzeti.- 2004.- 22 sentaybr.- S. 3. Sadıqlı, E. Azərinin ilin nefti Əsrin müqaviləsinin kulminasiya nöqtəsidir //Azərbaycan.- 2005.- 17 fevral.- S. 3. Bəybala Ələsgərov 289 Sentyabr 50 illiyi Nizami Cəfərov 1959 Elm xadimi 21 Nizami Qulu oğlu Cə- fərov 1959-cu ilin sent- yabrın 21-də Azər- baycanın Ağstafa rayo- nunun Zəlimxan kəndində müəllim ailəsində anadan olmuş, Zəlimxan kənd səkkizillik, Yenikənd kənd orta məktəbini bi- tirib 1977-ci ildə Azər- baycan indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olmuş və 1982-ci ildə həmin fa- kültəni fərqlənmə diplo- mu ilə bitirib Azərbaycan dilçiliyi ixtisası üzrə as- piranturaya daxil olur. 1985-ci ildə “Sadə cümlənin struktur seman- tik təkamülü (inkişafı)” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Əmək fəaliyyətinə Azərbaycan MEA Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi kimi başlayır. Müasir Azərbaycan dilçiliyinin və nəzəri linq- vistikanın ayrı-ayrı prob- lemlərinə həsr etdiyi mə- qalələri dövri mətbuatda dərc olunmuşdur. Burada sosioloji tənqiddən daha çox sözün bədii funk- siyasına, ayrı-ayrı yazı- çıların yaradıcılığının bə- dii-estetik özünəməx- susluğuna, üslub məsələ- lərinə, qədim türk dili ədəbi abidələrin dilinə tədqiqatçı linqvist alim kimi diqqət yetirmişdir. İnstitutun elmi-ictimai həyatında fəal iştirak edən N.Cəfərov tezliklə Gənc Alimlər Şurasının sədri seçilir, elmi araşdırma- larını davam etdirmək şər- tilə yanaşı, milli müstə- qillik uğrunda ideya mü- barizəsini aparan gənc intellektualların sırasına qoşulur. 1987-1991-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetinin tənqid və ədə- biyyatşünaslıq şöbəsinə başçılıq etmişdir. O, türk- çülük, azərbaycançılıq ideyalarının təbliğinə fikir verirdi. N.Cəfərov 1991-ci ildə “XVIII əsr Azərbaycan türk ədəbi dili” möv- zusunda doktorluq disser- tasiyasını müdafiə etmiş- dir. Sonra Universitetin Türkologiya kafedrasında müəllim, baş müəllim, professor kimi çalışmış- dır. 1994-2001-ci illərdə Filologiya fakültəsinin de- 290 kanı olmuşdur. Hazırda BDU-nun ümumi dilçilk kafedrasının, eyni zaman- da Azərbaycan Atatürk Mərkəzinin müdiri vəzi- fələrində çalışır. O, 2001- 2003-cü illərdə Azərbay- can Ali Attestasiya Ko- missiyasının Dilçilik üzrə doktorluq müdafiə şura- sının sədri olmuşdur. 2003-cü ildən filologiya elmləri üzrə Ekspert Şu- rasının sədridir. N.Cəfərov 1993-cü il- dən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2000-ci ildən Əməkdar elm xa- dimi, 2001-ci ildən Azər- baycan MEA-nın müxbir üzvü, 2002-ci ildən Millət vəkilidir. O, bir Millət vəkili kimi Azərbaycan dilinin dövlət dili olaraq öz siyasi-ideoloji mövqe- lərini gücləndirilməsi uğ- runda fəal mübarizə apa- rır. 2004-cü ildən Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilmişdir. Azər- baycan “Bilik” Maarif- çilik Cəmiyyətinin qərarı ilə “Yusif Məmmədəliyev adına medal”la təltif olunmuşdur. Ədəbiyyat Azərbaycan yalvarışları lüğəti.- B.: BDU, 2000.- 22 s. Azərbaycan mədəniyyəti məsələləri.- B.: BDU, 2000.- 49 s. Azərbaycanşünaslıq mə- sələləri.-B.:BDU, 2001 .- 36 s. Azərbaycanşünaslığa gi- riş.- B.: BDU, 2002.- 600 s. Azərbaycanşünaslığın əsasları.- B.: Pedaqogika, 2005.- 480 s. Anar.- B.: Azatam, 2004. - 58 s. Heydər Əliyev.- B.: Az Atam, 2002.- 81 s. Klassiklərdən müasirlərə .- B.:Çaşıoğlu, 2004.- 272 s. Qədim türk ədəbiyyatı.- B.: Çaşıoğlu, 2006.-347 s. Türk xalqları ədəbiyyatı.- C. I.- B.: Çaşıoğlu, 2006.- 348 s.; C. II.- 318 s. ; C.- III.- 2007.- 318 s. ; C.- IV.- 2007.-360 s. Türkologiya tarixinə ümu- mi bir baxış.- B.: BDU, 2000.- 92 s. Kamal, R. Nizami Cəfə- rov, yaxud bir təfəkkürün poetikası.- B.: Təhsil, 2007.- 102 s. Osmanlı, D. Nizami Cəfə- rov: ictimai xadim, mü- təfəkkir alim, ideoloq.- B.: Adiloğlu, 2005.- 50 s. Akademik Bəkir Nəbi- yevin yaradıcılıq yolu //Respublika.- 2005.- 24 iyul.- S. 3. Ana dilmiz xalqımızın ən böyük mənəvi sərvətidir //Xalq qəzeti.- 2006.- 1 avqust.- S.5. Ayaz Vəfalıya açıq mək- tub //Ədəbiyyat qəzeti.- 2007.- 20 aprel.- S. 3. Bütün azərbaycanlıların Prezidenti //Azərbaycan.- 2007.- oktyabr.- S. 3. Heydər Əliyev – liderlik fenomeni //Xalq qəzeti.- 2005.- 13 dekabr.- S. 3. Heydər Əliyev və milli- mənəvi yüksəlişin təməl prinsipləri //Xalq qəzeti.- 2007.- 10 may.- S. 6. Heydər Əliyevin döv- lətçilk irsi və varislik //Xalq qəzeti.- 2006.- 10 may.- S. 7. Türk tarixinin böyük dövlət qurucusu ictimai harmoniya ustası //Xalq qəzeti.- 2006.- 17 iyun.- S. 5. Bəybala Ələsgərov 291 Sentyabr 80 illiyi Əfqan Əsgərov 1929 Yazıçı 23 Nasir, dramaturq Əfqan Hacıağa oğlu Əsgərov 1929-cu il sent- yabr ayının 23-də dün- yaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Uni- versitetinin Filologiya fa- kültəsinin jurnalistika şö- bəsində 1948-1953-cü il- lərdə təhsil almışdır. 1953-cü ildə “Azərbaycan gəzeti” redaksiyasında şö- bə müdiri kimi əmək fəaliyyətinə başlamış və 1958-ci ilədək orada iş- ləmişdir. Bu dövrdə “O mənim oğlumdur” adlı ilk pyesi gənclik mövzusunda ən yaxşı pyeslər müsa- biqəsində mükafata layiq görülmüşdür. Əsər 1954- cü ildə Gənc Tamaşaçılar Teatrında tamaşaya qo- yulmuşdur. 1958-1961-ci illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kino- studiyasında redaktor, 1961-1990-cı illərdə “Kommunist” qəzeti re- daksiyasında ədəbiyyat və incəsənət şöbəsinin müdiri, 1990-cı ildən “Sovet kəndi” (sonra “Həyat”) qəzetinin redak- toru vəzifəsində çalış- mışdır. O, bədii yara- dıcılığı ilə yanaşı, ictimai işlərdə də fəallıq gös- tərmişdir. Onun “Dağ se- li”, “Sarı əlcək”, “Qız atası”, “Gülməyən adam” pyesləri Bakı, Gəncə və Sumqayıt teatrlarında ta- maşaya qoyulmuşdur. 1958-ci ildən Azər- baycan Yazıçılar Birli- yinin üzvüdür. 1986-cı ildə Əməkdar incəsənət xadimi adına layiq gö- rülmüşdür. Ədəbiyyat Tarixdən nəticə çıxarılır //Azərbaycan. – 2006. – 21 aprel. – S. 7. Xəlilov, Q. Həyatın canlı təsviri: Əfqan Əsgərovun 50 illiyi münasibəti ilə //Ədəbiyyat və incəsənət. – 1979. – 21 dekabr. – S. 7. Səmayə Quliyeva 292 Sentyabr 85 illiyi Ulduz Kəngərli 1924 Professor 28 Texnika elmləri dok- toru, professor Ulduz Səttar oğlu Kəngərli 1924-cü il sentyabr ayının 28-də anadan olmuşdur. 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunun (in- diki Neft Akademiyası) Energetika fakültəsini, 1958-ci ildə isə Azər- baycan Milli EA Ener- getika İnstitutunun as- piranturasını bitirmişdir. 1958-1961-ci illərdə Sum- qayıt şəhərindəki Elmi- Tədqiqat “Neftkimyaavto- mat” Layihə İnstitutunda şöbə müdiri və Elmi-Təd- qiqat Neft İnstitutunda laboratoriya rəhbəri işlə- mişdir. 1961-ci ildə Azər- baycan Politexnik İnsti- tutunda (indiki Texniki Universitet) onun rəhbər- liyi ilə radiotexnika, elek- tronika və rabitə kafedrası təşkil edilmişdir. Alim ra- dioelektronika sahəsində tədqiqatlar aparmış, 12 dərslik və dərs vəsaitinin, 185 elmi məqalənin, “Rusca-azərbaycanca-in- giliscə radioelektronika terminləri lüğəti”nin (1983; Cəmilə Kəngərli ilə birlikdə) müəllifidir. Elmi araşdırmaları neft sənayesində-neft quyula- rını qazıma və neft emalı proseslərinin avtomatlaş- dırılmasında və başqa sə- naye sahələrində geniş tətbiq edilmişdir. Ədəbiyyat Qeyri-xətti elektron döv- rələri nəzəriyyəsi.- B.: Maarif, 1991.- 434 s. Radiotexniki dövrələr və siqnallar. 2 hissədə.- hissə1-2.- B., 1978-1982. Siqnalların verilmə nəzə- riyyəsi. 2 hissədə.- hissə 1-2.- B., 1981-1983. Səmayə Quliyeva 293 Sentyabr 105 illiyi Nikolay Alekseyeviç Ostrovski 1904-1936 Rus yazıçısı 29 Rus yazıçısı Nikolay Alekseyeviç Ostrovski 1904-cü il sentyabrın 29- da Ukraynanın Rovno vilayətində fəhlə ailəsində anadan olmuşdur. Uşaqlıq illərində təhsil almaq ona nəsib olmamış, 11 yaşın- dan işləməyə başlamışdır. 1927-ci ildə ağır iflic Nikolayı yatağa salmış, 1928-ci ildə isə gözləri tutulmuşdur. Lakin yenil- məz iradəyə malik Ostrovski təslim olmamış, bütün mənəvi qüvvəsini toplayaraq yaşamaq uğ- runda mübarizə aparmış, təhsilini artırmışdır. 1930- cu ilin payızında “Polad necə bərkidi” romanını yazmışdır. O, 1934-1936- cı illərdə Qərbi Ukrayna zəhmətkeşlərinin inqilabi mübarizəsindən bəhs edən 3 cildlik “Fırtınadan do- ğulmuşlar” romanı üzə- rində işləmişdir. Yazı- çının əsərləri 100-dən çox dildə, o cümlədən Azər- baycan dilində dəfələrlə nəşr olunmuş, ekranlaş- dırılmışdır. Lenin ordeni ilə təltif edilmişdir. 1928- 1936-cı illərdə yaşadığı Soçidə, Moskvada və vətənində N.A.Ostrov- skinin ev-muzeyi var. 1979-cu ildə Xmelnitski vilayətinin Şepetovka şə- hərində Ostrovskinin şərə- finə xatirə kompleksi ya- radılmışdır. Ədəbiyyat Polad necə bərkidi: Ro- man; Çapayev : povest /Nikolay Alekseyeviç Ostrovski.- B.: Gənclik, 1987.- 645 s.- (Dünya uşaq ədəbiyyatı) Ostrovskaya, R. Nikolay Ostrovski /Raisa Ostrovs- kaya.- B.: Gənclik, 1986.- 248 s. Rus dilində Как закалялась сталь: роман /Николай Алек- сеевич Островский.- М.: Просвещение, 1986.- 348 с. Рожденные бурей : ро- ман /Николай Алек- сеевич Островский.- Минск, 1984.-191 с. Adilə Abdullayeva 294 1 oktyabr Gün çıxır 06:07 Gün batır 19:24 31 oktyabr Gün çıxır 05:38 Gün batır 17:40 O kt yabr 24 sentyabr- 23 oktyabr Tərəzi bürcü Nişanı havadır. Veneranın himayəsindədir. Günəşin Tərəzi bürcündən keçdiyi dövrdə? doğulanlar yumşaq xasiyyətli, parlaq Ca 1 C 2 Ş 3 B 4 Be 5 Ça 6 Ç 7 Ca 8 C 9 Ş 10 Download 12.76 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling