Movzu Menecmentin metodları və idarəetmədə onların rolu
Download 112.01 Kb. Pdf ko'rish
|
1606911884964 Movzu 9
- Bu sahifa navigatsiya:
- İnzibati metod
- Sosial-psixoloji metod Sosial metod.
- Psixoloji metod.
Movzu 9. Menecmentin metodları və idarəetmədə onların rolu
İqtisadi inkişafa nail olunması, iqtisadi maraqların təmin olunması məqsədilə həyata keçirilən metodlara idarəetmənin iqtisadi metodları deyilir. İqtisadi metod maddi maraq prinsiplərinin tətbiqi ilə işin icrasının yerinə yetirilməsini təmin edir. İqtisadi metodlar bazar sistemində aparıcı mövqeyə malikdir. Bu metodlar vasitəsilə müəssisə və təşkilatların fəaliyyətinə təsir göstərilir və onlar üçün əlverişli şərait yaradılır. Həmçinin, iqtisadi metod istehsalın təşkilinə və onun nizama salınmasına, istehsalın ahəngdar olmasına xidmət edir.
İqtisadi metodlar aşağıdakı kimi təsnif olunur: 1) Müəssisədaxili iqtisadi metodlar. 2 ) Müəssisəxarici iqtisadi metodlar.
Müəssisədaxili iqtisadi metodlar həm müəssisənin iqtisadi maraqlarının, həm də personalının və ya işçilərin sosial-iqtisadi tələbatlarının təmin olunmasına xidmət edir. Müəssisəxarici iqtisadi metodlar isə
müəssisələrarası hesablaşmaları, müəssisə və təşkilatın digər müəssisə və təşkilatlarla, alıcılarla, sifarişçilərlə iqtisadi əlaqələri, əqdlərin bağlanmasını,
təsərrüfat, iqtisadi və maliyyə münasibətlərinin formalaşdırılmasını əhatə edir. İqtisadi metod müəssisənin iqtisadi inkişafı ilə əlaqədar olub, onun iqtisadi potensialının, maliyyə imkanlarının genişləndirilməsini nəzərdə tutur. Müəssisəxarici iqtisadi metod daha çox investisiyalar və maliyyə kapitalı cəlb etmək, iqtisadi sferada münasibətləri genişləndirmək, müəssisəyə tərəfdaşlar cəlb etmək, müəssisənin iqtisadi inkişafına nail olmağa imkan yaradır. İqtisadi metodlar ehtiyatların qənaətinə, maya dəyərinin aşağı salınmasına, mal və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına, gəlirin və mənfəətin həcminin artırılmasına yönəldilir. Müəssisənin inkişafının əsasını onun maliyyə imkanları təşkil edir. Bunun üçün
rəhbərlər müəssisənin maliyyə imkanlarının genişləndirilməsi, yüksək mənfəət əldə etmək, başqa sözlə desək müəssisənin iqtisadi qüdrətini artırmaq üçün daim yollar axtarırlar. Bu baxımdan iqtisadi metod vasitəsilə müəssisə özünün həm hədəf sferasını, həm də ayrı-ayrı sahələr yaratmaqla məhsul istehsalı prosesini daha da genişləndirir və həmin sahələrin fəaliyyəti bir-biri ilə əlaqələndirilir. Məsələn, dəri məhsulları fabriki paralel olaraq 3 təsərrüfat sahəsi yaradır. Birinci sahə dəri ayaqqabı, ikinci sahə dəri gödəkcə, üçüncü sahə isə dəri çanta istehsalını həyata keçirir. Bu zaman müəssisə xammalı kənardan almalı olur. Dəri məhsulları istehsalı ilə məşğul olmaq istəyən digər fabrik də 3 təsərrüfat sahəsi yaradır. Lakin burada ardıcıl olaraq birinci sahə gön-dəri tədarükü ilə, ikinci dəri məmulatlarının emalı ilə, üçüncü sahə isə dəri çanta və digər bu tipli məhsulların istehsalı ilə məşğul olur. Göründüyü kimi, ikinci müəssisədə isə bir təsərrüfat bölməsi digəri üçün xammal istehsal edir. Müəssisənin özü üçün xammal istehsal etməsi maya dəyərini aşağı salır, nəticədə iqtisadi səmərəlilik artır.
İnzibati metod məcburedici üsuldur və yüksək tələbkarlıq əsasında insanları fəaliyyətə, icraçılığa, nizama, intizama sövq edir. Müəssisələrin rəhbərləri bu cür üsulların tətbiqi üçün əmr etmək, sərəncamlar, göstərişlər, tapşırıqlar vermək səlahiyyətlərinə malikdirlər. İnzibati metodlar qanunların, qaydaların rəhbərlərə verdiyi səlahiyyətlər əsasında həyata keçirilir. İnzibati metod normativ- sərəncam xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. İnzibati təsir metodunun köməyi ilə istehsal sahələrinin təşkilində hüquqi münasibətlər tənzimlənir, əməyin təşkili formaları, işçi-rəhbər münasibətləri formalaşdırılır və təkmilləşdirilir. İnzibati üsullar müəssisədə qanunvericilik aktlarının, dövlət standartlarının və normativ sənədlərin tətbiqini, daxili qaydaların, təlimatların formalaşdırılmasını və onlara əməl edilməsini tələb edir.
Sosial metod. İdarəetmənin üsullarından biri də sosial-psixoloji metodlardır. Sosial metod insanların sosial tələbatının ödənilməsi və sosial inkişafının təmin olunması ilə idarəetmənin həyata keçirilməsi üsuludur. İdarəetmənin sosial metodu rəhbər işçi münasibətlərində işçilərin hüquqlarının pozulmamasını, onlarla səmimi rəftar olunmasını və onların sosial tələbatının ödənilməsi məsələlərini özündə əks etdirir. Burada sosial tələbat dedikdə, insanın maddi və mənəvi tələbatları sistemi başa düşülür. Qeyd edək ki, insan fəaliyyətinin əsasında mütləq mənada sosial tələbatlar dayanır. Belə ki, insan öz tələbatını ödəmək üçün fəaliyyət göstərir və gəlir əldə edir. Əldə etdiyi gəlirlə o, öz tələbatlarını ödəməyə müvəffəq olur. Deməli, işçilərin tələbatlarının ödənilməsi yolu ilə onların fəallaşdırılması, kadr kimi yetişdirilməsi sosial üsulun əsas məqsədlərindən biridir. Məsələn, rəhbər müəssisəyə işçi qəbul edərkən ona əmək haqqı təklif edir. O düşünməlidir ki, təklif etdiyi əmək haqqı işçinin minimum yaşayışını təmin etməlidir. Əgər təmin etmirsə, işçi daim iş axtarışında olacaq və istənilən vaxt o müəssisəni tərk etmək məcburiyyətində qalacaqdır. Sosial tələbatın ödənilməsi iqtisadi həvəsləndirmə sistemlərinin tətbiqindən də istifadə olunur. İqtisadi həvəsləndirmə sisteminə əlavə əmək haqqını, mükafatlandırma sistemini, maddi yardımların verilməsini aid etmək olar. Həmçinin tələbatın ödənilməsinə müəssisənin hesabına əlavə təhsil alınması, ixtisasların artırılması, kadrların təkmilləşdirilməsi, elmə yiyələnməsi, mənzil problemlərinin həlli məsələlərini də aid etmək olar. Nəzərə almaq lazımdır ki, idarəetmədə sosial qayğının rolu olduqca əhəmiyyətlidir. Müəssisələrdə işçilərin xidməti-nəqliyyat vasitə- ləri ilə təmin olunması, onların çalışdığı müəssisə də və ya firmada rabitə xidmətlərinin dəyərinin ödənilməsi, pulsuz ictimai-iaşə xidmətlərinin göstərilməsi, kollektiv gəzintilərin təşkil edilməsi sosial metodlar sistemniə aiddir. İstirahət günlərində, asudə vaxtlarında qeyri iş saatlarında kollektivin mədəni istirahətini təşkil etmək (konsert, teatr və s. mədəni kütləvi tədbirləri təşkil etmək) onlarda ruh yüksəkliyi yaradır. Müəssisədə aparılan sosial siyasətə sağlamlıq və səhiyyə xidmətlərinin göstərilməsi də daxildir. Sağlamlığın qorunması, işçilərin təhlükəsizliyinin təmin olunması, bədbəxt hadisələrdən mühafizə tədbirlərinin həyata keçirilməsi və sığortalanması işçilərə sosial qayğının elementidir. Bu məqsədlə müəssisədə sağlamlıq mərkəzlərinin, idman komplekslərinin, tibb məntəqələrinin fəaliyyəti məqsədəuyğundur. Bu cür
imkanlardan istifadə olunması əmək kollektivinin əmək qabiliyyətinin qorunub saxlanmasına və inkişafına şərait yaradır. Sosial üsulun tətbiqi işçinin əhval ruhiyyəsini artırmaqla onda əməyə stimul yaradır. Bu məqsədlə də, sosial üsul insan amili üçün daha çox əhəmiyyət daşıyır.
Psixoloji metod. İdarəetmədə psixologiyanın, psixi proseslərin rolu böyükdür. Psixoloji metod işçinin daxili imkanlarını araşdırmaq, onlardan istifadə etmək üsuludur. Psixoloji metod kollektivin psixologiyasına birbaşa və dolayı təsir göstərməklə onları əmək prosesində fəallaşdırır. Birbaşa təsir üsullarına işçini tərifləmək, vədlər vermək, istiqamətləndirmək, fəxri fərmanlarla, diplomlarla, medallarla təltif etmək, şərəf lövhəsinə şəklini vurmaq kimi üsullar aiddir. Psixoloji metodun dolayı təsir üsullarına isə ideya-siyasi tərbiyələndirmə, kollektivin ənənələrinin, adətlərinin qorunması və inkişaf etdirilməsi kimi məsələlər aiddir. İdeya-siyasi tərbiyə dedikdə, konstitusiyasının ali məqsədinə hörmətlə yanaşmağı, dövlət direktivlərinə, qanunvericilik aktlarına əməl etməyi, əməli fəaliyyətdə dövlətin mənafeyini şəxsi mənafedən üstün tutmağı tələb edir. Download 112.01 Kb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling