Xromlu-nikelli polad. Ən çox yayılmışperlit sinifli poladdır. Bu poladın möhkəmliyi və özlülüyü çox yüksəkdir və ən çox konstruksiya materiallarından biri sayılır.Xromlu-nikelli polad avasiya sənayesində aviasiya motorlarının ən böyük yüklərə məruz qalan detallarını, avtomobil sənayesində, traktor sənayesində və sairədə geniş surətdə işlədilir.
Xromlu-molibdenli polad. Molibden, qızdırıldıqda polada öz möhkəmliyini mühafizə etmək qabiliyyəti verir, bircinsli xırdadənəvər struktur əmələ gəlməsinə kömək edir, qaynaq götürmə qabiliyyətinə və kəsici alətlərlə emal olunma qabiliyyətini yaxşılaşdırır.
Xrom-molibdenli polad öz möhkəmliyi, özlülüyünü və tətbiq edilən termiki emal üsulunun sadəliyi ilə fərqlənir.
Xrom-molibdenli poladdan qazan və turbinqayırma sənayesində qazan borularını, buxar-qızdırıcıların borularını, qazan barabanlarını və s. hazırlamaq üçün istifadə edilir.
Do'stlaringiz bilan baham: |