M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə
B 6 Be 7 Ça 8 Ç 9 Ca 10 C 11 Ş 12 B 13
Download 12.76 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- B 27 Be 28 Ça 29 Ç 30 Ca 31 2009 Ə lamə tdar və tarixi günlə
- Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü (11 dеkabr)
- Sərhəd Qоşunları Günü (16 dеkabr)
- Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991)
- Rus dilində
- Bəybala Ələsgərov 339 Dekabr 75 illiyi İbrahim Mə mmə
- Ədəbiyyat
B 6 Be 7 Ça 8 Ç 9 Ca 10 C 11 Ş 12 B 13 Be 14 Ça 15 Ç 16 Ca 17 C 18 Ş 19 B 20 Be 21 Ça 22 Ç 23 Ca 24 C 25 Ş 26 B 27 Be 28 Ça 29 Ç 30 Ca 31 2009 Əlamətdar və tarixi günlər Qan yaddaşı 1988-2009 1988-ci ilin yanvar ayından etibarən azərbaycanlıların indiki Ermənistan Respublikasının ərazisindən, öz tarixi torpaqlarından kütləvi deportasiyasına başlayaraq, Azərbaycan Respublikasının Dağlıq Qarabağ daxil olmaqla 20 faiz ərazisini işğal edib orada «etnik təmizləmə», «yandırılmış ərazilər» prinsipini həyata keçirən erməni tərəfi həmvətənlərimizə qarşı kütləvi qətllər və soyqırımı törətmiş, 1 milyondan artıq vətəndaşımızı öz yurd-yuvasından didərgin salmışdır. 1995-ci ildən etibarən işğal olunmuş ərazilərdəki qeyri- qanuni fəaliyyətini daha da genişləndirən erməni tərəfi narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı, dövriyyəsi, insan ticarəti, qanunsuz məskunlaşdırma, maddi-mənəvi sərvətlərin talan edilməsi, nüvə və radioaktiv tullantıların basdırılması və digər beynəlxalq cinayətlər törətməklə həmin əraziləri beynəlxalq, o cümlədən erməni terrorçularının sığınacaq yerinə və təlim-məşq bazasına çevirmiş, cəbhəyanı zonadan yüz kilometrlərlə uzaq yaşayış məntəqələrini əhatə edən terror-təxribat əməllərinin coğrafiyasını genişləndirmiş, bu cinayət əməllərinə Azərbaycanda yaşayan azsaylı xalqların nümayəndələrini də cəlb etmişdir. 1. QİÇS-ə qarşı mübarizə Günü 3. Bеynəlxalq Əlillər günü 11. Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü 12. Respublikamızda ilk dəfə bələdiyyə seçkiləri keçirilməsinin 10 illiyi 16. Sərhəd Qоşunları Günü 30. Gəncə şəhərinin tarixi adının bərpa olunmasının 20 illiyi 31. Dünya Azərbaycanlılarının Həmrəylik Günü 330 QİÇS-ə qarşı Mübarizə Günü (01.12.1996) Azərbaycanın Milli Qəhrəmanı Əliyev Yusif Əliyusif oğlunun (02.12.1969- 14.09.1991) anadan olmasının 40 illiyi Bеynəlxalq Əlillər Günü (03.12.1992) Azərbaycan Rеspublikasının Əməkdar incəsənət xadimi, kinоrеjissоr Mahmudbəyоv Şamil Fərəməz oğlunun (05.12.1924) anadan оlmasının 85 illiyi Azərbaycanın neft ustası, Əliyev Gülbala Ağabala oğlunun (05.12.1879-27.03.1971) anadan оlmasının 130 illiyi Azərbaycanın Xalq şairi Babayеv Nəbi Ələkbər oğlunun (Nəbi Xəzri) (10.12.1924- 15.01.2007) anadan оlmasının 85 illiyi Uşaqların Bеynəlxalq Tеlеviziya və Radiо Vеrilişləri Günü (11 dеkabr) Respublikamızda ilk dəfə bələdiyyə seçkiləri keçirilməsinin (12.12.1999) 10 illiyi Gürcüstanın Əməkdar mədəniyyət işçisi, ədəbiyyatşünas, tərcüməçi Əliyеva Dilarə Əkbər qızının (14.12.1929-20.04.1991) anadan оlmasının 80 illiyi Azərbaycanın Xalq rəssamı Bəhlulzadə Səttar Bəhlul oğlunun (15.12.1909- 14.10.1974) anadan olmasının 100 illiyi Azərbaycanın Xalq şairi Hüseynzadə Hüseyn Camal oğlunun (Hüseyn Arif) (15.12.1924-14.09.1992) anadan olmasının 85 illiyi Sərhəd Qоşunları Günü (16 dеkabr) Şair, dramaturq Qurbanov Teyyub Yarməmməd oğlunun (Teyyub Ourban) (18.12.1934) anadan оlmasının 75 illiyi Azərbaycanın Xalq şairi Bayramоv Tоfiq Qulam oğlunun (Tоfiq Bayram) (18.12.1934-18.04.1991) anadan оlmasının 75 illiyi 331 Azərbaycanın Xalq artisti, aktyor Məmmədov İbrahim Əhməd oğlunun (22.12.1934) anadan olmasının 75 illiyi Ədəbiyyatşünas, tənqidçi Əkbərov Tofiq Süleyman oğlunun (22.12.1939- 29.12.1985) anadan olmasının 70 illiyi Əməkdar elm xadimi, ədəbiyyatşünas İsmayılov Rauf Əbdüləli oğlunun (22.12.1939) anadan olmasının 70 illiyi Azərbaycanın Əməkdar mədəniyyət işçisi, şair Aslanоv Məmməd Muxtar oğlunun (Məmməd Aslan) (24.12.1939) anadan оlmasının 70 illiyi Şair, tənqidçi, prоfеssоr Mеhdiyеv Famil Ağalar oğlunun (Famil Mehdi) (25.12.1934-18.09.2003) anadan оlmasının 75 illiyi Azərbaycanın Xalq artisti, rəqqasə Dilbazi Əminə Paşa qızının (26.12.1919) anadan оlmasının 90 illiyi Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) yaradılmasının (29.12.1999) 10 illiyi Azərbaycan tarixçisi, professor Əzizbəyova Püstə Əzizağa qızının (29.12.1929- 08.01.1998) anadan оlmasının 80 illiyi Gəncə şəhərinin tarixi adının bərpa olunmasının (30.12.1989) 20 illiyi İctimai xadim, tarixçi İsgəndərov Məmməd Salman oğlunun (30.12.1909-1965) anadan оlmasının 100 illiyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü (31.12.1991) 332 Dekabr 85 illiyi Nəbi Xəzri 1924-2007 Şair 10 Azərbaycanın Əmək- dar incəsənət xadimi, Xalq şairi Nəbi Ələkbər oğlu Babayev 1924-cü il dekabrın 10-da Bakının Xırdalan kəndində yoxsul kəndli ailəsində anadan olmuş, opta məktəbi bi- tirdikdən sonra ADU-nun Filologiya fakültəsinə da- xil olmuşdur. 1942-1943- cü illərdə ordu sıralarına çağırılmış, lakin xəstəli- yinə görə tərxis edil- muşdur. 1943-1945-ci il- lərdə “Kommunist” qəzeti redaksiyasında korrektor, Azərbaycan radio ko- mitəsində diktor, 1945- 1947-ci illərdə “Vətən uğ- runda” jurnalı redaksiya- sında ədəbi işçi vəzifəsin- də işləmişdir. 1947-1949- cu illərdə Leninqrad Döv- lət Universitetində, 1949- 1953-cü illərdə Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almış- dır. “Çiçəklənən arzular” adlı ilk kitabı (1950), “Bakı səhəri” (1954), “Salxım söyüdlər” (1957), “Kim məni xatırlasa” (1960), “Dəniz, göy mə- həbbət” (1965), “İllər və sahillər” (1969), “Də- rələr” (1970), “Ulduz kar- vanı” (1979) lirik şeirlər kitabları nəşr edilmişdur. N.Xəzrinin poemala- rında müasirlərimizin zən- gin mənəvi aləmi, doğma vətən təbiətinin gözəl- likləri tərənnüm olunur. Buna misal olaraq “Təmiz ürək” (1954), “Dağlar da- ğımdır mənım” (1962), “Günəşin bacısı” (1964), “İki Xəzər” (1967), “Əf- sanəvi yuxular” (1971), “Mənim babam baxan dağlar” (1976), “Bacı” (1977), “İnam” (1980) poemalarını göstərmək olar. Əsərləri SSRİ xalqları dillərinə və bir sıra xarici dillərə tərcümə edilmişdir. N.Xəzri Azər- baycan Yazıçılar İttifa- qında məsləhətçi (1949- 1952), “Ədəbiyyat və in- cəsənət” qəzeti redaksiya- sında ədəbi işçi (1957- 1958), Azərbaycan Yazı- çılar İttifaqının katibi (1958-1965), Azərbaycan Dövlət Radio və Te- leviziya Verlişləri Komi- təsinin sədr müavini (1965-1971), Azərbaycan mədəniyyət nazirinin müavini (1971-1974), 333 Azərbaycanın Xarici Öl- kələrlə Dostluq və Mə- dəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyətinin sədri, (1974-1992), 1992-ci il- dən “Azərbaycan dün- yası” Beynəlxalq Əlaqələr Mərkəzinin prezidenti vəzifəsində işləmişdir. 1981-ci ildə SSRİ Yazı- çılar İttifaqı idarə he- yətinə üzv, 1991-cı ildə Azərbaycan Yazıçılar Bir- liyi Ağsaqqallar Şurasına üzv seçılmışdir. Şair Qır- mızı “Əmək Bayrağı” or- deni ilə təltif olunmuş, anadan olmasının 70 illiyi münasibətilə “Şöhrət” or- deninə layiq görülmüşdür. N.Xəzri 17 yanvar 2007-ci il tarixində, Bakı şəhərində vəfat etmişdir. Ədəbiyyat Seçilmiş əsərləri: 2 cild- də.-B.: ”Lider nəşriyyatı”, 2004.- 2004.- 246 s. Salatın.- B.: Gənclik, 1991. - 22 s. Ömür çinarından yarpaq- lar.- B.: Gənclik, 1995.- 359 s. Peygəmbərlər.- B.: Azər- baycan, 1992.- 48 s. Səndən eldə bir nişanə qalar söz.- B.: Azərbay- can, 1994.- 20 s. Səma uca, torpaq dərin.- B.: Gənclik, 1995.- 269 s. Əsrin qanlı laləsi.- B.: Azərnəşr, 1996.- 465 s. “Bu gün Nəbi Xəzri kimsəsizlik dövrünü yaşa- yır /Şair APA-nın sual- larına cavab verir //Azadlıq.- 2006.- 27 ap- rel. – S. 3. Kim məni xatırlasa: (Şeir) //Ədəbiyyat qəzeti.- 2007.- 19 yanvar.-S.1. Rus dilində Хазри, Н. Ветка чинары: Стихи /сост. и авт пре- дисл. Н.Хазри, А.Лов- рин.- М.: Сов. Рoссия, 1988.- 302 с. Голубая книга: Стихи.- Б.: Язычы, 1988.- 302 с. İnternetdə www.az-customs.net www.bizimasr.media- az.com www.dil-tarix-poeziya www.xalqqazeti.com www.xazar.info www.iatp.az www.lider.tv.az Saqibə Mehrəliyeva 334 Dekabr 80 illiyi Dilarə Əliyeva 1929-1991 Ədəbiyyatşünas 14 Ədəbiyyatşünas, tər- cüməçi Əliyeva Dilarə Ələkbər qızı 1929-cu il dekabrın 14-də Gürcüs- tanın Tbilisi şəhərində dəmirçi ailəsində anadan olmuşdur. 97 saylı Azər- baycandilli şəhər orta məktəbini bitirdikdən son- ra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almış- dır (1945-1950). Azər- baycan EA Nizami adına Dil və Ədəbiyyat İnsti- tutunun aspiranturasına daxil olandan sonra Gür- cüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilmiş, “Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası” mövzusunda namizədlik dissertasiyasını tamam- lamış, 1954-cü ildə mü- dafiə etmişdir. 1960-cı ildən Azər- baycan Yazıçılar Birli- yinin üzvü, Gürcüstanın Əməkdar mədəniyyət iş- çisi (1980), Azərbaycan Respublikası Ali Sove- tinin deputatı (1990) və- zifələrində işləmişdir. Azərbaycan EA Niza- mi adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədə- biyyat Muzeyində baş elmi işçi (1957-1959), qədim və orta əsrlər ədə- biyyatı şöbəsində müdir (1959-1972), sonra Ni- zami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqə- lər şöbəsində böyük elmi işçi (1972-1979), Niza- mişünaslıq şöbəsində bö- yük elmi işçi (1979- 1986), institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi vəzifələrində işləmiş, (1986-cı ildən) eyni zamanda bölmə mü- diri kimi çalışmışdır. «Ni- zami və gürcü ədəbiyyatı» mövzusunda doktorluq dissertasiyası müdafiə et- mişdir. Filologiya elmləri doktoru olmuşdur (1985). 1991-ci il aprelin 20-də avtomobil qəzasında fa- ciəli şəkildə həlak olmuş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur. Qadın Hüquqlarını Müdafiə Cə- miyyəti onun adını daşıyır. 335 Ədəbiyyat “Koroğlu”nun yeni əlyazma nüsxəsi: Yed- dinci məclis //Azərbay- can.- 1990.- № 9.- S. 174-189. Tərcümə məharətinin nümunəsi (Əhməd Ca- vad haqqında).- Ədə- biyyat və incəsənət.- 1989.- 12 iyul.- S. 10- 11. Türkiyə görüşləri: (I Mil lətlərarası Böyük Azər- baycan Konqresi haq- qında) //Elm.- 1990.- 7 iyul.- S. 1- 4. Ürək bir, dilək bir .- B.: Yazıçı, 1981.- 217 s. Əhmədov, T. XX əsr Azərbaycan yazıçıları.- B.: “Nurlar”, 2004.- S. 175. İsmayıllı, Ə. Bitməmiş müsahibə və ya duru meydanı: /Dilarə Əli- yeva haqqında //Ədə- biyyat qəzeti.- 1992.- 27 mart.- S. 5. Kəngərli, F. ...Öncə məsləkdaş idik: [Dilarə Əliyeva haqqında] //Ədəbiyyat qəzeti.- 1993.- 23 aprel.- S. 4. Aytən Abdullayeva 336 Dekabr 75 illiyi Tofiq Bayram 1934-1991 Şair 18 Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakının Əmircan kəndində anadan olmuş, həmin kənddə orta məktəbi bitirdikdən sonra Azərbaycan Peda- qoji İnstitutunun Tarix fakültəsində təhsilini da- vam etdirmişdir. İnsti- tutda oxuyarkən ədəbiyyat dərnəyinə getmiş və ilk şeirlərini də elə orada yazmışdır. Əmək fəaliyyətinə “Azərbaycan müəllimi” qəzeti redaksiyasında şö- bə müdiri kimi başla- mışdır. Sonra Azərbaycan Dövlət Radio və Te- leviziya Verilişləri Komi- təsində ədəbi işçi, M.F.Axundov adına Döv- lət Opera və Balet Teat- rında ədəbi hissə müdiri (1961-1964), “Ulduz” jur- nalı redaksiyasında (1964- 1968), “Ədəbiyyat və İn- cəsənət” qəzeti redaksi- yasında şöbə müdiri (1968-1978), ”Yazıçı” nəşriyyatında baş redaktor müavini vəzifələrində (1978) işləmişdir. Şairin yaradıcılığında Səməd Vurğun poezi- yasının, Vurğun ədəbi məktəbinin böyük rolu olmuşdur. Bu baxımdan “Səməd Vurgun çələngi” silsilə şeirlərini göstərmək olar. Şair Səməd Vurguna olan sonsuz el sevgisini, Vur- ğunun müdrik poezi- yasının səxavətini öz şeirində göstərmişdir. T.Bayram yaradıcılı- ğının aparıcı xətti onun vətəndaşlıq ehtirasıdır. Şairin “Ana təbəssümü”, “Mənim şair xalqım”, “Si- zi düşünürəm”, “İnamım, əqidəm”, “Gərək elə ya- nım..”, “Azərbaycan de- yəndə”, “Səninlə görü- şəndə”və s. kitabları oxu- cular tərəfindən maraqla qarşılanmışdır. Tofiq Bayram əsasən lirik şairdir. Ancaq onun lirikasında siyasi-motivlər üstünlük təşkil edir. O, bir şair kimi çox yaxşı başa düşürdü ki, həyatda insanı yaşadan inamdır, əqidədir. Əqidəsiz, inamsız yaşa- maq ölümə bərabərdir. Ona görə də şair yazır: Yaşaya bilmərəm çö- rəksiz, susuz, Yaşaya bilmərəm bir gün amalsız. 337 Dərin fəlsəfi təfəkkürə malik olan şair öz şeir- lərində ilk baxışda çox adi görünən məsələləri poetik zənginliklə bəzəyir və ona fəlsəfi mahiyyət verə bilir. Şair “Ərik ağacı” şeirində həyətlərində bitən ərik ağacını elə təsvir edir ki, oxucu həmin ərik ağa- cının timsalında canlı bir aləmi görür. T.Bayram həm də epik poemalar müəlifidir. Şai- rin “Yaralı nəğmə”, “Fəh- lə danışır” kimi poemaları buna misaldır. T.Bayramın bir tərcü- məçi kimi fəaliyyəti onun yaradıcılığının böyük bir sahəsini təşkil etmişdir. Lope de Veqanın “Hiy- ləgər məşuqə” pyesini (1978) tərcümə etmişdir. 1988-ci ildə A.T.Tvar- dovskinin “Yaddaşın hök- mü” poemasının tərcümə- sinə görə M.Qorki adına Azərbaycan Dövlət mü- kafatı fəxri adına layiq görülmüşdür. T.Bayramın ədəbiyyat sahəsindəki xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, o, respublikanın Əməkdar incəsənət xadimi kimi fəxri ada layiq görül- müşdür. 1991-ci il aprelin18-də vəfat etmiş, Bakının Əmircan kəndində dəfn olunmuşdur. Ədəbiyyat Seçilmiş əsərləri.- B.: Li- der nəşriyyatı, 2005.- 325 s. Ay gecikən məhəbbətim .- B.: Yazıçı, 1987.-235 s. Əsrin oyunu.- B.: Gənclik, 1979.-120 s. Könlümdə yaşayanlar.- B.: Yazıçı, 1980.-252 s. Məsləkim-silahım.- B.: Yazıçı,1984.-268 s. Səninlə görüşəndə.- B.: Azərnəşr, 1977.-136 s. Bayram, T. /Tofiq Bay- ram. Dostum sair Həsən Valehə cavab [Şeir] //Azərbaycan. 2001.- 6 yanv.-S.4. Quliyeva, Z “Silinib it- mərəm xatirələrdən” [AMEA-nın “Nizami Gəncəvi” adına Azər- baycan ədəbiyyatı Muze- yində şair Tofiq Bayrama həsr olunmuş “Silinib itmərəm xatirələrdən” adlı xatirə gecəsi haqqında]- //Azərbaycan.- 2005.- 18 iyun.- S. 7. Ulduz, B. Məslək və il- ham şairi Tofiq Bayram- 70. //Azərbaycan 2004.- №10.-S. 106-116. İnternetdə www.romantik.iatp.az . www.az.wikipedia.org . www.load.az . www.azerbaijan.news.az www.municipality.az . Saqibə Mehrəliyeva 338 Dekabr 75 illiyi Teyyub Qurban 1934 Şair 18 Qurban Teyyub Yar- məmməd oğlu 1934-cü il dekabrın 18-də Bakı yaxınlığındakı Bülbülə qəsəbəsində fəhlə ailə- sində anadan olmuşdur. 208 saylı orta məktəbi bitirdikdən sonra 1954- 1959-cu illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır. T.Qurban ədəbi fəaliyyətə 50-ci illərdə başlamışdır. Onun “Koreyalı döyüş- çüyə” adlı ilk şeiri 1950- ci ildə “Pioner” jurnalının 12-ci sayında çıxmışdır. Dövri mətbuatda mün- təzəm çıxış edir, şeirləri ayrı-ayrı xalqların dilində çap olunmuşdur. 1993-cü ildə Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Yaşayan ömür” pyesi Azərbaycan Dövlət Gənc- lər Teatrında tamaşaya qoyulmuşdur. 1994-cü ilin may-sentyabr ayla- rında M.Ə.Rəsulzadənin həyatından bəhs edən “Dönməzlik” poeması “Bakının səsi” qəzetində dərc olunmuşdur. 2002-ci ildə “Yaşıl rəngin işığı” kitabını tərtib etmişdir. Hazırda fərdi yaradıcı- lıqla məşğuldur. Ədəbiyyat Dostluğun gücü.- B.: Azərnəşr, 1966.- 43 s. Dostluq və qəhrəmanlıq səhifələri.- B.: Azərnəşr, 1985.- 103 s. Dönməzlik.- B.: Şirvan- nəşr, 1997.- 114 s. Yanğı.- B.: Azərnəşr, 1972.- 80 s. Mənim gəncliyim.- B.: Azərnəşr, 1963.- 42 s. Ömrün gecikən yazı .- B.: Yazıçı, 1992.- 152 s. Sara (poema).- B.: Şirvan- nəşr, 2002.- 110 s. Bəybala Ələsgərov 339 Dekabr 75 illiyi İbrahim Məmmədov 1934 Aktyor 22 Məmmədov İbrahim Əhməd oğlu Culfa ra- yonunun Bənənyar kən- dində 1934-cü ildə anadan olub. 1955-ci ildən C.Məm- mədquluzadə adına Nax- çıvan Dövlət Dram Teat- rında işləyir. Əsas rolları Yaşar, Rəbi (“Yaşar”, “Od gəlini”, C. Cabbarlı), Hacı Qara (“Hacı Qara”, M.F.Axundov), Bəxtiyar (“Komsomol poeması”, S. Vurğun), Vahan (“Na- kam qız”, A.Şirvanzadə), Nər oğlan (“Qız atası”, Ə.Əsgərov), Məşədi İbad, Mərcan bəy (“O, olmasın, bu olsun”, “Ər və arvad”, (Ü. Hacıbəyov), Kərəmov (“Toy”, S.Rəhman), Da- daşbala (“Hicran”, S. Rəhman, E.Sabitoğlu), Əli Paşa (“Nadir şah”, N.Nərimanov) və s. 2000-ci ildə Azərbay- canın Xalq artisti adına layiq görülüb. Azər- baycan Teatr Xadimləri İttifaqının üzvüdür. Ədəbiyyat Naxçıvan Ensiklopediya- sı.- B.: Azərbaycan Milli Elmlər Akademiyası, 2002.- S. 312. Elnaz Həsənova 340 Dekabr 70 illiyi Məmməd Aslan 1939 Şair 24 Şair Aslanov Məmməd Muxtar oglu 1939-cu il dekabrın 24-də Azərbay- canın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olmuş- dur. Atasının klassik ədə- biyyata dərindən bələd olması onda şeirə-sənətə tükənməz həvəs oyatmış- dır. Kəlbəcərdə orta məktə- bi bitirdikdən sonra APİ- nin Filologiya fakül- təsində təhsil almış, əmək fəaliyyətinə Kəlbəcər ra- yonunun Yanşaq, İstisu kənd məktəblərində müəl- lim kimi başlamışdır. Sonra rayonda nəşr olu- nan “Yenilik” qəzetinin redaksiyasında məsul ka- tib işləmişdir. 1970-ci ildə Bakı şəhərinə köçmüş, burada “Ulduz”, “Azər- baycan təbiəti” jurnal- larında, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzeti redak- siylarında çalışmış, Yazıçı nəşriyyatında böyük redaktor olmuşdur. Bədii yaradıcılığa 1960 -cı ildə “Azərbaycan müəllimi” qəzetində çı- xan ilk şeirilə başlamış, keçmiş SSRİ xalqları ədə- biyyatından tərcümələr et- mişdir. Özbək şairi Zülfiyyənin “Torpağa səcdə”, qazax şairi Qədir Mirzalıyevin “Bu bağda bülbüllər ötər” şeirlər məcmuələrini şərikli tərcümə etmişdir. Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. 2000-ci ildə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Məmməd Aslan şeir- dən-şeirə inkişaf edən, müasir həyatımızı, adam- larımızın zəngin mənəvi aləmini daha dolğun əkş etdirməyi bacaran şairdir. Məmməd Aslanın şeir- lərinin mayası vətən məhəbbətidir. Şairin “Dəlidağda qa- lan var”, “Çiçək dənizi”, “Dərə və zirvə”, “Kəlbə- cər”, “Torpaq” və s. şeir- ləri buna misaldır. Məmməd Aslan şeir- lərində şifahi xalq yara- dıcılığına arxalanmış, elin bu tükənməz sərvətindən bol-bol faydalanmışdır. Şairin ilk məqalələr kitabı “Bizdən sonra nə 341 qaldı” 1979-cu ildə çap- dan çıxmışdır. Həmişə axtarışda olan, elimizin dadlı-duzlu ifadələrini, müdrik atalar sözlərini şeirlərində işlə- dən Məmməd Aslanın bu kitabında onun 15 illik publisist yazıları, oçerk və məqalələri toplanmışdır. Səməd Vurgun, B.Va- habzadə, Aşıq Şəmşır, Aşıq Ömər, Misgin Abdal haqqında yazdığı məqa- lələri nə qədər təbii və səmimidirsə, müasirləri olan həkim, müəllim, valideynlər, Böyük Vətən müharibəsinin iştirakçıları haqqındakı yazılarda da eyni odlu sətirlər, qay- ğıkeşlik və səmimiyyət vardır. “Ərzurumun gədiyinə varanda” kitabı şairin Türkiyə səfərindən aldığı təəssüratın məhsuludur. Kitabda şairin türk və Azərbaycan ədəbiyyatı haqqında müqayisəli qeyd və mülahizələri əsas yer tutur. Özünün dediyi kimi, “mənim yazdıqlarım istər təmasda olduğum mövzular baxımından, is- tərsə də dil cəhətdən bir folklorçu gündəliyidir. Kitabın ruhuna hopan duyğulardan biri də şairin Türkiyəni gəzərkən həmi- şə və hər yerdə öz Azərbaycanını anması və doğma torpaq ətrinin həsrətini çəkməsidir. Xalq dilinin məna və zənginliyi, bədii təsvir və ifadə vasıtələri Məmməd Aslanın publisistikasının canıdır. Bu cəhəti xüsusi qiymətləndirən B.Vahab- zadə onun “Səsimə səs ver” kitabı haqqında belə yazmışdır: “Qoy ana dili- mizin dadını, duzunu, şə- kərini duymaq istəyənlər bu kitabı oxusun, səslərin düzülüşünə, sözlərin nəğ- məsinə valeh olsunlar”. Ədəbiyyat Bizdən sonra nə qalır: (oçerklər, puplisistika).- B.: Gənclik, 1979.-180 s. Durnalar lələk salır: (Hekayələr).- B.: Gənclik, 1982.-167 s. Dəvələr niyə gövşəyir: (uşaq şeirləri).- B.: Gənc- lik, 1980.- 81 s. Ərzurumun gədiyinə va- randa: (xatirələr).- B.: İşıq, 1985.- 250 s. Saxla izimi dünya.- B.: İşıq, 1989.- 200 s. Nur içində nur (şeirlər).- Ankara, 1997.-128 s. Allahın rəsulu.- B., 2001. - 327 s. Bir sultan yaşardı Sul- tantəpədə.- İstanbul, 2003. - 123 s. . Haciyeva, M. Müdriklik çeşməsi.- B.: Azərnəşr, 1984.- S. 102-107 İsmayılqızı, X. Görüş yeri. Bənövşə qoxulu sətirlər müəllifi: [Məm- məd Aslan haqqında] //Yeni Azərbaycan.- 2003. -may.- S.8. İnternetdə Download 12.76 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling