MateriALŞÜnasliq fənnindən muhaziRƏLƏR


Download 101.22 Kb.
bet18/32
Sana08.01.2022
Hajmi101.22 Kb.
#242014
1   ...   14   15   16   17   18   19   20   21   ...   32
Bog'liq
materialşünaslıq-mühazirələr (2)

2NH4 → 2N+ 2H4

Azotalama, tərkibində alüminium (Al), titan (Ti), volfrom (W), vanadium (V), molibden (Mo) və ya xrom (Cr) olan legirlənmiş polad üzərində aparılır, çünki karbonlu poladı azotlandırmaq lazımi effekt vermir. Legirləşdirici komponentlərin miqdarı adətən 1,5-2% olur.Azotlama xüsusi sobalarda 500-6000 temperaturda aparılır. Ammonyakın dissosiasıyasından ayrılan aktiv azot detalın səthindən ona diffuziya edir və yuxarıda qeyd edilən xüsusi elementlərlə, habelə dəmir ilə çox bərk kimyəvi birləşmələr olan nitridlər əmələ gətirir (AlN, MoN, Fe4N və s.).

Azotlama prosesində detallar sobalarda 25 saatdan 60 saata qədər saxlanmalıdır. Azotlama prosesinin əsas nöqsanı da elə budur. Azotlandırılmış məmulatın özlülüyü yüksək olur, korroziyaya və yorğunluğa qarşı davamlılığl çox olur. Azotlama prosesi həm polad, həm də çuqun üçün tətbiq edilir.

Sianlama. Poladın səth təbəqəsinin eyni zamanda azot və karbonla zənginləşdirilməsi prosesinə sianlama deyilir.Sianlamada əsas məqsəd polad məmulatın səthi bərkliyini və yeyilməyə davamlılığını artırmaqdan ibarətdir. Sianlanacaq polad hissələr azot və karbonu olan mühitdə həmin elementlərin maksimal miqdarda adsorbsiya və diffuziyasını təminedici t-dək qızdırılır, həmin t-da bir qədər saxlanılır, nəhayət, tablandırmaya uğradılır, ya da havada soyudulur. Sianlayıcı mühit olaraq karbon və azota malik olan maye duzlar və ya sementləyici qazla ammonyak qazının qarışığı tətbiq edilir. Siyanlayıcı mühit olaraq bərk halda olan sianit duzları ilə kömürün qarışığından da istifadə edilə bilər. Sianlama, qızdırılma şəraitinə görə yüksək t-lu və aşağı t-lu olmaqla iki metod üzrə aparılır. Xarici amillərin təsirinə görə maye, qaz bərk mühitdə sianlama metodları mövcuddur.

Maye sianlama vannalarında sian duzlarının (NaCN, KCN, Ca (CN)2 və s.) məhlulu ilə aparılır. Prosesin aparıldığı temperaturda həmin duzlar parçalanaraq aktiv C və N atomlarını çıxarır.

Maye sianlama vannalarında əməliyyatı 5 dəqiqədən 1 saata qədər davam edir.

Aşağı temperaturda (550-6000C) sianlamanın əməliyyatı başlıca olaraq tezkəsən poladdan qayrılan alətlərin davamlılığını artırmaq məqsədilə aparılır. Bu sianlama üsulu demək olar ki, saf duzlarında NaCN+KCN aparılır. Yüksək temperaturda (800-8500C) sianlama neytral (NaCL, Na2CO3və sair) duzlarda 20-4-%li sian duzları məhlulları olan vannalarda aparılır; sementləmə prosesi kimi sianlama prosesində müxtəlif məmulat növləri üçün tətbiq edilir.

Maye sianlamanın nöqsanı, sian duzlarının zərərli və çox baha olmasıdır.

Qaz ilə sianlama qaz ilə sementləmədən onunla fərqlənir ki, birincidən qaza aktivləşmiş azot atomları verən ammonyak əlavə edilir. Maye ilə sianlama kimi qaz ilə sianlama da iki yerə bölünür: alçaq temperaturda sianlama və yüksək temperaturda sianlama.

Alçaq temperaturda (500-7000C) qaz ilə sianlama prosesində başlıca olaraq azot diffuziya edir (nitridlər əmələ gətirməklə), karbon isə az miqdarda diffuziya edir. Alçaq temperaturda maye ilə sianlama üsulu kimi bu üsul da tezkəsən poladdan hazırlanmış alətləri emal etmək üçün işlədilir.

Yüksək temperaturda (800-8500C) qaz ilə sianlama əsas etibarilə karbon diffuziya edib austenit əmələ gətirir ki, o da tablandırılır. Qaz ilə sementləməyə nisbətən bu üsulun üstünlükləri prosesin daha alçaq temperaturda aparılması və nisbətən tez başa gəlməsidir.

Qaz ilə sianlama (ona nitrosementləmə də deyilir) kimyəvi -termiki emalın yeni və təkmilləşdirilmiş növüdür; o, get-gedə geniş yayılmaqdadır.

Mövzu 13. Legirlənmiş poladların təsnifatı və markalanması.

Legirlənmiş poladların ümumi xarakteristikası. Legirlənmiş poladın təsnifatı. Legirlənmiş poladın markalanması.


Legirlənmiş poladlar mürəkkəb tərkibli və müxtəlif xassəli ərintilərdən ibarətdir. Bu hal, legirlənmiş poladların müxtəlif sahələrdə geniş miqyasda tətbiq edilməsinə imkan verir.

Legirlənmiş polad, tərkibində karbon və adi qatışıqlardan başqa, onun xassələrini yaxşılaşdıran digər elementlərin də olduğu polada deyilir.Poladı legirləndirmək üçün xrom, nikel, manqan, silisium, volfram, molidden, vanadium, kabalt, titan, alüminium, mis və başqa elementlər işlədilir. Poladda yalnız 1%-dən artıq manqan, 0,8%-dən artıq silisium olduqda manqan legirləşdirici kompanent sayılır.Polada daxil edilən legirləşdirici elementlər onun mexaniki, fiziki və kimyəvi xassələırini dəyişir. Poladın təyinatından asılı olaraq ona öz xassələrini lazımi istiqamətdə dəyişdirən bu və ya digər elementlər daxil edilir. Qeyd edilməlidilir ki, legirlənmiş polad markalarının çoxusu ancaq termiki emal edildikdən sonra yüksək fiziki-mexaniki xassələr kəsb edilir. Legirlənmiş poladları aşağıda göstərilən əlamətlər üzrə təsnif edirlər.

Legirlənmə dərəcəsi üzrə legirlənmiş poladlar:

a). az legirlənmiş polad (legirləşdirici elementlərin ümumi miqdarı 4-5%-dən çox olmur);

b). orta legirlənmiş polad (legirləşdirici elementlərin ümumi miqdarı 5%-dən 10%-ə qədərdir);

c). çox legirlənmiş polad (legirləşdirici elementlərin ümumi miqdarı 10%-dən artıqdır);

Keyfiyyət üzrə legirlənmiş poladlar: keyfiyyətli və yüksək keyfiyyətli olmaqla iki qrupa bölünür.) Az və orta legirlənmiş poladlar keyfiyyətli, çox legirlənmiş poladlar isə yüksək keyfiyyətli poladlar qrupuna aiddir. Ressor, yay, alət, ştamp poladları keyfiyyətli poladlar qrupunu təşkil edir.

Yüksək keyfiyyətli legirlənmiş poladlar karbonlu poladlar kimi minimal miqdarda kükürd və fosfora malik olmalıdır. Diyircək, yaxtıq, turbin, maqnit poladları yüksək keyfiyyətli poladlara aiddir.

Legirləyici elementlərin sayına görə legirlənmiş poladlar:

- üçkomponentli (üçlü) – dəmir, karbon və başqa bir legirləyici element olur;

-dördkomponentli (dördlü) – dəmir, karbon və iki müxtəlif legirləyici element olur;

- və daha çoxkomponentli olmaq üzrə bir sıra qruplara bölünür.

Struktur üzrə legirlənmiş poladlar iki qrupa bölünür:

a). Normallaşdırılmış

b). Tabı alınmış.

Tətbiq sahəsinə görə legirlənmiş poladlar üç qrupa bölünür:

1). Konstruksiya;

2). Alət;

3). Xüsusi fiziki və kimyəvi.

Konstruksiya poladları iki qrupa bölünürlər: inşaat və maşınqayırma poladları. Alət poladları üç qrupa bölünürlər: alət, ştamp və tezkəsən poladlarına bölünürlər. Xüsusi fiziki və kimyəvi xassələrə malik olan poladlar: paslanmayan, odadavamlı, odadözümlü, qaynaq məftilli, yüksək elektrik müqavimətli, xüsusi maqnit xassəli poladlar qrupunu əmələ gətirir.

Legirlənmiş poladın markalanması. Müxtəlif tərkibli legirlənmiş poladları bir-birindən ayırmaq üçün onları markalayırlar. Markalama poladların tərkibini təqribi də olsa xarakterizə etdiyindən onun xüsusi əhəmiyyəti vardır.

Poladları markalamaq üçün hərf və rəqəmlər sistemindən istifadə edirlər.

Legirləyici elementlər müvafiq hərflər ilə işarə edilir, hərflərdən sonra gələn rəqəmlər isə polad içərisindəki legirləyici element və karbonun miqdarını göstərir.

Legirlənmiş poladlardakı legirləyici elementlər aşağıdakı hərflər ilə işarə edilir:


Г-manqan Т-titan

С-silisium Ю-aliminium

Х-xromД-mis

Н-nikel Б-niobium

М-molibden К-kobalt

В-volfram Р-fosfor

Д-vanadium
Hərflərdən əvvəl yazılan rəqəmlər poladda orta hesabla karbonun miqdarını ( faizin 1⁄100 payları ilə) ifadə edir.

20X markalı polad markasını götürək: burada 20 rəqəmi poladda 0,20% karbon, X-hərfi isə xrom olduğunu göstərir. Əgər legirləyici elementdən sonra rəqəm yoxdursa, o zaman poladda 1%-ə yaxın ( 1%-dən azacıq çox və ya az) legirləyici element olduğunu təsəvvür edilməlidir. 20X markalı poladda 0,7-1,1% xrom olur. Poladda 2%-ə yaxın legirləyici element olduqda, həmin elementin işarəsindən sonra “2” rəqəmi yazılır. 12 Г 2 markalı poladda 0,10%-dən 0,15%-ə qədər karbon, 1,5-2,4%-ə yaxın manqan vardır.

Legirlənmiş poladda 0,03%-dən az kükürd, 0,03%-dən az fosfor olduqda, o, yüksək keyfiyyətli legirlənmiş poladlar qrupuna aid edilir və onun markasının axırında A hərfi yazılır.

Yüksək konsentrasiyalı və çox legirləyici elementlərlə legirlənmiş poladların markalarını sadələşdirmək üçün onları şərti olaraq ayrı-ayrı hərflərlə işarə edirlər. Bu, ən çox xüsusi fiziki və kimyəvi xassəli ərintilərlə, mürəkkəb tərkibli konstruksiya və alət poladlarına aiddir.Aşağıdakı şərti işarələr qəbul edilmişdir.
Ш- diyircəkli yastıq,

Р- tezkəsən alət,

Е- elektrotexnika,

Э- dinama və transformator,

А- avtomat,

Ж- xromlu paslanmayan,

Я-xromnikelli paslanmayan poladı işarə edir.

Təyinatından asılı olaraq legirlənmiş poladlar üç yerə bölünür: konstruksiya poladı, alət poladı və fiziki-kimyəvi xassələri olan xüsusi polad.

Mövzu 14. Legirlənmiş konstruksiya və alət poladları.

Legirlənmiş konstruksiya poladı.Üçkompanentli legirlənmiş polad.Mürəkkəb legirlənmiş konstruksiya poladı. Legirlənmiş alət poladları. Zərbəli ştamp və ölçü alətləri üçün poladlar. Kəsici alətlər üçün legirlənmiş poladlar. Legirlənmiş alət poladlarının tablanması.


Legirlənmiş konstruksiya poladı maşınların və metal konstruksiyaların mühüm detallarını hazırlamaq üçün işlədilir. Belə polad əsas etibarı ilə perlit sinfinə aiddir. Legirlənmiş poladın xassələri nəinki onda olan legirləşdirici elementlərin və karbonun miqdarı ilə, habelə çox vaxt termik emal ilə müəyyən edilir.


Download 101.22 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   ...   32




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling