Mövzu: Birfazlı ikidolaqlı tr-torun iş prinsipi. Tr-torların gərginlik tənlikləri - Sumqayıt Dövlət Universiteti “Elektrik maşınlarının əsasları” fənni
- 10.1. Tr-torun iş prinsipi.
- Tr-torun işi, bir-birinə nisbətən tərpənməz olan iki yaxud ümumi halda istənilən sayda konturların qarşılıqlı elektromaqnit təsir prinsipinə əsaslanır.
- 10.1-ci şəkildə birfazlı ikidolaqlı tr-torun prinsipial sxemi göstərilmişdir.
- Əgər dolaqlardan birinin A-X sıxac-larına dəyişən cərəyan şəbəkəsindən gərginlik versək, hər iki dolağı əlaqə-ləndirən maqnit selinin təsiri ilə ikinci dolaqda dəyişən e.h.q. əmələ gəlir və ikinci konturdan ikinci dolağın a-x sıxaclarına qoşulmuş elektrik enerjisi qəbuledicilərini qidalandıran cərəyan axır. Bu qayda ilə dəyişən cərəyan enerjisinin birinci konturdan ikinci kontura verilişi icra olunur.
Mövzu: Birfazlı ikidolaqlı tr-torun iş prinsipi. Tr-torların gərginlik tənlikləri - Sumqayıt Dövlət Universiteti “Elektrik maşınlarının əsasları” fənni
- 10.2. Tr-torun m.h.q. və e.h.q. tənlikləri.
- Tr-torun hər hansı rejimdəki işinin təhlili I və II tərəf dolaqlarının e.h.q. tənliklərinə və m.h.q. tənliyinə əsaslanır. Tutaq ki, u1-şəbəkədən tr-torun birinci tərəf dolağının A-X sıxaclarına verilən f – tezlikli gərginliyi, i1 və i2 – birinci və ikinci tərəf dolaqlarındakı cərəyanın ani qiymətləridir.
- i1 və i2 cərəyanları birinci və ikinci tərəf m.h.q-ni i1w1 və i2w2 yaradır. Burada w1 və w2 – birinci və ikinci tərəf dolaqlarının ardıcıl birləşdirilmiş sarğılarının sayıdır. Kirxhofun ikinci qanununu maqnit dövrələrinə tətbiq etməklə:
- Burada, i0w1 – tr-tor nüvəsində sel yaratmaq üçün zəruri olan maqnitləşdirici mürəkkəbədir. Selin ani qiymətini Φt ilə işarə edirik. Φt seli praktiki olaraq tr-tor nüvəsinin en kəsiyi üzrə bərabər paylanır və həm birinci, həm də ikinci tərəf dolaqlarının bütün sarğıları ilə ilişir (Şəkil 10.1-də qalın qırıq xətt).
Mövzu: Birfazlı ikidolaqlı tr-torun iş prinsipi. Tr-torların gərginlik tənlikləri - Sumqayıt Dövlət Universiteti “Elektrik maşınlarının əsasları” fənni
- Bu sel böyük əhəmiyyətə malikdir və ona görə əsas sel adlanır.
- Əsas sel tr-torun birinci və ikinci tərəf dolaqlarında e.h.q. yaradır:
- Burada 10 və 20 – yalnız əsas Φt selinə müvafiq olan sel ilişmələridir.
- Bundan başqa i1w1 və i2w2 m.h.q-ləri birinci və ikinci tərəf səpələnmə sellərini Φσ1 və Φσ2 yaradır (Şəkil 10.1-də nazik qırıq xətlər). Səpələnmə selləri əsas etibarı ilə maqnit nüfuzluğu sabit olan qeyri-maqnit (yağ, hava, mis və s.) mühitdə paylandığına görə, səpələnmə induktivliyini sabit hesab etmək olar, yəni Lσ1=const və Lσ2=const. Tr-torun I və II tərəf dolaqlarında səpələnmə sellərinin yaratdığı səpələnmə e.h.q-si uyğun olaraq aşağıdakı kimi olacaq:
Mövzu: Birfazlı ikidolaqlı tr-torun iş prinsipi. Tr-torların gərginlik tənlikləri - Sumqayıt Dövlət Universiteti “Elektrik maşınlarının əsasları” fənni
- Kirxhofun ikinci qanununa əsasən birinci dolağın e.h.q. tənliyi alınır:
- Burada r1-birinci dolağın aktiv müqavimətidir.
- Yuxarıdakı tənliyi aşağıdakı kimi yazmaq olar:
- Bu şəkildə yazılmış tənlik – e.h.q-nin müvazinət tənliyidir.
- Sonuncu tənlikdə e1 və eσ1-in yerinə onların ifadələrini yazsaq və mötəri-zələri açsaq:
Mövzu: Birfazlı ikidolaqlı tr-torun iş prinsipi. Tr-torların gərginlik tənlikləri - Sumqayıt Dövlət Universiteti “Elektrik maşınlarının əsasları” fənni
- Burada 1-birinci tərəf dolağının tam sel ilişməsi olub, bu dolağın həm əsas selindən, həm də Φσ1 səpələnmə selindən yaranmışdır.
- Sonuncu bərabərliyin orta hissəsi gərginliyin üç mürəkkəbəsinin cəbri cəmindən ibarətdir, bu mürəkkəbələrdən hər biri uyğun e.h.q. ilə qarşılıqlı müvazinətdədir.
- İkinci tərəf dolağında, əsas Φt selindən yaranmış e2 e.h.q. Φσ2 səpələnmə selindən yaranmış eσ2 e.h.q. və -i2r2 e.h.q. təsir göstərir.Bütün bu e.h.q-lərinin cəbri cəmi, ikinci tərəf dolağının sıxaclarında u2 gərginliyini əmələ gətirir. Bu gərginlik ikinci tərəf şəbəkəsinin reaksiyası ilə müvazinətlənir. Beləliklə,
Mövzu: Birfazlı ikidolaqlı tr-torun iş prinsipi. Tr-torların gərginlik tənlikləri - Sumqayıt Dövlət Universiteti “Elektrik maşınlarının əsasları” fənni
- yaxud bu tənlikdə e2 və eσ2 e.h.q-lərinin ifadələrini yazsaq:
- Burada 2-ikinci tərəf dolağının tam sel ilişməsi olub – bu selin həm əsas selindən, həm də Φσ2 səpələnmə selindən yaranmışdır. Əgər, adətən, çox kiçik olan polad itgiləri nəzərə alınmazsa və poladın maqnit nüfuzluğu sabit hesab edilərsə, tr-tor dolaqlarındakı 1 və 2 sel ilişmələrini aşağıdakı şəkildə yazmaq olar:
- Burada L1 və L2-birinci və ikinci tərəf dolaqlarının tam induktivlikləri olub, həmin dolaqlarla ilişmiş bütün selə uyğundur. M12=M21=M – dolaqların qarşılıqlı induktivliyidir. 1 və 2-nin qiymətlərini yerinə yazsaq:
Do'stlaringiz bilan baham: |