MÜhaziRƏ 1 Geoloji formasiya anlayışı, onun mahiyyəti və geoloji formasiyalar haqqında ümumi məlumat


Download 41.5 Kb.
Sana25.11.2020
Hajmi41.5 Kb.
#151721
Bog'liq
C fakepath Mühazir 1


18.02.2019

MÜHAZİRƏ 1

Geoloji formasiya anlayışı, onun mahiyyəti və geoloji

formasiyalar haqqında ümumi məlumat
Formasiya termini geologiyada ilk dəfə 1762-ci ildə Fyuksel tərəfindən layların kompleksi mənasında işlədilmişdir. Sonralar bu termini geoloji əmələ gəlmələr mənasında işlətmişlər. A.Yerner (1787) göstərmişdir ki, müxtəlif vaxtlarda əmələ gəlmiş, dəyişmiş, daşınmış və.s süxurlar eyni kompleksdə yox, ayrı-ayrı komplekslərdə birləşdirilməlidir. O, formasiya terminini 1858-ci ildə Şimali Amerikanın timsalında lay dəstələrnin stratiqrafik anlamda birləşdirilməsi kimi qəbul etmişdir. Bununla da uzun müddət formasiya termini stratiqrafik mənada işlədilmişdir. Yalnız 1881-ci ildə beynalxaq geoloji konqresin 2-i sessiyasında qərara alındı ki, "formasiya " termini yalnız genetik mənada işlədilsin. Daha sonra dünyanın bir çox ölkələrində formasiya məfhumu çox saylı geoloqlar tərəfindən istifadə olunsada bu termin müxtəlif məna çalarlarında qəbul edilirdi.

XX əsrdə Levinson Lessing, Struve formasiya terminini püskürmə süxurlara şamil etmişlər. Sonralar Rusiyada maqmatik süxurların formasiyalar şəklində öyrənilməsində A.N.Zavaritskinin, M.A.Usovun, N.P.Xeraskovun, Y.A.Kuznetsovun, P.V. Luçitskinin və bir çox başqalarının xidmətləri olmuşdur.

Çökmə süxurların formasiyalar şəklində öyrənilməsi ilə N.S.Şatiski, V.S.Belausov, N.M.Straxov və bir çox başqaları məşqul olmuşlar.

Bununla bele geoloji formasiya anlayışında və onun tətbiqində tədiqatçılar hecdə həmişə vahid mövqedən çıxış etməmişlər.N.S.Şatiski (1945) və onun ardıncada N.P.Xeraskov (1952) "geoloji formasiya" tərifini verərkən geoloji formasiyalara süxurların paragenezisi kimi baxmağa başlamışdılar.

Beləliklə, geoloji formasiyalar haqqında təlimin əsası N.S.Şatiski tərəfindən qoyulmuşdur.0, geoloji formasiyalara süxurların təbii paragenetik assosasiyası kimi baxırdı.Sonralar bu tədiqatçının təsəvvürlərni bir qədər də dərinləşdirən N.P.Xeraskov, Y.A.Bilibin və.b hesab edirlər ki, geoloji formasiya maqmatik, çökmə və metamorfik süxurların yaş və məkan etibarı ilə bir-birinə yaxın olan toplumlarında ibarətdir.Həmin toplumlar hər hası bir geoloji obyektin müəyyən mərhələyə uyğun inkişafını səcyələndirir. başqa sözlə geoloji formasiya təbi süxur komplekslərnin qanuna uyğun paragenetik tolumlarından ibarət olmaqla yanaşı, həmdə məkan və zaman daxilində bir-biri ilə sıx əlaqədar olub, müəyyən həcim və sərhəddə malik olmalıdırlar, lay dəstələrinin arasında isə fasilə ola bilər.

Bu anlayış N.P.Xeraskovun verdiyi formasiyaların ümumi təsnifatındada özünü göstərir. 0 təsnifat belədir:

I.Platforma formasiyaları: a) avtoxtonlar; b) alloxtonlar;

II.Geosinkilinal formasiyaları: a) avtoxtonlar; b) alloxtonlar;

III.Orogenik formasiyalar (avtoxtonlar): 1) geosinkilinal,

2) epigeosinkilinal, 3) kataplatforma, 4) metaplatforma



Yuxarıda göstərilən tərifdən başqa bəzi tədiqatçılar (məsələn Y.A.Bilibin, Y.Belousov və.b geoloji formasiyanı geotektonik tsiklin müəyyən mərhələsinə uyğun olan kompleks (qanunauyğun birləşmə) kimi göstərirlər.

Mahiyyətcə eyni vəziyyət maqmatik formasiyanın tərifində də müşahidə olunur.

Maqmatik formasiyanın ilk tərtiflərindən birini Q.D.Afanasyev vermişdir. Onun fikrincə maqmatik formasiya ''dərinlikdəki maqmatik ocağın differensasiyasının müəyyən fazasına cavab verən və maqmanın qalxması nəticəsində əmələ gələrək müəyyən uyğun olan (effuzivlər, ekstruzivlər, intruzivlər, hipabissal intruzivlər) süxur assossiasiyasıdır".

Y.K.Ustiyevə görə "Maqmatik formasiya-tektonik-maqmatik təkamülün eyni bir mərhələsi ilə əlaqədar olan , eyni bir tektonik rejimdə ümumi struktur geoloji şəraitdə əmələ gələn, əsasən monofasial maqmatik və onunla əlaqədar olan metamorfik və hidrotermal dəyişmiş süxurların qanunauyğun təkrarlanan toplusudur. Bir maqmatik formasiyanın bütün üzvüləri arasında əlaqə ya maqmatik mənbənin, ya da ancaq struktur və süxur əmələ gətrən proseslərin eyni oması ilə təyin olunur".

Buna yaxın tərif SSR-in 1:2500000 miqyaslı maqmatik formasiyalar xəritəsinin təsviri zamanı qəbul olunmuşdur.“ Maqmatik formasiya müxtəlif yaşlı, ancaq Yer qabığının eyni geotektonik elementlərinin inkişafında müəyyən geoloji şəraitdə qanunauyğunluqla təkrar olunan maqmatik süxurların təbii maqmatik assosiasiyasıdır”.

Yuxarıda göstərilən təriflərdən belə çıxır ki, geoloji formasiyaların

başlıca əhəmiyyəti kimi onların müxtəlif üzvləri arasında genetik əlaqə əsas götrülməlidir. Bununla belə geoloji formasiyalar ayrılarkən süxurların petroqrafik , petrokimyəvi və geokimyəvi xüsusiyyətlərnin oxşarlığı, fəzada

vahid struktur-formasiya zonasındakı mövqeyi və həmin zonanın inkişafının

müəyyən mərhələsi ilə bağlılığı əsas götrülməlidir.

Əksər geoloqlar iki tip formasiya ayrırlar: 1) Mücərrəd və 2) Konkret formasiyalar:

Mücərrəd formasiya: həcimcə iri, qlobal taksonomik vahid olmaqla, konkret geoloji region və strukturla bağlı ola bilməz. Adətən bu ad altında Yer qabığının hər hası bir hissəsinin təkamülü prosesində sabit təkrar olunan, müəyyən ümumi tərkibə malik süxurların ümumi assosiasiyası başa düşülür.

Konkret formasiya: müəyyən region daxilində müəyyən vaxtda əmələ gələn ( adətən geoloji dövrə və onun hissələrinə cavab verən) və ixtiyari geoloji regionun strukutur-formasiya zonasının müəyyən mərhələsinin spesifikasını əks etdirən vahiddir. Konkret formasiyanın ayrılmasının əsasını aşağıdakı faktorlar təşkil edir.

1. Süxurların petroqrafik, petrokimyəvi və geokimyəvi nişanələrinin yaxınlığı.

2. Struktur-geoloji vəziyətinin yaxınlığı, yəni iri bir geostrukturun daxilindəki inkişafı.3.Bu strukturun tektono-maqmatik təkamülünün vahid mərhələsilə əlaqəsi.

Geoloji formasiyalar qruplara, böyük (qrup üstü) qruplara, sıralara, tiplərə ayrılır. Formasiya qrupları yer qabığının əsas struktur tiplərində əmələ gələn geoloji formasiyalardan təşkil olunur. Geosinkilinal, platforma və aralıq formasiyalar qrupları ayrırlar. Bəzən bunlardan başqa kontinent daxili, materikkənarı və okeandaxili daha böyük (qrup üstü) formasiyalar qrupları ayrırlar (Ruxin,V.İ.Popovl960). Şatiski (1954,1955) müəyyən tərkibli formasiyalar qrupları ayırmışdır. Şatiski (1952,1965) həm də arid, humid və tropik zonaların formasiya qruplarnı ayırmışdır. Bütün bunlardan

başqa bir çox tədiqatçılar əmələ gəlmə şəraitlərnə, fasial və tərkib xüsusiyyətlərnə görə geoloji formasiyaları sıralara və genetik sıralara və tiplərə ayrırlar. Geoloji formasiyalar adətən müəyyən faydalı qazıntıya və ya faydalı qazıntılara potensial perispektivli, başqa sözlə ixtisaslaşmış olurlar. Geoloji formasiyalardan başqa tərkibində filiz komponetləri saxlayan, daşıyan hidrotermal-metasomatik (məs: qreyzen, skarın, törəmə kvarsit, kvars-serisit və.s) və filiz (skarın-maqnetit, kolçedan-mis-polimetal, dəmir-manqan, mis-molibden və.s) fornnasiyalarını da ayrırlar.

1968-ci ildə geoloji formasiyaların D.S.Xorkeviç, V.N.Moşkaleva və.s tərəfindən təsnifatı verildi. Bu təsnifata əsasən Azərbaycanda F.R.Abdullayev, F.A.Axundov və.b, Gürcüstanda O.M.Zaridze və M.F.Tatrişvili, Ermənistanda Q.F.Baqdəsaryən və.b Cənub Qafqazda maqmatik formasiyaların erkəngeosinkilinal, ortageosi nki linal, konsolidasyon və postkonsolidasion aktivləşmə mərhələlərinə ayırıb müəyyənləşdirdilər.
Download 41.5 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling