MateriALŞÜnasliq fənnindən muhaziRƏLƏR


Download 101.22 Kb.
bet5/32
Sana08.01.2022
Hajmi101.22 Kb.
#242014
1   2   3   4   5   6   7   8   9   ...   32
Bog'liq
materialşünaslıq-mühazirələr (2)

Dilatometrik analiz. Bu analiz faza çevrilmələrində metalda və ya ərintidə həcmin dəyişilməsinə əsaslanmışdır. O, bərk nümunələrdə böhran temperaturlarını müəyyən etmək üçün işlədilir.Temperatur dəyişdikdə yalnız faza çevrilmələri olmayan nümunələrin həcmi səlis sürətdə (bərabər sürətlə) artır. Faza çevrilmələri temperaturlarında isə strukturun dəyişilməsi və atomların yeni kristal qəfəsləri əmələ gətirməsi ilə əlaqədar olaraq nümunənin həcmi sıçrayışla (birdən-birə) dəyişir.Dilatometrik analiz üçün dilatometr adlanan xüsusi cihazlardan istifadə edilir. Bu cihazlar qızdırma (soyutma) zamanı həcmin dəyişməsini qeyd edir.

Metalların defektoskopiya analiz üsulları.

Maqnit defektoskopiyası və ultrasəs defektoskopiyası məmulatı dağıtmadan onların daxili qüsurlarını üzə çıxarmağa imkan verir. Maqnit defektoskopiyası dəyişən böyük gərginliklərə məruz qalan detalların qüsurlarını üzə çıxarmaq üçün işlədilir. Çat, tükəbənzər qırıntı, koğuş, qeyri-metal aşqar və sair bu kimi qüsurlar dəyişən yüklənmə şəraitində çox təhlükəlidir, çünki detalların dinamik möhkəmliyini azaldır. Maqnit sınamaları əsas üç əməliyyatdan ibarətdir: məmulatı maqnitləşdirmək, maqnitləşdirilmiş məmulatın səthinin ferromaqnit tozu (ovuntusu) ilə örtmək, səthi nəzərdən keçirmək və məmulatı maqnitsizləşdirmək. Daxilində qüsurları olan maqnitləşdirilmiş məmulatda maqnit qüvvə xətləri qüsur yerlərini ötüb keçməyə çalışaraq (onların maqnit nüfuzluğunun aşağı olmasına görə), məmulatın səthindən xaricə çıxır və qüsur olan yeri keçdikdən sonra yenidən məmulata daxil olur, beləliklə bircinsli olmayan maqnit sahəsi alınır. Buna görə də, məmulatın səthi maqnit tozu ilə örtüldükdə maqnit tozunun zərrəcikləri metalın qüsur olan yerləri üzərində yerləşərək aydın nəzərə çarpan şəkillər əmələ gətirir. Həmin şəkillərin xarakterinə əsasən metaldakı qüsurların böyüklüyü və forması haqqında mühakimə yürüdülür.

Ultrasəs defektoskopiyası təkcə ferromaqnit metalları deyil, istənilən hər hansı metalı sınaqdan keçirməyə və metalın xeyli dərinliklərində yerləşən, buna görə də maqnit üsulu ilə nəzarət edilməsi mümkün olmayan qüsurları müəyyən etməyə imkan verir. Metalları tədqiq etmək üçün tezliyi 2-dən 10 mln. hersə qədər olan ultrasəs dalğaları işlədilir. Belə tezlikli dalğalar metalda müəyyən istiqamətdə yönəldilmiş şüalar kimi demək olar ki, yanlara dağılmadan yayılır, belə dalğalara metalın 1m-dən artıq dərinlikdə yerləşən hissəsini “işığa salmaq” mümkündür. Ultrasəs defektoskopiyası, iki mühitin ayrılma səthindən səsin qayıtması hadisəsindən istifadə edir. Buna görə də həmin şüalar metalda yayılarkən onda olan və rast gəldikləri qüsurlardan, məsələn daxili çatlardan, koğuşlardan, qeyri-metal aşqarlardan və sairdən keçməyib akustik kölgə əmələ gətirir.

Ultrasəs dalğaları buraxmaq və belə dalğaları qəbul etmək üçün pyezoelektrik şüalandırıcılar və qəbuledicilərdən istifadə edirlər.

Mövzu 5. Ərintilər barədə məlumat.

Ərintilər barədə məlumat. Sistem, faza və komponent terminləri. Ərintilərin kristallaşması zamanı struktur çevrilmələri. Ərintilərin quruluşu, mexaniki qatışıqlar, bərk məhlullar və kimyəvi birləşmələr. Komponentləri mexaniki qarışıq əmələ gətirən ərintilərin hal diaqramı.

Iki və ya bir neçə metalın və ya metal ilə qeyri-metalın kombinasiyasına metal ərintisi deyilir.Metal ərintilərində hökmən metallıq xassələri olmalıdır. Ərintilərin çoxunu maye halında (əritməklə) alırlar; lakin onları bişirib yapışdırma (aqlomerasiya), elektroliz, buxar halından mayeləşdirmə (sıxlaşdırma) yolu ilə və sair yollar ilə də almaq olar.

Ərintiləri əmələ gətirən kimyəvi elementlərə və ya kimyəvi birləşmələrə komponent deyilir.

Elementlərin istənilən hər hansı kombinasiyası ərinti əmələ gətirmir. Məsələn, maye dəmir ilə qurğuşunu qarışdırdıqda ayrı-ayrı iki təbəqəyə ayrılar, buna görə də onlardan ərinti almaq mümkün olmur.

Ərintilər , komponentlərin sayına görə iki komponentli, üçkomponentli və i a olur. Biz burada ikikomponentli ərintiləri öyrənəcəyik, daha mürəkkəb ərintilər haqqında ancaq bəzi məlumat verilməsi ilə kifayətlənəcəyik.

Iki komponent maye halında qarışdırıldıqda bircinsli maye məhlul əmələ gətirirsə, həmin məhlul bərkidikdə ərinti alınır. Bu zaman ərintini təşkil edən komponentlərin təbiətindən asılı olaraq aşağıdakı üç ərinti tipindən biri əmələ gələ bilər:



  1. komponentlərin mexaniki qarışığından ibarət olan ərinti;

  2. komponentlərin bərk məhlulu olan ərinti;

  3. komponentlərin kimyəvi birləşməsindən ibarət olan ərinti.

Ərinti tipləri.

Ərintini təşkil edən komponentlərin təbiətindən asılı olaraq aşağıdakı üç ərinti tipindən biri əmələ gələ bilər:

1) komponentlərin mexaniki qarışığından ibarət olan ərinti;

2) komponentlərin bərk məhlulu olan ərinti;

3) komponentlərin kimyəvi birləşməsindən ibarət olan ərinti.

Mexaniki qarışıqdan ibarət olan ərintilər bircinsli olmur və onlar komponent kristallitlərinin narın qarışığından başqa bir şey deyildir.

Bərk məhlullardan ibarət olan ərintilər, habelə, kimyəvi birləşmə halındakı ərintilər tərkibcə bircinsli olur. Qeyd edilməlidir ki, bərk məhlullardan ibarət olan ərintilər də komponentlərin bir-birinə nisbətən istənildiyi qədər müxtəlif ola bilər, kimyəvi birləşmə halındakı ərintilər isə, hər hansı kimyəvi birləşmədə olduğu kimi, yalnız komponentlərin çəki ilə müəyyən nisbətlərində əmələ gəlir.

Bərk məhlullardan ibarət olan ərintilərdə həll olan maddənin atomları kristal qəfəsində ya həll edicinin atomlarının yerini tutur, ya da kristal qəfəsinin daxilinə keçir, kimyəvi birləşmə halındakı ərintilər əlahiddə yeni kristal qəfəsi əmələ gətirir.

Sistem və faza anlayışları.

Sistem bərk, maye və qaz hallarında maddələrin məcmusuna deyilir. Sistemlər sadə və mürəkkəb olur. Sadə sistem təkcə bir komponentdən ibarətdir. Mürəkkəb sistemdə bir neçə komponent olur və belə sistem, müxtəlif temperaturlarda həmin komponentlərin mümkün olan müxtəlif kombinasiyalarından ibarətdir.

Faza, ayırıcı səthlə sistemin digər tərkib fazalarından ayrılan bircinsli hissəsinə deyilir. Deməli, kimyəvi elementlər, bərk və maye halındakı məhlullar və kimyəvi birləşmələr faza ola bilər.

Maye halındakı sistemdə bir faza vardır; maye bərkidikdə həmişə iki faza olur; maye faza və bərk faza. Bərkimədən sonra ya bir faza əmələ gəlir (kimyəvi element, kimyəvi birləşmə, bərk məhlul), ya da bir neçə fazanın qarışığı olan ərinti alınır.

Hal diaqramları ərintilərin müxtəlif sistemlərinin bərkimə proseslərini və struktur dəyişikliyini xarakterizə edir və həmin sistemin hər hansı ərintisinin strukturu haqqında əyani təsəvvür oyadır. Məlum komponentlərin ərintilərinin xassələri haqqında qabaqcadan müəyyən fikir söyləmək olar. Hal diaqramı ərintilərin isti və termiki emalı rejimlərinin seçilməsinə elmi cəhətdən yanaşmağa imkan verir.

Mövzu 6. Ərintilərin I və II növ hal diaqramı.

I növ hal diaqramları, komponentləri maye halında bir-birində tamam həll olan, bərk halda isə hər iki komponentin kristallarının mexaniki qarışığını əmələ gətirən sistemləri .

I növ hal diaqramının qurulmasının qurğuşun-sürmə (Pb-Sb)ərintiləri sistemi. II növ hal diaqramları elə sistemləri xarakterizə edir ki, onların komponentləri istər maye halında, istərsə də bərk halında bir-birində tamamilə həll olsun.

II növ hal diaqramının qurulmasının mis-nikel (Cu-Ni) ərintiləri sistemi. Likvasiya.


I növ hal diaqramları, komponentləri maye halında bir-birində tamam həll olan, bərk halda isə hər iki komponentin kristallarının mexaniki qarışığını əmələ gətirən sistemləri xarakterizə edir. Ərintilərin soyuma əyrisində iki xarakterik nöqtə vardır. Bu nöqtələr ərintinin kristallaşmasının başlanğıcını və sonunu göstərir. Saf metallardan fərqli olaraq ərintilər eyni temperaturda deyil, müəyyən temperatur intervalında bərkiyir. Aqreqat halının dəyişməsinə uyğun gələn temperatura böhran temperaturu deyilir. Allotropik dəyişmələrə müvafiq temperaturlar da belə adlanır. Əyrilərdə həmin temperaturlara uyğun gələn nöqtələr isə böhran nöqtələri adlanır. Ərintilərə daxil edilən komponenetlərin konsentrasiyasının artırılması böhran nöqtələrin aşağı enməsinə və ya yuxarı qalxmasına səbəb olur. Komponenetlərin konsentrasiyasının dəyişməsi ilə əlaqədar olaraq soyuma və qızma əyrilərindəki böhran nöqtələrini koordinat sisteminə köçürərək ərintilərinin hal diaqramını tərtib edirlər. Hal diaqramları vasitəsilə temperatur və konsentrasiyadan asılı olaraq ərinti sisteminin faza tərkibinin dəyişməsini öyrənmək mümükündür.

Ərintilərin II növ hal diaqramı.

II tip hal diaqramları elə sistemləri xarakterizə edir ki, onların komponentləri istər maye halında, istərsə də bərk halında bir–birindən tamamilə həll olsun.

Sistemin müxtəlif ərintilərində istər bərkimənin başlanması, istərsə də bərkimənin başa çatması eyni temperaturda deyil, ayrı-ayrı temperaturlarda baş verir. Müəyyən ərinti iki temperatur sərhədi daxilində bərkidiyi üçün, onun soyuma əyrisində iki kritik nöqtə alınır. Həmin kritik nöqtələr soyutma əyrisinin iki daimi nöqtəsi sayılır. Soyuma zamanı kritik nöqtələr arasında maye ərintidən bərk məhlulun kristalları ayrılmağa başlayır.

Çox yavaş soyutma nəticəsində kristallaşmanın hər anında kristalların tərkibi diffuziya yolu ilə bərabərləşir. Lakin bərk məhlullarda diffuziya prosesi böyük sürətlə getmədiyindən diffuziya prosesi tamamilə başa çata bilmir. Ərintinin soyuma prosesi başa çatdıqdan sonra, kristallik bərk məhlul, dendrit likvasiyası adlanan və bircinsli olmayan, səciyyəvi kimyəvi tərkibə malik olur.

Ərinti kütləsində və ya onu təşkil edən kristalların daxilində ayrı-ayrı elementlərin qeyri – bərabər paylanmasına likvasiya deyilir.

Daxili kristal likvasiyasını (dendrit likvasiyasını) tabalma prosesində aradan qaldırmaq olar, onda bərk məhlul ərintisinin hər yerində nikelin konsentrasiyası ilk götürülən məhluldaki kimi olacaqdır.

Beləliklə, likvasiya, ərintilərin kimyəvi tərkibinin bircinsli olmasına deyilir kı, bu da kristallaşma zamanı baş verir.

Deməli, bərk məhlul tipli ərintilər qarışıq tipli ərintilərdən fərqli olaraq birfazalıdır.

Bərk halda komponentlərin bir-birində həll olma qabiliyyəti, onların aşağıdakı xüsusiyyətləri ilə müəyyən edilir:



  1. Mendeliyevin dövri sistemində həmin kompanentlərin tutduqları mövqelərin yaxınlığı ilə (yəni, onların atomlarının elektron örtüklərinin quruluş cəhətdən oxşarlığı ilə);

  2. Atom diametrlərinin bir-birinə yaxın olması ilə;

  3. Kristal qəfəsləri formalarının oxşarlığı ilə;

  4. Kompanentlərin ərimə temperaturunun yaxın olması ilə.

Kompanentlərin oxşarlığı bu əlamətlərdən birinə və ya bir neçəsinə görə asanlıqla həll olma qabiliyyəti məhdudlanan ərinti sistemləri əmələ gəlir.

Mövzu 7.Dəmir-karbon ərintilərinin struktur təşkil ediciləri.

Dəmir və onun karbonlu birləşmələri.Dəmir-karbon ərintilərinin struktur təşkilediciləri. Dəmir-sementit hal diaqramı. Poladların və çuqunların soyuması zamanı baş verən çevrilmələr.

Birinci və ikinci kristallaşma. Evtektikanın və evtektoidin əmələ gəlməsi. Dəmir-sementit hal diaqramına müvafiq olaraq dəmir-karbon ərintilərinin təsnifatı. Dəmir-sementit sisteminin faza və struktur təşkil ediciləri. Dəmirin allotropik çevrilmələri.


Poladda az miqdarda adi qatışıqlar olması böhran nöqtələrinin vəziyyətinə və diaqram xətlərinin xarakterinə ciddi təsir etmir, buna görə də polada, tərkibi olaraq dəmir ilə karbonun ikikompanentli ərintisi (Fe-C) kimi baxmaq olar. Sənayedə işlədilən metalların çəkı hesabı ilə təxminən 90% dəmir və karbon ərintiləri təşkil edir.Dəmir-karbon ərintilərindən tərkibində 2%-ə qədər karbonu olana polad2%-dən 6,67%-ə qədər karbonu olana isəçuqundeyilir.

Dəmir açıq gümüşü rəngli metaldır, sıxlığı 7,86 q/sm3 , ərimə temperaturu 15390C-dir. Yer kürəsində ən çox yayılmış elementlərdən biri sayılan dəmir (4,7%) oksigen, silisium, alüminiumdan sonra 4-cü yer tutur. Texniki dəmirin möhkəmliyi az, plastikliyi isə kifayət qədər yüksəkdir. Karbon təbiətdə iki modifikasiyada mövcuddur: almaz və qrafit formasında. Qrafitin sıxlığı 2,25q/sm3, ərimə temperaturu 35000C-dir. Qrafit yumşaq materialdır. Dəmir-karbon sistemində aşağıdakı struktur təşkiledicilər mövcud ola bilər: mate faza, ferrit və austenit bərk məhlulları, kimyəvi birləşmə - sementit (Fe3C), mexaniki qarışıqlar – perlit, ledeburit və qrafit.



Ferrit karbonun -dəmirdə həll olmuş bərk məhluldur.7230-də -dəmir öz içərisində çoxu 0,043%, otaq temperaturunda isə 0,006% karbon həll edə bilir.Ferritin xassələri texniki dəmirin xassələrinə yaxındır: ferrit çox yumşaq və plastiklik, yaxşı maqnit istilik keçirmə xassələrinə malikdkr.


Download 101.22 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   32




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling