Molekulyar fizikanın və termodinamikanm əsasları


Download 66.95 Kb.
bet2/3
Sana02.01.2022
Hajmi66.95 Kb.
#184904
1   2   3
Bog'liq
Molekulyar fizikanın və termodinamikanm əsasları

Boyl-Mariott qanunu. Bu qanuna görə sabit temperaturda verilmiş kütləli qazın təzyiqi ilə həcminin hasili onların ixtiyari dəyişməsində sabit qalır, yəni

PV  const .

Bu qanun göstərir ki, sabit temperaturda ideal qazın həcmi neçə dəfə artırsa, onun təzyiqi həmin dəfə azalır. Bu proses sabit temperaturda getdiyi üçün izotermik proses adlanır.

Gey-Lyüssak qanunu. Bu qanunda deyilir ki, sabit təzyiqdə verilmiş kütləli ideal qazın həcmi mütləq temperatur ilə düz mütənasibdir. Bu o deməkdir ki, ideal qazın temperaturu artdıqca onun həcmi genişlənir. Bu genişlənmə aşağıdakı düsturla ifadə olunur:



Burada V0 – ideal qazın T=273,15 K temperaturunda həcmi,  – isə həcmi genişlənmə əmsalı olub, ideal qaz kimi qəbul edilən bütün qazlar üçün sabit kəmiyyətdir. Yuxarıdakı ifadəni



şəklində yazdıqda bu nisbətin eyni başlanğıc həcmdə götürülmüş ixtiyari hal üçün doğru olduğu görünür, yəni



olur. Bu nisbətlərin bərabərliyindən



alınır. Axırıncı ifadəni bu qanundakı birinci düsturla müqayisə etsək



olduğu görünür. Yəni doğrudan da ideal qazın həcmi genişlənmə əmsalının sabit kəmiyyət olduğunu alırıq.

Bu qanunda təzyiq sabit olduğundan ideal qazın həcminin bu şərt daxilində dəyişmə prosesi izobarik proses adlanır.


Download 66.95 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling