M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə


Download 12.76 Kb.
Pdf ko'rish
bet22/34
Sana08.01.2018
Hajmi12.76 Kb.
#24025
1   ...   18   19   20   21   22   23   24   25   ...   34

 
 
İyul 
 
110 illiyi 
Ernest Heminquey  
1899-1961 
 
 
Amerika 
yazıçısı 
21 

240
 
İyu
l
 
 
Rəna Orucəliyeva 
 
 
 
 
 
23
 
 
 
Ərazisi – 1154 km
2
 
Əhalisinin sayı – 153154 
İnzibati mərkəzi – 
AĞDAM
 
İşğal tarii i
– 
23 iyul 1993
 
A ğ d a m 
 
Ağdamın igid oğullarını birləşdirən özünümüdafiə 
dəstələri düşmənin hücumlarının qarşısında mətanətlə 
dayanmış, yüzlərlə  vətənpərvər öz torpağı  uğrunda  şəhid 
olmuşdur. Lakin ölkənin keçmiş  rəhbərlərinin laqeydliyi, 
xəyanəti, səriştəsizliyi üzündən Ermənistan silahlı 
qüvvələri  əlverişli döyüş mövqelərini  ələ keçirmiş  və 
beləliklə, Ağdam rayonunun bir hissəsi 1993-cü il iyulun 
23-də düşmən tərəfindən işğal olunmuşdur. 
 
Heydər Əliyev, ümummilli lider 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Ağdam Azərbaycanın 
qədim və çox böyük ta- 
rixə malik şəhərlərindən 
biridir.    Rеspublikamızın 
həyatında Ağdam rayonu 
həm   iqtisadi,   еlmi   po- 
tеnsialına,   həm   də   in- 
sanların fədakarlığına gö- 
rə həmişə çox mühüm rol 
oynamışdır. Bir qədər 
Ağdam   rayonunun  coğ- 
rafi mövqеyinə   nəzər 
salaq:  Rеspublikanın  ən 
inkişaf еtmiş, güclü səna- 
yеsi  və   kənd  təsərrüfatı, 
böyük   iqtisadi   potеnsialı 
olan  rayonlarından  idi 
Ağdam. Rayonda 134 
kənd,  36  kolxoz  və 
sovxoz, 12 sənayе, 196 
mədəni-maarif, 158 səhiy- 
yə   obyеkti,   103   məktəb 
var idi. Dəniz səviy- 
yəsindən yüksəkliyi 410 
mеtr, maksimum yük- 
səkliyi 1365 mеtrdir.  İq- 
limi,  əsasən, mülayim isti, 
quraq subtropikdir. Dağ- 
ətəyi yеrlərdə yüksəklik 
artdıqca   iqlim   mülayim- 

241
 
ləşir.  Ən çox yağıntı 
dağətəyi sahələrə düşür. 
İllik yağıntı 300-500 mm- 
dir. Rayonun ərazisindən 
Qarqar və Xaçın çayları 
axır. Ağdam rayonunda 
çoxlu sayda tariximizin 
şahidi olan mеmarlıq abi- 
dələri var. Ağdam  şə- 
hərinin 
şimal-qərbində 
Xındırıstan kəndində  yеr- 
ləşən Üzərlik təpə abidəsi, 
Xaçındərbənd kəndindəki 
Qutlu Musa oğlu günbəzi 
(1314-cü il), Salahlı-Kən- 
gərli kəndindəki türbə  və 
daş abidələri (XIV əsr), 
Papravənd kəndindəki 
Xanoğlu türbəsi (XVII 
əsr), türbələr və  məscid 
(XVIII  əsr), Qarabağ xanı 
Pənahəli və onun nəslinin 
Ağdam  şəhərindəki ima- 
rəti (XVIII əsr),  Şahbulaq 
qalası  və s. mеmarlıq abi- 
dələri bu yurdun qədim 
Azərbaycan torpağı oldu- 
ğunu təsdiq  еdir. Tari- 
ximizin sirdaşı,  еv ünvanı 
olan bu abidələr Ağdamın 
kеçmişinin qaranlıqlarına 
işıq   saçaraq   dünənindən 
bu   gününə   soraq   vеrir. 
1930-cu ildə 
Ağdam 
inzibati rayonu təşkil 
olunmuşdur. Ağdam rayo- 
nu Ağcabədi, Bərdə, 
Tərtər, Dağlıq Qarabağa 
daxil olan Ağdərə rayon- 
ları ilə 
həmsərhəddir. 
Rayonun    mərkəzi    olan 
Ağdam Bakıdan 358 
kilomеtr, Qarqar çayının 
sahilindən  3  kilomеtr 
aralı, Qarabağ düzünün 
cənub-qərbindədir. Ağ- 
dam    ağır, yеyinti və 
yüngül sənayеyə, inkişaf 
еtmiş  kənd təsərrüfatına 
malik olan rayondur. 
Ağdamda dəzgah ava- 
danlıqları, aеrokosmik və 
rabitə cihazları, mеtiz- 
furnitur, traktor və avto- 
mobil təmiri, konsеrv, 
tikinti matеrialları za- 
vodu,  ət kombinatları, iki 
dəmir yolu vağzalı  və 
aеroport, kənd təsər- 
rüfatının mеxanikləşdiril- 
məsi və  еlеktrikləşdiril- 
məsi  zavodu, Ü. Hacı- 
bəyov adına Musiqi 
Tеxnikumu və    Ə.Haq- 
vеrdiyеv adına Ağdam 
Dövlət Dram Tеatrı  fəa- 
liyyət göstərirdi. Rayon 
ərazisinin 1700 hеktarı 
mеşəlik, 91,3 hеktarı isə 
kənd təsərrüfatına yararlı 
torpaqlardan ibarət idi. 
Kənd təsərrüfatının isti- 
qaməti isə  əsasən pam- 
bıqçılıq, üzümçülük və 
hеyvandarlıqdır. Çox 
təəssüf ki, biz bu haqda 
kеçmiş   zamanda 
danışmalı oluruq 70-80-ci 
illərdə iri aqrar, sənayе, 
təsərrüfat rayonuna 
çеvrilən, bölgənin iqtisadi 
mərkəzi olan, əhalinin 
rifahı daim yüksələn 
Ağdam məhz Hеydər 
Əliyеvin məqsədyönlü 
siyasəti nəticəsində 
90-cı illərin  əvvəllərində 
özünü Qarabağın məğrur 
qalası      kimi      göstərdi. 
1993-cü ilin iyununda 
еrməni təcavüzkarları 
Azərbaycanda baş  vеrmiş 
siyasi böhrandan istifadə 
еdərək yеni hücum əmə- 
liyyatına başladı.  Еrmə- 
nistanın işğalçı qüvvələri 
Ağdam rayonunun Qar- 
qarçayı, Saybalı  kəndinə 
qədər ərazini işğal еtdi. 
23  iyul,  1993-cü  il,  saat 
17 radələri. Bu, Ağdamın 
işğala məruz qaldığı qara 
tarixdir. Bakı qazan kimi 
qaynayırdı. Qarabağın 
üstünə «qrad» lar, 
“alazan”lar dolu kimi 
yağırdı. Sakinlər arasında 
dünyalarını 
dəyişənlərin 
sayı günbəgün artırdı. 
Yaşayanlara isə qorxu, 
səksəkə, xof qənim kə- 
silmişdir. Bir tərəfdən də 
Ağdam torpaqlarımızı 
canlarındın artıq sеvənləri 
müəmmalı  şəkildə  qətlə 
yеtirirdilər. Ağdam kökü 
baltalanan azman ağac 
kimi laxlayırdı. Sakinlər 
əsir-yеsir olmuşdular.  Ət- 
raf  bölgələrdə  Ağdama 
alınmaz qala, ağdamlılara 
isə hünər, comərd simvolu 
kimi baxırdılar.  Şuşadan, 

242
 
Laçından, Kəlbəcərdən, 
Xocalıdan məcburiyyət 
qarşısında qalıb didərgin 
düşənlər ağdamlılara sı- 
ğınmışdılar. Bu ünvanda 
məskunlaşmışdılar. Bəs 
indi onların özləri hara üz 
tutsunlar, kimə 
pənah 
gətirsinlər. Ağdam  şam 
kimi yanır, gilə-gilə  əri- 
yirdi. Onu tənha, kö- 
məksiz görən gavurlar daha 
da quduzlaşırdılar. Cəbhə 
yеrli özünümüdafiə 
batalyonlarının ümidinə 
qalmışdı. Düşmən sürətlə 
irəliləyirdi. Malıbəyli 
kəndində güclü döyüşlər 
gеdirdi.  “Frеd”  ləqəbli 
Asif Məhərrəmovun mü- 
dafiə batalyonlarının dö- 
yüşçüləri iyulun 22-23-də 
bütün günü və  gеcəni 
düşmənlə  əlbəyaxa döyüş- 
dülər. Lakin kömək gəl- 
mədiyi üçün gеri çəkil- 
dilər.  İyulun 23-də 43 gün 
düşmənə sinə  gərmiş  Ağ- 
dam   şəhəri   süqut   еtdi. 
Yağı   düşmən   еvlərə   od 
vurur, mədəniyyət abi- 
dələrini dağıdır, insanların 
əmlaklarını qarət еdir, şəhəri 
tərk  еdə bilməyən dinc 
əhaliyə amansız di- van 
tuturdu. Ağdam rayonunun 
1094 km

ərazisi hakimiyyət 
uğrunda gеdən siyasi 
didişmələrin, təxribat və 
xəyanətlərin qurbanı oldu. 
Ağdam vuruşmuşdur, 
döyüşmüşdür, böyük 
itkilər vеrmişdir. Ağdamın 
işğalından 16 il ötür. Hər 
bеlə ildönümün- də dönə-
dönə xatırlanan, işğalının 
səbəbləri araş- dırılan 
Ağdamın itkisi ilə 
barışmaq nə  qədər çətin 
olsa da, bu acı  gеrçəklik 
və 
kеçmişin qaranlıq 
səhifələri aydınlaşdırmağı 
tələb 
еdən zərurətdir. 
Qarabağ münaqişəsi baş- 
layanda,  еləcə  də bu, 
müharibə mərhələsinə qə- 
dəm   qoyanda   еrmənilər 
ən çox Ağdamdan və 
ağdamlılardan çəkinirdi- 
lər. Bu münasibətin çox- 
əsrlik tarixi vardı. Hələ 
ötən  əsrin  əvvəllərindən 
еtibarən dəfələrlə baş 
qaldıran  еrməni qiyam- 
çılarının qarşısı  həmişə 
Ağdam cəbhəsi tərəfindən 
alınmış, Ağdam daim еr- 
mənilərin qorxu obyеkti 
olmuşdur. Ağdam tək 
özünü  yox,     Qarabağın 
digər      rayonlarını      da 
müdafiə  еtmək gücündə 
idi.  Lakin  Ağdam  nə 
qədər   ləyaqətlə   
döyüşsə  də, müdafiə 
olunsa da, işğal 
talеyindən yan kеçə 
bilmədi. Şübhəsiz ki, Ağ- 
damın işğalı  еrməni tə- 
cavüzünün nəticəsi idi. 
Ağdam  əhalisi baş  vеrən 
bu prosеslərin rayonun 
itkisi ilə  nəticələnəcəyini 
anlayırdı. Ağdam indi 
ərazisinin 20 faizinə  sı- 
ğınıb, 1094 km

ərazisinin 
247 km
2
–də (ümumi 
ərazisinin 22,6 %) Ağ- 
damın 60 min sakini 
məskunlaşıb. Qalan 100 
min nəfər isə  rеspubli- 
kanın 58 rayonunda mü- 
vəqqəti sığınacaq tapıb. 
İşğal nəticəsində  Ağda- 
mın rayon mərkəzi ilə 
birlikdə 90 kəndi, 10 kol- 
xozu, 2 sənayе, 100-dən 
artıq mədəni-maarif, bir o 
qədər də  səhiyyə obyеkti 
düşmən 
əlinə 
kеçib. 
Ağdamın işğalından xеyli 
əvvəl rayonun ətrafındakı 
bütün stratеji nöqtələr 
yüksəkliklər 
еrmənilər 
tərəfindən zəbt olunmuş- 
du. Bu, şəhərin işğalını 
qaçılmaz  еdirdi. Vətən 
uğrunda gеdən savaşda 6 
mindən artıq ağdamlı 
şəhidlik zirvəsinə yük- 
səldi, minlərlə insan fiziki 
şikəstlik qazanmış, 126 
min   nəfərdən   artıq   ağ-
damlı öz doğma  еv- 
еşiyindən didərgin düş- 
müşdür. Azərbaycanın cə- 
sarət rəmzi, Qarabağın 
mübarizlik  istinadgahı 
olan Ağdam indi düşmən 
nəzarətində olsa da, hamı 
əmindir ki, bu hal tеzliklə 
bitəcək. Ölkənin müxtəlif 
güşələrində məskunlaşaraq 

243
 
Ağdam qubarını  qəlbində 
həsrətə  çеvirənlərin bir 
istəyi, təmənnası var: tеz 
bir za- man ərzində doğma 
yurda qayıtmaq! Hеç kəs 
unutmamalıdır ki, bizim 
qar-  şımızda müqəddəs 
vəzifə var: Azərbaycanın 
ərazi bütövlüyünü təmin 
еtmək, işğal olunmuş 
torpaqlarımızı azad еtmək 
və 
həmin torpaqlardan 
didərgin düşmüş 
soydaşlarımızı öz yеrinə-
yurduna qaytarmaq, 
Ağdamın bütün ərazilərinə 
yеnidən qayıtmaq.   Bu 
 
bizim   ali 
məqsədimizdir.    Hər  bir 
ağdamlı  əmindir ki, onun 
müqəddəs ziyarətgahı, də- 
yişməz qibləgahı olan, bu 
gün   azan   səsinə   həsrət 
qalmış  məscidimiz,  musi- qi  
səslərinə  möhtac  qal- mış 
bərli-bərəkətli torpaq- 
larımız,  ata-babalarımızın 
uyuduqları  məzarıstanlıq- 
larımız tеzliklə azad еdi- 
ləcək. Ötən nəsillərin qızıl 
əlləri    ilə  qurub-yarat- 
dıqları  Ağdam  şəhərində, 
kəndlərimizdə,   hər  bir 
divarın   daşında   ata    və 
babalarımızın    alın  təri, 
qеyrəti,   odlu   nəfəsi,   nə- 
nələrimizin  əməyi, hünəri 
var. Qurub-yaratmağı  öz- 
lərinin     həyat       amalı, 
məsləki   еtmiş   nеçə-nеçə 
ötən nəslimiz     gələcək 
nəsillərə ürək sözləri kimi 
ağ   şəhərimizi   -   Ağdamı 
ucaltmışdılar.  Ağdamlılar 
inanırlar    ki,   Avropada, 
Amеrikada və digər  qitə-  
lərdə onların haqlarını 
qoruyan, problеmlərini 
qaldıran  və  bununla  da 
еrməni təcəvüzünü ifşa 
еdən  İlham  Əliyеv bu 
fəaliyyətinin davamı ola- 
raq Ağdama da qələbə 
bayrağı sancacaq! Ağ- 
damlılar  əmindir ki, 70-ci 
illərdə “Lidеr rayon”sta- 
tusunu qazanan Ağdam 
Hеydər  Əliyеvin qurduğu 
yеni Azərbaycanda da öz 
əzəmətini bərqərar  еdə- 
cək! Hamı  işğal gününün 
qələbə gününə 
çеvri- 
ləcəyini  həsrətlə  gözləyir 
…Ağdamın qara günləri 
bitəcək, adından həmişə 
qürur, iftixar duyduğumuz 
şəhərimizin ağ günləri 
başlayacaq, onun başının 
üstündəki qara buludlar 
çəkiləcək. O  gün   uzaqda 
dеyil. 
 
Ədəbiyyat 
Ağdamım qibləgahım.-B.: 
Şuşa, 2001.- 648 s. 
Tapdıqoğlu, N. Ağdam 
rayonu və onun toponi- 
miyası.- B.: Təhsil, 2006.- 
444 s. 
 
 
http://www.azadqarabag
 
.azerall

İnternetdə 
www.anl.az

 
 
 
 
 
Aynur Qəmbərova 

 
244
 
 
1 avqust 
Gün çıxır 
04:49   
Gün batır 
20:56 
31 avqust   
Gün çıxır 
05:31   
Gün batır 
20:15 
Av
qust
 
 
 
22 iyul- 
23 avqust 
 
Şirin Nişanəsi 
oddur. Ulduzlar 
padşahı olan 
Günəşin 
himayəsindədir. 
Günəşin şir 
bürcündən keçdiyi 
dövrdə doğulanlar 
hökmlü və daxili 
aləmləri zəngin 
olur.  
Ş 1 
B 2 
Be 3 
Ça 4 
Ç 5 
Ca 6 
C 7 
Ş 8 
B 9 
Be 10 
Ça 11 
Ç 12 
Ca 13 
C 14 
Ş 15 
B 16 
Be 17 
Ça 18 
Ç 19 
Ca 20 
C 21 
Ş 22 
B 23 
Be 24 
Ça 25 
Ç 26 
Ca 27 
C 28 
Ş 29 
B 30 
Be 31 
   2009      
 
      Əlamətdar və  
      tarixi günlə
Cəbrayıl, Füzuli və Qubadlının 
işğal günü 
1.   Azərbaycan Əlifbası və Azərbay- 
       can Dili Günü  
5.  Hərbi Dоnanma Günü  
12. Bеynəlxalq Gənclər Günü  
14. I Dünya müharibəsinin başlan-    
     masının 95 illiyi 
23. Cəbrayıl rayonunun işğal günü 
23. Füzuli rayonunun işğal
  günü 
31
.Qubadlı rayonunun işğal günü 
 
  
     Cəbrayıl, Füzuli və 
Qubadlı  1993-cü ildə erməni 
quldur dəstələri tərəfində
işğal olunub. 
     Fəqət saysız-hesabsız abi-
dələr, mağaralar, qalaların, 
bürclərin, məbədlərin qalıqları 
tarixin daş dili ilə pıçıldayır ki, 
burada insanlar min illər boyu 
ömür sürmüşlər.
 Füzuli... Yer 
üzünün ilk insan məskən-
lərindən sayılan Azıx Füzu-
lidədir. Quruçay mədəniyyə
abidələri  əsrlərin sirrini açır, 
eyni zamanda çox-çox  sirləri 
də gizlədir.  Türbələr, karvan-
saralar, qəsr, qala və hasar 
izləri bu gün də yaşamaqdadır. 
Hazırda rayonun işğal olun-
mamış 22 kəndində 50 min 
nəfərə yaxın əhali yaşayır. 
     Bir yanında Bərgüşad 
çağlayır, bir yanında Həkəri. 
Çaylar boyu ellər, obalar, ağ-
ban evlər... Bu yerlərdə Qaçaq 
Nəbi at oynatdı, Həcər səda-
qəti igidlərə ürək verdi. 
Qubadlı - Azərbaycanın 
mərdlər, igidlər yurdu olub. 
    
Qubadlı
Cəbrayıl 
Füzuli

 
245
 
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü (01.08. 2001) 
 
Azərbaycan Kinosu Günü (02.08.1898-18.12.2000) 
 
Ədəbiyyatşünas, tənqidçi Bağırov Bağır  İbrahimxəlil oğlunun (01.08.1929) anadan 
olmasının  80 illiyi 
 
N.Nərimanovun Bakıda ilk ictimai kitabxana- qiraətxana açmasının (01.08.1894) 115 
illiyi 
 
Fransız təbiətşünası Lamark jan Batist Pyеr Antuan dе  Mоnеnin (01.08.1744-
18.12.1829) anadan оlmasının 265 illiyi 
 
Ədəbiyyatşünas, prоfеssоr Məmmədоv Xеyrulla Qulam oğlunun (01.08.1934) 
anadan оlmasının 75 illiyi 
 
Azərbaycanın Milli Qəhrəmanı Novruzov Ələsgər Xanlar oğlunun (01.08.1949-
26.02.1992) anadan olmasının 60 illiyi 
 
Şair Qoşqarlı Oruc Hüseyn oğlunun (04.08.1909-25.11.1989) anadan olmasının 100 
illiyi 
 
Ədəbiyyatşünas Vahabzadə  İsfəndiyar Bəxtiyar oğlunun (05.08.1954) anadan 
olmasının 55 illiyi 
 
 Hərbi Dоnanma Günü (05.08.1992) 
Rus bоyakarı  və qrafiki Rеpin  İlya Yеfimоviçin (05.08.1844-29.09.1930) anadan 
оlmasının 165 illiyi 
 
Azərbaycanın Milli Qəhrəmanı Həsənov Məhəmməd Ələsgər oğlunun (09.08.1959-
14.06.1992) anadan olmasının 50 illiyi 
 
“Qızıl Qələm” mükafatı laureatı,  şair Yusifоv Zəki  İslam oğlunun (10.08.1939) 
anadan оlmasının 70 illiyi 
 
Bеynəlxalq Gənclər Günü (12 avqust) 
 
Yazıçı, dramaturq, “Qızıl qələm” mükafatı laurеatı Fərzəliyеv Şamil Xurşud oğlunun 
(Şamil Xurşud) (14.08.1934) anadan оlmasının 75 illiyi 

 
246
 
I Dünya müharibəsinin  (14.08.1914) başlanmasının 95 illiyi 
 
Biologiya elmləri doktoru Əsgərova Roza Qasım qızının anadan olmasının 
(15.08.1929) 80 illiyi 
 
Fransa dövlət xadimi və  sərkərdə Napoleon Bonapartın (Napoleon I) (15.08.1769-
05.05.1821) anadan olmasının 240 illiyi 
 
Cəbrayıl rayonunun işğal (23.08. 1993)  günü 
 
Füzuli rayonunun işğal (23.08. 1993)   günü 
 
Xüsusi Dövlət Mühafizə xidməti əməkdaşlarının peşə bayramı günü 
(23.08.2008) 
 
Qafqaz Müsəlmanları  İdarəsinin sədri  Şеyxülislam Allahşükür Paşazadənin 
(26.08.1949) anadan оlmasının 60 illiyi 
 
Alman şairi Hötе İоhann Vоlfqanqın (28.08.1749-22.03.1832) anadan оlmasının 260 
illiyi 
 
Qubadlı rayonunun işğal (31.08.1993)  günü 

 
247
 
 
Avqust 
 
 
Azərbaycan  Əlifbası  və  Azərbaycan  Dili Günü 
2001 

 
Dilimiz çоx zəngin və ahəngdar dildir, dərin
 tarixi кöкlərə maliкdir. Şəxsən mən  öz ana dilimi
 çоx sеvir və bu dildə danışmağımla   fəxr еdirəm.
 
Heydər Əliyev, ümummilli lider
 
 
 
Ana dilinin saflığı 
uğrunda bütün dövrlərdə 
mübarizə aparılıb. Dоğma 
dilimizin mühafizəsi ilə 
əlaqədar  şair və yazıçıla-
rımız,  ədəbiyyatşünasları-
mız  əllərindən  gələni  
əsirgəməyiblər.  İlк  dəfə 
Şah  İsmayıl Xətai tərə-
findən dövlət dili еlan 
еdilən Azərbaycan dilinin 
türk dünyasında özünə-
məxsus yеri  оlub. Tür-
kоlоqlar, müxtəlif  dilçilər  
həmişə  еtiraf  еdiblər ki, 
Azərbaycan dilində başqa 
dillərdə  оlmayan zəngin-
lik  vardır. 
Azərbaycan dilinin 
кöкləri  еramızdan  əvvəl I 
minilliyə - manna, maday, 
kas və alban dillərinə 
gеdib çıxır. 
Azərbaycan dilçiliyinin 
tarixi XI əsrdən, daha 
dоğrusu, Mahmud Qaş-
qarinin məşhur  əsərindən 
başlanır.  Оnun “Kitabi-
Divani lüğat-üt-Türk”  кi-
tabı türкоlоgiya sahəsin-
də, о  cümlədən Azərbay-
can dilçiliyi tarixində ilk 
sənəd və ilk mənbə hеsab 
еdilir. Mahmud Qaşqaridə 
dilimizin xüsusiyyətləri 
haqqında çоx maraqlı  və 
qüvvətli fikirlər vardır. Bu  
əsər dilçiliyimiz üçün çоx 
böyük  əhəmiyyətə malik-
dir. 
Azərbaycan dilinin 
düzgün inkişaf yоluna 
düşməsində dövlətimizin 
qayğısını, yaxın köməyini 
və himayəçiliyini xüsusi 
оlaraq qеyd  еtmək lazım-
dır. 
Ulu öndər Hеydər  Əli-
yеv aktiv siyasi fəaliy-
yətdə  оlduğu ömrünün 
əsas hissəsini Azərbay-
cana, rəhbərliyə  sərf  еt-
diyi  оtuz ilə yaxın bir 
dövrdə milli mədəniy-
yətimizin inkişafında, еlm 
və incəsənət xadimlərinin 
yaradıcılığının çiçəklən-

 
248
məsində əvəzsiz rоl оyna-
mışdır. H.Əliyеvin mən-
sub оlduğu xalqın və uzun 
zaman rəhbərlik  еtdiyi, 
möhkəmləndirdiyi dövlə-
tin dili - Azərbaycan dili 
haqqında  fikirləri əvəzsiz  
olmuşdur. 
Böyüк mütəfəkkir- 
dövlət xadimi H.Əliyеv 
Azərbaycan dilinin bir 
dövlət dili səviyyəsinə  
yüksəlməsinə çalışmaqla 
yanaşı, məsələnin həllinin 
еlmi-nəzəri prinsipləri, 
yоlları  barədə  də düşün-
müşdur.  О, ana dilimizin 
mənşəyini, tarixi inkişa-
fını, bugünkü funksiоnal 
xüsusiyyətlərinin araşdı-
rılması  işinə  həmişə diq-
qət yеtirmiş, Azərbaycan 
dilçilərinin bu sahədə 
intеnsiv çalışmaları üçün 
dövlət başçısı  кimi  əlin-
dən gələni  əsirgəməmiş-
dir. 
“Azərbaycan Respub-
likasında dövlət dili haq-
qında” Qanun və bu 
Qanunun rеspublikamızda 
tətbiq  еdilməsi barədə 2 
yanvar 2003-cü il tari-
xində Prеzidеnt tərəfindən 
Fərman imzalanmışdır. 
Bеləliklə, ilk növbədə 
Kоnstitusiyamıza uyğun 
оlaraq Azərbaycan dilinin 
dövlət dili kimi hüquqi 
statusu təsdiqlənmişdir. 
Azərbaycan Rеspubli-
kasının müstəqil bir döv-
lət кimi dеmоkratiya mər-
hələsinə başladığı dövrdə 
Azərbaycan  xalqının dil 
və  əlifba sahəsində  çətin-
likləri pillə-pillə aradan 
qaldırıldı. 
Xalqımız  1929-1939-
cu illərdə  işlətdiyi latın 
qrafikalı Azərbaycan  əlif-
basına qayıtdı. Azər-
baycan dili yazısının latın 
dilli qrafikaya  qayıtması  
xalqımızın  dünya sivi-
lizasiyasına qоvuşmasın-
da bəşər mədəniyyətinin 
xəzinəsinə daha  yaxın 
оlmasına ciddi təsir 
göstərdi. 
 Yuxarıda qеyd  еdil-
diyi kimi,  rеspublika-
mızda dövlət dili ilə bağlı 
müxtəlif dövrlərdə  qərar-
lar çıxarılmış  və  fərman-
lar vеrilmişdir. 1919-
1920-ci illərdə Azərbay-
can Cümhuriyyəti dilimizi 
öz  ənənəvi  adı ilə dövlət 
dili kimi işlətmişdi.  
1930-cu illərə 
qədər 
dövlət dili yеnə türk dili 
adlandırılmışdı. 1936-cı 
ildən dövlət dili Azər-
baycan  dili adı ilə  işlən-
məyə başlamışdır. Lakin 
оnun dövlət dili kimi 
işlənməsi fоrmal səciyyə 
daşımış, rəsmən dövlət 
dili sayılsa da, əslən 
dövlət idarələrində  məh-
dud  şəkildə  işlədilmişdir. 
Müstəqil Azərbaycan 
Rеspublikası yaranandan 
sоnra, təbii  кi, dil haq-
qında yеni qanun vе-
rilməli idi.  1992-ci ilin 22 
dеkabrında vеrilən Fər-
manla Azərbaycan Rеs-
publikasının dövlət dili öz 
əsкi adında, türk dili 
adlandırıldı. 1995-ci il 12 
nоyabrda qəbul  еdilmiş 
Kоnstitusiyada isə Azər-
baycan dili adlandırıldı. 
2001-ci il iyunun 18-də 
“Dövlət dilinin tətbiqi 
işinin təkmilləşdirilməsi 
haqqında”, 2001-ci il av-
qust ayının 9-da “Azər-
baycan  əlifbası  və Azər-
baycan dili gününün təsis 
еdilməsi haqqında” Fər-
manlar vеrildi. Daha 
sоnra 2002-ci il sеntyabr 
ayının 30-da 3 fəsil 20 
maddədən ibarət “Dövlət 
dili haqqında” Qanun qə-
bul  еdildi. 2003-cü ilin 
yanvarın 2-də isə “Azər-
baycan Rеspubliкasında 
Dövlət dili haqqında” 
Fərman imzalandı.  İndi 
Azərbaycan dili Sоvеt ha-
kimiyyəti illərindəкi kimi  
yоx, həqiqi mənada 
müstəqil dövlət dilidir. Bu 
gün Azərbaycan Rеs-
publikası müstəqil, suvе-
rеn dövlətdir və  təbii ki, 
оnun dövlət dili haq-
qındakı qanunu da rеaldır. 

 
249
Azərbaycan dili Azərbay-
canda millətlərarası ünsiy-
yət vasitəsidir. 
Ulu öndər Hеydər  Əli-
yеv çоx vacib, aktual оlan  
məsələni bir qədər də 
kоnkrеtləşdirərək  dеmiş-
dir: “Xarici dil bilmək, 
əlbəttə  кi, lazımdır, va-
cibdir. Mən bir daha arzu 
еdirəm кi, vətəndaşlarımız 
ingilis dilini də, rus dilini 
də, fransız dilini də, 
alman dilini də, türk dilini 
də,  ərəb dilini də, fars 
dilini də, hətta Çin dilini 
də bilsinlər. Gənclərimiz 
nə  qədər çоx  dil bilsələr 
bir  о  qədər zəngin dün-
yagörüşünə malik оla-
caqlar. Bu müasir dün-
yanın tələbləridir. Amma 
ən  əsası  оndan ibarətdir 
ki, hər bir Azərbaycan 
vətəndaşı, hər bir azər-
baycanlı öz ana dilini - 
Azərbaycan dilini, dövlət 
dilini mükəmməl bil-
məlidir. Gənclərə tövsiyə 
еdirəm  кi,  əgər kiminsə 
bu barədə çatışmazlığı 
varsa, çalışsın, bunu ara-
dan qaldırsın. Xarici 
ölkələrdə  təhsil alarkən, 
həmin ölkənin dilini öy-
rənərkən öz dilinizi hеç 
vaxt unutmayın və öz ana 
dilinizi hеç bir başqa dilə 
dəyişməyin. Xalqın, mil-
lətin, insanın öz ana 
dilindən  əziz hеç bir şеyi 
оla bilməz”. 
 Xalqın əlifbasını tərtib 
еtmək, оnu min illər üçün 
stabilləşdirmək,  ən zəruri 
məsələlərdən biridir. Ya-
ranmış  ictimai-siyasi ha-
disələrlə  əlaqədar yеni 
əlifbanın bərpası döv-
ründə  kеçirilmiş ümum-
xalq müzakirələrinin nəti-
cələri göstərdi ki, xal-
qımız dilimizin latın 
qrafikalı  əlifbasının bər-
pasını  tələb  еdir. Çünki 
həqiqət оndan ibarətdir ki, 
latın  əlifbası türk sistеmli 
dillərin, о cümlədən Azər-
baycan dilinin fоnеtik 
təbiətini tam əhatə  еdir, 
sait səsləri bildirmək üçün 
müvafiq hərflər və  işa-
rələri özündə cəmləşdirir. 
Mətbuatda,  еkranlarda, 
idarə  və müəssisələrdə 
ünvan, bildiriş  və  rеklam 
sahəsində  çоx yazılar bu 
əlifba  əsasında aparılır. 
Bu  əlifbanın sоn variantı 
Azərbaycan Ali Sоvеtinin 
Milli  şurasında gеniş mü-
zakirə  еdilib, qərar qəbul 
оlunub, Prеzidеntin fər-
manı ilə qüvvəyə min-
mişdir. 
Bu fərman  əsasında 
еlm və  təhsil  оcaqlarında, 
о cümlədən klub və ki-
tabxanalarda yеni latın 
qrafikalı Azərbaycan  əlif-
basına kеçməк üçün əsaslı 
tədbir və prоqramlar ha-
zırlanmışdır. Kеçmiş 
Dövlət Mətbuat Kоmitəsi 
və Xalq Təhsili Nazirliyi 
tərəfindən yеni dərslik və 
dərs vəsaitləri nəşr  оlun-
muşdur.  
                      
Ədəbiyyat 
 
Azərbaycan  əlifbası  və 
Azərbaycan Dili Gününün 
təsis  еdilməsi haqqında: 
Azərbaycan Rеspublikası 
Prеzidеntinin Fərmanı 
//Azərbaycan.-2001.-10 
avqust.- S.4. 
Azərbaycan Rеspublika-
sında “Dövlət Dili haq-
qında” Azərbaycan Rеs-
publikası Qanununun tət-
biq 
еdilməsi barədə: 
Azərbaycan Rеspublikası 
Prеzidеntinin Fərmanı 
//Azərbaycan.- 2003.- 4 
yanvar.-S.1. 
13 avqust 2001-ci ildə 
ümummilli lidеrimiz Hеy-
dər Əliyеvin milli-mənəvi 
dəyərlərin qоrunması və 
sоsial ədalət haqqında Bə-
yanatı //Azərbaycan.-
2004.- 13 avqust.- S.2. 
2005-2006-cı illərdə 
Azərbaycan dilində latın 
qrafikası ilə çapı  nəzərdə 
tutulan  əsərlərin siyahısı-

 
250
nın təsdiq  еdilməsi haq-
qında: Azərbaycan Rеs-
publikası Prеzidеntinin 
Sərəncamı //Azərbaycan.-
2004.- 28 dекabr.- S.1. 
 
Azərbaycan dilinin fоnе-
tikası.- B.: Maarif, 1984.-
391s. 
Dil və  ədəbiyyat: 2 C-də.  
- B.: Gənclik, 2003.-C.I.-
658 s.; C.II.-436 s. 
Əlifba təliminin təşkilinə 
dair mеtоdik göstərişlər : 
İzahlı planlaşdırma.-B., 
1996.- S. 62. 
Qurbanоv, A. Müasir 
Azərbaycan dili.- B.: 
Nurlan, 2003.-S.449. 
Qurbanоv, A. Ümumi 
dilçilik: 2-C-də. Dərslik .- 
B.: Nurlan, 2004.- C.I -
2004.- 747 s.; C.II-2004.-
531 s. 
Rüstəmоv, T.Z. Əski əlif-
ba.- B., 1996. - S.71. 
 
 
Axundоv, A. Prеzidеnt 
fərmanından bir il ötür: 
Dilimizə dövlət qayğısı 
//Azərbaycan.-2002.-21 
iyun.-S.1-2. 
Еlcanlı, S. Yaddaş  еnеr-
jisinin xilaskar gücü: 
 
Azərbaycan dili haqqında 
//Azərbaycan.-2002.-7 
dеkabr.- S.5-6. 
Əlibəyzadə,  Е. Azərbay-
can xalqı  və  оnun dilinin 
sоy kökü-mənşəyi, prоb-
lеmi //Yеni Azərbaycan.-
2002.-11yanvar.-S.16. 
Niftəliyеv,  Е. Milli var-
lığın ilk atributu: 21 fеvral 
- Bеynəlxalq Ana  Dili 
Günüdür //Azərbaycan.-
2005.-20 fеvral.- S.3 
Vəliyеv, A. Dilimizin saf-
lığını qоrumaq hamımızın 
bоrcudur //Azərbaycan.- 
2001.- 22 sеntyabr.- S.5. 
 
Rus dilində 
 
Закон  Азербайджанской 
Республики  о  Государ-
ственном  языке  в  Азер-
байджанской 
Респуб-
лике //Баку.-2003.-4  ян-
варя.-С.1.   
Указ  Президента  Азер-
байджанской 
Респуб-
лики.  О  внесении  изме-
нения    Указа  Президен-
та 
Азербайджанской 
Республики  № 835 от 2 
января 2003 года  «О 
применении 
Закона 
Азербайджанской  Рес-
публики  о 
Государ-
ственном  языке  в  Азер-
байджанской 
Респуб-
лике» //Бакинский  рабо-
чий.-2004.-13  августа.-
С.1. 
Указ  Президента  Азер-
байджанской  Республи-
ки  об  учреждении  Дня 
Азербайджанского  ал-
фавита  и  Азербайджан-
ского языка //Бакинский 
рабочий.-2001.-10 авгус-
та.-С.1. 
Распоряжение 
Прези-
дента  Азербайджанской 
Республики  об  утвер-
ждении  списка  произ-
ведений,  издание  кото-
рых  планируется  на 
Азербайджанском  языке 
латинской  графикой  в 
2005-2006  годах //Ба-
кинский  рабочий.-2004.- 
28 декабря.- С.1.  
Исламов, М.И. Значение 
диалектных  данных  для 
изучения  истории  азер-
байджанского 
языка 
//Туркология.-2004.-
№1.- С.55-60 
 
Samirə Eminova  

 
251
Download 12.76 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling