M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə


Download 12.76 Kb.
Pdf ko'rish
bet15/34
Sana08.01.2018
Hajmi12.76 Kb.
#24025
1   ...   11   12   13   14   15   16   17   18   ...   34

 
 
İнтернетдя 
 
www.azerbaijan.news.az
.
www.525.az/
  
www.azeri.net/
 
www.xatirekitabi.az/
 
www.kitabxana.iatp.az/
 
 
www.kitab.az
 
 
www.azerbaijan.az/_
  
  Nailə Alışova 

 
161
 
 
 May 
 
5  illiyi 
 
Heydər  Əliyev Fondu   
2004 
 
10 
 
 
 
Ulu öndərimiz Heydər 
Əliyevin həyat amalı, za-
man və  məkan anlayışına 
sığmayan fəaliyyətinin 
əsas məqsədi azad və 
müstəqil bir dövlət qur-
maq idi. Tarixə müstəqil 
dövlətimizin qurucusu ki-
mi daxil olan bu şəxsiyyət 
həmişə Azərbaycanı özü-
nə güvənən qüdrətli bir 
ölkəyə çevirmək istəyirdi. 
Bu yolda addımlar atır, 
əməli  işlər görür, iqtisadi 
inkişaf yolunda olan 
Azərbaycanın etibarlı  gə-
ləcəyini qururdu. Xalq 
onu sevir, işıqlı  zəkasını 
qiymətləndirir və inanaraq 
ardınca gedirdi. Əslində 
Heydər 
Əliyev ömrü 
Azərbaycan xalqının XX 
əsr tarixinin 35 illik bir 
dövrü ilə  sıx bağlıdır və 
onları bir-birindən ayrı 
konteksdə götürmək və 
izah etmək mümkün 
deyildir. 
Bu gün yeni cəmiyyət 
quruculuğunda fəal iştirak 
edən Heydər  Əliyev Fon-
du Azərbaycan xalqının 
öz dahi oğluna sonsuz eh-
tiramının daha bir ifa-
dəsidir. Ulu öndərin ide-
yalarına, işıqlı amal və 
məsləkinə sadiq qalan 
Fond ictimai təşkilat ola-
raq həyata keçirdiyi ge-
nişmiqyaslı layihələrdə 
məhz xalqın ictimai fə-
allığına və dəstəyinə arxa-
lanır.  
2004-cü il mayın 10-da 
–Ümummilli liderin do-
ğum günü açılış  mə-
rasimini keçirən Heydər 
Əliyev  Fondu bu dahi in-
sanın milli dövlətçilik, 
Azərbaycançılıq məfku-
rəsinin həyata keçirilməsi, 
onun zəngin nəzəri-fəl-
səfi, siyasi irsinin də-
rindən öyrənilməsini özü-
nün başlıca məqsədi, 
vəzifəsi hesab edir. Hey-
dər Əliyev Fondunun pre-
zidenti kimi Mehriban 
xanım Əliyeva dövlətçilik 
tariximizdə müstəsna xid-
mətlər göstərmiş böyük 
bir şəxsiyyətin - Azərbay-
can xalqının ümummilli 
lideri Heydər  Əliyevin 
irsinin qorunması  və  təb-
liği kimi ali bir missiyanı 
yerinə yetirir. 
 Fondun 
yaradılma-
sında  əsas məqsədlərdən 
biri məhz Heydər  Əli-
yevin zəngin irsinin hər-
tərəfli öyrənilməsinə  və 
təbliğinə, Azərbaycanın 

 
162
tərəqqisi və xalqımızın 
rifahı naminə ondan is-
tifadə olunmasına yönələn  
genişmiqyaslı proqram-
ların və tədbirlərin həyata 
keçirilməsidir. 
Fond ictimai təşkilat 
kimi hazırda cəmiyyətin 
müəyyən bir qismini təş-
kil edən qaçqın və  məc-
buri köçkün ailələrinin, 
eləcə  də valideyn hima-
yəsindən məhrum olan 
uşaqların problemlərini 
diqqətdə saxlamağa və 
həllinə kömək etməyə 
çalışır. 
Böyük siyasi xadim 
Heydər  Əliyev müstəqil 
Azərbaycanın beynəlxalq 
aləmdə tanınmasında, öl-
kəmiz haqqında həqi-
qətlərin dünya ictimaiyyə-
tinə çatdırılmasında, Və-
tənimizin dünya birliyində 
nüfuzunun artırılmasında 
və özünəməxsus yer tut-
masında misilsiz xidmət-
lər göstərmişdir. Fond 
dahi şəxsiyyətin bu yöndə 
gördüyü işləri davam et-
dirir, Azərbaycanın bey-
nəlxalq nüfuzunun artı-
rılması ilə bağlı    tədbir-
lərin keçirilməsinə daim 
yardım göstərir. 
Gərgin  əməyin səmə-
rəli nəticəsi olaraq, qısa 
müddət  ərzində Heydər 
Əliyev Fondunun Azər-
baycan, rus və ingilis dil-
lərində  nəfis tərtibatla 
işlənib hazırladığı İnternet 
səhifəsi açılmışdır. Saytda 
ümummilli liderimiz Hey-
dər  Əliyevin həyat və 
yaradıcılığı, irsi haqqında 
məlumatlar verilir. Zəngin 
materialları olan Fondun 
yaranma tarixi, fəaliyyəti, 
beynəlxalq  əməkdaşlığı, 
mükafatları, fəxri qonaq-
ları, kitabxanası  və s. 
haqqında da ətraflı  mə-
lumat burada yerləşdiril-
mişdir. Belə bir saytın 
açılması ilə Heydər  Əli-
yev Fondu xaricdə ya-
şayan həmvətənlərimizlə, 
beynəlxalq qurumlarla, ic-
timaiyyətlə, kütləvi in-
formasiya vasitələri ilə 
əlaqələrin genişləndiril-
məsi məqsədlərini həyata 
keçirir. 
Fondun fəaliyyətində 
diqqəti cəlb edən işlərdən 
biri də ölkəmizə  həsr 
olunmuş Azərbaycan, in-
gilis və rus dillərində 
“Azərbaycan” adlı  İnter-
net səhifəsinin  yaradıl-
masıdır. Burada Azərbay-
canın tarixi, coğrafiyası, 
dövlət quruluşu, region-
ların  sosial-iqtisadi həya-
tı, elm, təhsil, mədə-
niyyət, ədəbiyyat və incə-
sənət, idman və turizm 
sahəsi geniş  işıqlandırılır. 
Başqa sözlə, bu, infor-
masiyanın həcminə  və 
zənginliyinə görə respub-
likada analoqu olmayan 
İnternet texnologiyaları 
sahəsində yeni bir layi-
hədir. Azərbaycanla ma-
raqlanan hər kəs burada 
ətraflı  məlumat  əldə edə 
biləcəkdir. 
Ulu öndər Heydər 
Əliyevin çoxşaxəli fəa-
liyyətində elm, təhsil və 
mədəniyyətin, səhiyyə  və 
idmanın inkişaf etdiril-
məsi də  əhəmiyyətli  yer 
tuturdu. Fond da öz növ-
bəsində, bütün bu sahə-
lərdəki layihələrin həyata 
keçirilməsinə, xüsusilə  də  
Azərbaycançılıq məfku-
rəsinin bərqərar olun-
masına, milli mənəvi də-
yərlərimizin qorunması və 
təbliğinə, böyüməkdə 
olan gənc nəslin sağlam, 
hərtərəfli biliyə malik, 
layiqli vətəndaş kimi 
yetişməsinə yardım edir. 

 
163
Fondun xətti ilə 2004-
2007-ci illərdə    həyata 
keçirilən proqramlar daha 
çox maarifçilik mahiyyəti 
daşıması ilə yaddaqalan 
olmuş, təhsilin səviy-
yəsini yüksəltməyə imkan 
vermişdir. Fondun təşəb-
büsü ilə  həyata keçirilən, 
dövlət qurumlarının və 
vətəndaş 
cəmiyyətinin 
bəzi strukturlarının da 
dəstəklədiyi “Yeniləşən 
Azərbaycana yeni mək-
təb” layihəsi çərçivəsində 
təkcə 2005-2006-cı illərdə 
Azərbaycanın müxtəlif re-
gionlarında 200-ə  yaxın 
məktəb binası inşa olu-
naraq lazımi avadan-
lıqlarla təchiz edilmişdir. 
Müasir gerçəkliklər fo-
nunda dünya təhsil sis-
teminə inteqrasiyanın tə-
min edilməsi, cəmiyyətdə 
hamı üçün bərabər təhsil 
imkanlarının yaradılması, 
yeni məktəblərin, təhsil 
ocaqlarının inşası, gənc 
nəslin kompyuter və in-
formasiya texnologiyala-
rına dərindən yiyələnməsi 
məsələləri bu gün də 
Fondun xüsusi diqqət 
yetirdiyi məsələlər sıra-
sındadır. 
Heydər  Əliyev Fondu 
ulularımızdan bizlərə ya-
digar qalmış  mədəniyyət 
incilərimizin qorunması, 
bu sərvətin heç bir itkiyə 
məruz qalmadan  gələcək 
nəsillərə  əmanət edilməsi 
üçün  məqsədyönlü və 
konkret fəaliyyət planına 
malikdir. Fondun pre-
zidenti Mehriban  xanım 
Əliyevanın Bakıda “Qaf-
qaz xalq ənənələri evi”nin 
yaradılması ilə bağlı 
YUNESKO qarşısında 
irəli sürdüyü təşəbbüsü də 
bu planın təpkib his-
səsidir. Belə bir qurumun 
təşkili Qafqaz xalqlarına 
məxsus mədəni irsin qo-
runması baxımından daha 
böyük faydalar vəd edir. 
“Qafqaz xalq ənənələri 
evi”nin  yaradılması Av-
ropa Birliyinin təşəbbüsü 
ilə Qafqaz regionunda 
həyata keçirilən “Yeni 
Qonşuluq siyasəti”nin ic-
rasına müəyyən töhfə 
verməklə bərabər, həm də 
zaman-zaman Azərbay-
canın mədəniyyət inci-
lərini oğurlayıb öz ad-
larına çıxan ermənilərin 
bu hərəkətlərinin qarşısını 
almış olacaqdır. 
2007-ci ildə Heydər 
Əliyev Fondunun, Azər-
baycan Mədəniyyətinin 
dostları Fondunun dəstəyi 
ilə keçirdiyi “Muğam 
televiziya müsabiqəsi-
2007” layihəsi Azərbay-
can muğamını 
təbliğ 
etmək, zəngin muğam 
məktəbi üçün yeni səslər 
axtarmaq və gənc ifaçılara 
öz potensiallarını tam şə-
kildə reallaşdırmaq üçün 
şərait yaratdı. Azərbaycan 
muğamını qorumaq, 
inkişaf etdirmək, gələcək 
nəsillərə çatdırmaq üçün 
Heydər  Əliyev Fondu, 
Azərbaycan Mədəniyyə-
tinin Dostları Fondu ilə 
birlikdə bu istiqamətdə bir 
sıra mühüm layihələr hə-
yata keçirmişdir: “Qara-
bağ xanəndələri” musiqi 
albomu buraxılıb.  Albo-
ma “Qarabağ xanən-
dələri”  adının seçilməsi 
ilə bütün dünyaya Qara-
bağın əzəli və əbədi Azər-
baycan torpağı, muğamın 
isə bu torpağın dünyaya 
bəxş etdiyi nadir sənət 
nümunəsi olduğu bir daha 
nümayiş etdirildi.  
Azərbaycanın birinci 
xanımının rəhbərliyi altın-
da “Qarabağ  həqiqətləri” 
kitabının çapa hazır-
lanması Azərbaycanın, 
Qarabağın tarixi keç-
mişinin öyrənilməsi  tarixi 

 
164
baxımdan son dərəcə 
böyük  əhəmiyyət daşıyır. 
“Muğam” jurnalının nəşri, 
“Muğam” ensiklopediya-
sının həm çap, həm də 
elektron versiyasının ha-
zırlanması çox əhəmiyyət-
lidir. Hazırda  Muğam 
Mərkəzi tikilir ki, bu 
layihə YUNESKO tərə-
findən dəstəklənir və bu 
beynəlxalq bir mərkəz 
olacaq, yeni beynəlxalq 
tədbirlər keçiriləcək. 
Azərbaycanın görkəmli 
alimlərinin, yazıçı və bəs-
təkarlarının yubileylərinin 
keçirilməsi, “Kitabi-Dədə 
Qorqud” dastanının 1300 
illiyinin beynəlxalq miq-
yasda qeyd olunması, 
YUNESKO-nun “Dünya 
irs siyahısı”na  İçərişə-
hərin,  Şirvanşahlar Saray 
Komplekslərinin, Qobus-
tan Qoruq Muzeyinin və 
Atəşgahın da daxil edil-
məsi, tarixi mədəniyyət 
abidələrinin bərpası 
“Azərbaycan Mədəniy-
yətinin Dostları” Xey-
riyyə Fondunun fəaliy-
yətinin təqdirəlayiq mə-
qamları kimi vurğulan-
malıdır. Heydər  Əliyev 
Fondunun həyata keçir-
diyi kompleks tədbirlər 
həm də xalqın milli 
kimliyini, keçmişini, milli 
varlığını özündə yaşadan 
Azərbaycan folklorunun 
inkişafına, onun nümunə-
lərinin toplanılması  və 
nəşri işinə ciddi təkan 
verir. 
Heydər  Əliyev Fondu-
nun prezidenti, YUNES-
KO-nun və  İSESKO-nun 
xoşməramlı  səfiri, Milli 
Məclisin deputatı Mehri-
ban xanım  Əliyevanın 
təşəbbüsü ilə 
işlənib 
hazırlanmış “Hərəmiz bir 
ağac  əkək” layihəsi  ətraf 
mühitin sağlamlaşdırıl-
ması, ekoloji vəziyyətin 
yaxşılaşdırılması, vətəni-
mizin abad, yaşıl, çiçək-
lənən diyara çevrilməsi 
naminə həyata keçirilir və 
başlanan bu hərəkatın 
əhəmiyyətini yerlərdə 
yaxşı başa düşür və 
lazımınca dəyərləndirirlər. 
Ulu öndərin mərhəmət, 
nəciblik və yüksək hu-
manizmə  əsaslanan ali 
idealların ictimai şüurda  
möhkəmlənməsinə çalı-
şan, millətin gələcəyi na-
minə bir sıra  əhəmiyyətli 
layihələri inamla həyata 
keçirən Heydər  Əliyev 
Fondu hazırda cəmiyyətdə 
bir çox insanların ümid 
yerinə çevrilmişdir. Quru-
mun başlıca məqsədi Ulu 
öndərimizin  zəngin döv-
lətçilik irsinin öyrənilməsi 
və  təbliğinə xidmət edən 
irimiqyaslı proqramları 
həyata keçirmək, xalqın 
rifahının yüksəldilməsinə 
yönəlmiş faydalı  təşəb-
büsləri dəstəkləmək, elm, 
təhsil, mədəniyyət, incə-
sənət, səhiyyə və idmanın 
inkişafını təmin edən layi-
hələrə yardımçı olmaq, 
milli mənəvi dəyərlərə sa-
diq gənclərin yetişdiril-
məsinə çalışmaq, respub-
likamızın nüfuzunu artır-
maq kimi strateji əhəmiy-
yətli vəzifələrdən ibarət-
dir. 
Heydər  Əliyev Fondu-
nun gələcək planları geniş 
və çoxşaxəlidir və bun-
ların hamısı bir məqsədə- 
Ulu Öndərin ideyalarının, 
arzu və istəklərinin ardıcıl 
və  məqsədyönlü  şəkildə 
həyata keçirilməsinə xid-
mət etməyə, ölkə icti-
maiyyətini, habelə xaricdə 
yaşayan soydaşlarımızı bu 
işə getdikcə daha geniş 
cəlb etməyə yönəldilmiş-
dir.  

 
165
Ədəbiyyat 
 
Heydər  Əliyev Fondu: 
2004-2005.-B., 2005.-103  
s., fotoşək. 
Heydər  Əliyev Fondu: 
Heydər Əliyev haqqında.-
B., 2006.-129 s., fotoşək.-
Mətn Azərb. və ing. 
dillərində. 
Heydər  Əliyev Fondu: 
2005- 2006.- B., 2006.-67 
s., fotoşək.-Mətn Azərb. 
və ing. dillərində 
 
 
Heydər Əliyev Fondunun 
yeni layihəsi: Hərəmiz bir 
ağac əkək //Azərbaycan.-
2007.-29 mart.-S.5. 
İmanov, M. Xeyirxahlığın 
ali ünvanı: Ulu öndərimiz 
Heydər Əliyevin adını 
daşıyan Fondun idealları-
na layiq şəkildə fəaliyyət 
göstərir //Azərbaycan.-
2006.- 6 iyul.-S.4. 
İsmayılov, H. Xoş məram 
və məqsədlər elçisi: Hey-
dər Əliyev Fondunun çox-
şaxəli fəaliyyəti xalqımıza 
xas mütərəqqi dəyər və 
ideallarının  ictimai şüur-
da möhkəmlənməsinə yö-
nəlmişdir //Azərbaycan.-
2007.-13 sentyabr.-S.4. 
  
 
İnternetdə 
 
 
www.heydar-aliyev-foundation.org/
 
www.yap.org.az/
 
www.csl-az.com
.
 
www.president.az

Www.204az.net

 
 
Nailə Alışova 

 
166
 
 
May 
 
95  illiyi 
Əliş   Ləmbəranski      
1914-1999 
 
 
Mühəndis 
10 
 
 
 Əliş 
Cəmil oğlu 
Ləmbəranski    1914-cü  il  
mayın  10-da  Ağdam  ra-
yonunda    anadan  olmuş-
dur.    O,  1936-cı  ildə  
Azərbaycan    Sənaye    İn-  
stitutunu  bitirdikdən  son-
ra 
əmək fəaliyyətinə  
Bakıda neft-yağ zavo-
dunda  başlayaraq, qısa  
bir zamanda  baş mühən-
dis vəzifəsini  tutmuşdur. 
1939-cu ildə  orduya ça-
ğırılmışdır. 
Ordudan tərxis oluna-
raq, 1940-1941-ci illərdə  
həmin zavodda  baş  mü-
həndis  kimi işini davam 
etdirmişdir.  Əliş  Ləmbə-
ranski  1941-1942-ci illər-
də alman faşizminə qarşı 
müharibədə  iştirak  etmiş  
və    ağır yaralanaraq, ar-
xa cəbhəyə göndərilmiş-
dir. Vətənə qayıtdıqdan  
sonra  o,  1942-1959-cu  
illərdə      neft-yağ  zavo-
dunda  baş  mühəndis  və 
direktor, Bakı Neftayırma  
Zavodları Trestində mü-
dir, Azərbaycan   Neft-    
ayırma  Zavodları  Birli-
yində   rəis   vəzifələrində   
çalışmışdır.  Əliş  Ləmbə-
ranski   eyni zamanda  
1954-cü ildən  Respublika  
Neft  Sənayesi  nazirinin  
müavini  olmuşdur.     
 1959-1966-cı illərdə 
Əliş    Ləmbəranski  Bakı  
Şəhər  Zəhmətkeş  De-
putatları Soveti  İcraiyyə  
Komitəsinin  sədri  və-
zifəsində 
 
işləmişdir. 
1966-cı  ildə  o, SSRİ Na-
zilər  Soveti  yanında  
Mikrobiologiya  Sənayesi  
Baş    İdarəsi  rəisinin  bi-
rinci müavini, 1970-ci 
ildə isə Azərbaycan Na-
zirlər Soveti sədrinin  mü-
avini vəzifəsinə  təyin 
olunmuşdur. 1987-ci ildə  
bu  vəzifədən  təqaüdə  
çıxmışdır.  Buna  baxma- 
yaraq,  Əliş  Ləmbəranski  
ömrünün   sonunadək     
respublika  əhəmiyyətli  
müxtəlif  tikintilərə  uğur-
la  başçılıq  etmişdir. 
1998-ci ildə yenidən  is-
tifadəyə  verilmiş    Azər-
baycan Musiqili Ko-
mediya  Teatrının bərpa-
sında, indiki H.Əliyev  
adına  Respublika  sara-
yının  tikilməsində    Əliş  
Ləmbəranskinin xüsusi 
xidməti olmuşdur.  
  Əliş 
Ləmbəranski  
tutduğu  hər bir  vəzifədə   
özünü  bilikli   mütəxəs-
sis, bacarıqlı  təşkilatçı  və  
təşəbbüskar  rəhbər  kimi  
göstərmişdir.  Bütün   öm-

 
167
rünü respublikada   təsər-
rüfatın müxtəlif sahə-
lərinin  inkişafına həsr et-
miş  Əliş  Ləmbəranskinin  
əməksevərliyi və peşəkar-
lığı    neçə-neçə  nəslə ör-
nəkdir.  Gərgin əmək fəa-
liyyəti ilə  yanaşı o, 
 
ömrünün son günlərinə 
qədər  respublikanın  icti-
mai həyatında   fəal işti-
rak etmişdir.  Ə.Ləmbə-
ranski dəfələrlə  Respub-
lika Ali Sovetinin deputatı 
seçilmişdir. Onun zəngin 
və  mənalı  həyat  yolu   
Vətənə  sədaqətin, xalqa 
məhəbbətin,  seçdiyi sənə-
tə vurğunluğun  əsl  nü-
munəsidir.   
 Əliş  Ləmbəranskinin   
əməyi  keçmiş  SSRİ-nin  
ən  yüksək mükafatlarına  
layiq  görülmüşdür.  Döv-
lət  mükafatı  laureatı,  
Əməkdar  mühəndis  Əliş 
Cəmil oğlu Ləmbəranski  
1999-cu ildə  85 yaşında 
vəfat etmişdir. 
 
                                     
Ədəbiyyat 
 
Bayramov,  Ə.     Özünə 
heykəl   qoyan adam Əliş 
Cəmil  oğlu Ləmbəranski-
ni  anarkən (Ə. Ləmbə-
ranskinin ölümü müna-
sibətilə xatirə) //Xalq 
qəzeti.-1999.-3 iyun.-S.4. 
Rus  dilində 
 
Распоряжение   призи-
дента Азербаиджанской 
Республики  об увеко-
вечении  памяти- 
А.Д.Лемберанского 
 // Бакинский рабочий  -
2004.- 12 мая .–С.1. 
 
Лемберански,  А.  и.  др.      
Баку.  (Фотоалъбом).-Б., 
Отд.культуры  Бакин- 
ского    городского      Со-
вета.1964, 137 с.   
 
Анар.  Человек  легенда.  
Профессией  его  было  
Созидание:  Памятъ  (об  
Алише  Лемберанском  )   
//Бакинский 
рабочий.-
1999-13 мая-С.3. 
Микалидзе, Г. Любимый 
город Алиша Лемберан-
ского //Гюнай- 2002 .- 2 
марта. – С. 5. 
 Мирзоева,С. Алиш 
Лемберански: «Ну, это 
же во человек!    Глыба, 
феномен, гений!» //Ба-
кинский рабочий.- 2001- 
9 мая.- С. 7. 
Мирзоева, С.   «Лебеди-
ная  песня»  Алиша  Лем-
беранского: (построив-
ший  Театр.  Музыкаль-
ной  Комедии) //Бакин-
ский рабочий.- 2003.- 15 
апреля.- С. 4. 
Шульман, В. Самый по-
пулярный Бакинец: /Ал-
иш  Джамилович  Лембе-
ранский //Вышка.- 1991. 
- 22 июня.- С. 13. 
Tahirə Həsənova 

 
168
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Etel Lilian Voyniç 
1864-cü il may ayının 11-
də 
İrlandiyanın Kork 
şəhərində anadan olmuş-
dur.  İngilis riyaziyyatçısı 
C.Bulun qızı, Polşa inqi-
labçısı M.Voyniçin arva- 
 
dıdır. 1887-1889-cu illər-
də Rusiyada yaşamışdır. 
1920-ci ildə Nyu-York şə-
hərinə köçmüşdür.  
O, məşhur “Ovod” 
əsərini italyan xalqının 
XIX əsrin 30-40-cı illərin-
dəki azadlıq mübarizəsinə 
həsr etmişdir. Qəhrəmanı 
mərdlik və yenilməzlik 
rəmzinə çevrilən bu əsər 
dünya xalqlarının dilinə, o 
cümlədən Azərbaycan 
dilinə tərcümə edilmişdir.  
    Etel Lilian “Cek Rey 
 
 
 
 
mond” (1901), “Oliviya 
Letta Le tam” (1904), 
“Ovod sürgündə” (1910), 
“Başmaqlarını 
çıxart” 
(1945) romanlarında ital-
yan, rus, polyak xalq-
larının inqilabi müba-
rizəsini  əks etdirir. O, 
həmçinin müsiqi əsərləri 
də  bəstələmişdir. “Babi-
listan” (1948) oratoriyası 
rusiyada çarizmin devril-
məsinə həsr olunmuşdur.   
O, 1960-cı il iyul ayının 
28-də Nyu-Yorkda vəfat 
etmişdir.  
 
 
Ədəbiyyat 
Ovod. Roman /tərc. ed. B. 
Mustafayev; red. P. Sa-
lamova.- B.: Gənclik, 
1976.- 270 s.  
 
Rus dilində 
Собрания  сочинений:  в 
3-х т.- М.: Правда, 1975 
Yasəmən Sadıqova 
 
May 
 
145  illiyi 
Etel Lilian Voyniç       
1864-1960 
 
 
 
İngilis 
yazıçısı 
 
11 

 
169
 
 
 
Əməkdar incəsənət xa-
dimi, tanınmış  şair Hik-
mət Ziya oğlu  Əfəndiyev 
1929-cu il mayın 13-də 
Ağdam  şəhərində anadan 
olmuşdur. 1 saylı orta 
məktəbi bitirdikdən sonra 
Azərbaycan Dövlət Uni-
versitetinin Filologiya fa-
kültəsinin jurnalistika şö-
bəsində  təhsil almışdır 
(1947-1952). Ədəbi yara-
dıcılığa 1952-ci ildə 
“Azərbaycan pioneri” 
qəzetində çap edilən 
“Qeqola” adlı ilk şeiri ilə 
başlamışdır. Sonra dövri 
mətbuatda vaxtaşırı yeni 
şeirləri ilə  çıxış etmişdir. 
İlk satirik şeirləri, eyni 
zamanda “Atamın hədiy-
yəsi” (1957), “Bahar gö-
zəldir, ya qış?” (1959), 
“Milçək ürəyi” (1960) 
kitabları Hikmət  Əfən-
diyev imzası ilə çap 
olunmuşdur. “Qərib cinlər 
diyarında” bədii filminin 
ssenari müəllifidir. 
Bir qələm sahibi kimi 
onun yaradıcılıq simasını 
təmsil  şeirləri müəyyən 
edir. Azərbaycan  ədəbiy-
yatında qısa təmsil an-
layışı müasir ədəbi pro-
sesə bilavasitə H.Ziya adı 
ilə  gətirilmişdir.  Ədibin 
təxminən 3000-ə yaxın 
təmsili vardır. 
Xidmətlərinə görə 
Azərbaycanın  Əməkdar 
incəsənət xadimi (1986) 
fəxri adına layiq 
görülmüş, Azərbaycan 
Respublikası Ali Soveti 
Rəyasət Heyətinin fər-
manı ilə təltif olunmuşdur  
Hikmət Ziya 1995-ci il 
avqustun 2-də Bakıda 
vəfat etmişdir 
 
Ədəbiyyat 
Seçilmiş əsərləri.- B.: 
Azərnəşr, 1992.-293 s. 
Qardaşlar ovda.- B.: 
Gənclik, 1978.- 143s 
Qərib cinlər diyarında.- 
B.: Gənclik, 1970.- 141 s 
Təmsillər.- B.: Gənclik, 
1985.- 120s 
Təmsillər.- B.: Yazıçı, 
1988.- 237 s. 
Vətənim mənim.-B.: 
Gənclik, 1988.- 123 s. 
 
Məmməd Məmmədov
 
May 
 
80 illiyi 
Hikmət Ziya  
  1929-1995 
 
Şair 
13 

 
170
 
 
BMT Baş Assam-
bleyasının 20 sentyabr, 
1993-cü il tarixli qətna-
məsinə  əsasən 1994-cü 
ildən hər il mayın 15-i 
Beynəlxalq Ailə Günü 
kimi təntənə ilə qeyd 
olunur. Həmin günün təsis 
edilməsi dünya ictimaiy-
yətinin müasir ailənin 
vəziyyəti ilə, onun cəmiy-
yətdə  və böyüməkdə olan 
nəslin tərbiyəsində rolu 
ilə bağlı narahatlığından 
irəli gəlmişdir. 
Ümumiyyətlə, ailənin 
yaranma tarixi insanlığın 
yaşı ilə ölçülür. Ailə - 
 
 
cəmiyyətin içində qurulan 
kiçik bir dövlətdir və bu 
dövlətin təməl daşını 
qoyanlar gənclərdir.  
Cəmiyyətin saflığı, 
dövlətin uğurları xeyli 
dərəcədə normal, sivil 
qaydalar  əsasında for-
malaşan ailə  məişət prin-
sipləri ilə şərtlənir. 
Bu gün Respublika-
mızda 1 milyon 800 minə 
yaxın ailə var. Qadınların 
sayı isə 4 milyon 328 
minə  qədərdir. Bunların 
arasında 1100 nəfər ağ-
birçəyin yaşı 100-ü keçib. 
Bu gün bizim ailələrimiz 
xoşbəxt ömür-gün sür-
məklə yanaşı, cəmiyyətdə 
fəal həyat mövqeləri, elm-
də, yaradıcılıqda və  tə-
sərrüfat işlərində qazan-
dıqları nailiyyətlərlə  də 
digər ölkələrdən fərq-
lənirlər. 
Ailənin, qadın və uşaq-
ların problemləri müstəqil  
 
 
Azərbaycan dövlətinin da-
im diqqət mərkəzindədir. 
Bu sahədə dövlət siya-
sətinin prinsipləri ümüm-
milli lider Heydər  Əliyev 
tərəfindən müəyyən olu-
nub. Ulu öndər daim qa-
dınların ictimai həyatda 
iştirakını dəstəkləmiş, ailə 
və  uşaq problemlərinin 
həllinə diqqətlə, qayğıyla 
yanaşmışdır. Bu siyasətin 
davamçısı olan Azərbay-
can Respublikasının Pre-
zidenti  İlham  Əliyevin  
2006-cı il fevralın 6-da 
imzaladığı  Fərmanı ilə 
yaradılmış Ailə, Qadın və 
Uşaq Problemləri Üzrə 
Dövlət Komitəsi bunun 
əyani sübutudur. Bu gün 
Prezident  İlham  Əliyevin 
şəxsi təşəbbüsü və  rəh-
bərliyi ilə ölkə  əhalisinin 
sosial vəziyyətinin yaxşı-
laşdırılması sahəsində   
uğurlu addımlar atılır. 
Evini və ailəsini möhkəm 
qala sayan soydaşları-
May 
 
Beynəlxalq  Ailə Günü  
1994 
15  
 

 
171
mızın bü gün müdafiəyə 
və  dəstəyə ehtiyacı var. 
Çadır düşərgələrində, yük 
vaqonlarında 
məskunlaşmış qaçqın və 
məcburi köçkün ailələri 
üçün yeni qəsəbələrin 
salınması bu sahədə 
görülən 
əhəmiyyətli 
işlərdəndir.   
 
Ədəbiyyat 
 
Azərbaycan Respublikası-
nın Prezidenti  İ.Əliyevin 
Azərbaycan Respublikası-
nın Ailə, Qadın və  Uşaq 
Problemləri üzrə Dövlət 
Komitəsinin yaradılması 
haqqında Fərmanı //Azər-
baycan.- 2006 .- 7 fevral.- 
S. 1. 
Cabbarov, A. 15 may- 
Beynəlxalq Ailə Günüdür 
//Azərbaycan.- 2007.- 15 
may.- S. 5. 
Qurbanqızı, Z. Ailə kiçik 
dövlətdir //Respublika.-
2006.- 16 may.- S. 4. 
 
İnternetdə 
 
www.azadinform.az
 
www.azerbaycan.news.az
 
www.geleceknesil.az
 
www.news.trend.az
 
Download 12.76 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   11   12   13   14   15   16   17   18   ...   34




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling