M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə
Download 12.76 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Ərazisi - 1361 km 2 Əhalisinin sayı - 110 000 İnzibati mərkəzi – FÜZULİ
- Günel Əfəndiyeva 268
- Ədəbiyyat
- Ərazisi - 826 km 2 Əhalisinin sayı - 31300 İnzibati mərkəzi - QUBADLI
- Ədəbiyyat Şahmar, E. Xanimanım Qubadlı .-B.: Araz, 1988.- 803 s. İnternetdə
Qarabağ hər zaman Azərbaycanın ərazisi olub, bunu yalnız biz yox - erməni, gürcü və rus əsilli ədəbiyyatlar da söyləyir!... Heydər Əliyev, ümummilli lider On dörd ildir həsrətini çəkdiyimiz rayonlardan biri də Cəbrayıldır. Bu torpaq onlarla tarixi abi- dənin məskəninə çevrilib. İşğala qədər rayonda tikiş, xalça, cihazqayırma sex- ləri, səkkiz sənaye obyekti fəaliyyət göstərirdi. Cəb- rayıl milli aşıq-ozan sənə- timizin baniləri – Dirili Qurbaninin, Aşıq Pərinin, Mücrüm Kərəmin, Aşıq Humayın vətənidir. İşğaldan əvvəl rayonda 72 orta və natamam mək- təb, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və av- tokülüb, 78 kitabxana, 3 daimi, 4 səyyar kinoqur- ğusu fəaliyyət göstərirdi. Zəngin eksponatları olan tarix – diyarşünaslıq mu- zeyi vardı. Əhaliyə 210 çarpayılıq mərkəzi xəstə- xana və ümumi çarpayı sayı 245 yer olan kənd xəstəxanaları, Dağ Tu- mas, Quycaq, Balyand kəndlərində 11 həkim, 52 feldşer - mama məntəqəsi sakinlərə xidmət gös- tərirdi. İnsanların yeganə gəlir yeri torpaq idi. 1970-ci ildən başla- yaraq rayonda quruculuq işləri geniş vüsət almışdı. Rayon mərkəzində bir vaxtlar “Dəyirman dərəsi” kimi tanınan boş ərazi ötən əsrin 80-ci illərində geniş yaşayış massivinə çevrilmişdi. Yaşı əsrlərlə hesablanan Xan çinar bu yurdun simvoluna çevril- mişdi. Rayonda irili- xırdalı 90 kənd vardı. Həmin illərdə camaatın güzəranı daha da yaxşı- laşmağa başladı. Sözü- gedən dövrdə irəliləyişə səbəb olan əsas amil 263 üzüm bağlarının salınması idi. Rayon mərkəzini kənd- lərlə birləşdirən yolların hamısına asfalt döşən- mişdi. Hər 5-10 nəfər sakindən biri özünə minik maşını almışdı. Rayonda elmə, təhsilə maraq gün- bəgün artırdı. Çoxsaylı alimlərimizin, ziyalıla- rımızın şərəfli, şanlı ənənələri uğurla davam etdirilirdi. Cəbrayılın adı çox yerdə hörmətlə və məhəbbətlə çəkilirdi. Am- ma.... 1988-ci ildən baş- layaraq rayonun “bəxtində qara zolaqların” sayı artmağa başladı. Cəbra- yılın ərazisində ermə- nilərin yaşadığı iki kənd var idi: Hərəkül və Ba- nazur. Ermənilərin tarixən naxələf olmaları barədə çox yazılıb, onları bir daha sadalamağa ehtiyac yoxdur. Bütövlükdə hər bir azərbaycanlı bilirdi ki, insan qiyafəsinə girmiş bu məxluqlar dönükdürlər, satqın, bişərəf, xain və paxıldırlar, yenə onlara səmimiyyət göstərir, süf- rələrinin başında əyləş- dirir, bir tikə çörəklərini onlarla bölüşdürürdülər. Hələ bu azmış kimi, özləri enib aranda ən axarlı- baxarlı yerləri, zümrüd meşəlikləri, diş göynədən bulaqları, əlçatmaz, ünyetməz dağları onlara bağışlamışdılar. Bax, Cəbrayılın, cəbrayıllıların üstünə top, “Alazan”, “Qrad” atəşləri həmin yüksəkliklərdən atılırdı. Evlər od tutub yanırdı, dağılırdı, heç bir günahı olmayanlar qanlarına qəltan edilirdilər, lakin dözürdülər. Hansısa bir qüvvənin gücünə inanıb gözləyir, tab gətirirdilər. Beləliklə, 1990-cı ildən 1993-cü il iyulun 23-nə kimi camaatın nə gecəsi gecə oldu, nə də gündüzü gündüz. Nəhayət... Şuşada, Laçında, Ağ- damda olduğu kimi, cəb- rayıllılar da köməyə eh- tiyac duyurdular. Hərbi taktika, strategiya, vahid komanda altında birləşmə, irəliləmə yox idi. Demək olar, hərə öz gücünə gü- vənir, fərdi qaydada in- tiqam almağa çalışırdı. O çətin dözülməz gün- lərdə Cəbrayıl rayonunda kifayət qədər qüvvə yox idi. Amma çətinliklərə baxmayaraq sərhəddə er- mənilərə qarşı müdafiə xətləri yaradılmışdı. Şa- qay yüksəkliyi alınmış və orada mövqe tutulmuşdu. Yeddi ay həmin yüksək- liyin hesabına rayona nə- zarət edildi. Şaqay yük- səkliyi itirildikdən sonra bununla da Cəbrayılın ba- şı üstünü qara buludlar aldı. Rayonun işğalı hə- min yüksəklik verilən gündən başladı. Cəbrayıl ərazisini o ağır günlərdə qoruyan ərənlər də az olmamışdı. Yusif Allahverdiyev, Sa- mir Alıyev, Şükür Ab- dullayev, İnqilab Aslanov, Azər Bayramov, Mais Verdiyev, Mübariz Qası- mov, Mehdi İsmayılov... onların hər biri cismən ayrı düşüblər, ruhən hə- mişə, hər vaxt bizim- lədirlər. Ümumiyyətlə, döyüş- lərdə 180, atəşkəs döv- ründə isə 6 nəfər həlak olub. 14 nəfər polis, 60 nəfər mülki şəxs dün- yasını dəyişib, 90 nəfərə yaxın isə əsir və itkin düşüb. Cəbrayıllılar içəri- sində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb, 6 nəfər isə Azərbaycanın Milli Qəh- 264 ramanı fəxri adına layiq görülüb. Hazırda cəbrayıllılar arasında 351 nəfər şəhid ailəsi var. Artıq 14 ildir ki, cəbrayıllılar ölkənin 58 bölgəsinə səpələniblər. Daha çox Beyləqan, İmiş- li, Sabirabad, Biləsuvar rayonlarında məskunla- şıblar. Bu gün müxtəlif tə- yinatlı obyektlərdə məs- kunlaşan Cəbrayıl camaatı öz ata-baba ocaqlarına, şəhidlərin narahat ruhları dolaşan o müqəddəs yer- lərə qayıdacaqları günü həsrətlə gözləyirlər. Ahıl- lar “məni doğma tor- pağımızda dəfn edin” deyə-deyə dünyalarını də- yişirlər. Gənclər ailə qu- rurlar. Amma hamı gələ- cəyə ümidlə baxır. Təki inam ölməsin! Ədəbiyyat Abuzərov, A. Cəbrayılın qəm karvanı.- B.: Ulu, 2000.-126 s. Quliyev, Ş. Cəbrayıl: ta- rixi oçerk /Ş.Quliyev, T.Abbasov, F.Quliyev.- B., 1993.-126 s. Tapdıqoğlu, N. Cəbrayıl rayonu və onun toponimi- yası.- B., 2004.- 454 s. İnternetdə http://www.azadqarabag.azerall . www.anl.az . Günel Əfəndiyeva 265 Avqust F ü z u l i 23 Ərazisi - 1361 km 2 Əhalisinin sayı - 110 000 İnzibati mərkəzi – FÜZULİ İşğal tarixi- 23.08.1993 Füzuli camaatı əməksevər, torpaq qədri bilən insanlardır. Xatırlayıram ki, 1970-1980-ci illərdə onlar plan və tapşırıqları artıqlaması ilə əməl edirdilər. Gərgin əməkləri hesabına yüksək məvacib alırdılar, xoş güzəranda yaşayırdılar. Hər dəfə bu regiona gələndə yerli sakinlərdən razılıq eşidərdim. Heydər Əliyev, ümummilli lider Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən, Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. O, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan ra- yonları və Araz çayı bo- yunca İranla həmsərhəd- dir. Rayonun əsası 1827-ci ildə qoyulmuş və ilkin adı Qarabulaq olmuşdur. Ra- yon 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qar- yagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük şairimiz Məhəm- məd Füzulinin anadan olmasının 400 illiyi şə- rəfinə Qaryagin rayo- nunun adı dəyişərək Fü- zuli rayonu adlandırıl- mışdır. Füzuli rayonunda 1 şəhər, 1 şəhər tipli qəsəbə, 75 kənd və başqa yaşayış məntəqələri vardır. Rayon ərazisindən axan Quru- çay, Köndələnçay, Qoz- luçay, Çərəkən çayları Araz hövzəsinin çayla- rıdır. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd vardır. Qəsəbələrdən 12-si işğal- 266 dan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdiril- mişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır. Məhsuldarlıq baxımın- dan kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz- qəhvəyi kimi torpaq sahə- ləri var. Rayonda taxıl- çılıq, heyvandarlıq, üzüm- çülük, qoyunçuluq, quşçu- luq, baramaçılıq geniş inkişaf etmişdir. Kənd təsərrüfatı ilə yanaşı, ra- yonda tikinti tresti, 6 nəq- liyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərirdi. İşğala qədər rayonda 70 kitabxana, 20 mədə- niyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəs- təxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri zöhrəvi xəstəlikləri dis- panseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, sta- dion, 65 kolxoz və sov- xoz, 12 fermer təsərrüfatı və s. obyektləri var idi. Qarabağımızın dilbər guşəsi olan Füzuli rayonu ərazisində müxtəlif dövr- lərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sa- hillərində və digər yer- lərdə tədqiqatlar aparıl- mış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. 1968-ci ilin yayında mərhum arxe- oloq-alim Məmmədəli Hüseynov tərəfindən aş- kar olunmuş prenean- dertal – Azıxantrop ada- mının alt çənəsinin sü- mükləri rayon mərkə- zindən 15 km aralı məsa- fədə yerləşən Azıx ma- ğarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyət- ləri olan bu abidə Qara- bağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı. Füzuli rayo- nunda Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri var idi. Çox təəssüf ki, Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (XV əsr), Qar- ğabazar kəndində Ha- cıqiyasəddin məscidi (1682), Karvansara (1684), Qoçəhmədli kən- dində məscid (XVIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Mer- dinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XVIII-XIX əsrlər) və s. bu kimi tarixi əhə- miyyət daşıyan abidələ- rimiz ermənilərin vəhşi vandalizminə məruz qal- mış, məhv edilmiş, yan- dırılmışdır. Hər bir xalq öz tarixinin qədimliyi ilə tanınır. Lakin işğalçı er- mənilər Azərbaycana dair tarixi hər vasitə ilə saxtalaşdırmağa, yaddaş- lardan silməyə çalış- mışlar. Zəbt edilmiş tor- paqlarımızın hər daşının külə döndərilməsi, viran edilməsi erməni vanda- lizminin bir daha sü- butudur. 1988-ci ildən başlayan erməni təca- vüzünə qarşı mübarizədə minlərlə füzulili döyüş- müş, yüzlərlə füzulili şə- hid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzuli rayonunun əhalisi Qara- bağ müharibəsində ölkə- mizdə ən çox itkin və şəhid vermişdir. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36 361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nə- 267 fəri valideynlərini itirmiş- dir. Müharibənin əsas ağırlığını Qacar, Divan- nalar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəh- mədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dila- ğarda, Yağlıvənd, Gov- şad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkmişlər. Avqus- tun 23-ü 1993-cü ildə ecazkar Füzuli torpaqları da girov düşdü, əsir alındı. Hazırda 51 kənd və rayon mərkəzi erməni tap- dağı altında zillət çəkir, 55 min nəfərə yaxın fü- zulili köçkün həyatı ya- şayır. Ümid edirik ki, işğal olunmuş torpaqlarımız ya- xın zamanlarda erməni zülmündən azad ediləcək. Minlərlə köçkün öz yurd- yuvalarına qayıdacaq. O gün gələcək ki, Füzuli rayonu yenidən öz əvvəlki qüdrətini, əzəmətini bər- qərar edəcək. Ədəbiyyat Tapdıqoğlu, N. Füzuli rayonu və onun toponi- miyası.- B.: Ünsiyyət, 2006.- 488 s. İnternetdə http://www.azadqarabag .azerall . www.anl.az . Günel Əfəndiyeva 268 Avqust 260 illiyi İohann Volfqanq Höte 1749-1832 Alman şairi 28 Alman şairi İohann Volfqanq Höte 1749-cu il avqust ayının 28-də anadan olmuşdur. Hötenin həyat və yaradıcılığı yalnız vətəni Almaniyada deyil, bütün Avropada mürəkkəb ictimai-siyasi çaxnaşmalar dövrünə tə- sadüf edir. O, ilk gənclik yaşlarından bu “fırtına və hücum” cəbhələrinə atılır, hətta həmin ad altında məlum olan ədəbi cərə- yana, bu coşqun ədəbi mübarizəyə başçılıq edir. 1775-сi ildə Veymar prinsi, sonralar isə, her- soq olan Karl Avqustun dəvəti ilə Höte onun sara- yına köçür və ömrünü orada keçirir. Sarayda müşavir, nazir, məhkəmə rəisi və s. vəzifələrə təyin edilir, nəhayət, əyan adı alır, belə ki, sözdə feodalizm quruluşunun düşməni olan Höte, işdə saray xadimi olur. Saray həyatının ilk on ili ədəbi yaradıcılıq ba- xımından, demək olar ki, təmamilə səmərəsiz keçir. Bu durğunluq illərindən sonra, 1786-cı ildə məq- sədyönlü İtaliya səfəri Hötenin yaradıcılıq ruhu- nu yenidən dirçəldir. Klassik mədəniyyətin canlı xatirələrini yaşadan İtaliya şəhərləri, möh- təşəm saraylar, binalar, heykəllər, abidələr, mu- zeylər Höteyə o qədər təsir edir ki, bir zaman yeni ictimai quruluş ya- ratmaq arzusu ilə köhnə dünyaya meydan oxuyan, onu məhv etmək istəyən, coşqun, üsyankar, “Fırtına və hücüm” başçısı Höte, dönüb alman klassisiz- minin başçısı olur. Vaxtilə milli xalq mədəniyyətinə, memarlıq abidələrinə va- leh və heyran olan Höte, indi antik sənət əsərlərinin məftunu kimi tanınır. Özü də klassik üslubda əsərlər yazmağa başlayır. Adları, məzmunları, qəhrəman və iştirakçıları da, başlıca olaraq klassik ədəbiyyatla əlaqədar olan “İfigeniya Tavridada” (1887), “Torkvato Tasso” (1790), “German və Do- roteya” və sair əsərləri məhz belə nümunələr- dəndir. Höte məşhur “Faust” əsəri üzərində, demək olar ki, bütün yaradıcılığı bo- yunca işləmişdir. O, 269 həmin əsəri 1772-ci ildə, 23 yaşında yazmağa baş- layıb, 1831-ci ildə, yəni 82 yaşında, ölümündən bir il əvvəl bitirmişdir. Bu böyük sənət əsərində hə- yat ilə, müəyyən tarixi dövr və mühit ilə, yəni Hötenin yaşadığı Alma- niya ilə və alman xalqının həyatı ilə üzvi surətdə bağlıdır. Haqlı olaraq “Faust” alman həyatının ensiklopediyası kimi yük- sək qiymətləndirilir. Təbiətşünaslıq sahə- sində də Hötenin mühüm xidməti olmuşdur. Hey- vanların və bitkilərin mü- qayisəli morfologiyasına dair Hötenin tədqiqatları böyük tarixi əhəmiyyətə malikdir. Onun 1770-ci ildə yazdığı “Bitki meta- morfozuna dair təcrübə” əsərində bitki aləminin geniş təhlilini verə bil- mişdir. Hötenin bitki və heyvan orqanizmlərinin birliyinə dair baxışları onu Ç.Darvinin sələflərin- dən biri hesab etməyə imkan verir. Höte İohann Volfqanq 1832-ci il mart ayının 22- də Frankfurt-Maynda və- fat etmişdir. Ədəbiyyat Faust .- B.: Öndər nəş- riyyat.- 2004.- 560 s. Abdullayeva, L. ”Qərb- Şərq Divanı.İ.V.Höte – dahi alman şairi //Yeni Azərbaycan.- 2002.- 17 may.- S. 4. Gözəlov, Ə. Höte və Şərq aləmi //Bakı.-1983.-24 yanvar.- S.2. İsmayılov, Ə. Cavid və Höte //Elm və həyat.- 1980.- № 1.- S.35-36. Qurbanova, K. Hötenin yaradıcılıq dünyası //Və- fa.-2004.- № 9.-S.42-44 . Samirə Eminova . 270 Avqust Q u b a d l ı 31 Ərazisi - 826 km 2 Əhalisinin sayı - 31300 İnzibati mərkəzi - QUBADLI İşğal tarixi - 31. 08.1993 Hər dəfə Azərbaycan ərazilərinin işğala məruz qalmasını eşidəndə ürəyim sancar, varlığım göynəyərdi. O torpaqlar əməksevər insanların qeyrət, bərəkət ünvanı idi... Qubadlılılar Qarabağa, Laçına, Kəlbəcərə Ermənistandan gələn yolun üstündə möhtəşəm qala kimi dayanmışdılar. Onun işğalından da bərk sarsıldım. Heydər Əliyev, ümummilli lider 15 il əvvəl Qubadlı işğal olundu. 30 mindən artıq əhali öz yurd- yuvasından didərgin düş- dü. Var-dövləti başdan aşan rayon mərkəzi və 94 kənd qarət edildi, talandı, yandırıldı. Qubadlının iş- ğalı Dağlıq Qarabağın Ermənistana birləşdiril- məsi, dənizdən-dənizə bö- yük Ermənistan yaradıl- ması barədə daşnak ideo- loqlarının çoxillik sərsəm ideyalarının tərkib hissəsi idi. Tarixən həm çar, həm də sovet imperiyasının çökməsi zamanı Dağlıq Qarabağ məsələsi dəfə- lərlə qaldırılmışdı. Azər- baycan torpaqlarına, o cümlədən Qubadlıya er- məni işğalçıları hücum etmiş, kəndlər yandırıl- mış, talan edilmiş, dinc əhaliyə divan tutulmuş- dur. Qubadlı əslində, er- məni təcavüzü ilə Qarabağ münaqişəsindən bir qədər əvvəl üzləş- mişdi. Sərhədlərin dəqiq- ləşdirilməsi adı ilə tarixən qubadlıların dədə-baba torpaqları olan Vəli düzü, Gülü zəmi kimi gözəl təbiətli yerləri Ermənis- tana vermək cəhdi əslində 271 münaqişənin örtülü olsa da bünövrəsini qoymuşdu. Lakin Qarabağ münaqi- şəsinin əsl startı sovet im- periyasının labüd çökməsi nəticəsində baş verdi. 1988-ci il fevral ayının 6-da Xankəndində ilk er- məni mitinqlərindən sonra Ermənistandan azərbay- canlıların deportasiya edilməsinə başlandı və ilk qaçqın dalğası Qubadlı- dan keçdi. Sisiyandan, Qafandan, Gorusdan qo- vulan, döyülüb təhqir edilən azərbaycanlıların bir qismini qubadlılar qəbul etdilər. Dağlıq Qarabağla Er- mənistan arasında yer- ləşən Qubadlının strateji əhəmiyyətini başa düşən erməni təcavüzkarları Qubadlıda terror-təxribat əməlləri törədirlər. Dağlıq Qarabağa Qubadlı əra- zisindən keçid yaratmaq, dəhliz açmaq, buradan separatçılara silah-sursat daşımaq niyyətini həyata keçirmək istəyirdilər. 1989-cu ilin sentyabr ayında sovet qoşunlarının zirehli texnikalarının mü- şaiyəti ilə Gorus isti- qamətində Yazı düzü yolu ilə 150-160 avtomobildən ibarət maşın karvanının Qubadlı ərazisinə yaxın- laşdığı xəbər verildi. Bir saat ərzində əhali ayağa qalxdı. Bütün yollar bağlandı. Əliyalın camaat maşın karvanının yolunu elə sərhəddəcə kəsdi. Xankəndi şəhərinə avto- mobil karvanı buraxıl- madı. Təəssüf ki, geri qaytarılan avtomobil kar- vanı bir həftə Gorusun Xinzərək kəndində qal- dıqdan sonra Laçın-Şuşa yolu ilə Xankəndinə yol tapa bildi və karvanı müşaiyət edən zirehli tex- nika Laçın şəhərində faci- ələr törətdi. Qubadlı Ermənistanla 120 km 2 məsafədə həmsərhəddir. Bilavasitə, Ermənistan ərazisindən Qubadlının sərhəddə yer- ləşən Əliquluuşağı, Mə- likməhəmmədli, Seytas, Eyvazlı, Qədili, Davudlu, Novlu, Y.Cibikli, Əyin, Çaxdaxlı, Tarovlu, Fər- can, Göyyal, Saldaş, Çə- rəli kəndlərinə təcavüz edilir, kəndlər atəşə tu- tulurdu. 1989-cu ilin axırları ra- yonda vəziyyət son dərəcə ağırlaşdı. Gündüz sərhəd- də keşik çəkən düşmənin hücumlarının, təxribat əməllərinin qarşısını alan özünümüdafiə dəstələri yerli milis qüvvələri ilə birlikdə hərəkət edirdi. Lakin qüvvələr qeyri- bərabər idi. Təcavüzkar erməni dəstələri avtomat silahlardan, artilleriyadan, zirehli hərbi texnikadan gen-bol istifadə etdiyi halda, bizdə adi ov tüfəngləri çatmırdı. Rayonun şərq tərəfdən geniş bir ərazisi müda- fiəsiz qalmışdı. Həkəri çayı boyunca Zilanlı, Mahruzlu, Xanlıq kənd- lərindən tutmuş Başarat zonasınadək yerli əhali si- laha sarılsa da, qüvvələr qeyri-bərabər idi. Zirehli texnikanın qarşısını 4-5 adama düşən bir avto- matla qorumaq mümkün deyildi. Avqust ayının 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hər- bi texnikanın müşaiyəti ilə hücuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə göndərilmişdi. Qeyri-bə- rabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla dö- yüşsələr də, erməni tank- ları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik isti- qamətində rayona soxulan erməni birləşmələri kənd- ləri yandırdı, dinc əhaliyə divan tutdular. Avqustun 31-də daha bir faciə törədildi. Qani- 272 çən erməni hərbi bir- ləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk et- məli oldu. Avqustun 31- də Qubadlı bütünlükdə işğal olundu. Qubadlının işğalından 15 ildən çox keçməsinə baxmayaraq rayon sakin- ləri nikbindirlər. Çünki onların zati-aliləri Heydər Əliyev kimi sərkərdələri olmuş və indi də İlham Əliyevə inanırlar. Ümid- varıq ki, İlham Əliyevin müdrik sülhsevər siyasəti nəticəsində torpaqlarımız azad olunacaq. Əgər Ali Baş Koman- danımız torpaqlarımızı hərb yolu ilə qaytarmaq qərarına gəlsə, qubadlılar əldə silah ön cərgədə getməyə hazırdılar. Ədəbiyyat Şahmar, E. Xanimanım Qubadlı .-B.: Araz, 1988.- 803 s. İnternetdə http://www.azadqarabag .azerall . www.anl.az . Yeganə Məmmədova 273 05:31 20:15 1 sentyabr Gün çıxır 05:33 Gün batır 20:14 30 sentyabr Gün çıxır 06:06 Gün batır 19:25 Sent yabr 24 avqust- 23 sentyabr Qız bürcü Nişanəsi yerdir. Günəşin Qızlar bürcünün keçdiyi dövrdə doğulanlar hər işdə aydınlıq, dəqiqliyin olmasını istəyirlər. Ça 1 Ç 2 Ca 3 C 4 Ş 5 Download 12.76 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling