M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə
B 6 Be 7 Ça 8 Ç 9 Ca 10 C 11 Ş 12 B 13
Download 12.76 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- B 27 Be 28 Ça 29 Ç 30 2009 Ə lamə tdar və tarixi günlə r “Ə
- Bilik Günü (15.09.2004) Milli Musiqi Günü (18.09.1995) Neftçilər Günü (20.09.1994)
- İnternetdə www.weltkrieg.ru http://1939-1945.net . Məmməd Məmmədov
- Bəybala Ələsgərov 280 Sentyabr 70 illiyi Mə nsur Və
- Ədəbiyyat
- Rus dilində
B 6 Be 7 Ça 8 Ç 9 Ca 10 C 11 Ş 12 B 13 Be 14 Ça 15 Ç 16 Ca 17 C 18 Ş 19 B 20 Be 21 Ça 22 Ç 23 Ca 24 C 25 Ş 26 B 27 Be 28 Ça 29 Ç 30 2009 Əlamətdar və tarixi günlər “Əsrin müqaviləsi” 1994-cı ilin 20 sentyabrında Gülüstan sara- yında Amerikanın “Amoko”, “Yunokal”, “Pennzoil”, “Makdermott”, Böyük Britaniyanın “British Petroleum» və “Ramko” Norveçin “Statoil”, Rusiyanın “Lukoil”, Türkiyənin “Türk Petrolları”, Səudiyyə Ərəbistanın “Delta” şirkətinin yaratdığı konsorsium əsasında Azərbaycan Dövlət Neft Şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri-Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birlikdə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında “Əsrin neft müqaviləsi” adlı saziş imzaladı. 1. II Dünya müharibəsinin başlamasının 70 ili 15. Bilik Günü 18. Milli Musiqi Günü 20. Neftçilər Günü 20. “Əsrin müqaviləsi”nin imzalan masının 15 illiyi 274 II Dünya müharibəsinin (01.09.1939) başlamasının 70 ili Azərbaycanın Milli Qəhrəmanı Əhmədov Natiq İlyas oğlunun (01.09.1969- 26.09.1991) anadan olmasının 40 illiyi Nasir, dramaturq Şahvələd Rza Nəbi oğlunun (02.09.1909-02.07.1984) anadan olmasının 100 illiyi Bakıda Televiziya Mərkəzinin təməli (02.09.1954) qoyulmuşdur Azərbaycanın Əməkdar incəsənət xadimi, şair Оrucоv Hidayət Xuduş oğlunun (05.09.1944) anadan оlmasının 65 illiyi Azərbaycanın Əməkdar elm və texnika xadimi, neftçi alim Quluzadə Məmmədpaşa Piri oğlunun (05.09.1914-28.02.1994) anadan оlmasının 95 illiyi Azərbaycanın Əməkdar incəsənət xadimi Vəkilоv Mənsur Fəxri oğlunun (Mənsur Fəxri) (07.09.1939) anadan оlmasının 70 illiyi Azərbaycanın Əməkdar incəsənət xadimi, teatrşünas Cəfərov Cəfər Haşım oğlunun (07.09.1914-19.09.1973) anadan оlmasının 95 illiyi Azərbaycanın Əməkdar incəsənət xadimi, prоfеssоr Rəhimli İlham Əziz oğlunun (08.09.1949) anadan оlmasının 60 illiyi Ukrayna kinо rеjissоru Dоvjеnkо Alеksandr Pеtrоviçin (11.09.1894-25.11.1956) anadan оlmasının 115 illiyi Yazıçı, dramaturq Qəhrəmanlı Aslan Qəhrəman oğlunun (14.09.1939) anadan оlmasının 70 illiyi Naxcıvan Dövlət Kukla Teatrının yaranmasının (14.09.1989) 20 illiyi Amеrika yazıçısı Kupеr Cеyms Fеnimоrun (15.09.1789-14.09.1851) anadan оlmasının 220 illiyi Bilik Günü (15.09.2004) Milli Musiqi Günü (18.09.1995) Neftçilər Günü (20.09.1994) 275 “Əsrin müğaviləsi”nin (20.09.1994) imzalanmasının 15 illiyi Azərbaycanın Əməkdar еlm xadimi, prоfеssоr Cəfərоv Nizami Qulu oğlunun (21.09.1959) anadan оlmasının 50 illiyi Azərbaycanın Əməkdar elm xadimi, fəlsəfəşünas Şirəliyev Həsən İsmayıl oğlunun (22.09.1929-30.11.1997) anadan olmasının 80 illiyi Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, ilk azərbaycanlı qadın biologiya elmləri doktoru, professor Tutayuq Validə Xaspolad qızının (23.09.1914- 12.11.1980) anadan olmasının 95 illiyi Şair, publisist Bünyadzadə Ülvi Yusif oğlunun (23.09.1969-20.01.1990) anadan оlmasının 40 illiyi Azərbaycanın Əməkdar incəsənət xadimi, yazıçı Əsgərоv Əfqan Hacıağa oğlunun (23.09.1929) anadan оlmasının 80 illiyi Texnika elmləri doktoru Kəngərli Ulduz Səttar oğlunun (28.09.1924) anadan olmasının 85 illiyi Rus yazıçısı Оstrоvski Nikоlay Alеksеyеviçin (29.09.1904-22.12.1936) anadan оlmasının 105 illiyi 276 Sentyabr 70 ildönümü II Dünya müharibəsi 1939 1 İkinci Dünya müha- ribəsi (1939-1945)– beynəlxalq irtica qüvvələ- rinin hazırladığı və başlıca olaraq təcavüzkar dövlətlər – faşist Almaniyası, faşist İta- liyası və militarist Yapo- niyası tərəfindən başlan- mış ən dəhşətli mühari- bələrdəndir. Bu mühari- bəyə dünyanın 61 dövləti, Yer kürəsi əhalisinin 80%-dən çoxu cəlb edil- mişdi. Hərbi əməliyyatlar 40 dövlətin ərazisində, həmçinin dəniz və oke- anlarda aparılmışdı. İkinci Dünya müha- ribəsi sentyabrın 1-də fa- şist Almaniyasının Pol- şaya hücumu ilə başlandı. Sentyabrın 3-də Böyük Britaniya və Fransa Al- maniyaya müharibə elan etdilər. 1941-ci il iyunun 22-də Almaniyanın Sovet İt- tifaqına hücumu ilə mü- haribə daha geniş miqyas aldı. İkinci Dünya müha- ribəsinin əsas cəbhəsinə çevrilmiş sovet-alman cəbhəsində silahlı müba- rizə son dərəcə gərgin xarakter almışdı. Müha- ribənin ilk aylarında xeyli ərazilərin işğal edilməsinə baxmayaraq, Hitler Alma- niyası “Barbarossa” adlı nəzərdə tutulmuş strateji məqsədini həyata keçirə bilmədi və “İldırım sürətli müharibə” planı puça çıx- dı. 1941-ci il dekabrın 7- də Yaponiya Sakit oke- andakı Pirlxarbon hərbi bazasına endirdiyi qəfil zərbə ilə ABŞ-a qarşı mü- haribəyə başladı. 1942-ci il noyabrın 19- da Sovet qoşunları Sta- linqrad ətrafında gedən döyüşlərdə əks hücuma keçdi və düşmənin 330 minlik qoşununu mühasi- rəyə alıb, darmadağın etdi. Stalinqrad (indiki Vol- qoqrad) ətrafındakı qələbə faşist Almaniyasını sar- sıtdı, onun hərbi və siyasi nüfuzunu aşağı saldı, işğal olunmuş ölkələrdə milli azadlıq mübarizəsinin inkişafına güclü təkan verdi. 1945-ci ilin mayında Berlin və Praqa əməliy- yatlarında alman-faşist qoşunlarının sonuncu qruplaşmaları da məhv edildi. Mayın 8-də V.Keytelin başçılığı ilə Almaniya ali komandanlığının nüma- yəndələri faşist Almani- yası silahlı qüvvələrinin 277 danışıqsız təslim olması haqqında aktı imzaladılar. Sentyabrın 2-də Yaponiya hökuməti də təslim olması haqqında sənəd imzaladı və bununla da İkinci Dünya müharibəsi başa çatdı. İkinci Dünya müha- ribəsi 2194 gün davam etdi və müharibədə iştirak edən dövlətlərin əhalisinin ümumi sayı 1,7 milyarda yaxın olmuşdur. Ön cəb- həyə 115 milyon əsgər və zabit çağırılmışdı. Bu mü- haribə tarixində baş ver- miş müharibələrin ən da- ğıdıcısı idi. Təkcə Av- ropaya hərbi dağıntıdan dəyən maddi zərər tam olmayan məlumata görə 270 milyarad dollar (1938-ci il qiymətlərinə görə) təşkil etmişdir. İkinci Dünya müharibə- sində 50 milyondan çox adam həlak olmuş, SSRİ- nin itkisi 27 milyon nəfər təşkil etmişdir. Azərbaycan xalqı da faşizmə qarşı vahid cəb- hədə döyüşən digər xalq- lar ilə birlikdə Vətənin müdafiəsinə qalxdı. Bakı neftçilərinin fədakarlığı nəticəsində müharibənin 4 ili ərzində ölkəyə 75 milyon ton neft vermişdi. Müharibə dövründə Azər- baycan zəhmətkeşləri Sovet ordusunu yüksək keyfiyyətli benzin, sürtkü materialları, müxtəlif silahlar, ərzaq və döyüş sursatı ilə təchiz edirdi. Ön cəbhədə xalqımızın igid oğul və qızları düş- mənə qarşı qəhrəmancası- na vuruşmuşdur. Azər- baycan döyüşçülərindən 123 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına, tank qoşunları general-mayoru Həzi Aslanov isə bu ada iki dəfə layiq görül- müşdür. Ədəbiyyat Azərbaycan Respulikası.- B., 2000.- 652 s. Azərbaycanın Sovet İt- tifaqı Qəhrəmanları: (Mə- qalələr məcmuəsi).- B.: Azərnəşr, 1963.- 247 s. Aslanov, M. Azərbaycan döyüşçülərinin partizan hərəkatında iştirakı: (1941 -1944-cü illər).- B.: Elm, 1975.- 250 s. Mehdixanlı, T. Sönən ocaqlar: İkinci Dünya müharibəsi - 60 //Azər- baycan.- 2005.- 11 yan- var.- S. 4. Rus dilində История второй миро- вой войны. 1939-1945.- Т. 1.-10.- М., 1973-1979. Жилки, Г.А. Как фа- шистская Германия готовила нападение на Советский Союз: 2-е издание.- М, 1966.- 531 с. İnternetdə www.weltkrieg.ru http://1939-1945.net . Məmməd Məmmədov 278 Sentyabr 65 illiyi Hidayət Orucov 1944 Şair 5 Hidayət Xuduş oğlu Orucov 1944-cü il sent- yabr ayının 5-də, Qərbi Azərbaycanda Meqri ra- yonunun Maralzəmi kən- dində anadan olmuşdur. 1953-cü ildə Maralzəmi ibtidai məktəbinə getmiş, sonra Lök və Aldərə kəndlərində oxumuş, S.Vurğun adına orta mək- təbi qızıl medalla bitir- mişdir. 1963-1968-ci illərdə Azərbaycan Dövlət Uni- versitetinin (indiki Bakı Dövlət Universiteti) Filo- logiya fakültəsində təhsil almışdır. 1966-1968-ci illərdə “Sovet Ermənistanı” qə- zetində ədəbi işçi işləmiş, 1968-ci ilin iyul ayından C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru təyin olunmuş, fasiləsiz olaraq 16 il xalqımızın bu qədim sənət ocağına başcılıq etmişdir. O, eyni zamanda Ermənistan Yazıcılar İtti- faqının Azərbaycan Ədə- biyyatı Şurasına rəhbərlik etmiş, İrəvan Pedaqoji İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr Azərbaycan ədəbiyyatın- dan dərs demişdir. 1984- 1986-cı illərdə “Gənclik” nəşriyyatında baş redakto- run müavini, 1986-1992- ci illərdə baş redaktor olmuşdur. 1992-2005-ci illər Azərbaycan Respublikası Prezidentinin Millətlər arası Münasibətlər üzrə müşaviri vəzifəsində işlə- mişdir. Hal-hazırda Dini qu- rumlar üzrə Dövlət komi- təsinin sədri vəzifəsində işləyir. “Nəyin var” adlı ilk şeiri 1963-cü ildə “Ədəbi Ermənistan” məcmuəsin- də dərc olunmuşdur. Bu vaxtdan dövri mətbuatda müntəzəm çıxış edir. O, poetik yaradıcılıqla bəra- bər, dramaturgiyaya, bədii tərcüməyə də xüsusi diq- qət vermiş, “Uçan nəğ- mələr”, “Bu yaşımda”, “Tom dayının daxması” kimi iri həcmli kitabları tərcümə etmişdir. O, 1978 -ci ildən Azərbaycan Ya- zıçılar Birliyinin üzvüdür. H.Orucov 1980-1984- cü illərdə Ermənistan Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü və Azər- baycan ədəbiyyatı dərnə- yinin sədri olmuşdur. O, 279 1974-1984-cü illərdə həmçinin Ermənistan Teatr cəmiyyətinin üzvü seçilmişdir. H.Orucov 1970-ci ildə “Əməkdə igidliyə görə” medalı, 1978-ci ildə Azər- baycan Ali Sovetinin Rəyasət Heyətinin Fəxri fərmanına, 1991-ci ildə Əməkdar incəsənət xadi- mi, 2002-ci ildə Gür- cüstanın “Şöhrət” orde- ninə layiq görülmüşdür. H.Orucov Azərbaycan və digər dillərdə çap olunmuş 40-dan çox kitabın müəllifidir. Ədəbiyyat Bir teatrın üç aktyoru.- İrəvan: Ermənistan teatr cəmiyyəti, 1977.- 60 s. Evimiz analı olsun.- B.: Yazıçı, 1981.- 101 s. Həsrət.- B.: Göytürk, 1998 .- 122 s. Ələsgərov, B. Hidayət: Biblioqrafik göstərici.- B.: Nağıl evi, 2001.- 404 s. Hərdən xatırla məni.- B.: Göytürk, 1998.- 129 s. Heydər Əliyev və Azər- baycanda milli siyasət.- B.: Şərq-Qərb, 2002.- 172 s. İrəvana 7 məktub.- B.: Əbilov, Zeynalov və oğul- lar, 2004.- 82 s. Qatardan məktub.- B.: Yazıçı, 1986.- 159 s. Mir Cəlal dünyasından sətirlər.- B.: Yazıçı, 2006.- 84 s. Sabaha çox var.- B.: Yazıçı, 1989.- 408 s. Sözün vaxtı.- B.: Kitab cəmiyyəti, 1995.- 76 s. Ömrümün səhimləri.- B.: AMEA, 2002.- 476 s. Zəngəzurda doğuldum.- B.: Əbilov, Zeynalov və oğullar, 2005.- 600 s. Rus dilində Беженцы.- Б.: Гянджлик, 1992.- 488 с. Самед Вургун.-Б.: Гянд- жлик, 1986.- 224 с. Вехи мира Мир Джа- лала.- Б.: Абилов, Зей- налов и сыновья.- 2006.- 84 с. Bəybala Ələsgərov 280 Sentyabr 70 illiyi Mənsur Vəkilov 1939-2008 Şair 7 Vəkilov Mənsur Fəxri oğlu (Mənsur Fəxri) – şair, tərcüməçi, ssenarist. 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2003-cü ildən Əməkdar incəsənət xadimidir. 1939-cu il sentyabrın 7-də Bakıda anadan ol- muşdur. Orta məktəbi bi- tirdikdən sonra ADU-nun Filologiya fakültəsində təhsil almışdır, (1956- 1961). İlk şeirlərini (“Par- ta”, “İnstitut dəhlizlə- rində”) “Литературный Азербайджан” (1959, № 8) jurnalında dərc etdir- mişdir. Rus dilində yazıb- yaradan Mənsur Vəkilovu oxucular “Avar səsi”, “Sonuncu etiraf”, “Qarşı- dan atılan güllə”, “Payız uçuşu” şeir kitablarının müəllifi kimi tanıyırlar. Şair 1961-1963 cu illərdə “Молодёжь Азербайд- жана” qəzeti redaksiya- sında ədəbi işçi, sonra məsul katib vəzifələrində çalışmışdır. 1968-1969- cu illərdə Moskvada ssenaristlərin ali kursunda dinləyici olmuşdur. 1991- ci ildən isə “Литера- турный Азербайджан” jurnalının baş redaktoru işləmişdir. Elə həmin ildə Azərbaycan Yazıçılar Bir- liyinin katibi seçilmişdir. 1963-cü ildə gənc yazı- çıların IV Ümumittifaq müşavirəsinin, 1967- ci ildə isə Moskvada ke- çirilən gənc poeziya gün- lərinin iştirakçısı olmuş- dur. Azərbaycan yazıçıları- nın V və VI qurultay- larında təftiş komissiya- sının üzvü, VII, VIII qu- rultayında isə Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin xüsusi üzvü se- çilmişdir. Mənsur Vəkilov poetik yaradıcılığında bə- dii tərcüməyə diqqət ver- mişdir: Zeynal Xəlil, Sü- leyman Rəhimov, Əbül- həsən, Əli Kərim, Bəx- tiyar Vahabzadə, Fikrət Qoca və digər həmkar- larının əsərlərini rus dilinə çevirmişdir. Mənsur Fəxri 1981-ci ildə Azərbaycan Ali Soveti Rəyasət He- yətinin Fərmanı, 1986-ci ildə isə “Şərəf nişanı” or- deni və A.S.Puşkin me- dalı ilə təltif edilmişdir. Şairin şeirlərində insan və zaman haqqında dü- şüncələr, doğma torpağa məhəbbət, sabahı düşünən qanadlı duyğular onun 281 yaradıcılığına xas olan cə- hətlərdir. “Payız uçuşu”- Mənsur Vəkilovun Azərbaycan dilində çap olunan ilk ki- tabıdır. Ədəbiyyat Payız uçuşu .-B.:- Gənclik, 1983.- 78 s. Lirika.-B.: Kitab cəmiyyəti nəşriyyatı, 2000.- 80 s. Rus dilində Встречный выстрел: (Стихи и поэма) /Ман- сур Векилов.- Б.: Язы- чы, 1980.- 144 с. Последнее признание : Стихи /Мансур Веки- лов.- Б.: Гянджлик», 1977.- 95 с. Плеск весла (Стихи).- Б.: Гянджлик, 1970.- 108 с. Сегодня еще не поздно : (Стихи и поэма) /Ман- сур Векилов.- Б.: Язы- чы, 1987- 156 с. Море моё. Стихи /пер. на азерб.Ф. Годжа, Ч. Алиоглу.- Б.: Юрд ИПО, 2006.- 112 с. Воля, С. Завораживают с первых строчек: (пре- зентация в Музее Ли- ературы им. Низами Мансура Векилова //Бакинский рабочий.- 2002.- 21 февраля.- C. 4. Jalə Məmmədova 282 Sentyabr 115 illiyi Aleksandr Petroviç Dovjenko 1894-1956 Ukrayna rejissoru 11 Ukrayna sovet kino- rejissoru, yazıçı və kino- dramaturq, RSFSR Xalq artisti (1950), SSRİ Döv- lət mükafatı laureatı (1941, 1949), Lenin mü- kafatı laureatıdır (1959, ölümündən sonra). Dovjenko Aleksandr Petroviç 11 sentyabr 1894-cu ildə, indiki Çer- niqov vilayətinin Sosnitsı kəndində anadan olmuş- dur. 1912-ci ildə Qluxov Müəllimlər İnstitutunu bitirmşdir. 1926-cı ildə öz ssenarisi əsasında “İslahatçı Vasya” adlı ilk filmini (birgə iş) çək- mişdir. 1927-ci ildə lentə aldığı “Diplomatik kur- yerin çantası” macəra filmində sovet diplo- matlarının qəhrəmanlığı təsvir olunmuşdur. Və- təndaş müharibəsindən, Ukrayna xalqının tarixi keçmişi, inqilabi yolun- dan, Ukrayna kəndlilə- rinin kollektivləşmə uğ- runda mübarizəsindən bəhs edən “Zveniqora” (1928), “Arsenal” (1929), “Torpaq” (1930) filmləri sovet kino sənətinin in- kişafında mühüm mər- hələ təşkil edir. Kine- matoqrafiya tarixi büro- sunun tənqidçiləri arasın- da keçirilən beynəlxalq sorğuda (1958, Brussel) “Torpaq” filmi bütün dövrlərin və xalqların 12 ən yaxşı filmindən biri hesab olunmuşdur. Dovjenko 1932-ci ildə ilk səsli sovet kino əsərlərindən olan “İvan”, 1935-ci ildə isə “Aero- qrad” filmini çəkmişdir. Böyük Vətən müharibəsi illərində (1941-1945) Dovjenko hərbi müxbir kimi, publisistik məqa- lələr, hekayə və oçerk- lər yazmışdır. Onun “Azadlıq” (1940), “Bizim Sovet Ukraynası uğrunda vuruşma” (1943), “Sağ- sahil Ukraynasında qə- ləbə” (1945) sənədli filmləri poetik kinopub- lisistikanın görkəmli nü- munələrindəndir. Müharibədən sonrakı illərdə “Çiçəklər qoynun- da” pyesinin ssenarisini yazmış, onun əsasında “Miçurin” (1949) rəngli 283 bədii filmini yaratmış- dır. Dovjenkonun film- ləri üçün yüksək ro- mantika və kəskin sati- ra, lirika, siyasi publi- sistika, hadisələrin epik şərhi səciyyəvidir. Gör- kəmli kinorejissorun sse- nariləri üzrə rejissor Y.Solntseva “Dəniz haq- qında poema” (1953), “Alovlu illərin povesti” (1961), “Məftun olmuş Desna” (1965) filmləri- ni çəkmişdir. Dovjenko filmlərinin ssenarisini əsasən özü yazmışdır. 1945-1951 və 1955-ci ildən Ümumit- tifaq Dövlət Kinematoq- rafiya İnstitutunda peda- qoji fəaliyyət göstər- mişdir. Dovjenkonun ya- radıcılığı, estetik görüşləri sovet və dünya sənətinin inkişafına böyük təsir göstərmişdir. Bir çox filmi beynəlxalq kino festivallarında mükafata layiq görülmüşdür. Kiyev bədii filmlər kinostudiyasına Dovjen- konun adı verilmişdir. Lenin ordeni, Qırmızı əmək ordeni və medal- larla təltif edilmişdir. 25 noyabr 1956-cı ildə Mos- kva şəhərində vəfat et- mişdir. Ədəbiyyat Aleksandr Petroviç Dov- jenko : Anadan olmasının 90 illiyi //Yeni filmlər 1984.- № 9 .- S.1. “Alovlu sənətin əsgəri”: Aleksandr Dovjenko – 90 //Ədəbiyyat və incəsənət.- 1984.- 28 sentyabr.- S.4. Rus dilində Барабаш, Ю.Я Довжен- kо. Некоторые вопросы эстетики и поэтики.- М.: «Худож.лит.», 1968. – 271 с. Думы у карты Родины .- Л.:Лениздат,1983.-463 с. Земля: Книга-фильм.- М.: Бюро пропаганды сов. киноискусство, 1966. -186 с. Повесть пламенных лет: Киносценарий. - М.: «Искусство», 1963.- 214 с. Марьяков, А.М. Дов- женко.- М., «Мол. Гвар- дия», 1968.-383 с. «Я принадлежу к ла- герю поэтическому…» : Статьи, выступлении, заметки.- М., «Совет- ский писатель», 1967.- 403 с. Şəhla Məmmədli 284 Sentyabr 70 illiyi Aslan Qəhrəmanov 1939 Nasir 14 Nasir, dramaturq fi- zika-riyaziyyat elmləri na- mizədi Qəhrəmanlı Aslan Qəhrəman oğlu 1939-cu ilin sentyabr ayının 14-də Ağstafa rayonunun Yeni- gün kəndində anadan ol- muşdur. Orta təhsilini ba- şa vurduqdan sonra 1956- cı ildə ADU-nin Mexa- nika-riyaziyyat fakültə- sinə qəbul olmuşdur. 1961-ci ildə həmin fa- kültəni bitirmişdir. 1961-ci ildən əmək fəaliyyətinə Azərbaycan EA-nın hesablama mərkə- zində başlamışdır. 1984- cü ildən Azərbaycan Neft Kimya İnstitutunun tətbiqi riyaziyyat kafedrasının dosentidir. “Dağların mahnısı” adlı ilk hekayəsi 1967- ci ildə “Gənc qələmlər” al- manaxında dərc olunmuş- dur. Həmin ildən dövri mətbuatda müntəzəm çı- xış edir. “Spektr”, “Dön- gə”, “Burulğan”, “Şəni axtarıram”, “Səndən xə- bərsiz”, “Bağışla” və s. telepyesləri Azərbaycan televiziyasında dəfələrlə tamaşaya qoyulmuşdur. 1986-cı ildə Azərbaycan televiziyasının “Müasir- lərimiz” devizi ilə ən yaxşı televiziya pyes- lərinin müsabiqəsində müəllifin “Ürək” pyesi ikinci mükafata layiq görülmüşdür. Ədəbiyyat Daş dönmüşlər şəhəri (nağıllar və fantastik hekayələr).- B., 2007.- 207 s. Energetikanın riyazi mə- sələləri.-B., 1989.- 45 s. Qızıl zəncirli açar (po- vestlər və hekayələr) .- B.: Yazıçı, 1990.- 224 s. Səni axtarıram (pyeslər və hekayələr).- B.: Gənclik, 1998.- 104 s. Sevgiyə Əsədova |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling