Mövzu 5: Mehmanxana və restoran personalının xidmətlərində keyfiyyətə nəzarət Plan


Download 0.79 Mb.
bet1/3
Sana15.01.2023
Hajmi0.79 Mb.
#1093745
  1   2   3
Bog'liq
Mehmanxana personalı




Mövzu 5: Mehmanxana və restoran personalının xidmətlərində keyfiyyətə nəzarət
Plan:
1. Mehmanxana və restoran personalının seçilməsi
2. Mehmanxana və restoran personalının sınaqlarının təyin edilməsi +
3. Mehmanxana və restoran personalının keyfiyyət amilləri -
4. Mehmanxana və restoran personalının təsnifatı +


2. Mehmanxana və restoran personalının sınaqlarının təyin edilməsi
Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən mehmanxana müəssisələrində əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək işəgötürənin əsas hüquqlarından biridir.
Əmək Məcəlləsinə əsasən, əmək müqaviləsi bağlanılarkən sınaq müddəti, sınaq müddəti müəyyən edilməyən hallar, işə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası aşağıdakı maddələrdə öz əksini tapıb:
Mehmanxana müəssisələrində Əmək Məcəlləsinin 51-ci maddəsində sınaq müddəti ilə bağlı bildirilir:
1. Əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərtilə müəyyən edilir.
2. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əməkhaqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir.
3. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur.
Əmək müqaviləsi bağlanılarkən Əmək Məcəlləsinin 52-ci maddəsinə əsasən, aşağıdakı hallarda sınaq müddəti müəyyən edilmir:
- yaşı 18-dən az olan şəxslərlə;
- müsabiqə yolu ilə müvafiq vəzifəni tutanlarla;
- hamilə və üç yaşına çatmamış uşağı olan qadınlara;
- təhsil müəssisələrini bitirdiyi ildə ixtisası (peşəsi) üzrə ilk dəfə işə götürülən şəxslərə;
- ödənişli seçkili vəzifəyə seçilmiş şəxslərə;
- iki ay müddətinədək əmək müqaviləsi bağlanılan şəxslərə;
- tərəflərin razılığı ilə müəyyən edilən digər hallarda.
İşə qəbul zamanı sınağın nəticəsi və onun tənzimlənməsi qaydası isə aşağıdakı kimi tənzimlənir:
1. Sınaq müddəti bitənədək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər.
2. Sınaq müddəti bitənədək tərəflərdən biri əmək müqaviləsinin xitamını tələb etməyibsə, işçi sınaqdan çıxmış hesab edilir. İşçi sınaqdan çıxmış hesab edildiyi andan etibarən əmək müqaviləsinə yalnız Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla xitam verilə bilər.
3. Əmək müqaviləsində sınaq müddəti müəyyən edilərkən həmin müddət ərzində işçinin sınaq zamanı özünü doğrultmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi şərti göstərilməlidir.
4. Sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilə bilər.
Mehmanxana müəssisələrində sınaq müddətində özünü doğrultmamış işçinin əmək müqaviləsinə işəgötürənin əsaslandırılmış əmri ilə xitam verilməsi halı Əmək Məcəlləsinin 70-ci maddəsində öz əksini tapmışdır. Müvafiq maddədə bildirilir ki, sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.


Download 0.79 Mb.

Do'stlaringiz bilan baham:
  1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling