Mövzu 10. Əxlaq tərbiyəsinin vasitələri. Estetik təRBİYƏ
Download 25.23 Kb.
|
m 10 estetik tərbiyə
Mövzu 10. Əxlaq tərbiyəsinin vasitələri. ESTETİK TƏRBİYƏ Şəxsiyyətin hərtərəfli və harmonik inkişafında, onun yüksək bəşəri tələblərə cavab verəcək bir səviyyədə formalaşmasında tərbiyənin təkib hissəsindən biri olan estetik tərbiyə də böyük əhəmiyyət kəsb edir. İndi görək estetik tərbiyə nədir, onun mahiyyəti nədən ibarətdir. «Estetika» qədim yunan «estanomay» sözündən olub hərfi mənası «hisslərlə qavramaq» deməkdir. Müasir dövrdə estetika maddi aləmin, obyektiv gerçəkliyin insan tərəfindən bədii surətdə qavranılmasının ümumi qanunauyğunluqları haqqında elmdir. Estetika gözəllik haqqında elmidir. Estetik tərbiyə isə pedaqoji məfhumdur. Estetika fəlsəfi məfhumdur, fəlsəfənin tərkib hissəsindən biridir. Estetik tərbiyə isə tərbiyənin ayrılmaz tərkib hissəsindən biri olub, gənc nəsli gözəllik aləminə yaxınlaşdırır, insanlarda həqiqi gözəlliyi bütün təzahür formalarında aydın qavramaq, düzgün başa düşmək, sevmək və qiymətləndirmək bacarıqları tərbiyə edir. Estetik tərbiyə insanlarda gözəlliyə olan həssaslığı artırır, onları həyata gözəllik ünsürləri daxil etməyə təhrik edir, insanların mənəvi aləminə qüvvətli təsir göstərməklə onu daha da nəcibləşdirir. Ona görə də dahilərin bir çox əsərlərində və klassik pedaqoqların pedaqoji irslərində böyüyən nəslin, ümumiyyətlə insanların estetik tərbiyəsinə böyük əhəmiyyət verilmişdir. Müasir dövrdə estetik tərbiyəyə yüksək qiymət verilir, onun şəxsiyyətin hərtərəfli formalaşmasında əhəmiyyətli rol oynadığı qeyd edilir, gənclərin gözəlliyi, bədii hisslərə dolğun və dərindən yiyələnməsinə, onların bədii yaradıcılığa cəlb olunmasına böyük əhəmiyyət verilir. Estetik tərbiyənin məqsədi və vəzifələri. Deməli estetik tərbiyə - insanda bədii hisslər, zövq, bədii mühakimənin təşəkkül tapıb möhkəmləndirilməsi və bu əsasda yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi prosesidir. Bu prosesdə tərbiyə olunanlar gözəlliyin mahiyyətini dərk edir, ona qiymət verməyi öyrənir, gözəlliyin yaradılmasında, mühafizəsində iştirak etməyə hazırlanır, özlərinin estetik keyfiyətlərini inkişaf etdirir, müvafiq bilik və vərdişlərə yiyələnirlər. İnsanda gözəlliyə münasibətində onun maddi təlabatı da mühüm rol oynayır. Təbiət və cəmiyyət hadisələri şəxsiyyətin təlabatını ödəyən zaman onlarda gözəl düyğu və hisələr baş qaldırır. Məsələn, müxtəlif vaxtlarda təbiət hadisələrinə münasibət də mənfi və müsbət olmuşdur. Cəmiyyət hadisələri də həmçinin fərddə müsbət və mənfi keyfiyyətlər doğura bilər. Bu həmin hadisələrin fərdin öz maddi və mənəvi tələbləri ilə bağlılığından asılı olur. Təbiət və cəmiyyət qanunlarını öyrənmək, bu qanunlardan çıxış edərək təbiət və cəmiyyəti insan təlabatına uyğunlaşdırmaq məsələsi, gögzəllik qanunları əsasında yaratmaq prinsiplərinə uyğun şərh edilməlidir. Danışıqda və bəzi pedaqoji ədəbiyyatlarda «estetik tərbiyə» anlayışı bəzən «bədii tərbiyə» anlayışı ilə eyniləşdirilir. Əslində isə bunlar başqa anlayışlardır. Beləki, «bədii tərbiyə» dedikdə başlıca olaraq incəsənət əsərləri (ədəbiyyat, musiqi, rəsm) vasitəsilə verilən tərbiyə nəzərdə tutulur. Bədii tərbiyə- incəsənət əsərlərini başa düşmək və həmin əsərlərin təsiri ilə ruhən yaşamaq qabiliyyəti tərbiyə etməyi nəzərdə tutur.6 Estetik tərbiyə isə həm incəsənət əsərləri, həm də təbiətdə, həyatda, fikir və davranışda olan gözəllikləri qavramaq, başa düşmək, sevmək və qiymətləndirmək qabiliyyətinin, habelə bədii yaradıcılıq qabiliyyətlərinin tərbiyə etdirilməsini nəzərdə tutur. Deməli estetik tərbiyə daha geniş sahəni əhatə edir və bədii tərbiyə də onun tərkibinə daxildir. Download 25.23 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling