M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə
Download 12,76 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Rəna Orucəliyeva 254
- Nailə Alışova 259
- Ədəbiyyat
- Ədəbiyyat
- İşğal tarixi – 23.08.1993
Avqust 115 illiyi Bakıda ilk ictimai kitabxana - qiraətxana 1894 1 XIX əsrin axırlarında Azərbaycanda kitabxana işi tarixində mühüm ha- disə baş verdi. 1894-cü ildə Bakıda görkəmli ya- zıçı, ictimai və dövlət xadimi Nəriman Nərima- nov ilk ümum açıq milli Azərbaycan kitabxana-qi- raətxanasının əsasını qoy- du. Bu Azərbaycan xalqı- nın mədəni və ictimai həyatında görkəmli hadi- sələrdən biri idi. 1891-ci ildə Bakıya gəlib müəllimlik edən N.Nərimanov xalqın zülm və əsarət altında yaşa- masını və onu bu zülmdən xilas etmək yolunu ma- arifdə görürdü. Milli xalq kitabxana-qiraətxanası ya- ratmaq fikrinə düşən Nə- riman Nərimanov gör- kəmli ziyalılardan S.M. Qənizadə, H.Mahmudbə- yov, S.Vəlibəyov, Ə. Axundov, Ə.Cəfərzadənin yaxından köməyi ilə Xa- qaninin, Nizaminin, Fü- zulinin, Sədinin, Hafizin, Firdovsinin, A.Bakıxano- vun, M.F.Axundovun, M.P.Vaqifin, Q.Zakirin, S. Ə.Şirvaninin və b. əsər- lərini, həmçinin jurnal və qəzet komplektlərini top- lamağa başladı. Kitab- xana-qiraətxananı açmaq üçün müəyyən hazırlıq işi görüldükdən sonra, Bakı qubernatorunun icazəsi ilə 1894-cü il, avqustun 1-də kitabxana-qiraətxana fəa- liyyətə başladı. O dövrdə kitabxana-qi- raətxananı lazımi ədəbiy- yatla təmin etmək olduqca çətin idi. Bir tərəfdən Bakıda qəzet və kitab nəşrinin az olması və mütərəqqi qəzet və ki- tabların yoxluğu, digər tərəfdən də lazımi maddi vəsaitin olmaması kitab- xananın təkmilləşməsi işini çətinləşdirirdi. Tez bir müddətdə Nərimanov Hindistan, Misir, Bolqa- rıstan, Türkiyə, İran və başqa ölkələrin nəşriy- yatları və Rusiyanın bir çox şəhərləri ilə əlaqə yaratmağa müvəffəq oldu. Qəzet və kitabların çoxu milyonçu H.Z.Tağıyevin hesabına alınırdı. Qiraətxanaya giriş haq- qı 2 qəpik idi. Oxucuların suallarına tez və vaxtında cavab vermək üçün ka- taloq düzəldilmişdi. Ki- tabxanaçı-qiraətxanaçı və- zifəsində Nərimanovun ən yaxın silahdaşlarından olan, öz işini sevən Əlis- gəndər Cəfərov işləyirdi. Kitabxana-qiraətxananın fəaliyyətə başladığı ilk vaxtlar bir ay ərzində ki- tabxanaya 710 nəfər oxu- 252 cu gəlmiş, bunlardan 151 nəfəri azərbaycanlı, digər qismi isə müxtəlif mil- lətlərin nümayəndələri idi. Bu da o zaman Zaqaf- qaziya kitabxanalarının heç birinin malik olma- dığı bir rəqəm idi. Kitabxana təkcə qəzet, jurnal, kitab verməklə ki- fayətlənmir, həm də geniş kütləvi iş aparırdı. Kitab- xananın yanında gənc ədəbiyyat həvəskarlarının, gənc aktyorların dərnək- ləri təşkil edilmişdi. Dərnəklərdə həm bədii əsərlər oxunub müzakirə edilmiş, həm də Azər- baycanın teatr mədəniy- yəti tarixində xüsusi rol oynamış bir neçə əsər tamaşaya qoyulmuşdu. Tamaşalardan toplanılan pullar qiraətxanaya veril- mişdi. Dərnəklərin fəaliy- yətində N.Nərimanov ya- xından iştirak etmişdi. Bu xeyirxah və mü- tərəqqi iş heç də hamı tərəfindən rəğbətlə qarşı- lanmırdı. Zəhmətkeş xalq kütlələrinin gözünün açıl- masından qorxuya düşən çar məmurları, burjua ziyalıları, ruhanilər, köhnə fikirli adamlar bu gözəl mədəni-maarif müəssisə- sinə qarşı mübarizəyə başladılar. Çox ağır şə- raitdə cəmi 4 il fəaliyyət göstərdikdən sonra gözəl mədəni-maarif müəssisəsi olan kitabxana-qiraətxana 1898-ci ildə çar hökuməti tərəfindən bağlandı. Nəriman Nərimanovun ilk ümum açıq milli ki- tabxana-qiraətxanası çox az bir müddətdə fəaliyyət göstərməsinə baxmaya- raq, ölkənin mədəni inki- şafında, Azərbaycan xal- qının milli şüurunun yük- səlməsində, təhsil və tər- biyəsində çox mühüm rol oynamışdı. Ədəbiyyat Xələfov, A.Nəriman Nəri- manovun ilk ümum açıq milli kitabxana-qiraət- xanası /A.Xələfov Azər- baycanda kitabxana işinin tarixi: Dərslik.-2 hissədə.- H.I.- B.: BUN, 2004.- 328 s. İnternetdə www.azeriart.net www.azerilobbi.com www.google.az Adilə Abdullayeva 253 Avqust 265 illiyi Jan Batist Lamark Pyer Antuan De Mone 1744-1829 Fransız təbiətşünası 1 Lamark Jan Batist Pyer Antuan De Mone 1 avqust 1744-cü ildə Pikardiya vilayətinin Bazanten ad- lanan kicik bir kəndində anadan olmuşdur. Fransız təbiətşünası, ilk və tam təkamül nəzəriyyəsinin yaradıcısıdır. 1783-cü il- dən Paris Elmlər Akade- miyasının üzvü olmuşdur. 1778-ci ildə Lamarkın Fransanın florasına dair 3 cilddə əsəri cıxmışdır. 1793-cü ildə onun təklifi ilə Kral Botanika Bağı Təbiətn Tarixi Muzeyinə cevrildi. Lamark burada həşəratların, qurdların və mikroskopik heyvanların zoologiyası kafedrasının professoru və rəhbəri oldu. Lamark ilk dəfə 1794- cü ildə heyvanlar aləmini 2 qrupa - onurğalılar və onurğasızlar qrupuna böl- dü. Lamark onurğasızları 10 qrupa ayırmışdır. O, bu sinifləri özünün təkmil- ləşmə prinsipi-qradasiya əsasında ardıcıl olaraq mürəkkəbləşən 4 quruluş dərəcəsi arasında böldü. O, zoopsixologiyanın əsasını qoymuşdur. Botanika və zoologi- yaya dair işləri ilə yanaşı Lamark geologiya, hidro- logiya, meteorologiyaya dair nəşrlərin müəllifidir. “Hidrogeologiya” əsərin- də (1802) tarixilik və ak- tualizm prinsiplərini irəli sürmüşdür. Jan Batist Pyer Antuan De Mone Lamark 1829- cu ildə Parisdə vəfat etmişdir. Ədəbiyyat Корсунская, В.М. Под- виг жизни шевалье де Ламарка.- Л.,1961.- 236 с. Избранные произведе- ния: в 2-х т. /редаксия И.М.Полякова и Н.И. Нуждина; пер. А.В. Юдиной.- М: Из-во Акад. наук. СССР, 1955- 1959.-968 с. Rəna Orucəliyeva 254 Avqust 165 illiyi İlya Yefimoviç Repin 1844-1930 Rus boyakarı 5 Görkəmli rus boyakarı və qrafiki Repin 1844-cü il avqustun 5-də Uk- raynanın Xarkov vilayə- tində anadan olmuşdur. O, 1864-1871-ci illərdə Pe- terburq Rəssamlıq Akade- miyasında oxumuşdur. 1893-cü ildən isə həmin Akademiyanın həqiqi üz- vü seçilmişdir. Repinin yaradıcılığı rus demokratik-realist incəsə- nətinin zirvələrindən bi- rini təşkil edir. O, portret, məişət və tarixi boya- karlıq janrlarında fəa- liyyət göstərmiş, ofort və litoqrafiyalar çəkmişdir. 1870-1873-cü illərdə yaratdığı “Burlaklar Vol- qada” tablosunda zülmə qarşı etiraz motivləri, sadə adamların mənəviyyatı, qüvvə və qüdrəti əks etdirilmişdir. Repin 1873- cü ildə İtaliya və Fransaya səyahət edir. 3 il orada qalan rəssam Avropa incəsənəti ilə yaxından tanış olmuş, “Paris ka- fesi”(1874-1875), “Sadko sualtı səltənətdə” (1876) əsərlərində plener üsu- lundan məharətlə istifadə etmişdir. 1870-1880-ci illər Repin yaradıcılığının ən məhsuldar dövrüdür. Xa- ricdən qayıtdıqdan sonra 1882-ci ildən Peterburqda yaşayan Repin rus hə- yatının sosial ziddiy- yətlərini və ictimai mü- nasibətləri qabarıq şəkildə təsvir edərək, “Qorxaq kəndli” (1877), “Bədnəzər kəndli”(1877) əsərlərində 1 sıra kəndli obrazları yaratmışdır. “Tövbədən imtina”(1879-1885), “Təbliğatçının həbsi” (1880-1892), “Gözləmir- dilər” (1884-1888) tablo- larında sürgündən qayıt- mış inqilabçıların obrazını təsvir etmiş, qəhrəmanın ağır taleyini, onun ailə üzvlərinin hiss və həyə- canlarını mürəkkəb rəng qammaları ilə göstərmiş- dir. Bu illərdə Repin ən yaxşı portretlərini: “V.V. Stasov” (1873), “A.F.Pi- semski” (1880), “L.N. Tolstoy” (1887) işləmiş, həmçinin tarixi janr sa- həsində “Şahzadə Sofi- ya”(1879), “İvan Qroznı və oğlu İvan”(1885), “Za- porojyelilər Türkiyə sul- 255 tanına məktub yazarkən” (1878-1891) adlı görkəmli əsərlərini yaratmışdır. Repin 1930-cu il sent- yabrın 29-da vəfat et- mişdir. Repinin öldüyü və dəfn olunduğu Penatıda 1940-cı ildə xatirə muzeyi açılmışdır. Çuquyevdə də Repinin xatirə muzeyi açılmışdır. 1958-ci ildə Moskvada Repinə abidə qoyulmuşdur. Sankt-Pe- terburq Boyakarlıq, Hey- kəltəraşlıq və Memarlıq İnstitutu Repinin adını da- şıyır. Ədəbiyyat Альбом репродукций.- М.: Изобразит. искус., 1975.- 34 с. Графика: [Альбом].- М.: Изобразит. искус., 1987. - 48 с. Лясковская, О. А. И. Е. Репин.- 3-е изд.- М., 1983. Пилипенко, И. Репин в Абрамцеве .- Л., 1980. Чуковский, К. Илья Репин.- 2-е изд.- М., 1983. Adilə Abdullayeva 256 Avqust Beynəlxalq Gənclər Günü 1999 12 Avqustun 12-si Bey- nəlxalq gənclər günüdür. Birləşmiş Millətlər Təş- kilatı Baş Assamble- yasının 1999-cu il de- kabrın 17-də qəbul etdiyi qərara əsasən elan olunan Beynəlxalq Gənclər Günü hazırda dünyanın əksər dövlətlərində qeyd edilir. Xatırladaq ki, 1998-ci il avqustun 8-12-də Lis- sabonda müxtəlif ölkələ- rin gənclərlə iş üzrə na- zirlərinin iştirakı ilə ke- çirilən Beynəlxalq Kon- fransda Beynəlxalq Gənc- lər Gününün təsis edil- məsi və bütün dünyada bayram kimi qeyd edil- məsi təklif olunmuşdu və bir qədər sonra BMT Baş Assambleyası avqustun 12-sini Beynəlxalq Gənc- lər Günü elan etdi. 2000-ci ildən başla- yaraq bu gün bir çox dövlətlərdə, o cümlədən dünya birliyinin tamhüquqlu üzvü olan Azərbaycanda da Bey- nəlxalq Gənclər Günü kimi qeyd olunur. Tarixə qısaca nəzər salsaq, əs- lində Azərbaycan gənc- lərinin belə bir bayramı qeyd etməyə daha çox mənəvi haqlarının çat- dığını görmək olar. Müstəqilliyimizin və dövlətçiliyimizin möh- kəmkəmləndirilməsi, eti- barlı gələcəyimizin təmin edilməsi, ölkəmizin in- kişafı gənclərin sosial- siyasi fəallığının yüksəl- məsindən çox asılıdır. Məhz buna görə də ümummilli lider Heydər Əliyev tərəfindən müəy- yənləşdirilmiş və hazırda Ulu öndərin layiqli davamçısı Prezident İl- ham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin aparıcı xəttində bu məsələ daim diqqətdədir. Son 14 ildə Azərbay- canda gənclərlə iş sahə- sində görülən işlər, bu istiqamətdə həyata keçi- rilən mükəmməl dövlət siyasəti Azərbaycan gənc- liyinin inkişafına böyük təkan vermiş, onun cə- miyyətdə özünü təsdiq et- məsində böyük rol oy- namışdır. Bu illərdə Azər- baycan gəncliyi beynəl- xalq miqyasda cərəyan edən ictimai-siyasi pro- seslərdə də yaxından iş- tirak etmiş və ölkəmizi tanıtmışdır. Ayrı-ayrı dövlət orqan- larının gənclərlə iş sa- həsindəki fəaliyyətinin əlaqələndirilməsi Azər- baycan gəncliyinin yeni- dən təşkilatlanması, ölkə- də gənclər hərəkatının, 257 gənclik enerjisinin bir mərkəzdən koordinasiya olunması məqsədilə 1994- cü ildə yaradılmış Gənclər və Turizm Nazirliyi qısa zamanda dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsinə start verdi. Azərbaycanı çox düz- gün olaraq ”gənclər öl- kəsi” adlandıran ulu öndər Heydər Əliyev bu sahədə həyata keçirilən dövlət siyasətini əsas prioritet- lərdən biri kimi müəy- yənləşdirərək hər zaman gənclərin işi üzrə məsə- lələri, onlara olan qay- ğının vacibliyini önə çə- kirdi. Məhz Heydər Əli- yevin təşəbbüsü ilə 1996- cı ildən başlayaraq Azər- baycan gənclərinin forum- ları keçirilməyə başladı. Forumlarda ulu öndər Heydər Əliyevin proqram xarakterli çıxışlarının nə- ticəsi olaraq hər bir gəncin qarşısında duran vəzifələr müəyyənləşdiril- miş, gənc nəslin hərtərəfli inkişafı, problemlərin həlli sahəsində tədbirlərin görülməsi əlaqədar təş- kilatların qarşısında vəzifə kimi qoyulmuşdu. Ulu öndər Heydər Əliyev gənclərin I forumundan sonra Respublikanın hər yerində gənclərlə aparılan işin nəzərə çarpacaq dərəcədə canlandığını nə- zərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü- fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etdi. Gənclərə göstərilən diqqət və qayğı dövlət proqramlarında da öz əksini tapıb. Əsası Heydər Əliyev tərəfindən qoyul- muş dövlət gənclər siya- sətini Azərbaycan Prezi- denti İlham Əliyev uğurla davam etdirir. Prezident Heydər Əliyevin 2005-ci ilin avqustunda təsdiq etdiyi “Azərbaycan gənc- liyi Dövlət Proqramı (2005-2009-cu illər)” isə dövlət gənclər siyasətinin ən mühüm tərkib his- səsidir. Bu proqram Azər- baycanda gənclərə qay- ğının əyani təzahürüdür. Hazırda proqrama uyğun olaraq gənclərin sosial müdafiəsi, məşğulluğunun təmin edilməsi, hərbi- vətənpərvərlik tərbiyəsi- nin gücləndirilməsi, milli ruhda təhsil və tərbiyəsi, onların yaradıcılıq axtarış- larının, stimullaşdırılması, sağlam həyat tərzinin təb- liği və sair istiqamətlərdə kompleks tədbirlər keçiri- lir. Gənclər gününün 10- cu ildönümü münasibətilə gənclər təşkilatının nüma- yəndələri ilə görüşən Prezident İlham Əliyev onların cəmiyyətdəki ro- lunu çox yüksək qiymət- ləndirmişdir: ”Gənclərin Azərbaycan cəmiyyətində rolu çox böyükdür. Azər- baycanın dövlət müstə- qilliyi uğrunda mübarizə aparan da, bu müstəqilliyi bərpa edən də gənclər olmuşlar”. 2007-ci ildə isə Azər- baycan gənclərinin ölkə- nin ictimai siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, sosial problem- lərin həlli və hüquqlarının müdafiəsinin təmin edil- məsi, gənclər siyasətinin bütün istiqamətlər üzrə müvafiq Dövlət Proq- ramının səmərəli həyata keçirilməsi, gənc istedad- lara dövlət qayğısının artı- rılması, elm, təhsil, iqti- sadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xid- mətlərini qiymətləndiril- məsi üçün Prezident İlham Əliyevin Sərəncamı ilə “Gənclər ili” elan edilib. 258 Ədəbiyyat Azərbaycan Respublikası- nın Prezidenti. 2007-ci ilin “Gənclər ili” elan edilməsi haqqında: Azər- baycan Respublikası Pre- zidenti İlham Əliyevin Sərəncamı //Azərbaycan.- 2007.- 10 fevral.- S.1. Əliyev, İlham. Azərbay- can gəncliyi üçün ən böyük xoşbəxtlik vətən, xalq üçün çalışmaqdır: Azərbaycan Prezidentinin yekun nitqi: Gənclər gününün 10-cu ildönümü ilə əlaqədar ölkənin gənc- lər təşkilatlarının nüma- yəndələri ilə görüşdə //Azərbaycan.-2007.-3 fevral.-S.3. Cəfərli, R. Ölkəmizdə gənclər siyasəti uğurla hə- yata keçirilir //Azər- baycan.-2007.-12 avqust.- S.1-4. XXI əsr gənclərin əsridir //Respublika.-2007.- 2 fevral.-S.7. Qarayev, Ə. Müstəqil Azərbaycan Respublika- sında dövlət gənclər siyasəti //Dirçəliş XXI.- 2004.- fevral.- S.59-64. Nailə Alışova 259 Avqust 95 illiyi I Dünya müharibəsi 1914 14 Müharibə bəşər cəmiy- yətinin zəruri atributla- rından biridir. İnsanların, tarixin yetişdirmiş olduğu liderlərin, qüdrətli dövlət- lərin təbiəti elədir ki, onlar çox vaxt mövcud vəziyyətlə, nail olduqları ilə kifayətlənmək istəmir- lər. Bu isə mütləq müha- ribələrə gətirib çıxarır. Birinci Dünya müharibəsi də məhz belə mühari- bələrdən biridir. I Dünya müharibəsinə 33 dövlət cəlb edilməklə 70 milyondan çox adam səfərbərliyə alınmışdır. Müharibənin başlanma- sına Almaniya ilə İngil- tərə və Almaniya-Rusiya arasındakı ziddiyyətlər böyük təsir göstərmişdir. Birinci Dünya müha- ribəsinə hazırlıq hərbi- siyasi blokların yaran- masında öz əksini tapdı. Almaniya hələ 1879- 1882-ci illərdə Avstriya- Macarıstan və İtaliya ilə hərbi blok yaratmışdı ki, bu da Rusiya, İngiltərə və Fransa dövlətlərinə qarşı çevrilmişdi. “Antanta” ad- lı ittifaqda isə İngiltərə, Fransa və Rusiya birləş- mişdi. Müharibə zamanı İtaliya da Antantanın tərəfinə keçdi və beləliklə, Avropada bir-birinə düş- mən iki cəbhə yarandı. Müharibənin başlanma- sına əsas bəhanə 1914-cü il iyunun 15-də serb millətçisi tərəfindən Avst- riya-Macarıstan Şahzadəsi Frans Ferdinandın öldü- rülməsi oldu. Almani- yanın təzyiqi ilə Avstriya- Macarıstan Serbiyaya ulti- matum verdi və əslində bu ultimatumun qəbul olun- masına baxmayaraq, iyu- lun 15-də Serbiyaya müharibə elan etdi. Bir qədər sonra isə Al- maniya Rusiya ilə müha- ribəyə başladı. İyulun 22- də Fransa və Belçika da Almaniyaya qarşı müha- ribəyə qoşuldu. Hərbi əməliyyatlar Avropa, Asi- ya və Afrika qitələrində, bütün okeanlarda aparı- lırdı. Birinci Dünya müha- ribəsi Almaniya və onun müttəfiqlərinin məğlubiy- yəti ilə başa çatdı. Paris sülh konfransının çıxardığı qərara görə Al- maniya böyük məbləğdə Təzminat ödəməyə və öz Silahlı qüvvələrini kəskin 260 surətdə azaltmağa məcbur oldu. Öz miqyasına görə Birinci Dünya müharibəsi bəşəriyyətin ona qədərki tarixi ərzində ən ağır müharibə olmuşdur. Bu müharibədə 9,5 milyon adam həlak olmuş, 20 milyon adam isə yara- lanmışdır. Təxmini hesab- lamalara görə müharibə qızılla 360 mlrd. dollara başa gəlmişdir. Ədəbiyyat Azərbaycan Sovet Ensik- lopediyası.- B., 1978.- C. 2.- S. 182-183. Hacıyeva, A. Beynəlxalq münasibətlər tarixi: /Dərs vəsaiti.- B., 2001.- 558 s. SSRİ tarixi: (İkinci hissə: 1861-1917).- B.: Maarif, 1982.- 565 s. Rus dilində Всемирная история.- М., 1960-61.- 718 с. Денисова, А.Ф. Мировая война 1914-1917.- М., 1964.- 216 с. Прошин, Н.А. Причины и результаты первой мировой войны.- М., 1976.- 446 с. İnternetdə www.fizistwar,info www.wui.tut2.ru Məmməd Məmmədov 261 Avqust 80 illiyi Roza Əsgərova 1929 Elm xadimi 15 Əsgərova Roza Qa- sım qızı 15 avqust 1929- cu ildə Babək rayonunun Qahab kəndində anadan olmuşdur. 1950-ci ildə Azərbay- can Dövlət Universiteti (indiki BDU) Biologiya fakültəsini bitirmiş, Azərb. Milli EA-nın Botanika İnstitutunda baş elmi işçi olmuş, hazırda isə ali bitkilərin sistematikası şöbəsinin müdiridir. 1979-cu ildə bio- logiya elmləri doktoru adını almışdır. Sistemati- ka, floristika, flokoge- nezis, palinologiya sahə- sində çalışır. Respublika- da ilk dəfə müasir bit- kilərin tozcuqlarının mikfologiyası (palinomor- fologiya) və onun siste- matikada tətbiqi ilə məşğul olmuşdur. Bir monoqrafiyanın, 80-ə qədər elmi məqalə- nin müəllifidir. III Bey- nəlxalq palinologiya (No- vosibirski, 1971), XII Beynəlxalq Botanika (Le- ninqrad, 1973) konqres- lərində, mürəkkəbçiçək- lilər fəsiləsinə dair bey- nəlxalq konfransda (Lon- don, 1994) məruzələr et- mişdir. Çox cildlik “Azər- baycan faunası”nın (C.7- 8.-B.,1959-1961), “Azər- baycanın qırmızı kitabı” nın (B., 1989) müəlliflə- rindəndir. Ədəbiyyat Аскерова, Р. Г. Пали- нология: Труды III меж- дународной палино- логической конферен- ции.- Л., 1973.- 82 s. Аскерова, Р.Полмноло- гия цикорневых: (Com- positae Cichorieae).- B.: Elm, 1987.- 207 s. Аскерова, Р. Флора Азербайджана.- Т.7-8.- Б., 1959-690 s. Tahirə Həsənova 262 Avqust C ə b r a y ı l 23 Ərazisi - 1050 km 2 Əhalisinin sayı – 54430 İnzibati mərkəzi - CƏBRAYIL İşğal tarixi – 23.08.1993 Download 12,76 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2025
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling