Mövzu 5: Mehmanxana və restoran personalının xidmətlərində keyfiyyətə nəzarət Plan


Mehmanxana və restoran personalının seçilməsi


Download 0.79 Mb.
bet2/3
Sana15.01.2023
Hajmi0.79 Mb.
#1093745
1   2   3
Bog'liq
Mehmanxana personalı

1. Mehmanxana və restoran personalının seçilməsi










  1. Mehmanxana və restoran personalının keyfiyyət amilləri

Mehmenxana və restoranda işləyənlərin sayına görə iri olan bölməyə menecer rəhbərlik edir. O, yaxşı təşkilatçılıq bacarığına malik olmalıdır. Mehmenxana və restoran nömrələri təmiz, səliqə-səhmanla, yüksək standartlara cavab verən səviyyədə saxlamaq çox böyük məsuliyyət və dəqiqlik tələb edir. Qonaqlar arasında keçirilən sorğuya görə, nömrələrin təmizliyi və səliqə-səhmanı mehmenxana və restoranın nüfuzunu qaldırır. Təcrübəli və səriştəli mehmenxana və restoran meneceri öz işində bir çox qaydalara əməl etməlidir:


−kadr potensialında səmərəli istifadə etməli işçilər arasında vəzifə bölgüsün düzgün aparmalı, məsuliyyəti bölüşdürməli və hər işçiyə konkret iş tapşırmalıdır;
− menecer tabeliyində olan işçilərə qarşılıqlı əlaqə saxlayaraq onların işinə nəzarət etməlidir;
− dəqiqliyi və səliqə-səhmanı tələb etməlidir;
− müntəzəm inventarlaşma aparmalı, avadanlığın və onların qiymətlərinin siyahısının tutmalı, işçiləri inventarlarla rəftarda diqqətli olmağı tələb etməlidir;
− tabeliyindəki işçilərə nümunə olmalı, onları işə həvəsləndirməli və qiymətləndirməlidir;
− qonaqların və rəhbərliyin menecerin qarşısına qoyduğu məsələlərdən yayınmamalı, təmkin göstərib problemi həll etməyə çalışmalıdır;
− menecer işçilərin təhsilinə diqqət yetirməli, ixtisasartırma kursları təşkil etməlidir;
− onların səmərələşdirici təkliflərinə diqqətlə yanaşıb qiymətləndirməlidir;
− çalışqan, təşəbbüskar işçiləri irəli çəkməli, onlara dayaq olmalıdır;
− menecer bölmənin işini mehmenxana və restoran digər bölmələri bacarmalı xüsusən inzibatçı, mühəndis-istismar, camaşırxana xidmətləri ilə həmahəng işləməlidir.
Mehmenxana və restoran menecerinin təlimatında 4 əsas vacib vəzifə aşağıdakılardır:
1. İşçilərə rəhbərlik etmək. Avadanlıq və təchizatın nəzarətini təmin etmək;
2. Qonaqların otaqlarının və mehmenxana və restoranın digər yerlərinin təmizliyinə və səliqə-səhmana diqqət etmək;
3. Baş menecerin maliyyə siyasətinə uyğun bölməyə rəhbərlik etmək;
4. Sənədləşdirmə.
Qeyd edilən amillər mehmanxana və restoran personalının keyfiyyətinin ölçülməsinə bilavasitə təsir göstərir.
Tabeliyində olan işçilərlə qeyri-rəsmi münasibət yaradan menecer mehmanxana və restoran personalında inam mühiti yaradır və qiymətli məlumatlar almaq imkanına malik olur. Qeyri-rəsmi münasibətdən menecer bir sıra mənfəətlər əldə edə bilər:
• Potensial problemlərin yaranmasının proqnozu;
• İşçilərin işə daha çox can yandırmağı;
Qeyri-rəsmi qarşılıqlı münasibətdə bir sıra faydalı məsləhətlər mövcuddur.
• Menecer kabinetinin qapısını bağlayıb işçilərdən təcrid olmamalı, «açıq qapı» siyasəti yeritməli, işçilərlə mütəmadi ünsiyyətdə olmalıdır;
• Menecer tabeliyində olanları adları ilə çağırmalıdır, çünki onlar bu münasibəti xoşlayırlar;
• Menecer işçilərə işin mahiyyəti, gedişi, müəssisənin siyasəti, qəbul olunan qərarlar haqqında məlumat verməlidir;
• Menecer işçilərin məsləhətinə qulaq asmalı, qiymətləndirməli və təşəkkür etməlidir;
• Menecer dinləmək bacarığına malik olmalıdır. Qeyri-rəsmi münasibətlər işin müvəffəqiyyətinin mühüm amilidir.
Əsaslandırmaq - hər hansı bir məqsədə nail olmaq üçün istiqamətlənmiş təşəbbüsü müdafiə etmək prosesi və ya bacarığıdır. Başqa sözlə desək, hər hansı bir insan işi məcburi deyil, istədiyinə görə edir. Bu cür yanaşma personalın bacarıqlarının üzə çıxmasına imkan yaradır, personalın keyfiyyət göstəcilərinin yüksəldilməsinə təminat verir.



Download 0.79 Mb.

Do'stlaringiz bilan baham:
1   2   3




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling