M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə
Download 12.76 Kb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- 30 Oktyabr (1993-cü il).
- ZƏNGİLANDA İTİRDİKLƏRİMİZ
- B 22 Be 23 Ça 24 Ç 25 Ca 26 C 27 Ş 28 B 29 Be 30 2009 Ə lamə tdar və
- Tеlеviziya və Radiо İşçiləri Günü (06.11.)
- Kоnstitusiya Günü (12.11.1995) Bakı Dövlət Univеrisitеtinin təsis еdilməsinin (15.11.1919) 90 illiyi Ümumdünya Diabet Günü (14.11.1991)
- Bеynəlxalq Uşaq Günü (20 nоyabr)
- Ədəbiyyat Müsəlman dünyası tari- xində Xəzəryanı bölgə- lərin yeri.- B: Elm, 1999.- 159 s.
- Tamella Musayeva 315 Noyabr 65 illiyi Cə
Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə, həm o torpaq üzərində insanların qurduq- larına, yaratdıqlarına görə və bugünkü nəsil- lərə çatdırdıqları irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, qiymətli bir hissəsidir. Heydər Əliyev, ümummilli lider Zəngilan rayonunun ərazisi ən qədim insan- ların yaşayış məskənlə- rindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) burada ibtidai insanların yaşayışından xəbər verir. Ancaq rayon kimi Zəngilan 1930-cu ildə təşkil olunmuşdur. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Mərkəzi Zəngilan şəhə- ridir. XX əsrin sonu Azər- baycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə möv- cud ictimai-siyasi vəziy- yət, daxili çəkişmələr, bir- birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız 307 kimi xəyanətin qurbanı oldu. Təqvimimizdə daha bir qara günün sayı artdı- 30 Oktyabr (1993-cü il). Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Hərbi işdən az-çox başı çıxan adam bu reallığı görürdü. Aydınlıq olsun deyə, işğala aparan bu yolda xronoloji ardıcıllığa qısa nəzər yetirək: 1992-ci ilin yanvar ayının sonunda erməni- lərin Zəngilana mütəşək- kil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vey- nəli kəndinə basqın etdilər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni si- lahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kənd- lərinə soxulur, evlərə od vururdular. Beləliklə, bu kəndlər ermənilərin nəza- rəti altına düşdü. 2 həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də, Seyidlər kəndi mühasi- rədə qaldı. Bundan sonra ermənilərin növbəti hücu- mu iyunun 29-da oldu. Çox ağır və qanlı döyüşlər iki saat çəkdi. Artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutmuşdu. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qaldı. Bir müddət fasilə verdikdən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mər- kəzini bombalayırdı. Belə şəraitdə Bakıda hələ də siyasi hərc-mərclik hökm sürürdü. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olundu. Beləliklə də, 1992-ci ilin sonuna Zən- gilanın 13 yaşayış mən- təqəsi, bir çox strateji yüksəkliklər düşmənin əlinə keçmişdi. Bununla da rayonun işğalının əsası qoyuldu. AXC - Müsavat iqtidarı rayonun müda- fiəsini başlı-başına burax- dığından vəziyyət getdik- cə gərginləşirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meyda- nına çevrilmişdi. Avqus- tun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. Ra- yon mərkəzinin mühasirə- yə düşmək təhlükəsi daha da artdı. Oktyabrın sonu- na yaxın rayon tam müha- sirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdu. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı. Düşmən əsasən 3 istiqamətdə hərəkət edir- di: Mehri istiqamətində hərəkət edən işğalçılar yüksəklikləri ələ keçirib, Vəjnəli və Ağbənd kənd- lərini işğal etdilər; Qafan istiqamətində hərəkət edib Burunlu, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıx- dılar; Qubadlının işğal edilmiş ərazilərindən hə- rəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbiz kəndləri və Ağbiz yüksəkliklərini ələ keçirirlər. Təxminən 34 min əhali İran sər- həddinə - Araz çayının kənarına toplaşır. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. Xalqımızın xilaskarı, ulu öndərimiz Heydər Əliyev bu dəfə də xalqın köməyinə gəldi. O, İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu 308 bağlayırlar. Yalnız bun- dan sonra əhali çayı keçib xilas olur. Buna görə də zəngilanlılar Heydər Əli- yevə daim minnətdardılar. O, olmasaydı, yəqin ki, əhali ya qırılmalı, ya əsir düşməli, ya da Arazın sularına qərq olmalıydı. ZƏNGİLANDA İTİRDİKLƏRİMİZ: ZƏNGİLAN boyda VƏTƏN; Dünyada II, Avropada I Nadir Çinar meşələri; Torpaq üzərində olan bütün var-dövlət; 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yol stansiyası, də- mir yol deposu, 2 şərab zavodu, konserv zavodu. Hazırda Zəngilan rayo- nunun məcburi köçkünləri Bakıda və respublikamı- zın 43 rayonunda müvəq- qəti məskunlaşmışdır. Zəngilan rayonunda er- məni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmanca- sına həlak olmuş, 7 nəfər polis işçisi itkin düş- müşdür. Zəngilan 200 nəfərdən çox şəhid ver- miş, 12 800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir. Ədəbiyyat Kərimli, A. İşğal (Zən- gilan şəhidləri haqqında) /Akif Kərimli.- B.: Azərbaycan, 1994.- 165 s. Kərimli, A. Soraq verin (Zəngilan şəhidləri haq- qında) /Akif Kərimli.- B.: Azərbaycan, 1995.- 63 s. Sobulu, Ə. Zəngəzurun Zəngilanlı ziyalıları /Əli Sobulu; red. A.B.Nuri- yev.- I hissə.- B.: Ağrı- dağ, 2001.-188 s. Sobulu, Ə. Zəngilan əlil- ləri /Əli Sobulu; red. Ş. Səlimbəyli.- B.: ADKP, 1997.-114 s. Tapdıqoğlu, N. Zəngila- nın toponimləri /Nazim Tapdıqoğlu; red. B.İdris- oğlu.- B., 2002.- 116 s. İmanov, V. Bu yurd ya- ğıya qalmaz: (Zəngilanın işğalından 9 il ötür) /Va- hid İmanov //Xalq qəzeti.- 2002.- 29 oktyabr.-S.5. Mehdixanlı, T. Görüş yeri dəyişmir…//Azərbaycan.- 2002.- 29 oktyabr.- S.7. Rzalı, R. Biz gəldik Və- tən qaldı //Azərbaycan.- 2001.- 30 oktyabr.- S.5. İnternetdə www.anl.az www.azerbaijanfoundatio n.org www.bizimyol.az www.huquqsunas.sayt.ws www.qarabag.iatp.az Adilə Abdullayeva 309 1 noyabr Gün çıxır 05:39 Gün batır 17:38 30 noyabr Gün çıxır 05:29 Gün batır 17:45 No yabr 24 oktyabr- 22 noyabr Əqrəbin Nişanı sudur.Marsın və Neptunun himayəsindədir. Günəşin Əqrəb bürcündən keçdiyi dövrdə doğulanlar güclü xarakterli olurlar. B 1 Be 2 Ça 3 Ç 4 Ca 5 C 6 Ş 7 B 8 Be 9 Ça 10 Ç 11 Ca 12 C 13 Ş 14 B 15 Be 16 Ça 17 Ç 18 Ca 19 C 20 Ş 21 B 22 Be 23 Ça 24 Ç 25 Ca 26 C 27 Ş 28 B 29 Be 30 2009 Əlamətdar və tarixi günlər Bakı Dövlət Univеrisitеti- 90 Azərbaycanın ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılıb. Azərbaycanda tədris müəssisələrinin flaqmanı olan, zəngin tarixi keçmişə malik universitet hazırda tanınmış elm və təhsil mərkəzidir. Universitet hər zaman Azərbaycanda mütərəqqi fikrin, milli düşüncənin mərkəzi olmuşdur. Burada Azərbaycanın yüzlərlə tanınmış alimləri, ziyalıları, görkəmli diplomatları təhsil almışlar. 6. Tеlеviziya və Radiо İşçiləri Günü 12. Kоnstitusiya Günü 15. Bakı Dövlət Univеrisitеtinin təsis еdilməsinin 90 illiyi 14. Ümumdünya Diabet Günü 17. Milli Dirçəliş Günü 20. Bеynəlxalq Uşaq Günü 22. Sumqayıt şəhərinin yaranmasının 60 illiyi 24. Beyləqan rayonunun yaranmasının 70 illiyi 24. İsmayıllı rayonunun yaranmasının 70 illiyi 310 Şair, publisist İsmayılоv Məmməd Mürşüd oğlunun (Məmməd İsmayıl) (01.11.1939) anadan оlmasının 70 illiyi Şair Rzalı Oqtay Məhərrəm oğlunun (Oqtay Rza) (02.11.1934) anadan olmasının 75 illiyi Rus şərqşünası, akadеmik Bartоld Vasili Vladimirоviçin (03.11.1869-19.08.1930) anadan оlmasının 140 illiyi Azərbaycanın Milli Qəhrəmanı Musayev Aqil Hüseyn oğlunun (03.11.1974- 05.10.1994) anadan olmasının 35 illiyi Tеlеviziya və Radiо İşçiləri Günü (06.11.) Geologiya-mineralogiya elmləri doktoru Əliyev Vasif İsmayıl oğlunun anadan olmasının (07.11.1929-25.01.1982) 80 illiyi Azərbaycanın Əməkdar mədəniyyət işçisi, yazıçı Vəzirоv Cəlil Həbib oğlunun (08.11.1944) anadan оlmasının 65 illiyi Rus bəstəkarı Paxmutоva Alеksandra Nikоlayеvnanın (09.11.1929) anadan оlmasının 80 illiyi Alman şairi Şiller İohann Kristof Fridrixin (10.11.1759-09.05.1805) anadan olmasının 250 illiyi Azərbaycanın Xalq artisti Rzayev İslam Tapdıq oğlunun (11.11.1934-28.01.2008) anadan olmasının 75 illiyi Kоnstitusiya Günü (12.11.1995) Bakı Dövlət Univеrisitеtinin təsis еdilməsinin (15.11.1919) 90 illiyi Ümumdünya Diabet Günü (14.11.1991) Milli Dirçəliş Günü (17.11.1988) 311 Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəqlinə dair dövlətlərarası sazişin (18.11.1999) imzalanmasının 10 illiyi Bеynəlxalq Uşaq Günü (20 nоyabr) Azərbaycanın Əməkdar hüquqşünası, prоfеssоr Məlikоva Məsumə Fazil qızının (22.11.1929) anadan оlmasının 80 illiyi Sumqayıt şəhərinin yaranmasının (22.11.1949) 60 illiyi Aforist-deyimçi Əliyev Elman Ağa oğlunun (Safruh) (23.11.1939) anadan olmasının 70 illiyi Azərbaycanın Əməkdar incəsənət xadimi, rəssam Səmədova Vəcihə Əli qızının (24.11.1924-24.10.1965) anadan olmasının 85 illiyi Beyləqan rayonunun yaranmasının (24.11.1939) 70 illiyi İsmayıllı rayonunun yaranmasının (24.11.1939) 70 illiyi Türk yazıçısı Rəşad Nuri Güntəkinin (25.11.1889-07.12.1956) anadan olmasının 120 illiyi Şair Xəlilov Alqayıt Bayram oğlunun (28.11.1939) anadan olmasının 70 illiyi Şair, tərcüməçi Tapdıqоv İlyas Оruc oğlunun (İlyas Tapdıq) (30.11.1934) anadan оlmasının 75 illiyi 312 Noyabr 70 illiyi Məmməd İsmayıl 1939 Şair 1 İsmyılov Məmməd Mürşüd oğlu 1939-cu il noyabr ayının 1-də Tovuz rayonunun Əsrik-Cırda- xan kəndində anadan olmuşdur. Orta təhsilini kənddə almış, 1957-1964- cü illərdə ADU (indiki BDU)-nun Filologiya fa- kültəsini və 1973-1975-ci illərdə Moskvada ikiillik Ali Ədəbiyyat kursunu bitirmişdir. Ədəbi fəa- liyyətə 1956-cı ildə To- vuzda çıxan “Sosializm kəndi” qəzetində dərc olunmuş “Dağlar” qoş- ması ilə başlamışdır. 1966-1973-cü illərdə Azərbaycan Dövlət Tele- viziya və Radio Verilişləri Şirkətində kiçik redaktor, redaktor, böyük redaktor, 1973-1975-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi, 1975-1980-cı illərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kino- studiyasının “Elmi-küt- ləvi, sənədli filmlər bir- liyinin” baş redaktoru, 1980-1983-cü illərdə “Ya- zıçı” nəşriyyatında baş re- daktor müavini, redaksiya müdiri, 1983-1987-ci il- lərdə “İşıq” nəşriyyatının direktoru, 1987-1992-ci illərdə “Gənclik” və “Mo- lodost” jurnallarının baş redaktoru, 1992-1993-cü illərdə Azərbaycan Tel- eviziya və Radio Verilişəri Şirkətinin sədri olmuşdur. Hazırda Türkiyədə Ça- naqqala Universitetində çalışır. 1998-ci ildə “Çağ- daş Azərbaycan poeziya- sında aşıq şeiri motivləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. O, 1997-ci ildə Dəyanət Vəqfinin Mə- həmməd Peyğəmbərin doğum günü ilə bağlı keçirdiyi şeir yarışmasının qalibi olmuşdur. Onun 1999-cu ildə “Bu qan yerdə qalan deyil”, 2000- ci ildə “Türkün sevgisi”, 2003-cü ildə “Baxtıma düşən gün” kitabları Türkiyədə çap olun- muşdur. M.İsmayıl 1970-ci il- dən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, 1964-cü ildə “Qızıl qələm” mükafatı, 1978-ci ildə Respublika Lenin komsomolu və N.Ostrov- 313 ski adına mükafatlara layiq görülmüşdür. Ədəbiyyat Seçilmiş əsərləri.- B.: Azərnəşr, 1992.- 301 s. Aman, təklik əlindən.- B.: Yazıçı, 1987.- 196 s. Axşamlar, səhərlər.- B.: Gənclik, 1972.- 125 s. Bəxtimə düşən gün.- B.: Yazıçı, 1980.- 144 s. Döyüş, qələbə.- B.: Yazı- çı, 1983.- 230 s. Hələ yaşamağa dəyər.- B.: Gənclik, 1981.- 2008. Qoymayın dünyanı adi- ləşməyə.- B.: Gənclik, 1978.- 150 s. Ümiddən asılan qılınclar. - B.: Yazıçı, 1990.- 286 s. Bəybala Ələsgərov 314 Noyabr 140 illiyi Vasili Vladimiroviç Bartold 1869-1930 Rus şərqşünası 3 Vasili Vladimiroviç Bartold 3 noyabr 1869-cu ildə Peterburq şəhərində anadan olmuşdur. O, Pe- terburq Universitetinin Şərq dilləri fakültəsinə daxil olmuş və 1891-ci ildə oranı bitirmişdir. Hə min ildə də elmi – peda- qoji fəaliyyətə başlamış- dır. 1899-1900-cü illərdə yaratdığı “Türküstan monqol istilası dövründə” əsərinə görə ona “Şərq tarixi üzrə “doktor” elmi dərəcəsi verildi. Bartold islam dini tarixinə dair əsərlərində ərəb və qərbi Avropa alimlərinin islam dininə münasibətlərinə tənqidi yanaşaraq, islam dini haqqında geniş material toplayıb, dinin yaranması və yayılması tarixi haqqında yeni gö- rüşlərini ortaya qoymuş- dur. Bartold qədim slav- yanlardan yazan ərəb mü- əlliflərinin əsərləri üzə- rində yorulmadan və məh- suldar işləmişdir. 1917-ci ildən isə “Müsəlman dünyası” jurnalını nəşr etdirmişdir. 1950-ci ildə Azərb. EA Nizami adına Ədəbiyyat və Dil İnstitutu Bartoldun rus dilinə tərcümə etdiyi “Dədə Qorqud” dastanını çap etdirmişdir. Görkəmli alim 1924- cü ildə ADU- da “Türk-tatar xalqları tarixi” kursundan müha- zirələr oxumuşdur. Bar- told 1926-cı ilin martında Bakıda keçirilən I Ümumittifaq Türkoloji qurultayda da iştirak et- mişdir. O, 19 avqust 1930-cu ildə Peterburq şəhərində vəfat etmişdir. Ədəbiyyat Müsəlman dünyası tari- xində Xəzəryanı bölgə- lərin yeri.- B: Elm, 1999.- 159 s. Rus dilində Сочинения: B 9 т.- М., 1963 (1977) Книга Моего Деда- Кор- кута: Огузский герои- ческий эпос.-Б.: 1999. - 319 с. Tamella Musayeva 315 Noyabr 65 illiyi Cəlil Vəzirov 1944 Yazıçı 8 Cəlil Həbib oğlu Və- zirov 1944-cü ildə Nax- çıvan şəhərində ziyalı ailəsində dünyaya gəl- mişdir. Naxçıvan şəhə- rindəki 4 saylı orta mək- təbi bitirib, 1964-1968-ci illərdə Aərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil almışdır. Hələ tə- ləbə ikən respublika qə- zetlərində oçerkləri, mə- qalələri, teatr tamaşa- larına resenziyaları dərc olunmuşdur. 1968-ci ilin iyul ayının 16-dan bu günə qədər “Şərq qapısı” qəzeti re- daksiyasında ədəbi işçi, müxbir, baş müxbir, böl- mə müdiri, ədəbiyyat və incəsənət şöbəsinin mü- diri vəzifəsində işlə- mişdir. 30 ildən çoxdur ədəbi yaradıcılqla məş- ğuldur. Bir jurnalist-teatr- şünas kimi yüzlərlə mə- qalələrin, essenin, oçer- kin, teatr resenziyaları- nın, habelə monoqrafiya- ların müəllifi kimi şöh- rət tapmışdır. Ədibin məqalələri rus, türk, ingilis, çex, hind, eston, gürcü, özbək, türkmən, kürd dillərində çap olunmuşdur. Azərbaycan Respubli- kasının Əməkdar mədə- niyyət işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üz- vüdür. C. Vəzirov həm- çinin Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü və onun Naxçıvan təş- kilatının sədri olmuşdur. Ədəbiyyat Güldürən-ağladan (mo- noqrafiya).- B.: “Əcəmi”, 1998 Ömrün romantik notları (monoqrafiya).-B.: “Əcə- mi”, 1996 Şərur qədim diyar (oçerk- lər toplusu.- B.: “Şirvan “, 1997 Tanrının işıqlı bəndəsi (sənədli roman).- B.: “Azərbaycan” , 1998 Təki sən səslə məni (sənədli povest).- B: “Qismət”, 1999 Şəhla Məmmədli 316 Noyabr Konstitusiya günü 1995 12 Konstitusiya hər bir dövlətin ali hüquqi qüv- vəyə malik olan əsas qa- nunu hesab olunur. Ölkəmizdə ilk Milli Konstitusiya yaranması zərurəti SSRİ-nin dağıl- ması nəticəsində respub- likamızın müstəqillik qa- zanması ilə bağlıdır. Müstəqil Azərbaycanın ilk Milli Konstitusiyasının yaranması prosesi yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması və ölkə prezidenti seçilmə- sindən sonra başlan- mışdır. Məhz onun sədr- liyi ilə 35 nəfərdən ibarət yeni konstitusiya layihə- sini hazırlayan Komissiya yaradılmış, cəmi 6 ay ər- zində yeni konstitusiya işlənib hazırlanmış və xalqın müzakirəsinə veril- mişdir. 1995-ci il noyabrın 12- də keçirilən ümumxalq referendumunda qəbul olunmuş Azərbaycan Res- publikasının Konstitusi- yası 1995-ci il noyabrın 27-dən qüvvəyə minmiş- dir. Yeni Konstitusiya Azərbaycan Respublika- sının tarixində ilk dəfə olaraq, Azərbaycan döv- lətinin müstəqilliyi, suve- renliyi və ərazi bütöv- lüyünü qorumaq əzmini, Azərbaycan xalqının öz müqəddəratını sərbəst, müstəqil olaraq həll et- mək və öz idarəetmə formasını müəyyən etmək hüququnu təntənəli su- rətdə bəyan etmişdir. Dövlətin əsas qanununda göstərilir ki, Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi, unitar respublika olmaqla öz suveren hüquqları və mə- nafeləri ilə bağlı olan hər bir məsələni referen- dumda həll edir. Konstitusiyada əsas diqqət yetirilən məsələ- lərdən birincisi insan və vətəndaşların hüquq və azadlıqlarına hərtərəfli diqqətin göstərilməsidir. Yeni Konstitusiyada azadlıq hüququ, yaşamaq hüququ, mülkiyyət hüqu- qu, xaricə getmiş vətən- daşlara maneəsiz olaraq respublikamıza qayıtmaq hüququ, sağlamlığın qo- runması hüququ və sair 317 hüquqlara da geniş yer verilmişdir. Milli Konstitusiyanın səciyyəvi cəhətlərindən biri də Azərbaycan dilinin rəsmi dövlət dili kimi təsbit edilməsidir. Azər- baycan dilinin qorunması və inkişafı qayğısına qal- maq dövlətin əsas vəzi- fələrindən biri kimi göstərilmişdir. 1995-ci il Konstitusi- yası siyasi-iqtisadi, sosial- mədəni həyatda baş verən keyfiyyət dəyişikliklərini də özündə əks etdirmişdir. Bu Konstitusiya məz- mununa və quruluşuna görə inkişaf etmiş demok- ratik dövlətlərin kons- titusiyalarına çox oxşar- dır. Hakimiyyətin bölün- məsi prinsipinin təsbit edilməsi, ayrı-ayrılıqda qanunvericilik, icra və məhkəmə hakimiyyəti or- qanlarının statusunun mü- əyyən edilməsi həmin ox- şarlığı səciyyələndirən başlıca xüsusiyyətlərdən- dir. Ümumbəşəri dəyərlərə sadiqliyini bəyan edərək, bütün dünya xalqları ilə dostluq, sülh və əmin- amanlıq şəraitində yaşa- maq və bu məqsədlə qar- şılıqlı fəaliyyət göstərmək maddəsinin Konstitusiya- da öz əksini tapması, xalqımızın dünya xalqları arasında öz mövqeyini ifadə etməklə yanaşı, həm də Azərbaycan dövlətinin dünya dövlətləri sistemi- nin tam hüquqlu üzvü və onun ayrılmaz tərkib his- səsi olduğu bir daha özünü təsdiqləmişdir. Odur ki, Azərbaycan dövləti yeni Konstitusiya aktını qəbul etməklə ölkə- nin demokratik inkişaf prosesinə dönməzlik xa- rakteri vermiş, qanun- çuluğun, dövlətçiliyin möhkəmləndirilməsinə tə- minat yaratmış, müstəqil- liyimizi əbədi etmişdir. Ədəbiyyat Azərbaycan Respublika- sının Konstitusiyası /nəşrə məsul: Şahbaz Xudu- oğlu.- B.: Qanun, 2004.- 47 s. Azərbaycan Respublika- sının Konstitusiyası /bura- xılışa məsul. D.Rzayeva.- B..: Qanun, 2002.- 141 s. Azərbaycan Respublika- sının Konstitusiyası və konstitusiya aktları /nəşrə məsul. Ş.Xuduoğlu.- B.: Qanun, 2003.- 127 s. Cəfərov, İ. Azərbaycan Respublikası Konstitusi- yasının şərhi /elmi red. M.Əfəndiyev.-B.: Hüquq ədəbiyyatı nəşriyyatı, 2001.- 488 s. Əsgərov, Z. Konstitusiya hüququ (Dərs vəsaiti).-B.: “Bakı Universiteti” nəş- riyyatı, 2002.- 632 s. Xəlilov, C. Azərbaycan Respublikası Konstitusi- yasının preambulası və ümumi müddəaların şərhi. -B.: Qanun, 2007.- 248 s. İsmayılov, İ. Azərbaycan Respublikası Konstitusi- yası və hüququnun əsas- ları (Ali məktəblər üçün dərslik).- B.: Qanun, 2002.- 179 s. Nailə Alışova |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling