M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə


Download 12.76 Kb.
Pdf ko'rish
bet18/34
Sana08.01.2018
Hajmi12.76 Kb.
#24025
1   ...   14   15   16   17   18   19   20   21   ...   34

 
Rus sovet yazıçısı 
Leonov Leonid Maksi-
moviç, 31 may 1899-cu 
ildə Moskva şəhərində 
anadan olmuşdur. 1972-ci 
ildən SSRİ EA-nın aka-
demiki, 1967-ci ildən 
Sosialist  Əməyi Qəh-
rəmanı, Lenin mükafatı  
laureatı (1957), Dövlət 
mükafatı  laureatı (1943-  
1977) olmuşdur.  İlk  əsər-
ləri 1915-ci ildə, M.L. 
Leonovun sürgündə oldu-
ğu Arxangelsk  şəhərinin 
qəzetlərində  dərc edilmiş-
dir.  İlk irihəcmli  əsəri 
olan “Porsuqlar” (1924) 
romanında inqilab ərə-
fəsində Moskvanın meş-
şan həyatı, kənddə in-
qilabi mübarizə  təsvir 
edilir. “Sukutarevski” 
(1932), “Okeana yol” 
(1935),  romanlarında 
köhnə ziyalıların yeni 
həyat quruculuğuna qo-
şulmasından danışılır. 30-
40 cı illərdə Leonov bir 
sıra dram əsərləri “Po-
lovçan bağları“, “Cana-
var” (1938), “Çovğun” 
(1939), “Adi adam” 
(1941)  və s. yazmışdır.  
   “Basqın”, (1942), “Lyo-
nuşka” (1943) pyesləri, 
Böyük Vətən müharibə-
sinə 
həsr edilmişdir. 
“Dımkovun dünyası” 
(1974), “Son gəzinti” 
(1979) romanları insan və 
təbiət, bəşəriyyətin və 
mənəvi sərvətlərin gələ-
cək taleyi problemlərinə 
həsr edilmişdir. 
    8  avqust  1994-cü  ildə 
Moskva  şəhərində  vəfat 
edib. 
 
 
                                                       
 
Ədəbiyyat
Собрание сочинений в 
10 т.т.- Т 1.- М., 1981. 
 
Публицистика.- М., 
1976.  
 Дангулов, С . Леонов-
ская новь /о Л. Леонове 
//Сов. культура.- 1987.- 
3 декабря.- С. 6. 
Ершов, Л. Леонид Лео-
нов и русская проза 
1970 - х  годах //Звезда.- 
1979.- № 11.- С. 197– 
205.  
  Elmira Kazımova 
 
May 
 
110 
illiyi 
Leonid Maksimoviç Leonov  
 1899-1994 
 
 
Rus yazıçısı 
31 

 
194
 
 
1 iyun 
Gün çıxır 
04:12  
Gün batır 
21:05 
30 iyun 
Gün çıxır  
04:10  
Gün batır 
21:15 
İy
un
 
 
 
22 may- 
21 iyun 
 
Əkizlər bürcünün 
Nişanı Havadır. 
Merkurinin 
himayəsindədir. 
Günəşin Əkizlər 
bürcünün keçdiyi 
dövrdə doğulanlar 
çox ağıllı olub, hər 
şeyi bilməyə həvəs 
göstərir, şəraitə 
asanlıqla 
uyğunlaşırlar.  
Be 1 
Ça 2 
Ç 3 
Ca 4 
C 5 
Ş 6 
B 7 
Be 8 
Ça 9 
Ç 10 
Ca 11 
C 12 
Ş 13 
B 14 
Be 15 
Ça 16 
Ç 17 
Ca 18 
C 18 
Ş 20 
B 21 
Be 22 
Ça 23 
Ç 24 
Ca 25 
C 26 
Ş 27 
B 28 
Be 29 
Ça 30 
 
   2009      
 
      Əlamətdar və  
      tarixi günlə
Qan yaddaşı  
1988-2009 
20 yanvar - Ümumxalq hüzn günü 
31 mart – Azərbaycanlıların soyqırımı günü 
 
Keçmiş Dağlıq Qarabağın (Şuşa, Xankəndi, Xocalı,  Əsgəran, 
Xocavənd, Ağdərə, Hadrut) işğal tarixi- 1988-1993-cü illər 
(Sah: 4400 kv.km.) olmuşdur. 
Şuşa (08 may 1992-ci il) 351,55 kv.km 
Laçın (18 may 1992-ci il) 1835 kv.km 
Kəlbəcər (3-4 aprel 1993-cü il) 1936 kv.km 
Ağdam (23 iyul 1993-cü il)  1094 kv.km. 
Cəbrayıl (23 avqust 1993-cü il)  1050 kv.km. 
Füzuli (23 avqust 1993-cü il)   1386 kv.km. 
Qubadlı (31 avqust 1993-cü il)  802 kv.km. 
Zəngilan  (30 oktyabr 1993-cü il) 707  kv.km 
 
1. Uşaqları Bеynəlxalq Müdafiə Günü  
5.  Ətraf Mühitin Mühafizəsi Günü  
15. Milli Qurtuluş Günü  
17. Səhiyyə İşçiləri Günü  
18. İnsan Hüquqları Günü  
23. Dövlət Qulluqçularının Pеşə Bayramı  
26. Milli Silahlı Qüvvələr Günü  
26. Narkоmaniyaya və Nоrkоbiznеsə  
      qarşı Bеynəlxalq mübarizə Günü   
 
 

 
195
 
 
 
Uşaqları Bеynəlxalq Müdafiə Günü (01.06.1949) 
 
Rus bəstəkarı Qlinka Mixail İvanoviçin (01.06.1804-15.02.1857) anadan olmasının 
205 illiyi 
 
Bakı Dövlət Universitetinin Elmi Kitabxanasının yaradılmasının  (02.06.1919) 90 
illiyi 
 
Şair, dramaturq Vəkilоv Vaqif Səməd oğlunun (Vaqif Səmədoğlu) (05.06.1939) 
anadan оlmasının 70 illiyi 
 
Ətraf Mühitin Mühafizəsi Günü (05.06.1972) 
 
Rus yazıçısı Puşkin Alеksandr Sеrgеyеviçin (06.06.1799-10.02.1837) anadan 
оlmasının 210 illiyi 
 
Azərbaycanın Əməkdar еlm xadimi, prоfеssоr Dadaşzadə Məmməd Arif Məhərrəm 
oğlunun (Məmməd Arif) (10.06.1904-27.12.1975) anadan оlmasının 105 illiyi 
 
SSRİ və Azərbaycanın Xalq artisti, rus müğənnisi Zıkina Lyudmila Gеоrgiyеvnanın 
(10.06.1929) anadan оlmasının 80 illiyi 
 
Milli Qurtuluş Günü (15.06.1993) 
 
Şair Hüseynzadə Hüseyn Camal oğlunun (15.06.1924-14.09.1992) anadan olmasının 
85 illiyi 
 
Ədəbiyyatşünas Alışanov Hüseyn Həsən oğlunun (Hüseyn Kürdoğlu) (15.06.1934-
12.07.2003) anadan olmasının 75 illiyi 
 
Əməkdar incəsənət xadimi, xor dirijoru Kərimov Rəfail Musa oğlunun (15.06.1949) 
anadan оlmasının 60 illiyi 
 
Azərbaycanın  Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laurеatı,  prоfеssоr, 
Türkiyənin Milli şairi Rəfiq Cəfər Xəndan oğlunun (Rəfiq Zəka Xəndan) 
(16.06.1939-07.01.1999) anadan оlmasının 70 illiyi 
 
Səhiyyə İşçiləri Günü (17.06.2001) 

 
196
 
İnsan Hüquqları Günü (18.06.2007) 
 
Əməkdar elm xadimi, tənqidçi  Əsədullayev Seyfulla Qüdrət oğlunun (19.06.1924) 
anadan olmasının 85 illiyi 
 
Bibliоqraf, ədəbiyyatşünas, prоfеssоr Axundоv Nazim Fərrux oğlunun (20.06.1924-
10.03.1994) anadan оlmasının 85 illiyi 
 
Azərbaycan mütəfəkkiri, yazıçı, maarifpərvər Bakıxanоv Abbasqulu Ağanın (Qüdsi) 
(21.06.1794-1847) anadan оlmasının 215 illiyi 
 
Azərbaycan yazıçısı Cavadоv Cəlal Nоvruz oğlunun (Cəlal Bərgüşad) (22.06.1924-
09.07.1996) anadan оlmasının 85 illiyi 
 
“Nobel Qardaşları”  şirkətinin və “Lüdviq Nobel” cəmiyyətinin başçısı Emmanuel 
Nobelin (22.06.1859-31.05.1932) anadan olmasının 150 illiyi 
 
Dövlət Qulluqçularının Pеşə Bayramı (23.06.2006) 
 
Beynəlxalq Olimpiya Komitəsinin yaradılmasının (23.06.1894) 115 illiyi 
 
Rus  şairəsi  Axmatоva (Qоrеnkо) Anna Andrеyеvnanın (23.06.1889-05.03.1966) 
anadan оlmasının 120 illiyi 
 
Azərbaycanın  Əməkdar  еlm xadimi, prоfеssоr Rzayеv Nurəddin Məmmədbağır 
oğlunun (26.06.1929) anadan оlmasının 80 illiyi 
 
Milli Silahlı Qüvvələr Günü (26.06.1918) 
 
Narkоmaniyaya və Narkоbiznеsə qarşı  Bеynəlxalq Mübarizə  Günü   
(26.06.1987) 
 
Azərbaycan Xalq Cümhuriyyətində türk (Azərbaycan) dilinin dövlət dili elan 
edilməsinin (27.06.1919) 90 illiyi 
 
Azərbaycanın Xalq artisti, aktyоr Dadaşоv Məlik Yusif oğlunun (27.06.1924-
03.12.1996) anadan оlmasının 85 illiyi 
 
Azərbaycanın  Əməkdar mədəniyyət işçisi,  şair  Əliyеv Çingiz Əli oğlunun 
(29.06.1944) anadan olmasının 65 illiyi 

 
197
İyun 
 
 
Uşaqları Beynəlxalq Müdafiə Günü   
1949 

 
Uşaqları sevin, uşaqlar bizi nurlu gələcəyə aparan yoldur... 
Uşaqlar dünyanın sevincidir... Uşaqlar bizim bu günümüz və 
sabahımızdır. 
 
 
Heydər Əliyev, ümummilli lider 
 
 
 
Uşaqlar mənsub olduq-
ları ölkənin gələcəyi, 
işıqlı sabahıdırlar. Fransız 
mütərəqqi romantizminin 
aparıcı nümayəndəsi Vik-
tor Hüqo “Dünyanın  ən 
dahi himni körpə  qı-
ğıltısıdır” sözlərini  əbəs 
yerə deməmişdir. Hər bir 
uşaq ailədə böyüməli, ata-
ana məhəbbəti hiss 
etməlidir. Çünki, hər bir 
insanın formalaşmasında, 
cəmiyyətdə layiqli yer 
tutmasında ailənin rolu 
əvəzsizdir. 
    Statistikaya görə, Azər-
baycanda 2,5 milyon uşaq 
yaşayır. Ancaq  “2,5 mil- 
 
yon uşağın hamısının hü-
quqları qorunur” demək  
mümkün deyil. Xüsusi 
qayğıya ehtiyacı olan  
uşaqlar cəmiyyətin  ən 
həssas qruplarından birini 
təşkil edir. Belə  uşaqların 
sayı Respublikamızda 21  
min nəfərədəkdir. Bu rə-
qəmin çoxluğunun səbəbi 
Ermənistanın Azərbayca-
na təcavüzü nəticəsində 
uşaqların valideynlərini  
itirməsi, qaçqın və  məc-
buri köçkün ailələrinin 
sosial vəziyyətinin çətin-
liyidir. Uşaqların normal 
inkişaf etməsi üçün dövlət 
və  cəmiyyət tərəfindən 
hərtərəfli dəstək zəruridir. 
Buna görə  də  hər bir 
dövrdə sabahımızın sa-
hibləri olan uşaqların xoş-
bəxt, bəxtəvər, eyni za-
manda, məsuliyyətli və-
təndaş kimi böyüməsi uğ- 
 
runda mübarizə  cəmiy- 
yəti narahat edən, düşün-
dürən məsələlərdən biri-
dir.  
Bu sahədə ilkin və  ən 
uğurlu addımlardan biri 
Uşaqları Beynəlxalq Mü-
dafiə Gününün təsis edil-
məsi oldu. Bu bayramın 
qeyd olunması haqqında 
qərar Beynəlxalq De-
mokratik Qadınlar Fe-
derasiyası Şurasının 1949-
cu ilin noyabrında ke-
çirilmiş xüsusi sessi-
yasında qəbul edilmişdir. 
Uşaqları Beynəlxalq Mü-
dafiə Günü ilk dəfə 1950-
ci il iyunun 1-də qeyd 
olunmuşdur. Bununla əla-
qədar  ən maraqlı  sənəd 
BMT-nin “Uşaq hüquqları 
haqqında Konvensiya”sı-
dır. Bu sənəd uşaqların 
hansı dövlətdə yaşama-
sından asılı olmayaraq, 
onların hüquqlarını tam 
əhatə edir. Hazırda Kon-

 
198
vensiyaya 189 ölkə qoşu-
lub. Azərbaycan Respub-
likası bu Konvensiyaya 
1992-ci ildən qoşulmuş-
dur. 
Azərbaycanın gələcəyi 
olan uşaqlarımız arasında 
yüzlərlə, minlərlə istedad 
sahibi olanlar var. Bu  gün 
onların bacarığını üzə 
çıxarıb, daha da inkişaf 
etdirmələri üçün ölkə-
mizdə  hər cür şərait ya-
radılmışdır. Ümummilli 
liderimiz Heydər  Əliyev 
uşaqları çox sevir, onlarla 
fərəhlənir, sağlam böyü-
mələri, düzgün tərbiyə al-
maları üçün əvəzsiz işlər 
görür, çalışırdı ki, iste-
dadlı 
uşaqların peşə 
seçimi düzgün istiqamət-
ləndirilsin. Ölməz rəh-
bərin təşəbbüsü və gös-
tərişi ilə 1996-cı ildə 
istedadlı  uşaqlara həsr 
olunmuş “Qırmızı kitab” 
yaradıldı  və bu kitaba 
neçə-neçə istedadlı uşağın 
adı düşdü. Dahi rəhbərin 
ənənələrini Azərbaycan 
Respublikasının Preziden-
ti cənab  İlham  Əliyev 
uğurla davam etdirərək öz 
fəaliyyətində 
uşaqların 
qayğı  və problemlərinə 
böyük diqqət yetirir. Bu 
istiqamətdə  həyata keçi-
rilən bir sıra qanunverici 
aktlar, dövlət proqramları 
və  tədbirlər uşaqlarımızın 
rifahının yüksəldilməsinə 
real zəmin yaradır. Cənab 
İlham Əliyevin imzaladığı 
“Baxımsız və küçə  uşaq-
larının probleminin həlli 
üzrə” Tədbirlər Planı, 
“Xüsusi qayğıya ehtiyacı 
olan (sağlamlıq imkanı 
məhdud) uşaqların 
təhsilinin təşkili üzrə” 
İnkişaf Proqramı, “Xüsusi 
istedada malik olan 
uşaqların yaradıcılıq 
potensialının inkişafı üz-
rə”  Dövlət Proqramı,  
“Ana və  uşaqların sağ-
lamlığının qorunması 
üzrə” Tədbirlər Proqramı, 
“Körpə  və erkən yaşlı 
uşaqların qorunması haq-
qında”, “Valideynlərini  
itirmiş  və valideyn hima-
yəsindən məhrum olmuş 
uşaqların sosial müdafiəsi 
haqqında” Qanunlar və 
digər mühüm sənədlər 
uşaqlarımızın normal 
fiziki və  mənəvi inki-
şafına xidmət edir.  
Azərbaycan Respub-
likası Nazirlər Kabine-
tinin 2003-cü il 14 aprel 
tarixli Sərəncamı ilə 
təsdiq edilmiş “Azər-
baycan Respublikasında 
baxımsız və küçə uşaqları 
probleminin həlli üzrə 
Tədbirlər Planı” çərçi-
vəsində YUNİSEF-lə bir-
gə bu uşaqlar üçün sosial 
və psixoloji reabilitasiya 
işinin və  mərkəzlərinin 
təşkili sahəsində layihə-
lərin həyata keçirilməsi 
üçün işlərə başlanılmışdır. 
Hazırda Heydər Əliyev 
Fondu Ulu öndərin işıqlı 
ideyalarını davam etdirə-
rək, uşaqlara xüsusi qayğı 
göstərir. Heydər  Əliyev 
Fondunun prezidenti, YU-
NESKO və  İSESKO-nun 
xoşməramlı  səfiri, Millət 
vəkili Mehriban xanımın 
təşəbbüsü ilə respublika-
mızın ucqar kəndlərində 
belə müasir üslublu yeni 
məktəb binaları, uşaq 
bağçaları tikilmiş, köh-
nələri  əsaslı  təmir olun-
muşdur. Uşaq evləri, in- 
ternatlar xüsusi qayğı ilə 
əhatə olunmuşdur. Vax-
taşırı ölkədə xüsusi qa-
biliyyətə malik istedadlı 
uşaqların mahnı, rəqs, 
rəsm və digər yaradıcılıq 
müsabiqələri keçirilir.      
Möhtərəm Preziden-
timiz  İlham  Əliyev uşaq-
ların rifahının yüksəl-
dilməsini dövlət siyasə-
tinin başlıca vəzifələrin-

 
199
dən biri kimi müəyyən 
etmişdir. Lakin yalnız 
dövlət orqanlarının səyləri 
ilə kifayətlənmək olmaz. 
Bütün cəmiyyət, hər bir 
vətəndaş  uşaqların qay-
ğıları ilə yaşamalı, onların 
rifahının yüksəldilməsi 
üçün 
əlindən gələni 
etməlidir.  
 
 
Ədəbiyyat 
Azərbaycan Respublika-
sının Prezidenti.  Vali-
deynlərini itirmiş 
və 
valideyn himayəsindən 
məhrum olmuş  uşaqların 
sosial müdafiəsi haq-
qında: Azərbaycan Res-
publikasının Qanunu.- B.: 
Qanun, 2004.-12 s.- (Hü-
quqşünasın kitabxanası). 
 
Baxşəliyev, R. Uşaq par-
lamenti fəaliyyətə başladı: 
Milli Məclis gənclərə ilk 
qanun layihəsini təqdim 
etdi /Rəşad Baxşəliyev 
//Şərq.- 2007.- 2 iyun.-   
S. 4. 
Hüseynova, H. Ölkəmizdə 
hər bir uşaq dövlət qayğısı 
ilə  təmin olunur: 1 iyun 
Uşaqları Beynəlxalq Mü-
dafiə Günüdür /Hicran 
Hüseynova //Xalq qəzeti.- 
2007.- 1 iyun.- S.10. 
Milli Məclis YUNİSEF-lə 
əməkdaşlığı daha da güc-
ləndirəcək: Uşaq prob-
lemləri Azərbaycan höku-
mətinin diqqətindədir 
//Azərbaycan.- 2005.- 21 
dekabr.-S. 5. 
Uşaq hüquqları ilə bağlı 
vəziyyəti  əks etdirən sə-
nəd hazırlanmışdır //Azər-
baycan.- 2007.- 24 aprel.- 
S. 4. 
Rus dilində 
Президент 
Азербай-
джанской  Республики.  
Распоряжение  об  ут-
верждении 
«Государ-
ственной  программы  по 
развитию 
творческого 
потенциала  особо  ода-
ренных  детей  (молод-
ежи) 
на 2006-2010 
годы»: 17 апрель, 2006 
//Бакинский 
рабочий.- 
2006.- 18 апреля.- С. 1. 
Президент 
Азербай-
джанской  Республики.  
Распоряжение о присуж-
дении  молодым  талан-
там  специальной  сти-
пендии: 14 июня, 2007 
года //Бакинский  ра-
бочий.- 2007. - 15 июня.- 
С. 2. 
 
İnternetdə 
www.azeribaijan.az
 
www.azeribaijan.news.az
 
www.itv.az
 
www.kaspi.az
 
www.szlibrary.aznet.org
 
Adilə Abdullayeva 

 
200
 
 
İyun 
 
70  illiyi 
 
Vaqif Səmədoğlu    
1939 
 
 
 
Şair 

 
 
 
Şair, dramaturq, pub-
lisist Vəkilov Vaqif  Sə-
məd Vurğun oğlu 1939-cu 
il iyun ayının 5-də Bakı 
şəhərində dünyaya göz 
açmışdır. O, Bülbül adına 
musiqi məktəbində  və 
Ü.Hacıbəyov adına Azər-
baycan Dövlət Konser-
vatoriyasında təhsil almış-
dır. V.Səmədoğlu Mos-
kvada Çaykovski adına 
Konservatoriyada ixtisas 
 
kursu keçmiş (1962-
1963), sonra Azərbaycan 
Dövlət Konservatoriya-
sında fortepiano üzrə 
ixtisas müəllimi (1963-
1971), Azərbaycan Sovet 
Ensiklopediyasında incə-
sənət redaksiyasının mü-
diri (1968-1971), C.Cab-
barlı adına “Azərbaycan-
film” kinostudiyasında 
kinoaktyor teatrının  ədəbi 
hissə müdiri vəzifəsində 
(1982-1985) işləmişdir.  
“Yeddi şeir” adlı ilk  əsəri 
1963-cü ildə “Azərbay-
can” jurnalında çap olun-
muşdur. Bundan sonra 
dövri mətbuatda vaxtaşırı 
çıxış etmişdir. 1992-1994-
cü illərdə “Oğuz eli” 
qəzetinin baş redaktoru 
vəzifəsində çalışmışdır. 
V.Səmədoğlu 2000-ci ildə 
Azərbaycan Milli Məcli-
sinə deputat seçilmişdir. 
O, Avropa Şurası Parla-
ment Assambleyasının 
üzvüdür.  
Onun “Uca dağ ba-
şında”, Bəxt üzüyü”, 
“Lotoreya”, “Yayda qar-
topu oyunu”, “Yaşıl ey-
nəkli adam”, “Generalın 
son  əmri”, “Mamoy ki-
şinin yuxuları” pyesləri 
Bakı, Naxçıvan,  Şəki 
Dövlət Dram Teatrlarında 
tamaşaya qoyulmuşdur. 
İlk dəfə dramaturq kimi 
“Bəxt üzüyü” tamaşası ilə 
tanındı və indi də tanınır... 
Hüseyn  Ərəblinski adına 
Sumqayıt Dövlət Dram 
Tearında tamaşaya qoyu-
lan bu əsərdə müasir-
lərimizin həyatını  qələmə 
alan yazıçı  mənəvi-psi-
xoloji, etiq-əxlaqi məsə-
lələri ön plana çəkmiş, 
əqidəsi, idealı, məqsədi 
olan insanların yaşayış 
tərzini və  həyata baxış-
larını dörd ailənin sima-
sında gərgin dramatik 
səhnələrdə canlandır-
mışdır.  O, “Humay” mü-
kafatı laureatıdır  (1998).   
1999-cu ildə Azərbaycan 
Xalq  şairi adına layiq 
görülmüşdür.  
 
 
                                         

 
201
 
Ədəbiyyat 
Bəxt üzüyü: (pyeslər).- 
B.: Gənclik, 1999.–402 s. 
Günün baxtı: şeirlər.– B.: 
Gənclik, 1972. – 46 s. 
 Mən burdayam, ilahi: 
şeirlər və poema.- B.: 
Gənclik, 1996. – 426 s. 
Uzaq yaşıl ada: [şeirlər]. -
B.: Şərq-Qərb, 2004.- 
263 s.  
Yoldan teleqram: şeirlər. 
– B.: Gənclik, 1968.-70 s. 
                                      
                                                  
Əliyev, İ. Xalq şairi Vaqif 
Səmədoğluna: [Azərbay-
can Respublikasının Pre-
zidenti  İ.Əliyevin  şairin 
65 illik yubileyi ilə 
əlaqədar təbriki] //Azər-
baycan. – 2004. – 6 iyun. 
– S. 1.  
Xəyal, S. Vaqif Səməd-
oğlu: (yaradıcılığı  əsa-
sında) . – B.: Yurd NPB, 
2006.–174, [2] s. 
Rəna. “Müasirlərin seri-
yası” Vaqif Səmədoğlu ilə 
davam edir: [Tədqiqat] 
Sona Xəyalın V.Səməd-
oğluna  həsr olunmuş yeni 
kitabı haqqında //525-ci 
qəzet.-2006.-13 aprel.- 
S. 7. 
                                          
                                      
 
 
Rus dilində  
                                       
 Игра  в  снежки  летом.– 
Б.: Юрд, 2006. – 199 с. 
 Сфинксы  ночи:  Стихи. 
–  М.:  Сов.  писатель, 
1990. – 92 с. 
 
                                  
 
İnternetdə 
 
www.google.az
  
  
  
 
Səmayə Quliyeva 
           

 
202
 
 
   
İyun 
 
210 
illiyi 
Aleksandr Sergeyeviç  Puşkin  
1799-1837 
 
 
Rus şairi 

 
 
 
Böyük rus şairi Alek-
sandr Sergeyeviç Puşkin 
1799-cu il iyun ayının 6-
da qədim boyar nəslindən 
olan ortabab dvoryan 
ailəsində doğulmuşdur. 
Puşkin 12 yasında ikən 
Sarskoye Selo liseyinə da-
xil olmuş, ilk uğurlu 
şeirlərini orada təhsil al-
dığı illərdə yazmışdır. 
Hələ liseydə  oxuyarkən 
Q.R.Derjavin,    N.M.Ka-
ramzin,  V.A.Jukovski və 
K.N.Batyuşkovun diqqə-
tini cəlb edən Puşkin 
“Arzamas”  ədəbi dərnə-
yinin üzvləri ilə, azad 
fikirli dvoryanlığın nüma-
yəndələri, o cümlədən 
P.Y.Çaadayevlə yaxın-
laşmışdır. 
1817-ci  ildə liseyi bi-
tirən Puşkin Kollegiya 
katibi rütbəsi almış, 
Xarici işlər kollegiyasına  
təyin olunmuşdur. 1817-
1820-ci illərdə yazdığı 
əsərlərdə  gənc  şairin Pe-
terburq həyatı, gərgin-
ləşən siyasi şərait, yetiş-
məkdə olan dvoryan 
inqilabçıları  nəslinin gö-
rüşləri əksini tapmışdır. 
1820-ci ildə xidməti 
təyinat adı ilə Rusiyanın 
cənubuna sürgün edilən 
Puşkin Qafqaz və Krımda 
olmuş, Kişinyovda və 
Odessada yaşamış, burada 
dekabristlərdən V.F.Ra-
yevski, P.İ.Pestel və b. ilə 
görüşmüşdür. 
Cənub sürgünü Puşkin 
romantizminin vüsət al-
dığı dövrdür. Yaradıcı-
lığında mühüm yer tutan 
üsyankar ruhlu “Qafqaz 
əsiri”, “Quldur qardaşlar”, 
“Baxçasaray fontanı” po-
emalarında ilk dəfə olaraq 
Puşkinin azadlıq, məhəb-
bət,  şəxsiyyət problem-
lərinə  fəlsəfi münasibəti 
nəzərə çarpır. 
1824-cü ilin iyul 
ayında  şair xidmətdən  
kənar olunaraq, Pskov vi-
layətinin Mixaylovskoye 
kəndinə sürgün edil-
mişdir. Puşkin orada hələ 
cənubda yazmağa baş-
ladığı “Yevgeni Onegin” 
mənzum romanının yeni 
fəsillərini və “Qraf Nulin” 
satirik poemasını yazmış, 
Rusiyanın tarixi, sal-
namələrini öyrənmiş, xalq 
mahnı  və nağıllarını  qə-
ləmə almışdır. 
Puşkinin yaradıcılıq tə-
kamülündə mühüm mər-
hələ olan “Boris Qodu-

 
203
nov” faciəsində  realizm, 
xəlqilik və tarixilik prin-
siplərinin  əsası qoyul-
muşdur. 
 Puşkin Dekabristlər 
üsyanının məğlubiyyətin-
dən sonra, 1826-cı il 
sentyabrın 8-də II çar I 
Nikolayla görüşüb söhbət  
etmişdir. I Nikolay şairi 
bağışladığını bildirmiş  və 
özünün onun yeganə sen-
zoru olacağını  vəd et-
mişdi. Siyasi və iqtisadi 
islahatlar keçirilməsinin 
və hökumətlə  əməkdaş-
lığın mümkünlüyünə  
ümid bəsləyən Puşkin 
eyni zamanda çara I 
Pyotrun yolunu davam 
etdirməyi, sürgün olunan-
lara mərhəmət göstərməyi 
məsləhət görmüşdür. 
1830-cu ilin payızında 
Boldinoda yaşayan Puşkin 
50-yə yaxın müxtəlif 
janrlı  əsər yaratmışdır. 
1831-ci ilin fevral ayında 
evlənmiş, həmin ilin may 
ayında Peterburqa köç-
müş, Rusiya tarixinə, o 
cümlədən I Pyotr dövrünə 
və Puqaçov hərəkatına 
dair arxiv materialları, sə-
nədləri öyrənmişdir. 
1833-cü ilin oktyabrında 
yenidən Boldinoya qayıt-
mışdır.  İkinci “Boldino 
payızı”  şairin yaradıcı-
lığında yeni yüksəliş mər-
hələsi olmuşdur. Puşkin 
orada “Dubrovski” roma-
nını, “Puqaçov tarixi”ni, 
“Tunc atlı”,  “Ancelo” 
 poemalarını, “Qaratox-
maq qadın” povestini, bir 
sıra məşhur nağıllarını 
yazmışdır. 
 Zülm  və istibdad düş-
məni, azadlıq carcısı olan 
şairin saraydakı düşmən-
ləri onun həyatını  zəhər-
ləməyə çalışır, həyat yol-
daşı Natalya ilə fransız 
mühaciri  J.Dantesin  ya-
xınlığı haqqında  şayiələr 
yayırdılar. Puşkin bu de-
di-qodulara  son qoymaq 
məqsədilə Dantesi duelə 
çağırır. O, 1837-ci il yan-
varın 23-də baş verən 
dueldə yaralanmış  və iki 
gündən sonra ölmüşdür. 
M.Y.Lermontov, F.İ.Tüt-
çev, A.V.Koltsov və baş-
qalarının bu münasibətlə 
yazdıqları seirlərdə Puş-
kinin ölümü milli faciə, 
ümumxalq kədəri kimi 
qiymətləndirilirdi. 
Puşkin bəşər mədəniy-
yətinin  ən görkəmli nü-
mayəndələrindəndir. Rus 
və dünya mədəniyyətinin 
nailiyyətlərindən, xalq ya-
radıcılığından bəhrələnən 
şair, qısa bir dövr ərzində 
bir neçə  ədəbi mərhələni 
keçərək, kamil realizmə 
gəlib çıxmışdı. Puşkin rus 
ədəbi dilini yeni yüksək 
zirvəyə qaldırmışdır. 
                                                   
 
 
Ədəbiyyat 
 
Əliyev, H. Azərbaycan 
Prezidenti Heydər  Əli-
yevin nitqi: (Bakıda dahi 
rus  şairi A.S.Puşkinin 
abidəsinin açılışı  məra-
simində) //Azərbaycan. – 
2001.-13 oktyabr. – S.3 
Puşkin təkcə Rusiyanın 
yox, bütün bəşəriyyətin 
dahi insanlarından biridir: 
Bakıda dahi rus şairi 
A.S.Puşkinin abidəsi açıl-
mışdır. Azərbaycan Pre-
zidenti Heydər  Əliyev 
mərasimdə  iştirak etmiş-
dir //Azərbaycan.-2001.- 
13 oktyabr.- S.2. 
 
Seçilmiş əsərləri: İki  cild-
də /tərt. Telman Cəfərov.- 
B.: Avrasiya Press, 2006. 
C.I.–  279 s., C.II – 318 s. 
 Yevgeni Onegin: Mən-
zum roman.– B.: Adil-
oğlu, 2005.–209 s. 
 
Puşkin Çaadayeva: Şeirlər 
//Kaspi.-2006.-10-12 
iyun.-S.18 

 
204
Puşkini kim öldürüb: Xar-
kovlu yazıçı  və tarixçi 
Aleksandr Zinuxovun ye-
nicə çapdan çıxmış 
“Aleksandr Puşkini kim 
öldürmüşdür” kitabı haq-
qında  //Azərbaycan.- 
2004 .-10 mart.-S.8. 
 
 
 
                                      
 
Rus  dilində 
 
Собрание сочинений : В 
10 томах. – М.: Вагриус, 
2005. 
Проза.–М.:  СТ  Москва,  
2006.- 378 с. 
 
 
Эрот: Резвости нескром-
ные  стихи.-  М.:  Олма-
пресс  Красный  про-
летарий, 2006. – 351 с. 
 
 
 
Кулешов,  И.  А.С.Пуш-
кин:  Научно-художест-
венная  биография.–  М.: 
Наука, 1997. – 430 с. 
                                                
Касумова,  Е.  Броcьте,  
оставьте  сомненья,  я 
вовсе  не  умирал: (Cтих. 
об  А.С.Пушкине) //Ба-
кинский рабочий.- 2001.  
 
– 12 октября. – С.7 
Не  зарастет  народная 
тропа: (О  поэтической 
встрече  у  памятника 
А.С.Пушкину в связи с  
 
206 
летием 
поэта) 
//Бакинский  рабочий.– 
2005.– 8 июня. – С.4.  
 
                                                
 
 
İnternetdə: 
 
http: //www. musiqi-
dunya.az 
www.bioqrafi.info/kişi/pu
şkin 
 
 
  
Samirə Eminova  
 
 
 
 
 
 
 
 
 
 
 

 
205
 
 
İyun 
 
105 illiyi  M
əmməd Arif Dadaşzadə  
1904-1975 
 
 
 
Akademik 
 
10 
 
                                           
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yaradıcı insanın xoş-
bəxtliyi onun öz  ədəbi- 
elmi axtarışlarının məh-
sulu ilə tanınması  və 
sevilməsidir. Hələ sağlı-
ğında ikən böyük nüfuza 
malik olmuş, klassik-
ləşmiş belə xoşbəxt  şəx-
siyyətlərdən biri də Azər-
baycanın görkəmli  ədə-
biyyatşünas alimi, tən-
qidçi, tərcüməçi, pedaqoq, 
nasir, akademik Məmməd 
Arif Dadaşzadədir. 
Məmməd Arif Məhər-
rəm oğlu Dadaşzadə 
1904-cü il iyunun 10-da 
Bakı  şəhərində anadan 
olmuşdur. Rus-tatar mək-
təbini bitirdikdən sonra 
bir müddət müəllimlik 
etmişdir. 1920-1925-ci il-
lərdə Bakı Xalq Maarifi 
İnstitutunda təhsilini da-
vam etdirmiş, 1925-1931-
ci illərdə ADU-nun  Şərq  
fakültəsini  bitirmişdir.  
Savadlı alim araşdır-
malara xüsusi meyilli 
milli kadrlardan biri kimi 
Moskvada Sovet Şərq 
Xalqları Elmi-Tədqiqat 
İnstitutunun aspirantura-
sına daxil olmuşdur. 
Məmməd Arif 1932-
1938-ci illərdə Azərbay-
can Maarif komissarının 
müavini, eyni zamanda 
APİ-nin Rus ədəbiyyatı 
kafedrasının baş müəl-
limi, dosent işləmiş, 
ADU-nun Rus ədəbiyyatı 
kafedrasının müdiri təyin 
edilmişdir. Keçmiş SSRİ 
EA Azərbaycan filialının 
Ədəbiyyat və Dil İnstitu-
tunda baş elmi işçi, 1957-
1959-cu illərdə  İnstitutun 
direktoru vəzifəsində  iş-
ləmişdir. 
M.A.Dadaşzadə  ədəbi 
fəaliyyətə 1923-cü ildə 
“Molla Nəsrəddin” məc-
muəsi səhifələrində  çıxan 
“Bədgümanam”, “Belə  
getsə düzələr”, “Mərsiyə 
xəbərləri” felyetonları ilə 
başlamışdır. 1920-1930-
cu illərdə dövri mətbuatda 
şeir və hekayələrlə vaxt-
aşırı  çıxış etmişdir. Bu 
dövrdən başlayaraq sovet 
ədəbiyyatşünaslığı 
və 
ədəbi tənqidinin yaran-
ması, təşəkkülü və inki-
şafında çalışmışdır. Gör-
kəmli alim 1936-cı ildən 
Azərbaycan Yazıçılar 
Birliyinin üzvüdür. 
Görkəmli alim 1941-
1945-ci illərdə “Vətən uğ-

 
206
runda” jurnalının redak-
toru olmuş, Azərbaycan 
EA Rəyasət Heyəti nəz-
dində olan Terminologiya 
Komitəsinin sədri kimi 
çalışmışdır. O, 1954-cü 
ildə “Cəfər Cabbarlının 
yaradıcılıq yolu” möv-
zusunda doktorluq disser-
tasiyasını müdafiə etmiş, 
filologiya elmləri doktoru, 
professor adı almışdır. 
1955-ci ildə Azərbaycan 
EA-nın müxbir üzvü, üç il 
sonra isə  həqiqi üzvü 
seçilmişdir. 1959-cu ildə 
EA-nın ictimai elmlər 
bölməsinin akademik ka-
tibi, 1960-cı ildə vitse-
prezidenti olmuş, ömrü-
nün sonuna kimi bu 
vəzifədə  işləmişdir. Gör-
kəmli alim məhsuldar 
əməyinə görə  Əməkdar 
elm xadimi adına layiq 
görülmüşdür. 
Məmməd Arif Azər-
baycan  ədəbiyyatı tarixi-
nin yaradıcılarından biri-
dir. Azərbaycan, rus və 
dünya xalqları klassik 
ədəbiyyatı,  ədəbiyyat nə-
zəriyyəsi,  ədəbi-mədəni 
əlaqələr onun əsas  təd-
qiqat  obyekti  olmuşdur. 
İkicildlik “Müxtəsər  
Azərbaycan  ədəbiyyatı 
tarixi”, “Azərbaycan  so-
vet 
ədəbiyyatı 
tarixi   
oçerki”nin  müəlliflərin-
dən  biridir. 
Alimin “Azərbaycan 
xalqının  ədəbiyyatı” ki-
tabı rus, ingilis və fars 
dillərində çapdan çıxmış-
dır. 1932-ci ildən baş-
layaraq onun digər müəl-
liflərlə birgə yaratdığı 
ədəbiyyat dərslikləri 50 
ildən artıqdır ki, dönə-
dönə çap olunub məktəb-
lərdə tədris olunur. 
  Bədii yaradıcılıqla ya-
naşı, müntəzəm olaraq 
Məmməd Arif dünya 
klassiklərindən R.Taqor, 
E.Remark, N.Qoqol,  L. 
Tolstoy,  A.Çexov,  M. 
Qorki,  N.Ostrovski,  Ev-
ripid,  A.Barbüs, Servan-
tes və başqalarının  əsər-
lərindən bədii tərcümələr 
etmişdir. Bu gün asanlıqla 
sadalanan hər bir tərcü-
mənin arxasında böyük 
zəhmət, milli bədii sözün 
inkişafına xidmət cəhdi 
durur.  Əsərləri keçmiş 
SSRİ xalqlarının dillərinə 
və xarici dillərə çev-
rilmişdir. 
Görkəmli alim EA-nın 
“Dünya  ədəbiyyatının in-
kişaf qanunauyğunluq-
ları” problemi üzrə elmi 
şurasının Moskvada çıxan 
“Qısa  ədəbiyyat ensiklo-
pediyası”nın redaksiya 
heyətinin üzvü idi. 
Məmməd Arif 1946-cı il 
İran yazıçılarının I kon-
qresində, 1960-cı ildə 
şərqşünasların XXI Bey-
nəlxalq konqresində  işti-
rak etmiş, Azərbaycan Ali 
Sovetinin deputatı  və 
sədri olmuşdur. 1974-cü 
ildə Azərbaycan Dövlət 
mükafatı laureatı, iki dəfə 
“Qırmızı  Əmək Bayrağı” 
ordeni ilə  təltif olun-
muşdur. 
Məmməd Arif Dadaş-
zadə 1975-ci il dekabrın 
27-də Bakıda vəfat etmiş, 
Fəxri Xiyabanda dəfn 
olunmuşdur. Alimin ölü-
mündən sonra Azərbay-
can Yazıçılar Birliyinin 
kitabxanasına, Bakı kü-
çələrindən birinə onun adı 
verilmişdir. 
 
 
 
Ədəbiyyat 
Əsrin oğlu.- B.:Yazıçı, 
1979.- 135 s. 
Sənətkar qocalmır.-B.: 
Yazıçı, 1980.-368 s.
 

 
207
Download 12.76 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling