Analoq data termini müəyyən zaman qismində kəsilməz olan məlumatlara aiddir; rəqəmsal data


Download 0.51 Mb.
bet4/6
Sana01.03.2023
Hajmi0.51 Mb.
#1241206
1   2   3   4   5   6
Bog'liq
Müh 5 Analoq və rəqəmsal data

Dalğa uzunluğu, transmissiya mühiti ilə hərəkət edən siqnalın başqa bir xarakteristikasıdır. Dalğa uzunluğu sadə bir sinusoid dalğasının periodunun və ya tezliyinin həmin dalğanın mühitdə yayılma sürəti ilə əlaqədardır (bax Şəkil 3.7).

Şək. 3.7. Dalğa uzunluğu və period

Siqnalın tezliyi mühitdən asılı olmasa da, dalğa uzunluğu həm tezliyə, həm də mühitə bağlıdır. Dalğa uzunluğu hər hansı bir siqnalın xüsusiyyətidir. Data kommunikasiyalarında biz əsasən optik fiberdə işıq ötürülməsini təsvir etmək üçün dalğa uzunluğundan istifadə edirik. Dalğa uzunluğu, sadə bir siqnalın bir period ərzində qət edə biləcəyi məsafədir.


Dalğa uzunluğu verilmiş yayılma sürətinə (işıq sürətinə) və siqnal perioduna görə hesablana bilər. Lakin, period və tezlik bir-biri ilə əlaqəli olduğundan, dalğa uzunluğunu λ, tezliyi f, yayılma sürətini c ilə işarə etsək alırıq:


Elektromaqnitik siqnalların yayılma sürəti siqnalın tezliyindən və mühitdən asılıdır. Məsələn, işıq vakuumda 3 x 108 m/san sürətlə yayılır. Bu sürət havada bir az aşağı, optik kabeldə daha aşağıdır.


Dalğa uzunluğu normal olaraq mikrometrlər (mikron) ilə ölçülür. Məsələn, qırmızı işıq dalğasının tezliyi 4 x 1014 Hs təşkil edir. Onun havada yayılma zamanı dalğa uzunluğu:



Bununla yanaşı, koaksial və ya fiber-optik kabeldə onun dalğa uzunluğu bir qədər qısadır (0.5 μm), çünki kabeldəki yayılma sürəti aşağıdır.


      1. Kompozit siqnallar

İndiyə qədər sadə sinusoidal dalğalara diqqət ayırdıq. Sinusoidal dalğaların gündəlik həyatda bir çox tətbiqi var. Elektrik enerjisini bir yerdən digərinə daşımaq üçün sinusoidal dalğa göndərə bilərik. Məsələn, elektrik şirkəti, elektrik enerjisini evlərə və müəssisələrə çatdırmaq üçün 50 Hs-lik bir sinusoid dalğası göndərir. Başqa bir nümunə olaraq, bir oğru evdə bir qapı və ya pəncərəni açanda, təhlükəsizlik mərkəzinə həyəcan göndərmək üçün bir sinusoid dalğasından istifadə edə bilərik. Birinci halda sinusoidal dalğa enerji daşıyır; ikincidə sinusoidal dalğa təhlükə siqnaldır.
Telefonda danışmaq üçün yalnız bir sinusoidal dalğası istifadə edilsəydi, bu heç bir mənada heç bir məlumat vermə-yəcəkdi. Biz sadəcə bir ton eşidirik. Məlumatı çatdırmaq üçün kompozit siqnal göndərməliyik. Kompozit siqnal sadə sinusoidal dalğalardan ibarətdir.



Download 0.51 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling