M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə
Download 12.76 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- Rus dilində
- Samirə Eminova 221 İyun Azə
- İnternetdə
- Səmayə Quliyeva
- B 26 Be 27 Ça 28 Ç 29 Ca 30 C 31 2009 Ə lamə tdar və tarixi günlə
- Azərbaycan Pоlisi Günü (02.07.1998)
- Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi (14.07.1969) seçilməsinin 40 illiyi
Anna Andreyevna Axmatova (əsi familyası Qorenkodur) 23 iyunda 1889-cu ildə Odessa şəhərində anadan olmuş- dur. Rus Sovet şairidir. Axmatova ziddiyyətli yaradıcılıq yolu keçmiş- dir. Ədəbi fəaliyyətinin ilk dövründə akmeizmə meyl etmişdir. “Axşam” (1912), “Təsbeh” (1914) şeir kitablarını, Böyük Oktyabr Sosialisit inqila- bından sonra yeni həyat- dan kənarda qalmasına baxmayaraq, ağ mühacir- ləri qətiyyətlə pisləmiş, “Vətəni atanlarla deyi- ləm...” adlı şeirini yazmış- dır. “Qəhrəmansız poema” (1940-1962) lirik-epik əsəri Axmatovanın yara- dıcılıq zirvəsidir. Şeirləri forma kamil- liyi, ahəngdarlığı, dərin lirizmi ilə seçilir. O, həm- çinin Şərq və Qərbi Avropa şairlərinin əsər- lərindən tərcümələr et- mişdir. A.Axmatova 5 mart 1966-cı ildə vəfat etmiş və Leninqradda dəfn edilmişdir. Ədəbiyyat Сероглазый король: Стихотворение /А.А. Ахматова .- М.: Эксмо, 2007.-414с. Победа над судьбой.- М.: Русский путь, 2005.- 471 с. Кралин, М. М. Артур и Анна: Роман (без героя, но все-таки о любви: Об А.Ахмато- вой и А.Луръе).- Л., 1990. Носик, Б. Анна и Аме- део. История тайной любви Ахматовой и Модиляни или Рисунок в интеръере: Докумень- тальная повесть.- М., 1997.- 240 с. Оруджен, Г. О. Акмеизм и творчество Анны Ах- матовой: Методическая разработка для студен- тов педагогических ву- зов.- Б.,1998.- 32 с. Tahirə Həsənova İyun 120 illiyi Anna Andreyevna Axmatova 1889-1966 Rus şairi 23 218 İyun 80 illiyi Nurəddin Rzayev 1929 Elm xadimi 26 Rzayev Nurəddin Məmmədbağır oğlu 1929- cu il iyun ayının 26-da Gədəbəy rayonunda ana- dan olmuşdur. 1945-ci ildə orta məktəbi qızıl medalla bitirib, Tibb Uni- versitetinin Müalicə profi- laktika fakültəsinə daxil olub. 1950-ci ildə Univer- siteti fərqlənmə diplomu ilə bitirib, 1958-ci ildə “Mezatonun cərrahiyyədə tətbiqi” mövzusunda na- mizədlik dissertasiyasını müdafiə edib. 1965-ci ildə “Ağ ciyər arteriyasının trombozları- nın diaqnostikası və müalicəsi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, az sonra isə professor elmi rütbəsini alıb. 1982-ci ildə Əmək- dar elm xadimi fəxri adına layiq görülmüşdür. 1983- cü ildən Beynəlxaq Cərrahlar Cəmiyyətinin, 1993-cü ildə Avropa Təxirəsalınmaz Cərrahlıq və Travma Cəmiyyətinin, 1994-cü ildən isə Nyu- York Elmlər Akademi- yasının üzvüdür. Elmi-bədii kitablar müəllifi N.Rzayev ana dilimizə, türkcəmizə, milli mədəniyyətimizə dərin məhəbbət bəsləyən bir ziyalıdır. Həkim-yazıçı Nurəddin Rza 1999-cu ildən Azərbaycan Yazıçı- lar Birliyinin üzvüdür. Ədəbiyyat Qan damarlarının cərrah- lıq xəstəlikləri.-B.: Azər- nəşr, 1988.-174 s. Cəfərov, Ç. Professor Nu- rəddin Rza-70.- B.: Gü- nəş, 1999.- 134 s. Rus dilində Эмболии и тромбозы легочной артерии.- Б.: 1970.- 224 с. Антитромботическая терапия.- Б.: Азернешр, 1971.- 174 с Azadə Novruzova 219 İyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalxq Mübarizə Günü 26 Narkomaniya “ağ ölüm” dür, həyatdan üz çevir- məkdir. “Narkomaniya” və “ölüm” sözləri bu gün insanların təsəvvüründə sinonim sözlərə çevrilib. Narkomaniya bəşəriyyəti narahat edən ən böyük problemlərdən biridir. Hər il on minlərlə insan “ağ ölüm”ün qurbanına çev- rilir. Ən qorxulusu isə narkotik vasitələrə daha çox gənclərin meyl etmə- sidir. Müasir dövrümüzdə in- sanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılmış- dır. Bu bəla ilə mübarizə etmək bir o qədər asan deyil. Narkotik maddə alverçiləri pul qazanmaq naminə insanları, xüsu- silə uşaqları ölümə aparan bu pis vərdişə alışdırırlar. Narkotik maddələr ge- niş çeşidlidir: xaşxaş, tiryək, marixuana, heroin, kakoin və sairə. Son illərdə kimyəvi laborato- riyalarda hazırlanan sin- tetik narkotik maddələr meydana gəlmişdir. Bun- lar xüsusilə təhlükəlidir, çünki bir necə dəfə istifadədən sonra adamı özünə alışdıra bilir. Nar- kotiklərdən asılılıq ağır xəstəliyə - narkomaniyaya gətirib çıxarır. Narkotik maddələr insan sağlam- lığına bərpaedilməz ziyan vurur, fiziki qüvvələri tükəndirir, bədənin çəkisi birdən-birə azalır, ümumi zəhərlənmə baş verir. Narkomaniya keçici xəstəliklərin sürətlə yayıl- masına səbəb olur. Nar- kotik maddələrin bir çoxu şprislə qana ötürüldü- yündən, narkoman qrup- ları daxilində eyni şpris- dən istifadə edildiyindən narkomanlar arasında QİÇS və başqa xəstə- liklərə tutulmuş insanlar daha çoxdur. Narkotik maddələrlə ticarət böyük gəlir gətirir. Milyard dollarlarla qazanc əldə edən cinayətkarlar üçün bacardıqca daha çox adamı “iynəyə oturtmaq”, daha çox gəncləri və 220 uşaqları narkomaniyaya sövq etmək sərfəli işdir. Bir az “yüngül” nar- kotiklərdən başlayan in- san tez bir zamanda çox təsiredici narkotiklərə alı- şır və müalicəsi mümkün olmayan xəstəliklərə mübtəla olur. Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsinin qarşısını almaq məqsə- dilə, bir çox ölkələr “Nar- kotiksiz gələcək naminə” milli proqramlar qəbul edirlər. Buraya təhsil ocaqlarında, hüquq mü- hafizə orqanlarında, təş- kilatlarda narkomaniyanın ziyanı haqqında maarif- ləndirilmə kampaniyaları daxildir. Bu kampaniyalar kütləvi informasiya vasi- tələri, İnternet şəbəkəsi vasitəsilə aparılır. Narkomaniya ilə bağlı problemləri daim icti- maiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Nar- komaniyaya və Narkobiz- nesə qarşı Beynəlxalq Mübarizə Günü elan et- mişdir. Ədəbiyyat Əliyev, Q. Narkomaniya və narkotizmlə mübarizə problemləri.- B., 1999.- 60 s. Məmmədov, M. Narko- maniya, alkoqolizm və... . - B ., 1995 .- 93 s. Narkotik vasitələrin, psi- xotrop maddələrin qa- nunsuz dövriyyəsi ilə mübarizə haqqında qa- nun.- B., 2000 .- 98 s. Cahandarov, B. Narko- manların 70 faizi gənc- lərdir /Narkotiklərin qa- nunsuz dövriyyəsi ilə bağlı 2007-2012-ci illəri əhatə edən ikinci dövlət proqramı hazırlanıb //Pa- ritet.-2007.- № 3. - 26-27 iyun. - S. 7. Rus dilində Указ Президента Азер- байджанской Респуб- лики о применении За- кона Азербайджанской Республики «О нарколо- гической службе и кон- троле” //Бакинский ра- бочий.- 2001.- 20 сен- тября.- С. 1. Закон Азербайджанской Республики о нарколо- гической службе и конт- роле //Бакинский рабо- чий.- 2001.-15 сентября.- С. 1-2. Наркомания – чума столетия /О распростра- нении наркомании в на- шей стране и борьбa с ней //Бакинский рабо- чий.- 2005.- 30 июня.- С. 3. Samirə Eminova 221 İyun Azərbaycan Silahlı Qüvvələri Günü 1918 26 Azərbaycan ordusunun əsası 1918-ci ildə Azər- baycan Xalq Cümhuriy- yəti dövründə qoyulub. 1918-ci il 26 iyun – ilk Əlahiddə Azərbaycan Korpusunun yaradıldığı gün ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr Günü elan olundu. Azərbaycan Respub- likası Silahlı Qüvvələrinin təşkili müstəqil Azər- baycanın dövlət qurucu- luğunun mühüm tarixi nailiyyətlərindən biridir. Ordumuzun tarixi əslində müstəqilliyimizin tari- xidir, Azərbaycan xalqı- nın suverenliyinin tari- xidir. 1918-1919-cu illər- də erməni təcavüzünün güclənməsi Azərbaycan türklərinin fiziki cəhətdən məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Yaran- mış vəziyyət təcili olaraq ordu quruculuğuna baş- lamağı tələb edirdi. 1918- ci il 26 iyun – Əlahiddə Azərbaycan korpusu yara- dıldı və həmin il avqustun 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edildi. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qaf- qaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğan- da və Əsgəranda milli hökumətə qarşı baş ver- miş qiyamları yatırmaqda yüksək səriştəlilik göstər- di, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azər- baycan Xalq Cümhuriy- yəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Azərbaycan öz dövlət müstəqilliyini bər- pa etdikdən sonra milli ordunun yaradılması gü- nün ən vacib məsələsinə çevrilmişdi. Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin ya- radılması barədə qərarın və həmin ilin oktyabrın 9- da Azərbaycan Respub- likasının Ali Soveti tərə- findən Silahlı Qüvvələrin yaradılması haqqında Qa- nunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu 222 qərarların həyata keçi- rilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gün- dən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edir- di. Lakin ilk vaxtlar yara- dılmış hərbi hissələr müx- təlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi. Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Heydər Əliyev hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra vəziyyət kökündən dəyiş- di. O, ilk növbədə Res- publikada mövcud olan ictimai-siyasi vəziyyətə aydınlıq gətirdi. Onun 1993-cü il noyabrın 2-də radio və televiziya ilə xalqa tarixi müraciətindən sonra Silahlı Qüvvələrin quruculuğu sahəsində, Ermənistan-Azərbaycan cəbhəsində vəziyyət ra- dikal surətdə dəyişdi və atəşkəs haqqında saziş imzalandı. Atəşkəs rejimi əldə edildikdən sonra Azərbay- can Silahlı Qüvvələri özünümüdafiə dəstələrin- dən dünya ordu quru- culuğunun münasib stan- dartlarına cavab verən, bir mərkəzdən vahid koman- danlıq prinsipi ilə idarə olunan, möhkəm, mətin hərbi struktura çevrildi. Azərbaycan Respubli- kasının Prezidenti Heydər Əliyev hərbi təhsil siste- minin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın ya- radılması haqqında Fər- man imzalamışdı. Prezi- dentin 20 avqust 2001-ci il tarixli Fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmil- ləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi siste- mində fəaliyyət göstərən məktəblər: Azərbaycan Ali Hərbi Məktəbi, Azər- baycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Son illər Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranmasın- da, möhkəmlənməsində və onun müasir tələblərə cavab vermək səviyyəsinə qaldırılmasında böyük nailiyyətlər əldə edilib. Hazırda Silahlı Qüv- vələrdə kadr siyasəti üzrə işlər Ali Baş Koman- danın, Müdafiə Nazirinin əmr, sərəncam və göstə- rişlərinə, Azərbaycan Respublikasının hərbi qa- nunvericilik aktlarının tə- ləblərinə uyğun olaraq həyata keçirilir. Əsas komanda-qərargah vəzifə- lərinin peşəkar, ali hərbi təhsili olan, professional, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi olan zabitlərlə komplektləşdirilməsi diq- qət mərkəzində olub. Tarixi vərəsəlik ənənə- sinə uyğun olaraq Pre- zidentin Fərmanı ilə Azər- baycan Xalq Cümhuriy- yəti dövründə Milli Ordu- nun yarandığı 26 İyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. 223 Ədəbiyyat Əsgərin yaddaş kitabçası /tərt.ed. C.Məmmədov.- B.: Azərbaycan, 1993.- 40 s. Süleymanov M. Azər- baycan ordusu (1918- 1920).- B.: Hərbi nəşriy- yat, 1998.- 487 s. Süleymanov, M. Qafqaz İslam ordusu və Azərbay- can.- B.: Hərbi nəşriyyat, 1999.- 439 s. Azərbaycan ordusu tari- xindən //Azərbaycan or- dusu.- 2007.- 24 noyabr.- S. 3. Azərbaycan Silahlı Qüv- vələri cümhuriyyət ordu- sunun varisidir //Azərbay- can Ordusu.- 2007.- 26 iyun.- S. 3. Hərb tariximizdə Heydər Əliyev fenomeni //Azər- baycan Ordusu.- 2007.- 24 noyabr.- S. 2. İnternetdə www.anl.az www.azerbaijan.az www.az.wikipedia.org www.bizimasr.media- az.com www.yeniazerbaijan.com Adilə Abdullayeva 224 İyun 85 illiyi Məlik Dadaşov 1924-1996 Aktyor 27 Görkəmli teatr və kino aktyoru Məlik Yusif oğlu Dadaşov 1924-cü il iyun ayının 27-də Bakı şəhə- rində anadan olmuşdur. 1941-ci ildə orta məktəbi bitirmiş və cəbhəyə get- mişdir. O, 1945-ci ildə or- dudan tərxis olunaraq geri dönmüş və Gənc Tamaşa- çılar Teatrında, Zaqatala Dövlət Teatrında və Şəm- kir Teatrında aktyor kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunu bitirmiş, həmin ildən M.Əzizbəyov adına Azər- baycan Dövlət Akademik Dram Teatrında çalışmış və bütün həyatını bu sənət ocağı ilə bağlamışdır. M.Dadaşov 1989- 1992-ci illərdə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının direktoru və bədii rəhbəri kimi çalışmışdır. Aktyor ilk dəfə H.Muxtarovun “Ailə na- musu” əsərində Arif ro- lunda oynamışdır. Şeyx Nəsrullah, (C.Məmməd- quluzadə, “Ölülər”), Se- bastian (V.Şekspir, “On ikinci gecə”), Karenin (L.Tolstoy, “Canlı me- yit”), Şuriyə və Şapur (“S.Vurğun, “Fərhad və Şirin”), Zabelin (N.Poqo- din, “Kreml saatı”), Tər- lan (Ş.Qurbanov, “Sən- siz”), Tahirov (İ.Qasımov, “Nağıl başlananda”) ob- razlarını məharətlə ifa etmişdir. Böyük sənətkar eyni zamanda pedaqoji fəaliyyət göstərmişdir. O, 1960-cı ildən ömrünün sonunadək Azərbaycan Dövlət İncəsənət Universitetində aktyorluq sənətinin sirlərini böyük həvəslə gənc nəslə öyrətməyə çalışmışdır. M.Dadaşov bir çox filmlərdə baş rollara çə- kilmiş və yadda qalan ob- razlar yaratmışdır. Bun- lardan “Bir məhəlləli iki oğlan” (1957), “26 Bakı komissarı”(1966), “Dəli Kür” (1969), “Ulduzlar sönmür” (1970), “Axırın- cı aşırım” (1971), “Me- zozoy əhvalatı” (1975) və s. misal göstərmək olar. Sənətkarın bu xidmət- ləri yüksək qiymətləndi- rilmiş və ona 1974-cü ildə Azərbaycan SSR Xalq ar- tisti adı verilmiş, müxtəlif 225 orden və medallarla təltif olunmuşdur. İstedadlı aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı M.Dadaşov 1996 -cı il dekabr ayının 3-də vəfat etmişdir. Ədəbiyyat Mehdixanlı, T. Xarakter- lər ustası: [Məlik Dadaşov haqqında] //Azərbaycan.- 2004.- 11 iyul.- S. 6. Mehdiyeva, K. Unudul- maz aktyor, müəllim: (Xalq artisti Məlik Dada- şov haqqında) //Qobustan. - 2003. - № 1.- S. 50-52. Mükərrəmoğlu, M. Bir ömür yaşasa da...: Akade- mik Milli Dram Teatrında Xalq artisti Məlik Dada- şovun xatirəsi yad edildi //Xalq qəzeti.- 2006.- 23 dekabr.- S. 8. Mükərrəmoğlu, M. Bitkin obrazlar ustası: (M. Da- daşov-80) /M. Mükər- rəmoğlu //Xalq qəzeti.- 2004.- 14 avqust.- S. 6. Mükərrəmoğlu, M. Xati- rələrdə əbədi yaşayacaq (Azərbaycanın Xalq artisti Məlik Dadaşov haqqında) //Xalq qəzeti.- 2003.- 3 iyul.- S. 7. Şərif, M. Dadaşov anıldı: (Xalq artisti, Dövlət mükafatı laureatı Məlik Dadaşov haqqında) //Ye- ni Azərbaycan.- 2003.- 28 iyul.- S. 5. Rus dilində Дадашева, Г. Своей смертью Мелик Дада- шев доказал, что был настоящим актером //Эхо плюс.- 2005.- 8 январь.- C. 14. İnternetdə www.cinema.aznet/org .actors_az.html Səmayə Quliyeva 226 1 iyul Gün çıxır 04:11 Gün batır 21:15 31 iyul Gün çıxır 04:48 Gün batır 20:57 İy ul 22 iyun- 22 iyul Xərcəngin Nişanı sudur. Ayın himayəsindədir. Günəşin Xərçəng bürcündən keçdiyi dövrdə doğulanlar daha çox açıq xasiyyətli, xəyalpərəst olurlar. Ç 1 Ca 2 C 3 Ş 4 B 5 Be 6 Ça 7 Ç 8 Ca 9 C 10 Ş 11 B 12 Be 13 Ça 14 Ç 15 Ca 16 C 17 Ş 18 B 19 Be 20 Ça 21 Ç 22 Ca 23 C 24 Ş 25 B 26 Be 27 Ça 28 Ç 29 Ca 30 C 31 2009 Əlamətdar və tarixi günlər Ağdamın işğal günü Rayonun relyefi əsasən düzənlik, qismən alçaq dağlıqdır. Ərazidə geniş yer tutan Qarabağ düzünün mütləq hündürlüyü cənub-qərbdən şimal-şərqə doğru tədricən azalır. Ərazidə əhəng daşı, sement xammalı, çınqıl və qum yataqları var. Rayon ərazisində Xaçın və Qarqar çayları axır. 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən işgal olunub. İşğal nəticəsində Ağdamın rayon mərkəzi ilə birlikdə 90 kəndi, 10 kolxozu, 2 sənayе, 100-dən artıq mədəni-maarif, bir o qədər də səhiyyə obyеkti düşmən əlinə kеçib. 2. Azərbaycan Pоlisi Günü 11. Türk dünyasının tarixi Çaldıran döyüşünün baş verməsinin 495 ildönümü 14. Heydər Əliyevin Azərbaycan KP MK-nın 1 katibi seçilməsinin 40 illi yi 22. Milli Mətbuat və Jurnalistika Günü 23. Ağdam rayonunun işğal günü 227 Azərbaycan Pоlisi Günü (02.07.1998) Nasir, tədqiqatçı-alim, professor Zamanova Elmira Nəzər qızının (07.07.1939) anadan olmasının 70 illiyi Alman yazıçısı Fеyxtvangеr Liоnun (07.07.1884-21.12.1958) anadan оlmasının 125 illiyi Azərbaycanın Əməkdar еlm xadimi, Dövlət mükafatı laureatı, prоfеssоr Dəmirçizadə Əbdüləzəl Məmməd oğlunun (08.07.1909-10.04.1979) anadan оlmasının 100 illiyi Çеx yazıçısı Nеruda Yanın (09.07.1834-22.08.1891) anadan оlmasının 175 illiyi Ədəbiyyatşünas, tərcüməçi Babayev Əkbər Ağarza oğlunun (10.07.1924-12.09.1979) anadan olmasının 85 illiyi Filosof Makovelski Aleksandr Osipoviçin (10.07.1884-16.12.1969) anadan olmasının 125 illiyi Türk dünyasının tarixi Çaldıran döyüşünün (11.07.1514) baş verməsinin 495 ildönümü Maarif xadimi Axundzadə Xosrov Mirzə Əli oğlunun (13.07.1889-10.05.1960) anadan olmasının 120 illiyi Heydər Əliyevin Azərbaycan KP MK-nın I katibi (14.07.1969) seçilməsinin 40 illiyi Ədəbiyyatşünas, tərcüməçi Tarıverdiyeva Kövsər Məmməd qızının (14.07.1914) anadan olmasının 95 illiyi Download 12.76 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling