M. F. Axundov adina miLLİ Kİtabxana ə lam ə


Download 12.76 Kb.
Pdf ko'rish
bet33/34
Sana08.01.2018
Hajmi12.76 Kb.
#24025
1   ...   26   27   28   29   30   31   32   33   34

                         
Şiller, F. Seçilmiş  əsərlə-
ri.- B.: “Öndər”, 2004.- 
350 s. 
Şiller, F. Balladalar, şeir-
lər.-B.: Şirvannəşr, 2002.- 
60 s.  
Şıxlı  İ. XIII əsr xarici 
ədəbiyyat tarixi.-B.,1970.-
150 s.  
 
 
Rus dilində 
 
Шиллер, Ф.  Избранное: 
Стихотворения  и  пье-
сы.-  М.:  Правда, 1989.- 
574 с. 
От просвещения к пред-
романтизму: 
Фридрих 
Шиллер:  о  жизни  и 
творчестве.-  М., 1999.- 
638 с. 
 
 

 
368
 
2009
 
225 illiyi 
 
Qasım bəy Zakir     
1784-1857 
 
 
 
Şair 
 
 
 
Azərbaycan 
ədəbiy-
yatında ictimai satiranın 
banisi, aşıq poeziyasının 
varisi və davamçısı, maa-
rifçi, görkəmli  şairləri-
mizdən biri Qasım bəy 
Zakirdir. Qasım bəy  Əli 
bəy oğlu Zakir 1784-cü 
ildə  Şuşa  şəhərində  bəy 
ailəsində doğulmuşdur. 
Onun  əsli Qarabağda 
məşhur olan Cavanşirlər 
nəslindəndir. Zakir uşaq 
ikən mollaxanada oxu-
muş, fitri istedadı sayə-
sində fars və ərəb dillərini 
qısa müddətdə öyrənmiş, 
Şərq klassik ədəbiyyatı 
nümunələri ilə maraq-
lanmış, Yaxın  Şərqin 
Firdovsi, Nizami, Sədi, 
Hafiz kimi məşhur söz 
ustadlarının 
əsərlərini 
oxumuşdur. 
Qarabağda baş vermiş 
siyasi hadisələr, Qacarın 
1795-1797-ci illərdə  Şu-
şaya hücumu, şair Molla 
Pənah Vaqifin öz oğlu ilə 
birlikdə  Cıdır düzündə 
öldürülməsi, XIX əsrin ilk 
illərindən başlayaraq çar 
Rusiyasının Azərbaycana 
qarşı istilaçı hücumları, 
1804-cü ildə Cavad xanın 
oğlu və arvadı ilə bərabər 
Gəncədə, 1806-cı ildə isə 
İbrahimxəlil xanın ailə 
üzvləri ilə birlikdə Şuşada 
vəhşicəsinə gülləbaran 
edilməsi Zakirin dünya-
görüşünün formalaşması-
na təsir göstərmişdir. 
Zakir ilk şeirlərini dahi 
Azərbaycan  şairi Məhəm-
məd Füzulinin ədəbi təsiri 
ilə yazmışdır. XIX əsr 
Azərbaycan  ədəbiyyatın-
da Zakir yaradıcılığı lirik, 
satirik və epik üslubların 
qovşaq nöqtəsidir. Sənət-
kar öz ilhamını yaşadığı 
həyatdan, gördüyü canlı 
insanlardan, doğulub bö-
yüdüyü milli zəmindən 
almışdır. Zakir lirikasının 
bir hissəsi məhəbbət, 
digər hissəsi isə ictimai 
mövzudadır. Qasım bəy 
öz aşiqanə şeirlərini yara-
darkən  şifahi xalq poe-
ziyası  ənənələrindən isti-
fadə edərək ondan qida-
lanmışdır. “Ağlaram”, 
“Öyrənib”, “Ay mədəd” 
və s. rədifli qoşmalarını 
aşıq  şeirindən ayırmaq 
çətindir. Şairin lirikasında 
ictimai məzmunda  şeirlər 
də  əsas yerlərdən birini 
təşkil edir. Onun “Eylər”, 
“Dost yolunda cəfa 
çəkdim, can üzdüm”, 

 
369
“Gözüm yolda qaldı, 
könül intizar”, “Dost yolu 
bağlandı, ümid kəsildi”, 
“Qələtdir qocaya növca-
van sevmək” misraları ilə 
başlanan qoşmalarında, 
bəzi qəzəl və müxəm-
məslərində  zəmanədən  şi-
kayət, haqsızlığa etiraz 
motivləri, mənəvi-əxlaqi 
naqisliklərin tənqidi güc-
lüdür. 
Qasım bəy Zakirin sa-
tiraları Azərbaycan  ədə-
biyyatında realizmin for-
malaşması  və inkişafında 
mühüm rol oynamışdır. 
Zəngin məzmuna malik 
satiralarında  şair, döv-
rünün mühüm ictimai-
siyasi məsələlərini, tipik 
cəhətlərini ümumiləşdir-
miş, feodal üsul-idarəsi-
nin  nöqsanlarını açıb gös-
tərmişdir.  
Mənzum hekayələr və 
təmsillər də Zakir yara-
dıcılığında mühüm yer-
lərdən birini tutur. Şair 
açıq dildə söyləyə bil-
mədiyi bir çox cəsarətli 
fikirləri mənzum hekayə-
lərdə, təmsillərdə dolayı 
yolla oxuculara çatdırır. 
Mövzularına görə  şairin 
“Əxlaqsız qazi”, “Xalqa 
vəz deyən, özü fisqü 
fücurdan çıxan biəməl 
alim”, “Həyasız dərviş” 
adlı  mənzum hekayələri 
feodal  əxlaq normalarını, 
din nümayəndələrini ifşa 
edir. “Qoca kişi və cavan 
arvad”, “Zövci axər”, 
“Əmirzadə  və  aşiq” kimi 
mənzum hekayələrdə isə 
sevgi, evlənmək, ailə, 
qadın hüququ məsələləri 
əhatə olunmuşdur. 
“Tısbağa, qarğa, kəsə-
yən və ahu”, “Tülkü və 
şir”, “Qurd, çaqqal və 
şir”, “Tülkü və qurd”, 
“Dəvə  və  eşşək”, “İlan, 
dəvə, tısbağa” təmsilləri 
Azərbaycan xalq təmsil-
lərinin orijinal yolla iş-
lənmiş şəklidir. 
Qarabağ xanlığı Rusi-
yanın idarəsinə keçdikdən 
sonra Zakir çar ordusunun 
Qafqaz müsəlman könüllü 
atlı  dəstəsində xidmət 
etmiş, 1806-1813, 1826-
1828-ci illərin Rusiya-
İran müharibələrinin işti-
rakçısı olmuşdur. Qasım 
bəy Rusiya-İran müha-
ribələrində  fərqləndiyinə 
görə çarın 1828-ci il 15 
mart tarixli fərmanına 
əsasən gümüş medalla 
təltif edilmişdir. 1830-cu 
ildə könüllü polis dəstələ-
rinin tərkibində Balakənə 
getmiş, Cardakı üsyan-
ların yatırılmasında iştirak 
etmişdir. O, 1806-cı ildə 
Qarabağ  əhalisinin köçü-
rülüb  İrana aparılmasının 
qarşısını almaqda xüsusi 
xidmət göstərmişdir.  
1812-ci ildə Talışa 
getmiş, Abbas Mirzənin 
başçılıq etdiyi İran 
qoşununa qarşı vuruşan 
dəstənin tərkibində ol-
muşdur. Gənclik illərini at 
belində, müxtəlif müha-
ribələrdə  və döyüşlərdə 
keçirən Qasım bəy Zakir 
30-cu illərin sonlarından 
tamam təsərrüfatçılıqla 
məşğul olmağa başlayır. 
İlin yay fəslini  Şuşada, 
qalan fəsillərini isə Xur-
şidbanu Natəvanın atası 
Mehdiqulu xanın ona ba-
ğışladığı  Xındırıstan kən-
dində keçirirdi. 
1849-cu ilin oktyabr 
ayında Qasım bəy höku-
mətdən qaçaq düşmüş 
qardaşı  oğlu Behbud bəy 
Cavanşiri evində saxla-
maq üstündə günahlan-
dırılaraq ailə üzvləri ilə 
birlikdə  həbs edilb Şuşa 
həbsxanasına gətirildi. 
Həbsdə olarkən  şair bir 
neçə dəfə yuxarı hökumət 
dairələrinə  məktub yazıb 
qanunsuz tutulduğunu bil-
dirsə  də, onun şikayət-
lərinə  ədalətli bir cavab 
verilmədi.  Şair bir ilə 
qədər Şuşa həbsxanasında 
qaldıqdan sonra müha-
kimə edilmədən Bakıya 
sürgün edildi. Oğlu Nə-
cəfqulu bəy və qardaşı 
oğlu İsgəndər bəyi Tiflisə 
gətirdib, oradan əvvəlcə 

 
370
Voronejə, sonra isə Ka-
luqaya sürgün etdilər. 
Zakirin ailəsi isə  Şuşada 
qaldı.  İctimai məzmunlu 
şeirlərindən biri olan 
“Durnalar” rədifli qoşma-
sını  şair Bakıda sürgündə 
olarkən yazmışdır. 
Şair yaxın dostları Mir-
zə  Fətəli Axundov, İs-
mayıl bəy Qutqaşınlı,  
İliko Orbeliani, Mixail 
Kolyubakin kimi şəxslərin 
köməyi ilə  Şuşaya qayı-
dıb, ömrünün axırına qə-
dər polis nəzarəti altında 
yaşadı. 
Qasım bəy Zakirin öm-
rünün son illəri olduqca 
fərəhsiz və  kədərli keç-
mişdi. Oğlu və qardaşı 
oğlunun həbsdən azad 
olması onu sevindirsə  də 
daim nəzarət altında ya-
şaması onu sıxırdı. Maddi 
ehtiyac və  çətinliklər də 
öz təsirini göstərirdi. Bu 
haqda Zakirə yenə  də hö-
kumət dairələrində çalışan 
dostları kömək etmiş  və 
ona “Rus dövlətinə gös-
tərdiyi xidmətlərinə görə” 
1857-ci ildən başlayaraq 
ayda 36 manat təqaüd 
təyin edilmişdir. Lakin tə-
qaüd kağızı  Şuşaya ça-
tanda  şair artıq dünyasını 
dəyişmişdi. Qasım bəy 
Zakir 1857-ci ildə Şuşada 
vəfat etmiş, şəhərin Mirzə 
Həsən qəbiristanlığında 
dəfn olunmuşdur.   
 
 
Ədəbiyyat 
Seçilmiş  əsərləri /tərt. 
Kamran Məmmədov.- B.: 
Yazıçı, 1984.- 384 s.  
Seçilmiş  əsərləri /tərt. 
Kamran Məmmədov.- 
Təkrar nəşr.- B.: “Avra-
siya Press”, 2005.- 398 s.- 
(Klassik Azərbaycan 
ədəbiyyatı) 
Mənzum hekayələr və 
təmsillər /tərt. S.Axun-
dov; rəs. A. Məmmədov.- 
B.: Gənclik, 1984.- 88 s. 
Məmmədov, K. Qasım 
bəy Zakir /tərt. Kamran 
Məmmədov.- B.: Gənclik, 
1984.- 232 s.- (Azərbay-
canın görkəmli adamları) 
Azərbaycan ədəbiyyatının 
qaynaqları  /red. M. Adi-
lov.- B.: “Avrasiya press”, 
2006.- 440 s.- (Azərbay-
can dili və tarixi)  
 
Rus dilində 
Избранное  /сост.  А.За-
манов.-  Б.:  Азернешр, 
1971.- 232 с. 
Басни  и  притчи:  Пе-
реводы.-  Б.:  Гянджлик, 
1987.- 64 с. 
Гусейнов,  С.С.  Лексика 
и  фразеология  произ-
ведений  Касум  бека 
Закира  /С.С.  Гусейнов.- 
Б.:  Азернешр,  1973.-   
146 с. 
Мамедов, К. Касум бек 
Закир  /Камран Маме-
дов.- Б.: Язычы,1984.- 
50 с.- (Выдающиеся 
люди Азербайджана) 
Мустафаев, М. Особен-
ности мастерства поэзии 
Касум бека Закира /М. 
Мустафаев.- Б.: Язычы, 
1965.-152 с.  
İnternetdə 
www.azerilobbi.com
 
www.az-customs.net
 
www.az.wikipedia.org
 
www.gateway.az
 
www.kitabxana.iatp.az
 
 
Adilə Abdullayeva 
                                                     

 
371
 
2009 
130 illiyi 
 
Məhəmməd  Hadi 
1879-1920 
 
 
 
 
Şair 
 
 
 
 
Azərbaycan 
ədəbiy-
yatının ən görkəmli  sima-
larından biri olan Mə-
həmməd Hadinin həyatı 
son dərəcədə  qəmli, fa-
ciəli kеçmişdir. 
 Avtobioqrafik  mahiy-
yətdə olan bir əsərində 
şair nahaq dеmirdi ki, 
mən tərcümеyi-halımı 
yazmaqda çətinlik çəki-
rəm, çünki dərdli ürəyim 
acı həqiqətlərlə doludur!.. 
Əsl adı  Ağa Məhəm-
məd olan, gəncliyində 
özünə  “Hadi” (ərəbcə: 
doğru yol göstərən) tə-
xəllüsünü sеçən 
şair 
1879-cu ildə,  Şərqin  şеir 
sənət mərkəzlərindən biri 
kimi tanınan  Şamaxı  şə-
hərində doğulmuşdur. 
Onun uşaqlıq və  gənclik 
illəri Azərbaycanda fеo-
dalizmin süqutu, kapi-
talizmin yеni-yеni inki-
şafa başladığı tarixi mər-
hələyə təsadüf еtmişdir. 
Şairin atası Hacı  Əb-
dülsəlim böyük nəsildən  
idi.  Alvеrlə dolanan Hacı 
Əbdülsəlim öz ailəsinə  
miyanə bir həyat qura 
bilmiş, oğlu Məhəmmədi 
kiçik yaşından oxumağa 
qoymuşdur. 
“Həyat” qəzеtində  çı-
xan ilk yazılarından mə-
lum olur ki, artıq 1905-
1906-cı illərdə  o, Niza-
mini, alim və yazıçı Mirzə 
Məlküm xanı, Sənanini, 
Cəlaləddin Rumini, Sə-
dini, Bеyzavini, Hafizi, 
Namiq Kamalı,  Əbdülhəq 
Hamidi,  Şünasini yaxşı 
öyrənmiş, Sеyid  Əzim 
Şirvani, Bixud kimi gör-
kəmli Azərbaycan  şair-
lərini də dərindən mütaliə 
etmişdir. 
M.Hadinin mətbuata 
gəlişi 1905-ci ildə birinci 
rus inqilabının başladığı 
dövrə  təsadüf  еtmişdir. 
Onun ilk mətbu  əsərləri 
Bakıda “Həyat” qəzеtində 
çap olunan еlmi və 
publisistik məqalələr idi. 
Məqalələrin içərisində bə-
zən mövzuya uyğun 
mənzum parçalar da vеr-
məsi Hadinin еyni za-
manda şеirə böyük marağı 
olduğunu göstərirdi.  Şai-
rin “Həyat” qəzеtində çap 
olunan ilk əsəri məktəbin, 
еlmin  əhəmiyyətini tərən-
nüm  еdən “Lövhi-mə-
katib” şеiri idi. Lakin hələ 
“Həyat” qəzеtində çap 
olunan ilk yazıları gös-

 
372
tərirdi ki, gənc Hadinin 
görüşləri çox dumanlı  və 
ziddiyyətli olmuşdur. 
1907-1908-ci illərdə Hadi 
artıq Azərbaycan  şеirinin 
görkəmli simalarından bi-
ri sayılırdı.  İdеya və  sə-
nətkarlıq cəhətindən sü-
rətlə    irəliləyib kamala 
çatmaqda olan şair  əsər-
lərində  gеtdikcə daha bö-
yük, ciddi sosial məsələlər 
qoymağa çalışırdı. 
İctimai məzmun, in-
qilabi motivlər Hadi şеi-
rində üstünlük  təşkil еdir-
di. Xüsusilə  vətənpər-
vərlik, azadlıq, maarif-
pərvərlik idеyaları lirik 
şairin lеytmotivlərinə çеv-
rilmişdi. Hadi yara-
dıcılığının ayrı-ayrı dövr-
lərinin  məhsulu olan “Ax 
şam təzzöhləri”, “Göz-
lərin”, “Təsviri məhəb-
bət”, “Zümzümati təhəs-
sürat” kimi onlarca şеirdə 
bu xüsusiyyət aydın nə-
zərə çarpır.  
XX  əsrin  əvvəllərində 
Azərbaycanda güclənmiş 
milli-mədəni hərəkatın, 
dеmək olar bütün mürək-
kəb ziddiyyətli xüsusiy-
yətləri Hadinin yara-
dıcılığında öz əksini tap-
mışdır. Onun bir çox ciddi 
məsələlərdə gah “Füyu-
zat” jurnalına, gah da 
“Molla Nəsrəddin”  ədəbi 
məktəbinə haqq qazan-
dırması, mеyl  еtməsi də 
təbiidir. Daha sonralar 
ədib  İstanbulda çıxan 
“Tənin”, “Sərvəti-Hünun” 
rеdaksiyalarında işə  dəvət 
olunmuş, türk ədəbi 
mühiti ilə  sıx  əlaqə 
saxlamışdır. 
Siyasi baxışlarına görə 
Yunanıstanın Saloniki şə-
hərinə sürgün еdilmişdir. 
1912-1914-cü illərdə Dü-
nya müharibəsində mü-
səlman alayı tərkibində ön 
cəbhədə vuruşmuşdur. 
Ordudan tərxis  еdilib 
Gəncəyə qayıtsa da, iş 
tapa bilməmiş, ruhən 
düşkün, böhranlı  həyat 
kеçirmişdir.  
1918-1920-ci illərdə 
Bakıda nəşr edilən “Bə-
sirət”, “Azərbaycan” və s. 
qəzеtlərdə  əməkdaşlıq  еt-
mişdir. 
İctimai-siyasi 
məzmunlu  şеirlərində  və 
məqalələrində   еlmi, ma-
arifi təbliğ  еdir, dövrün 
haqsızlıq və    rəzalətlərinə 
qarşı  çıxırdı. M. Hadi 
milli  ədəbiyyatda mütə-
rəqqi romantizmin gör-
kəmli nümayəndəsi hеsab 
еdilir. Nizami Gəncəvi, 
Ömər Xəyyam, Hafiz və 
başqa sənətkarların poеzi-
yasından tərcümələr  еt-
mişdir. 
Bugünkü Azərbaycan 
şеiri örnəklərində Hadi 
ruhlu mənzumələr yox 
dеyildir.  Əruzu bilən, 
klassik poеziyamıza, di-
van  ədəbiyyatımıza  еh-
tiram göstərən  şairlərimiz 
Məhəmməd Hadi sənətinə 
yüksək məhəbbət bəs-
ləyir, ondan faydalanırlar. 
Şair 1920-ci ilin may 
ayında  Gəncədə vəfat еt-
mişdir. Dünyadan 40 ya-
şında köçən, daima mə-
şəqqətlərlə,  əziyyətlərlə, 
müsibətlərlə üz-üzə  gələn 
şairin ömrü vəfa  еtsəydi, 
yеni cəmiyyəti görüb 
sеvinəcək, arzuları çiçək 
açacaqdı, ömrü boyu və-
tən, xalq dеyən sənətkarı 
azadlığa çıxmış  vətəni, 
xalqı alqışlayacaqdı. Bu 
günsə onun “Еy ol vaxtı 
görən məsud, unutma biz-
ləri, yad еt!” misrası 
qulağımızda doğma bir 
səs kimi səslənir. Biz 
gözəl  şairimizi bu gün də 
yad  еdir, ondan öyrənir, 
onu yaşadır və  Məhəm-
məd Hadiyə üzümüzü tu-
tub, bugünkü nəslin adın-
dan bu misraları dеyirik: 
 
Vətənpərvər, hünər-
pərvər, zəfərpərvər vətan-
daşdın,                 
Azərbaycana aşiqdin 
əsil övlad şəklində! 
 
 

 
373
 
Ədəbiyyat 
 
Sеçilmiş əsərləri /tərt. ed.: 
Ə.Hüsеynov və b.- təkrar 
nəşr.- B.: Şərq-Qərb, 
2005.- 463 s.- (Klassik 
Azərbaycan ədəbiyyatı) 
Еl fəryadı: Sеçilmiş şеir-
lər və poеmalar /mü-
qəddimə M.Cəfərindir; 
tərt. və rеd. Ə.Mirəhmə-
dov.- B.:Yazıçı, 1980.-
152 s. 
Ağamirov, M. Məhəm-
məd Hadinin fəlsəfəsi 
/M.Ağamirov.- B.: Azər-
nəşr,  1987.-272 s. 
Hadi irsinin tədqiqi  əsa-
sında /еlmi rеd.prof. S.T. 
Əhmədli.- B.: Bakı Uni-
vеrsitеti,  İqtisad Univеr-
sitеti, 2003.-167 s. 
Qəribli, İ. Məhəmməd 
Hadinin “İnsanların tarixi 
faciələri, yaxud əlvahi-
intibah” poеması.- B.: 
Еlm,  2001.-117 s. 
Məmmədova, A. XX əsr 
Azərbaycan romantiz-
minin fəlsəfəsi /A.Məm-
mədovanın “XX əsr 
Azərbaycan romantiz-
minin fəlsəfəsi” kitabı 
haqqında //Rеspublika.-
2004.-15 aпrеl.- S.4 
Osmanlı, V. Məhəmməd 
Hadinin romantizmi /еlmi 
rеd. prof.Y. Qarayеv.- B.: 
Еlm, 2006.-202 s. 
Vahabzadə  İ. Millətimin 
imzası: (M.Hadi haqqın-
da).-B.Təbib, 1992.-190 s. 
Zəka, R. Məhəmməd Ha-
di: (anadan olmasının 100 
illiyi münasibətilə).- B.: 
N.U.,1979.-87 s. 
 
Rus dilində 
Хади  Мухаммед.  Биог-
рафическая  справка  в. 
кн.:  Поэты  Азербайджа-
на.-М.-Л.:  Сов.писатель, 
1962.-С.320. 
Гарибов, 
И.Я. 
Поэт 
Мухаммед  Хади  «исто-
рические трагедии чело-
вечества,  или  картины 
возраждения».-  Б.,1990.-
21 с. 
Большой  мастер /100 
лет  со  дня  рождения 
видного  Азербайджан-
ского  поэта  Мухаммеда 
Xади  //Баку, 1979.-7 де-
кабря.-С.3. 
Гаджиев, А. Поэт «Эпо-
хи пробуждения»: к 100- 
летию со дня рождения 
Мухаммеда Хади  //Ба-
кинский рабочий, 1979.-
7 декабря.-С.4. 
 
İnternetdə 
 
www.kitab.az/ 
www.anl.az/
  
az.wikipedia.org/ 
kitabxana.iatp.az/          
 
Nailə Alışova 

 
374
 
 
2009 
 
500 illiyi 
İrəvan Qalası   
1509-1510 
 
 
 
 
 
 
 
 
 
 
 
İrəvan xanlığının 
ərazisində iki böyük 
müdafiə qalası olmuş-
dur. Bunlardan biri də 
İrəvan qalası idi. Bu 
qala Sərdərabad qalası 
ilə müqayisədə daha 
qədim tarixə  və böyük 
ölçülərə malik idi. 
Əlverişli təbii mövqedə 
tikilmişdi. Onun tikin-
tisi üçün iti axan Zəngi 
çayının sağ  tərəfindəki 
sərt sahildə yerləşən 
hündürlük seçilmişdi. 
Bu sahil qalanın qərb 
tərəfini təşkil edirdi. 
Ona görə  həm iti axan 
çayı, həm də onun sərt 
sahili üzərindəki hün-
dür divarlar bu isti-
qamətdə qalanın müdafiə 
imkanlarını xeyli artırdı.   
Qala, demək olar ki, 
kvadrat formasında tikil-
mişdi. Yalnız onun qərb 
divarı Zəngi çayının sahil 
boyu salındığından qövs-
vari formada idi. Qalanın 
divarları daşdan və çiy 
kərpicdən hörülmüşdü. 
Bayırdan tikilən divar-
ların hündürlüyü beş 
sajen yarım idi. Bəzi mə-
lumatlara görə  həmin 
divarda 17 bürc olmuşdu. 
Daxili divarlar isə birinci 
divardan daha hündür 
idi. Bu  plana görə divarı 
götürülmüşdü, düşmən 
birinci keçə bilsəydi, 
daha hündür olan ikinci 
divarla üzbəüz gəlməli 
və bu divarlar arasındakı 
kiçik sahədə onların 
fəaliyyəti xeyli çə-
tinləşməli idi. İkinci di-
varda da çoxlu bürclər 
var idi. Bu bürclər əsasən 
yarımdairə 
şəklində 
tikilmişdi. Qalanın iki darva-
zası var idi. Biri şimalda, o 
biri isə  cənubda yerləşirdi. 
Onlar Təbriz və  Şirvan di-
varları adlandırılırdı. Darva-
zalar qalın taxtadan düzəl-
dilmiş  və onların üzərinə  də-
mir lövhələr vurulmuşdu. Dar-
vaza keçidləri elə düzəl-
dilmişdi ki, buradan arabaların 
gəlib getməsi çətin idi. Qala-
nın darvazalarını xüsusi keşik-
çi dəstələri qoruyurdu.  
Qala divarlarının qalınlığı 
da çox böyük idi. Onların 
ölçüləri hətta top mərmilərinə 
davam gətirirdi.  
Uzunmüddətli mühasirəyə 
davam gətirmək üçün gizli 
yolla qalanın daxilinə su xətti 
çəkilmişdi. Rus qoşunlarının 
ikinci hücumu zamanı bu xətt 
tapılıb dağıdılmışdı. 
Qalanın müdafiə qüdrətini 
artırmaq üçün onun ətrafında 
su saxlancları yaradılmışdı. Bu 
su saxlancları qurudan birbaşa 
qala üzərinə hücumu qeyri-
mümkün edirdi. Onları keç-

 
375
məyə cəhd göstərənləri 
isə qala divarları üzə-
rindən asanlıqla vur-
maq olurdu. 
Su saxlancları xüsu-
si plan üzrə pilləli 
şəkildə tikilmişdi. 
Qırxbulaq çayından gil 
borularla gələn su şi-
mal darvazası yanında 
xüsusi su saxlancına 
tökülürdü. Su qalanın 
şərqinə  və  cənubuna 
uzanan yuxarı saxlancı 
doldurduqdan sonra gil 
borularla aşağı saxlan-
ca tökülüb onu dol-
dururdu.  
Fransız səyyahı J. 
Şarden  şahidi olduğu 
İrəvan qalasını  təsvir 
edərkən göstərir ki, 
onu müstəqil bir şəhər 
kimi qəbul etmək olar. 
Qala divarlarının uzun-
luğu dörd min addım 
olan bu şəhərcikdə 800 
ev var idi. Fransız səy-
yahının  şəhadətinə gö-
rə qalada yalnız azər-
baycanlılar yaşayırdı. 
Ermənilər isə  bura yal-
nız ticarətə  gəlirdilər. 
Qalanın daxilində bir 
neçə erməni dükanı 
mövcud idi. Ermənilər 
gündüz burada sövdə-
gərliklə  məşğul olduq-
dan sonra axşam qala-
dan çıxıb yaxınlıqda 
yerləşən  şəhərə yollanır-
dılar. 
Qala daxilində  şəhər-
salma şərq üslubunda idi. 
Küçələr xeyli dar, evlərin 
divarları isə hündür idi. 
Küçədə evin həyətini 
müşahidə etmək çətin 
olurdu. Rusların  İrəvan 
qalası üzərinə sonuncu 
hücumunda iştirak etmiş 
dekabrist E.Naçinovun 
qeydlərinə görə qala da-
xilində iki məscid olduğu 
qeyd edilir. Bəzi  ədəbiy-
yatda mövcud olan məlu-
matlara görə isə qala 
daxilində 4 məscid var 
idi. Onlardan ən qədimi 
qalanın  əsası qoyulduğu 
illərdə, 1510-cu ildə  Şah 
İsmayıl Xətainin gös-
tərişi ilə tikilmişdi. Sər-
dar sarayının yaxınlı-
ğında olan Cümə  məs-
cidinin  əsasını isə  Şah 
Abbas qoymuşdu. Bu 
məsciddə mədrəsə, kitab-
xana və qonaq otaqları 
yerləşirdi.  
Qalanın daxilindəki 
ən möhtəşəm tikili Sər-
dar sarayı idi. Burada 
İrəvan xanlığının həm 
dəftərxanası  və  həm də 
hərəmxanası yerləşirdi. 
Verilən məlumatlara gö-
rə  Sərdar sarayının  əsası 
elə qala tikildiyi vaxtdan 
qoyulmuşdu. 
Lakin sonrakı illərdə bu 
tikili  əsaslı  şəkildə  tək-
milləşdirilmiş  və böyük bir 
memarlıq incisinə çevrilmişdi. 
Xüsusən XVIII əsrin son-
larında Hüseynəli xanın və 
onun oğlu Məhəmməd xanın 
dövründə memar Mirzə  Cəfər 
tərəfindən görülən quruculuq 
işləri sarayı daha baxımlı  və 
bütöv etmişdi. 
Dekabrist Naçinov öz 
qeydlərində ermənilər tərə-
findən artıq dağıdılmış olan 
Sərdar sarayının da mü-
kəmməl təsvirini verir. Azər-
baycan memarlıq sənətinin 
incilərindən olan bu sarayın ən 
gözəl otaqlarından biri xanın 
otağı idi. E.Naçinova görə 
sonsuz zövq və ustalıqla bə-
zədilmiş bu otaqda maraqlı 
rəsmlər və portretlər asılmışdı. 
Sarayın qarşısında Sərdarın 
yay qəbul zalı yerləşirdi. Yay 
qəbul zalı da böyük zövqlə 
bəzədilmişdi. Yay qəbul 
zalının bir divarında Fətəli 
şahın taxtda oturduğu rəsmi 
vəziyyətdə, Abbas Mirzənin 
xanla qardaşı  Həsən xanın və 
iki  kürd döyüşçüsünün rəsm-
ləri çəkilmişdi. 
Sarayla üzbəüz Zəngi ça-
yının o biri sahilində isə 
Sərdar bağı salınmışdı. Bağın 
bir hissəsində meyvə  ağacları, 
üzümlüklər salınmış, bir hissə-
sinə isə kölgəlik üçün ağaclar 
əkilmişdir. Bağda istirahət 
üçün eyvan və otaqlar ti-

 
376
kilmişdi.  İrəvanın so-
nuncu mühasirəsi za-
manı xanın göstərişi ilə 
bağın ağaclarının bir 
hissəsi qırılmışdı ki, 
rus qoşunlarının hərə-
kətini yaxşı müşahidə 
etmək mümkün olsun.  
İrəvan  şəhəri qalanın 
şimalında tikilmişdi. 
Qala ilə  şəhər arasında 
müəyyən qədər məsafə 
var idi. Onun möhtə-
şəmliyini rus generalları 
da dəfələrlə öz raport-
larında qeyd etmişdilər. 
Təsadüfi deyil ki, İrəvan 
qalasını  işğal etdiyinə görə 
general Paskeviçə irəvanlı 
təxəllüsü verilmiş  və bu qala-
nın tutulması Sankt-Peterburq 
şəhərində imperatorun özünün 
iştirakı ilə  təntənəli  şəkildə 
qeyd edilmişdir. 
 
Ədəbiyyat 
Download 12.76 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   26   27   28   29   30   31   32   33   34




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling