Analoq data termini müəyyən zaman qismində kəsilməz olan məlumatlara aiddir; rəqəmsal data


Tək tezlikli sinusoidal dalğa məlumatların ötürülməsi üçün kifayət deyil; bunun üçün bir çox sadə dalğalardan ibarət olan bir kompozit siqnal göndərməliyik


Download 0.51 Mb.
bet5/6
Sana01.03.2023
Hajmi0.51 Mb.
#1241206
1   2   3   4   5   6
Bog'liq
Müh 5 Analoq və rəqəmsal data

Tək tezlikli sinusoidal dalğa məlumatların ötürülməsi üçün kifayət deyil; bunun üçün bir çox sadə dalğalardan ibarət olan bir kompozit siqnal göndərməliyik

1900-cü illərin əvvəllərində fransız riyaziyyatçısı Furye (Jan Baptiste Fourier) sübut etdi ki, hər hansı bir kompozit siqnal, əslində müxtəlif fərqli tezlikləri, amplitudları, fazaları olan siqnal dalğalarının birləşməsindən ibarətdir. Biz burada Furye təhlil-lərinin riyazi ifadələrini deyil, yalnız konsepsiyanı təqdim edirik.




Furye analizinə görə, hər hansı bir kompozit siqnal fərqli tezlik, amplituda və fazaya malik olan sadə sinusoidal siqnalların birləşməsidir.

Kompozit siqnal periodik və ya qeyri-periodik ola bilər. Furye teoreminə əsasən periodik kompozit siqnal ayrı-ayrı diskret tezlikləri (tezliyin 1, 2, 3, və s. tam dəyərləri) olan bir neçə sadə sinusoid dalğasına çevrilə bilər. Bir qeyri-periodik kompozit sinqalı, sonsuz sayda real dəyərləri olan tezliklərin birləşməsi ilə ifadə edilə bilər.




Əgər kompozit siqnal periodikdirsə, Furye çevirməsi ayrı-ayrı diskret tezlik seriyası olan sinusoidal siqnal verir; kompozit siqnal qeyri-periodik odluqda, çevirmə fasiləsiz tezliklərin kombinasiyası olan sinusoidal siqnal verir

Şəkil 3.8-də tezliyi f olan periodik bir kompozit siqnal göstərilir. Bu cür siqnal data kommunikasiyası üçün tipikdir. Biz onu hər biri fərqli bir tezliklə üç ayrı siqnal sistemi hesab edirik. Bu siqnalın təhlili bizə siqnalların necə ayrılmasını nümayiş etdirir.


Belə siqnalları bir sıra sadə sinusoidal dalğalarına birbaşa ayırmaq çətindir. Bununla yanaşı, bu işi həyata keçirən metodlar, həmçinin avadanlıq və proqramlar mövcuddur. Biz bunun necə edildiyi barədə burada danışmırıq; biz yalnız nəticə ilə maraqlanırıq. Şəkil 3.9 yuxarıdakı siqnalın zaman və həmçinin tezlik oxu üzərində ayrılmasının təsvirini göstərir.

Şək. 3.8 Kompozit periodik siqnal




Download 0.51 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling