Mövzu 8 Beynəlxalq marketinqdə qiymət siyasəti Beynəlxalq rəqabətə istiqamətlənməklə qiymətqoyma metodları. Dünya ticarətində qiymətqoymanın marketinq sistemi. Yeni məhsullara qiymət qoyulmasının marketinq strategiyası


Beynəlxalq təcrübədə hərrac keçirilməsinin iki texnologiyası tətbiq edilir


Download 38.63 Kb.
bet4/9
Sana21.11.2023
Hajmi38.63 Kb.
#1791267
1   2   3   4   5   6   7   8   9
Bog'liq
Beynəlxalq Marketinq Mövzu 8

Beynəlxalq təcrübədə hərrac keçirilməsinin iki texnologiyası tətbiq edilir:
1. Hərrac keçirilməsinin yüksəltmə metodu, bu zaman əvvəlcə ən aşağı qiymət elan edilir, sonra onun yüksəldilməsi gedir və mal ən yüksək qiymət təklif edənə çatır.
2. Azaltma metodu (və ya Hollandiya metodu) ilə hərrac keçiriləndə əvvəlcə ən yüksək qiymət elan edilir və belə qiymətə alıcı tapılmırsa, qiymət azaldılır. Bu halda müvafiq malın alqı-satqısına dair əqd bağlanması hüququnu o alıcı qazanır ki, o, satıcının elan etdiyi qiyməti birinci qəbul edir və beləliklə hərracın qalan iştirakçıları ilə müqayisədə satıcının elan etdiyi ən yüksək qiymətlə razılaşır. Belə metod hərracın daha sürətli (tez) keçirilməsinə imkan verir. Lakin mübahisəli (yarış) ticarətin vəziyyətini və mühitini nəzərə alaraq, konkret tərəf üçün daha qəbuledilə bilən qiymətə sövdələşməyin mümkün olacağını hesablamaq çətin olur.
Beynəlxalq sövdələşmələr. Xarici-iqtisadi və beynəlxalq fəaliyyətlə məşğul olan şirkətlər belə metodikadan, bir qayda olaraq, irimiqyaslı əqdlər üzrə, müxtəlif ölkələrdən ən faydalı təchizatçı (mal göndərən) və ya podratçı müəyyən edilən zaman istifadə edirlər. Beynəlxalq sövdələşmələrin obyektləri maşın və avadanlıq dəstləri və obyektlər (zavodlar, bəndlər, idman qurğuları) tikilməsidir.
Beynəlxalq sövdələşmələr 80% hallarda inkişaf etməkdə olan ölkələr tərəfindən elan edilir, onlar irimiqyaslı layihələr həyata keçirərkən optimal tərəfdaşların müstəqil müəyyən edilməsində, habelə biznes-planı və texniki-iqitisadi əsaslandırmanı daxil edən geniş təkliflər tərtib edilməsində kifayət qədər təcrübəyə malik deyil. Bu, habelə onunla da izah edilir ki, bir sıra inkişaf etməkdə olan ölkələrdə xaricdən maşınlar və avadanlıq alan zaman kontraktın dəyəri müəyyən məbləğdən yüksək olan halda onun bağlanmasına qanunvericilik qaydasında yalnız sövdələşmələr vasitəsilə həyata keçirməyə icazə verilir. Məsələn, Birmada və Misirdə əslində bütün malların idxalı və bütün podrat əməliyyatları sövdələşmələr vasitəsilə həyata keçirilir.
Sövdələşmələr tenderlər vasitəsilə həyata keçirilir. Tenderlər deyəndə sövdələşmələrdə iştirak üçün təklif, sövdələşmələrin təşkili üçün lazımi tender sənədləri dəsti, sövdələşmələrin təşkilatlarının tərtib etdiyi şərtlər-təkliflər, habelə sövdələşmələrdə iştirak etmək istəyənlər tərəfindən ofert (müqavilə təklifi) və sövdələşmələrin qalibinin müəyyən edilməsinin qapalı prosedurası başa düşülür.

Download 38.63 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling