Molekulyar fizikanın və termodinamikanm əsasları


Download 66.95 Kb.
bet3/3
Sana02.01.2022
Hajmi66.95 Kb.
#184904
1   2   3
Bog'liq
Molekulyar fizikanın və termodinamikanm əsasları

Şarl qanunu. Bu qanun sabit həcmdə verilmiş kütləli ideal qazın təzyiqinin onun mütləq temperaturu ilə düz mütənasib olduğunu göstərir

Yuxarıdakı hala analoji olaraq bu qanunu da



kimi yazmaq olar. Buradan görünür ki, təzyiqin termik əmsalı olan



Olur.


Sabit həcmdə ideal qazın bir haldan digər hala keçməsi izoxorik proses adlanır. Yuxarıda baxılan qanunlar ideal qazın parametrlərindən biri sabit qalmaqla gedən prosesləri ifadə edir. Belə proseslər izoproseslər adlanır. Ümumi halda təzyiq, həcm və temperatur dəyişməklə ideal qaz bir termodinamik haldan digərinə keçə bilər. Tutaq ki, ideal qaz P1, V1, T1 parametrləri ilə təyin olunan haldan P2, V2, T2 halına keçir. Bu prosesin iki mərhələdə getdiyini qəbul edək. Birinci mərhələdə qazın təzyiqi sabit qalır, temperaturu T2-yə qədər dəyişir, həcmi V´ olur və qaz P1, V, T2 halına keçir. Bu mərhələ üçün Gey-Lyüssak qanununa görə

yazmaq olar. İkinci mərhələdə proses izotermik gedir; həcm V´-dən V2-yə, təzyiq isə ona uyğun olaraq P1-dən P2-yə qədər dəyişir. BoylMariott qanununa əsasən bu proses



kimi ifadə olunur. Təsvir olunan iki mərhələdə gedən proseslərin nəticələrini ümumiləşdirsək, yəni Gey-Lyüssak qanununun ifadəsini Boyl-Mariott qanununun ifadəsində yerinə yazsaq



alarıq. Buradan görünür ki, ideal qazın ixtiyari termodinamik tarazılıq halı üçün



münasibəti sabit qalır. Bu münasibət Klapeyron tənliyi adlanır. Göründüyü kimi bu kəmiyyətlər eyni vahidlər sistemində hesablandıqda B sabitinin ədədi qiyməti qazın miqdarından asılı olur. Avoqadro qanununa görə bütün qazların bir kilomolu normal şəraitdə, yəni 1 atm təzyiqdə və 273,15 K temperaturda 22,4 m3 həcm tutur. Klapeyron tənliyində Avoqadro qanununu nəzərə alsaq, onda hökm etmək olar ki, B sabiti bütün qazlar üçün eyni qiymətə malik olacaqdır. Bu sabit universal qaz sabiti adlanır və R ilə işarə olunur. Bu işarələməni nəzərə alsaq Klapeyron tənliyi aşağıdakı şəklə düşər:



Burada V0 – normal şəraitdə bir mol qazın həcmidir. Molların sayını



ilə göstərsək, onda ixtiyari həcmdə olan ideal qaz üçün



yazmaq olar. Bir mol qazın kütləsi M olarsa, onda m kütləli qazda olan molların sayı



olar. Bu ifadəni axırıncı tənlikdə yerinə yazsaq



alınar. Axırıncı ifadələr ideal qazın hal tənlikləri olub, MendeleyevKlapeyron tənliyi adlanır.



Mendeleyev-Klapeyron tənliyinin üstünlüyü ondadır ki, o, ixtiyari termodinamik tarazılı hal üçün doğrudur. Sistemin bir termodinamik haldan digərinə hansı proseslərlə keçməsinin əhəmiyyəti yoxdur. Mendeleyev-Klapeyton tenliyindən parametrlərin birini sabit saxlamaqla izoproseslərin qanunlarını almaq olar:



alınır.
Download 66.95 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling