Mövzu: Psixologiyanın elm kimi meydana gəlməsi İxtisas: Tarix müəllimliyi Kurs: I fənn: Psixologiya


). Psixologiyanın yardımçı metodları


Download 0.74 Mb.
bet8/60
Sana18.06.2023
Hajmi0.74 Mb.
#1592293
1   ...   4   5   6   7   8   9   10   11   ...   60
Bog'liq
umumi-psixologiya-tm-1

2). Psixologiyanın yardımçı metodları: Psixologiyada yardımçı metod kimi fəaliyyət metodlarının təhlilindən də istifadə olunur. Fəaliyyət məhsulu kimi şagirdlərin icra etdikləri yazı işlərini, onların bədii yaradıcılıq məhsullarını: yazdıqları şer və hekayələri, əl işlərini, çəkdikləri rəsmləri və s. aid etmək olar. Belə ki, şagirdlərin yazı işlərini yoxlamaq və təhlil etməklə onlarda yazı vərdişlərinin inkişaf xüsusiyyətlərini, digər fəaliyyət məhsullarını təhlil etməklə həmin sahədə bacarıq və qabiliyyətlərinin xüsusiyyətlərini aşkara çıxarmaq mümkündür.Fəaliyyət məhsullarının təhlili daha çox yoxlananı əhatə etməyə imkan verir. Müasir psixologiyada psixodiaqnostik metodlardan da istifadə olunur. Bunlardan ən geniş şəkildə tətbiq olunanı testlərdir. Test qısa müddətli standartlaşdırılmış psixoloji sınaqdır. Testin köməyi ilə insanın psixologiyası və davranışının kəmiyyət və keyfiyyətcə dəqiq qiymətləndirilməsi bir sıra əvvəlcədən verilmiş standartlara – test normalarına nə dərəcədə uyğun olmasının müqayisəsi əsasında həyata keçirilir.Testlərin müxtəlif növləri vardır. Onlardan ən geniş yayılanları aşağıdakılardır: müvəffəqiyyət testləri, intellekttestləri, kreativ testlər, şəxsiyyət testləri, proyektiv testlər və.s.Müvəffəqiyyət testlərinin köməyi ilə yoxlananların konkret bilik bacarıq və vərdişlərə yiyələnmə dərəcəsi aşkara çıxarılır. İntellekt testləri yoxlananların əqli inkişaf səviyyəsini aşkara çıxarmağa xidmət edir. İntellekt testləri haqqında ilk fikir F.Qalton (1822-1911) tərəfindən irəli sürülmüşdür. Sonralar fransız psixoloqu A.Bine ilk psixoloji testləri yaratmışdır(1905-ci il). «Əqli yaş» anlayışından istifadə edən alman psixoloqu V.Ştern əqli koeffisenti (İQ) aşığıdakı formulla ölçməyi müəyyənləşdirmişdir: İQ bərabərdir ağıl yaşı bölünsün xronoloji yaşa vurulsun 100-ə. Hal – hazırda psixodiaqnostik tədqiqatlarda D.Vekslerin şkalasından, «proqressiv Raven matrisasından», R.Amtxauerin əqlin (intellektin) strukturu testindən, Q.Y.Ayzenqin «öz qabiliyyətlərinizi yoxlayın», «özünüzün əqli inkişaf koeffisentinizi yoxlayın» və s. geniş istifadə olunur. Xüsusi qabiliyyət testlərinin köməyi ilə insanların nə kimi xüsusi qabiliyyətlərə (musiqi, riyazi, texniki və s.) malik olduqları aşkara çıxarılır. Kreativ testlər insanlarda yaradıcılıq qabiliyyətlərini aşkara çıxarmaq üçün tətbiq olunur. Ən çox tanınan kreativ testlərə C. Gilfordun və E.Torrensin testlərini aid etmək olar. Bu testin əsasında yeni, qeyri-adi ideyaları irəli sürə bilmək qabiliyyətini aşkara çıxarmaq dayanır. Bu testdə tapşırıqlar sistemi elə qurulmuşdur ki, yoxlanan adam şəraiti dəyişmək, obyektə başqa cür yanaşa bilmək imkanına malik olsun. Yerinə yetirilən iş özünün məhsuldarlığına, sürətinə və orijinallığına görə qiymətləndirilir. Şəxsiyyət testləri fərdin şəxsiyyətinin müxtəlif cəhətlərini tədqiq etmək üçün istifadə olunur. Proyektiv testlərə gəldikdə onlar daxili proyeksiya dinamikası doğuran qeyri-müəyyən stimulların təqdimi əsasında yoxlananların şəxsiyyətini tamlıqda öyrənməyə imkan verən metodikadır. Bu cür testlərə RorĢarx testini, tematik apperseptiv testi (TAT) və s-ni aid etmək olar. Məsələn, TATın tətbiqi zamanı yoxlanan adam ona təqdim olunan şəkildə baş verən hadisələri təsvir edir və bu zaman həmin hadisələrə öz daxili hiss və məramını ifadə edir (şəkillər elə tərtib olunur ki, onları müxtəlif şəkildə şərh etmək mümkün olsun). Psixodiaqnostik metod kimi sosiometriya metodundan da istifadə olunur.Sosiometriya (latınca – sosietas-cəmiyyət və yunanca – metreo-ölçmək deməkdir) – qruplarda və kollektivlərdə rəğbət və nifrət tipli şəxsiyyətlərarası münasibətlərin kəmiyyətcə qiymətləndirilməsi və qrafik təsviri üçün tətbiq olunan standartlamdırılmış metodik üsulların məcmuundan ibarətdir.Sosiometriya amerikan psixoloqu C.Moreno tərəfindən işlənilmişdir. Nəhayət psixologiyada riyazi – statistik metodlardan da
istifadə olunur. Bu metodların köməyi ilə tədqiqat zamanı əldə edilmiş nəticələrin dəqiqlik və etibarlılıq dərəcəsi aşkara çıxarılır. Psixoloji tədqiqatlarda yardımçı metod kimi bioqrafik metodlardan da istifadə olunur. Bunun üçün insanın həyat yoluna aid faktların və hadisələrin, onun sələflərində, nəslində özünü göstərən xarakterik halların, sənədlərin, şəhadətnamələrin və s. təhlilindən istifadə olunur.


Download 0.74 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   4   5   6   7   8   9   10   11   ...   60




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling