Analoq data termini müəyyən zaman qismində kəsilməz olan məlumatlara aiddir; rəqəmsal data


Download 0.51 Mb.
bet1/6
Sana01.03.2023
Hajmi0.51 Mb.
#1241206
  1   2   3   4   5   6
Bog'liq
Müh 5 Analoq və rəqəmsal data

      1. Analoq və rəqəmsal data

Data analoq və ya rəqəmsal ola bilər. Analoq data termini müəyyən zaman qismində kəsilməz olan məlumatlara aiddir; rəqəmsal data – diskret olan məlumatlardır. Məsələn, dəqiqə və saniyə əqrəbləri olan bir analoq saat, məlumatı kəsintisiz forma ilə verir; Əqrəblərin hərəkətləri davamlıdır. Rəqəmsal saatda isə, vaxt göstəricisi bir anda 8:05-dən 8:06-a dəyişəcək.
Bir insan səsi kimi analoq data fasiləsiz dəyərlərə malikdir. Kimsə danışırsa, havada bir analoq dalğa yaranır. Bu, mikrofon tərəfindən qəbul edilərək analoq siqnala, və ya diskret çevirmə nəticəsində rəqəmsal bir siqnala çevrilə bilər.
Rəqəmsal data diskret dəyərlər alır. Data 0-lar və 1-lər şəklində kompüterin yaddaşında saxlanılır. Onlar rəqəmsal siqnala çevrilə bilər və ya bir mühitdə ötürülməsi üçün analoq siqnal halına gətirilə bilər.
      1. Analoq və rəqəmsal siqnallar

Siqnallar da təmsil etdiyi data kimi, analoq və ya rəqəmsal ola bilər. Bir analoq siqnal bir zaman kəsimində sonsuz çox sayda intensivlik səviyyəsinə malikdir. Dalğa A dəyərindən B dəyərinə bir yol keçir və yol boyunca sonsuz sayda dəyərləri ehtiva edir. Digər tərəfdən rəqəmsal siqnal, yalnız müəyyən təyin edilmiş dəyərlərə malik ola bilər. Hər bir dəyər hər hansı bir ədəd olmasına baxmayaraq, onların ifadəsi 1-lər və 0-lar kimi sadədir.
Siqnalların göstərilməsinin ən sadə üsulu, onları iki perpendikulyar oxlar üzərində təsvir etməkdir. Vertikal ox siqnalın dəyərini və ya gücünü əks etdirir. Horizontal ox, zamanı əks etdirir. Şəkil 3.2-də analoq və rəqəmsal siqnallar göstərilir. Analoq siqnalını təmsil edən əyri sonsuz nöqtələrdən keçir. Rəqəmsal siqnalın şaquli xətləri, siqnalın dəyərdən-dəyərə ani bir sıçrayışla keçdiyini nümayiş etdirir.

Şək. 3.2. Analoq və rəqəmsal siqnalların müqayisəsi


      1. Periodik və qeyri-periodik siqnallar

Analoq və rəqəmsal siqnallardan hər biri iki formadan birini ala bilər: periodik və ya qeyri-periodik (bəzən a periodik adlanır, yunan dilində “a” "qeyri" anlamında işlənir).
Dəyişən bir siqnal, period adlanan müəyyən bir müddət ərzində bir formanı tamamlayır və sonrakı eyni dövrlərdə bu formanı təkrar edir. Bir tam formanın bitirilməsi period adlanır. Qeyri-periodik siqnalın zaman keçdikcə dəyişməsi periodlarla təkrarlanmır.
Həm analoq, həm də rəqəmsal siqnallar periodik və ya qeyri-periodik ola bilər. İnformasiya kommunikasiyalarında, biz gələcək fəsillərdə görəcəyik ki, analoq siqnallar əsasən periodik və rəqəmsal siqnallar isə qeyri-periodik olurlar.



Download 0.51 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling