Mövzu №13-14-15 Avtomobilin passiv təhlükəsizliyi Mühazirənin planı
Download 39.46 Kb.
|
seh.19
Mövzu № 13-14-15 Avtomobilin passiv təhlükəsizliyi Mühazirənin planı: 1. Passiv təhlükəsizlik, onun növləri və qiymətləndirmə göstəriciləri
F a = (N h + N y )/ N YNH Məlum olan göstəricilərə görə avtomobilin sürətinin 14m/san-dən kiçik qiy-
Yol qəzalarının ağırlığının qiymətləndirilməsi üçün aşağıdakı xüsusi göstərici- lərdən də istifadə edilir; -1 mln km yürüşə düşən yaralı və ölənlərin sayı -1 mln nəfər əhaliyə düşən yaralı və həlak olanların sayı -1 mln avtomobilə düşən yaralı və həlak olanların sayı. Müxtılif növ YNH-nin ağırlıq dərəcəsinin və avtomobillərin konstruktiv təhlükəsizliyinin qiymətləndirilməsi üçün bəzən iqtisadi göstəricilərdən istifadə edilir. Belə göstəricilərdən biri təhlükəlilik əmsalıdır (K T ). Onun qiymətini aşa- ğıdakı düsturla hesablamaq olar: K T = (K 1 N y + K 2 N a + K 3 N ö )/(N y + N a + N ö + N 0 ) burada: K 1 , K 2 və K 3 – hadisənin ağırlıq dərəcəsini qiymətləndirən əmsallardır N y , N a, ,N ö ,N 0 - hadisədə yünqül, ağır xəsarət alan, ölən və xəsarət al- mayanların sayıdır. Ən təhlükəli yer sürücünün (K T =0,184) və sağda arxada oturan sərnişinin yeri sayılır (K T =0,229). Tədqiqatlara əsasən YNH-ləri zamanı avtomobilin daxilində insanlara aşağı- dakı qüvvələr təsir edir. Əvvəlcə kuzovun deformasiyası nəticəsində ilkin zərbələr alınır. Bu zaman avtomobilin kinetik enerjisi detalların sınmasına və deformasiyasına sərf olunur. Sürücü və sərnişinlər avtomobilin daxilində ətalətlə əvvəlki sürəti ilə hərəkətini davam etdirir. Onların bədənini saxlayan qüvvələr ətalət qüvvəsinə nisbətən kiçik olduğundan, yerdəyişməyə mane ola bilmirlər. İnsanın sükan çarxı, cihazlar lövhə- si, külək şüşəsi və s. detallar ilə kontaktda olması zamanı ikinci zərbələr yaranır. İkinci zərbənin qiyməti avtomobilin sürəti və təcilindən, insanın yerdəyişməsin- dən, kontaktda olan detalların formasından və mexaniki xüsusiyyətindən asılıdır. Avtomobilin yüksək sürətlərində üçüncü zərbələrdə alına bilər. Bu zaman insa- 46. nın beyin maddəsi, qara ciyəri, ürəyi və s. daxili orqanları insan skeletinin bərk hissələrindən xəsarətlər alır. Xəsarətlərin çox hissəsi ikinci zərbədən yaranır. Tədqiqatlar göstərir ki, insan heç bir zədə almadan təqribən 0,01-0,1san davam edən qısa müddətli 40-50g yüklənməsinə tab gətirir. Avtomobilin üzbəüz toqquş- maları zamanı sürücü və qabağdakı sərnişinin yüklənməsi 160-200g çatır. Daxili passiv təhlükəsizliyi (DPT) yüksəldən konstruktiv tədbirlər zərbə nəti- cəsində ətalət yüklərinin azaldılmasını, salon daxilində insanların yerdəyişmələri- nin məhdudlaşdırılması, xəsarət törədən detalların ləqv edilməsini, yükün bərki- dilməsini nəzərdə tutur. Yəni passiv təhlükəsizlik elementləri avtomobilin ön hissəsində (qabaq bam- perdə) yaranan yükləmələri sürücü və sərnişinlərə çatana qədər 40-50g həddinə azaltmalıdır. Tədqiqatlar göstərir ki, tərpənməz maneəyə vurulma zamanı I-ci fazanın davamiyyət müddəti 0,05-0,1san, II-ci faza isə 0,02-0,04san təşkil edir.Avtomobilin ağırlıq mərkəzinin orta təcili bu zaman (8,3-14m/san sürətində) 45-60g çatır, ani təcili isə 80-100g çata bilər. Ona görə də, ətalət yüklərinin azaldılması üçün qeyd olunan fazaların davamiyyət müddəti, yəni detalların deformasiya müddəti artırılmalıdır. Avtomobilin kuzovu Minik avtomobilinin kuzovunun passiv təhlükəsizliyi konsepsiyası 1952-ci ildə
istiqamətlərdə paylansın. Təhlükəsiz sükan kolonkası Üzbəüz toqquşmalarda çərcivə lonjeronunda quraşdırılmış sükan mexanizminin qövdəsi qeriyə doğru yerini dəyişərək sürücüyə yaxınlaşır. Sükan trapesiyası qa- baqda yerləşən avtomobillərdə bunun nəticəsində sürücü artıq ilkin zərbədən xə- sarətlər ala bilər. İkinci zərbə nəticəsində sürücünün bədəni sükan çarxını defor- masiya edərək, çarxın topu və sükan valı ilə kontakta girir. Nəticədə o, üz, döş qə- fəsi, qarın boşluğu nahiyəsindən ağır xəsarətlər alır. Sürücünü qorumaq məqsədilə sükan çarxının topu böyük diametrli hazırlanır, elastik üzlüklə təmin edilir. Eyni zamanda çarxın müstəvisi şaquli xəttə nisbətən müəyyən bucaq altında yerləşdirilir və onun arxasında sifon tipli qırçınlı enerji- söndürücü elementdən istifadə edilir. Bundan başqa çarxın salona daxil olma im- kanını azaltmaq üçün zərbə nəticəsində yuxarı və ya aşağı tərəfə meyllənən kardan oynaqlı, aşağı hissəsi deformasiya olunan sükan valından istifadə olunur. Sürücü- nün bədəninin vala təsir edən kinetik enerjisini azaltmaq üçün həm val, həm də kolonkada böyük yüklərin təsiri altında dağıla bilən xüsusi qoruyucu elementlər yaradılır. Təhlükəsizlik kəmərləri Qəzalar zamanı insanların avtomobil daxilində yerdəyişmələrini məhdudlaşdı-
təsi ən azı 22,7kN, çiyin qayışının bərkidilmə nöqtəsi isə ən azı 22,9kN qüvvəyə tab gətirməlidir. Kəmər qıfılları bir əl ilə açılmalı və qayışların eni 10kN güc al- tında ən azı 51mm olmalı və burulmamalıdır. Təhlükəsiz hava yastıqları TK-rinin əsas özünəməxsus çatışmamazlıqlarından biri sürücü və sərnişinlə-
Təhlükəsiz oturacaqlar Avtomobilin oturacaqları toqquşmalar zamanı (xüsusən də eyni istiqamətli)
sürücü və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsində böyük rol oynayır. Oturacaqların bərkidilmə yerləri avtomobilin uzununa oxuna paralel yönəl- miş və oturacağın öz çəkisindən 20 dəfə artıq olan yükə tab gətirməlidir. Otura- caqların yerdəyişmə və tənzimlənmə sistemləri uzunluq boyu yönəlmiş 20g-yə qədər yükə tab gətirən bloklayıcıya malik olmalıdırlar. Oturacaqların baş yastıqları toqquşmalar zamanı insanların boyun onurğa sümüyünün xəsarətləri və sınmasının qarşısını alır. Statistikaya əsasən yastıqla- rın tətbiqi toqquşmalar zamanı xəsarətlərin sayını 42%-ə qədər azalda bilər. Xəsarət törədici detalların ləqv edilməsi Müxtəlif YNH-ri zamanı NV-sində oturmuş insanın bədəninə heç bir detalın
Təhlükəsizlik bamperləri Toqquşmalarda və tərpənməz maneənin vurulmasında xarici passiv təhlükə-
ölkələrində bamperlərin hündürlüyü normallaşdırılmamışdır. Həmdə yük və mi- nik avtomobillərinin toqquşmaları zamanı onların bamperləri üst-üstə düşmür (yol səthindən hündürlükləri müxtəlif olduğundan). Müasir avtomobillərdə müxtəlif konstruksiyalı bamperlərdən istifdə edilir. İlk sadə bamperlər sırf dəmirdən, sonralar isə dəmir üzərinə şəkilmiş rezin qatından ibarət idi. Hazırda bəzi bamperlərdə metaldan hazırlanmış gövdə zərbəni qəbul edərək kuzova bərkidilmiş polad bıcaqlara doğru yerini dəyişir. Metalın yuxarı qatı bıcaqlarla kəsilir və buna sərf olunan iş kinetik enerjini söndürür. Pnevmatik və hidravlik amortizasiya elementlərində zərbə enerjisi rezinin sıxıl- ması və ya mayenin drosselləyici deşikdən çıxması ilə söndürülür. Download 39.46 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling