Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


Mövzu: Yaş və pedaqoji psixologiyanın predmeti, vəzifələri və metodları


Download 0.74 Mb.
bet55/60
Sana18.06.2023
Hajmi0.74 Mb.
#1592293
1   ...   52   53   54   55   56   57   58   59   60
Bog'liq
umumi-psixologiya-tm-1

Mövzu: Yaş və pedaqoji psixologiyanın predmeti, vəzifələri və metodları.
İxtisas: Tarix müəllimliyi
Kurs: I
Fənn: Psixologiya
Mövzu: XX
Ədəbiyyat siyahısı:

  1. Həsənli S. Psixologiyadan muhazirə konspektləri. Naxçıvan, 2011.

  2. Seyidov S.İ., Həmzəyev M.Ə. Ümumi psixologiya. Bakı, 2014

Plan:
Yaş psixologiyası haqqında anlayış. Yaş psixologiyasının predmeti.
Yaş psixologiyasının bölmələri.
Yaş psixologiyasının vəzifələri.
Yaş dövrləri, xüsusiyyətləri, qanunauyğunluqları.
Pedaqoji psixologiyanın predmeti. Pedaqoji psixologiyanın vəzifələri.
Pedaqoji psixologiyanın bölmələri.
Müəllim: Aygün Rüstəmova
E-mail adresi: aygun-rustemova@inbox.ru

Yaş psixologiyası haqqında anlayış. Yaş psi­xologi­yası müasir psixologiyanın əsas sahələrindən biridir. Yaş psixologiyasının predmetini birinci növbədə insan psixikasının inkişaf dinamikası­nın, şəxsiyyətin psixi prosesləri və psixi xassələ­rinin ontogenezinin inkişaf xüsusiyyətlərinin öyrə­nilməsi təşkil edir. Yaş psixologiyasının predmetinə fərdin psi­xologiyası və davranışının “yaş” anlayışı ilə ifadə olunan spesifik birliyini də aid etmək olar. Nəzərdə tutulur ki, insan hər bir yaş dövründə psi­xoloji və davranış xüsusiyyətlərinin həmin yaş dövrü üçün xarakterik olan və həmin dövrdən kənarda heç vaxt özünü göstərməyən birliyinə malik olur. Yaş psixologiyasının predmetini təşkil edən məsələlərdən birini də insanın psixiki inkişafı­nın hərəkətverici qüvvələri, şərati və qanunauy­ğunluqları təşkil edir. Psixi inkişafın hərəkət­verici qüvvələri anlayışı altında insanın psixi inkişafına təkan verən, onu müəyyən istiqamətə yö­nəldən səbəblər başa düşülür. Uşağın psixi inki­şafının hərəkətverici qüvvələri, hər şeydən əvvəl, fəaliyyətdə yaranan yeni tələbatlarla bu tələbatları ödəmə imkanları arasındakı dialektik ziddiyyətdən ibarətdir. Bu ziddiyyət yalnız kiçik yaş deyil, bütün yaş dövrləri üçün xarakterikdir. Lakin həmin zid­diyyətlər özünü göstərdikdə yaşdan asılı olaraq müəyyən spesifik xüsusiyyətə malik olurlar. Psixi inkişafın şəraiti adı altında daima təsir edən elə daxili və xarici amillər nəzərdə tulur ki, onlar hərəkətverici qüvvələr olmasalar da, inkişafa təsir göstərir, inkişafın gedişini istiqamətləndi­rir. Psixi inkişafın qanunauyğunluqlarına gəldik­də, onlar ümumi və xüsusi qanunauyğunluqlardan iba­rətdir. Həmin qanunauyğunluqların köməyi ilə insa­nın psixi inkişafını qeyd etmək və bunun köməyi ilə həmin inkişafı idarə etmək mümkündür.

Download 0.74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   52   53   54   55   56   57   58   59   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling