İşçi heyəti: Redaksiya heyəti: Elşən Hacızadə baş redaktor, iqtisad elmləri doktoru, professor Vahid Axundov


Download 4.23 Kb.
Pdf ko'rish
bet1/22
Sana17.11.2017
Hajmi4.23 Kb.
#20253
  1   2   3   4   5   6   7   8   9   ...   22

İşçi heyəti:
Redaksiya heyəti:
Elşən Hacızadə  - baş redaktor, iqtisad elmləri doktoru, professor 
Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə (AMEA-nın həqiqi
üzvü),   Fazil Məmmədov,   Kəmaləddin Heydərov,   Şahin Mustafayev,  Azər
Əmiraslanov (iqtisad elmləri namizədi), Səlim Müslümov (iqtisad elmləri doktoru), Vahid
Novruzov  (iqtisad  elmləri  doktoru,  professor),  Asəf  Nadirov  (AMEA-nın  həqiqi  üzvü),
Ağasəlim Ələsgərov (AMEA-nın müxbir üzvü), Akif Musayev (AMEA-nın müxbir üzvü),
Natiq Əmirov, Namiq Əliyev (hüquq elmləri namizədi), Sahir Məmmədxanov, Sahib
Ələkbərov, Asif Cahangirov (tarix elmləri namizədi), Vidadi Məmmədov (hüquq elmləri
namizədi), Yaşar Kəlbiyev (iqtisad elmləri  doktoru), Elşən Əliyev (məsul katib).
Babayev Əlican Pirican oğlu,
iqtisad elmləri doktoru, professor.
Bayramov Əvəz İslam oğlu,
iqtisad elmləri doktoru, professor.
Həsənov Rasim Tapdıq oğlu,
iqtisad elmləri doktoru, professor.
Manafov Qabil Nadir oğlu,
iqtisad elmləri doktoru, professor.
Muradov Ədalət Cəlal oğlu,
iqtisad elmləri doktoru, professor.
Yüzbaşıyeva Gülşən Zahid qızı,
iqtisad elmləri doktoru.
Səfərov Qənimət Əsəd oğlu,
iqtisad elmləri doktoru.
Balayeva Elmira Əli qızı,
iqtisad elmləri  üzrə fəlsəfə doktoru, dos.
Quliyev Asiman Aydın oğlu,
iqtisad elmləri  üzrə fəlsəfə doktoru, dos.
İbrahimov Zöhrab Həsən oğlu, 
iqtisad elmləri  üzrə fəlsəfə doktoru, dos.
Məhərrəmov Ramiz Bulut oğlu,
iqtisad elmləri  üzrə fəlsəfə doktoru, dos.
Rəhimli Fikrət Əhməd oğlu, 
iqtisad elmləri  üzrə fəlsəfə doktoru, dos.
Rzayev Pərviz Qafar oğlu, 
iqtisad elmləri  üzrə fəlsəfə doktoru, dos.
Sadıqov Mustafa Mirsadıq oğlu,
iqtisad elmləri  üzrə fəlsəfə doktoru, dos.
Seyfullayev İlqar Zülfüqar oğlu, 
iqtisad elmləri  üzrə fəlsəfə doktoru.
“BİZ BAZAR İQTİSADİYYATINI
VERGİ YOLU İLƏ TƏNZİMLƏMƏLİYİK”.
Heydər Əliyev
“Azərbaycanın vergi xəbərləri”
Resenziyalı, aylıq elmi jurnal
Təsisçi:
Azərbaycan Respublikasının 
Vergilər Nazirliyi
DEKABR, 2011,  N 12
Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 
İqtisad elmləri üzrə elmi nəşrlər siyahısına daxil edilmişdir.
Tamilla İsmayılova - baş mühasib; Səbinə Seyfullayeva - korrektor; Etibar Əliyev - fotomüxbir
Nəşrin məsləhətçisi:  Elşən Bağırzadə 
Resenzentlər:

RƏSMİ
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri
cənab İlham Heydər oğlu Əliyevə .......................... 5
Dünya azərbaycanlılarına ....................................... 7
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi qədirbilən
xalqımızın qəlbində əbədi yaşayacaqdır ................. 9
Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Rejimli
Vergi Xidməti Departamentinin inzibati binasının
qarşısında salınan yeni parkda görülən işlərlə
maraqlanmışdır ..................................................... 11
AKTUAL
Z.Səmədzadə. İnkişafın Azərbaycan modeli ........ 13
MÜSAHİBƏ
“... Məni ən çox təsirləndirən  Azərbaycana
hər gəlişimdə transformasiya və modernləşməni 
birbaşa müşahidə edə bilməyimdir”. Türkiyənin
Hacettepe Universiteti İqtisadiyyat və idarəetmə
fakültəsinin dekanı prof. dr. Ahmet Burçin Yereli ilə
müsahibə ..............................................................  29
XƏBƏRLƏR
2012-ci ilin dövlət büdcəsi təsdiq edilmişdir ........ 35
“Avropa Birliyi ölkələrində vergi mühiti və 
investisiya imkanları” layihəsinin təqdimatı 
keçirilmişdir .......................................................... 35
Amerika Birləşmiş Ştatlarının Beynəlxalq 
İnkişaf  Agentliyinin nümayəndələri ilə 
görüş olmuşdur ..................................................... 36
QANUNVERİCİLİK
“Azərbaycan Respublikasının Vergi Məcəlləsində
dəyişikliklər edilməsi haqqında”  Azərbaycan
Respublikasının Qanunu ....................................... 37
“Azərbaycan Respublikasının Mülki Məcəlləsində
dəyişikliklər edilməsi haqqında”  Azərbaycan 
Respublikasının 2011-ci il 30 sentyabr tarixli 
201-IVQD nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ... 37
“Azərbaycan Respublikası Vergi Məcəlləsinin
13.2.15-ci maddəsinin şərh edilməsinə dair” 
Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi
Plenumunun Qərarı ............................................... 39
VERGİQOYMA
İ.Seyfullayev. İnnovasiya yönümlü amortizasiya
siyasətinin vergitutma cəhətləri ............................ 49
VERGİ TƏNZİMLƏMƏSİ
A.Hüseynov. Təbiətdən istifadədə vergi və ödəmə
məsələləri .............................................................. 69
İQTİSADİ TƏHLÜKƏSİZLİK
F.Qənbərov. Xarici borcların iqtisadi təhlükəsizlik
baxımından qiymətləndirilməsi ............................ 77
İQTİSADİ FİKİR TARİXİ
S.Səməndərov. Azərbaycanın sovetləşdirilməsinin ilk
illərində N.Nərimanovun  ictimai-siyasi hadisələr
kontekstində  iqtisadi idarəetmə mexanizmlərinin
təşkilində rolu və iqtisadi mühakimələri .............. 87
ENERJİ TƏHLÜKƏSİZLİYİ
Y.Bayramzadə. Yanacaq-enerji resurslarının coğrafi
bölgüsü və dünya iqtisadiyyatının inkişafındakı 
rolu ........................................................................ 97
ƏMLAKIN QİYMƏTLƏNDİRİLMƏSİ
T.Hüseynov. Əmlakın qiymətləndirilməsində bazar
yanaşması ............................................................ 113
İQTİSADİ TƏHLÜKƏSİZLİK
C.Yusifov. İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin
yüksəldilməsi Azərbaycan Respublikası 
iqtisadi təhlükəsizliyinin təmin edilməsi
amili kimi ............................................................ 121
BEYNƏLXALQ İQTİSADİ MÜNASİBƏTLƏR
Р.Абдуллаев.  Особенности финансовых рисков
в сфере международных экономических 
отношений и внешнеэкономической
деятельности ..................................................... 131
MÜƏSSİSƏNİN İQTİSADİYYATI
Q.Tanrıverdiyev. Müəssisələrin ödəmə 
qabiliyyətinin artırılmasının əsas istiqamətləri ... 151
GİZLİ İQTİSADİYYAT
E.Bağırzadə. Azərbaycanda qeyri-rəsmi (gizli) 
iqtisadiyyatın leqallaşdırılması siyasətinin
təkmilləşdirilməsi üzrə təkliflər .......................... 169
YENİ NƏŞRLƏR
“Ekonometrikaya giriş” ...................................... 193
ELM KORİFEYLƏRİ
Nobel mükafatı laureatları .................................. 194
TERMİNOLOGİYA
İqtisadi terminlər lüğəti ...................................... 197
MƏLUMAT
Müəlliflər üçün qaydalar .................................... 200
2011-ci ildə “Azərbaycanın vergi xəbərləri”  
jurnalında dərc edilmiş materiallar ..................... 208
2
MÜNDƏRİCAT

Prof. Dr. Elshan HAJIZADEH - chief-in-editor
Prof. Dr. Vahid AKHUNDOV, Prof. Dr. Ziyad SAMADZADEHFazil MAMMADOVKa-
maladdin HAYDAROVShahin MUSTAFAYEV, Dr. Azer AMIRASLANOV, Prof. Dr.
Salim MUSLUMOV,  Prof. Dr. Vahid NOVRUZOV,  Prof. Dr. Asaf NADIROV, Prof. Dr.
Agasalim  ALASGAROV,    Prof.  Dr.  Akif  MUSAYEV,  Natiq  AMIROV,    Dr.  Namig
ALIYEVSahir MAMMADKHANOVSahib ALEKBEROV,  Dr. Asif JAHANGIROV,
Dr. Vidadi MAMMADOV, Prof. Dr. Yashar KALBIYEVElshan ALIYEV (coordinator).
Referees board:
Babayev Alijan Pirijan oqlu,
Prof. Dr.
Bayramov Avaz Islam oqlu,
Prof. Dr.
Hasanov Rasim Tapdıg oqlu,
Prof. Dr.
Manafov Gabil Nadir oqlu,
Prof. Dr.
Muradov Adalat Jalal oqlu,
Prof. Dr.
Yuzbashiyeva Gulshan Zahid gızı,
Prof. Dr.
Safarov Qanimat Asad oqlu,
Prof. Dr.
Balayeva Elmira Ali gızı,
Ass. Prof.
Guliyev Asiman Aydın oqlu,
Ass. Prof.
Ibrahimov Zohrab Hasan oqlu, 
Ass. Prof.
Maharramov Ramiz Bulut oqlu,
Ass. Prof.
Rahimli Fikret Ahmet oqlu, 
Ass. Prof.
Rzayev Parviz Gafar oqlu, 
Ass. Prof.
Sadigov Mustafa Mirsadig oqlu,
Ass. Prof.
Seyfullayev Ilqar Zulfugar oqlu, 
Ass. Prof.
Editorial board:
The journal have been included by decision of the Supreme Attestation Comission under the
President of Azerbaijan Republic to the list of scientific publications  on economic sciences.
Editorial office: 
Tamilla Ismayılova - chief accountant; Sabina Seyfullayeva -proofreader; Etibar Aliyev - photographer
Advisor of publication: Elshan Bagirzadeh 

CONTENT
4
OFFICIAL
To the President of Azerbaijan Republic 
Mr. Ilham Haydar oglu Aliyev ................................. 5
To World Azerbaijanis ............................................. 7
The great leader Haydar Aliyev’s grateful memory 
will live in the hearts of our people eternally .......... 9
President of Azerbaijan Ilham Aliyev was interested
with work carried out in the new park dropped in
front of the administrative building of Department 
of Tax Service with Special Regime ....................... 11
ACTUAL 
Z.Samadzadeh. Azerbaijan model of development ... 13
INTERVIEW
“…In  each  coming  to  Azerbaijan,  I  can  observe
process of transformation and modernization directly.
This is case impress most of all me”. Prof. Dr. Ahmet
Burchin YERELI, Dean of Faculty of Economic and
Administrative Sciences of Hacettepe University
of Republic of Turkey .............................................. 29
NEWS
State Budget of 2012 was affirmed ...................... 35
Presentation of the Project of Tax Environment and
Investment Opportunities in European Union 
Countries was held .................................................. 35
The meeting with representatives of the Interna-
tional Development Agency of the United States 
of America was held ............................................. 36
LEGISLATION
The Law of Azerbaijan Republic on Making Changes 
in the Tax Code of Azerbaijan Republic ................ 37
The Decree of the President of Azerbaijan Republic
related to Application of Law of Making Changes 
in Civil Code of Azerbaijan Republic 
201-IVQD numbered and September 30 2011dated...37
The Decision of the plenum of Constitutional Court
of Azerbaijan Republic concerning to Commenting on
13.2.15 of the Matter of Tax Code ........................ 39
TAXATION
I. Seyfullayev. Taxation aspects of pro-innovative 
amortization policy ............................................... 49
TAX REGULATION
A.Huseynov. Tax and Payment Issues in the 
Environmental Management ................................. 69
ECONOMIC SAFETY 
F. Ganbarov. Evaluation of management system of
external debts from point of view of economic safety ... 77
HISTORY OF ECONOMIC THOUGHT
S.Samandarov. N.Narimanov’s economical thought
and its role in the forming of the mechanisms of
economical management in the context of social 
and political events in the first years of sovetization
of Azerbaijan ........................................................ 87
ENERGY SAFETY
Y. Bayramzadeh. Geographic location of the fuel and 
energy resources and their role in the global economy... 97
VALUATION OF PROPERTY 
T. Huseynov.  The market approach to evaluation 
of property .............................................................. 113
ECONOMIC SAFETY 
J.Yusifov. Increase of competitiveness of economy
as the factor of maintenance of economic safety 
of the Azerbaijan Republic .................................. 121
INTERNATIONAL ECONOMIC RELATIONS
R.Abdullayev. International economic relations 
and features of financial risks in the field 
of foreign economic activities .............................. 131
MICROECONOMICS
Q.Tanrverdiyev. The main directions of increasing 
of solvent of enterprise ........................................ 151
HIDDEN ECONOMY
E. Bagirzadeh. Recommendations on improvement 
of the policy of legalize of unofficial (hidden)
economy in Azerbaijan ........................................ 169  
NEW PUBLICATIONS 
Introduction to Econometrics ............................... 193
SCIENCE CORYPHAEUSES 
Nobel’s Laureates on Economics ........................ 194
TERMINOLOGY
Dictionary of Economic Terms ............................ 197
INFORMATION
Notes to contributors ............................................ 200
List of articles printed in the journal of Tax News 
of Azerbaijan in 2011 ........................................... 208

Əziz və möhtərəm cənab Prezident! 
Sizi anadan olmağınızın 50 illiyi münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun
ömür, möhkəm cansağlığı arzulayır, Azərbaycanın qüdrətli dünya dövlətləri sırasına çıxarıl-
ması, xalqımızın xoşbəxt gələcəyinin təmin olunması naminə dəyərli fəaliyyətinizdə yeni-
yeni uğurlar diləyirik! 
Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətini yeni çağırışlar şəraitində yaradıcı
şəkildə məharətlə davam etdirməyiniz sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik
həyatımızın reallığına çevirmişdir. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-
iqtisadi inkişaf strategiyası hər gün yeni bəhrələr verir. İndi Azərbaycan dünyanın ən dinamik
inkişaf edən ölkələrindən biri və Cənubi Qafqaz bölgəsinin lider dövlətidir. 
Ölkəmizin ildən-ilə daha da zənginləşməsi qarşıya qoyulan ən mürəkkəb və çətin vəzi-
fələrin öhdəsindən gəlməyə imkan yaradır. Sənaye və kənd təsərrüfatı potensialının güclən-
məsinə, regionların sosial-iqtisadi inkişafına yönələn möhtəşəm dövlət proqramları icra
olunur, xalqımızın rifah halının yüksəlməsinə xidmət edən tədbirlər həyata keçirilir, əmək
haqları, müavinətlər, pensiyalar artırılır, elm və təhsilin, mədəniyyət və incəsənətin, səhiyyə
və idmanın tərəqqisi üçün lazımi işlər görülür. 
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
5
Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə
RƏSMİ

6
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
Hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyəti yaradılması, bazar
iqtisadiyyatının bərqərar edilməsi məqsədi ilə geniş miqyaslı islahatlar davam etdirilir. İnsan
hüquqları və azadlıqları etibarlı surətdə təmin edilir, ölkəmizin Avropa xalqları ailəsində
nüfuzu artır. 
Elmi əsaslar üzərində qurulmuş xarici siyasətiniz Azərbaycanın dünya siyasətinə təsirinin
dönmədən artmasına gətirib çıxarır. Dövlətimizin beynəlxalq mövqelərinin möhkəmlənməsi
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi yüksək zirvənin fəth edilməsində öz
parlaq ifadəsini tapmışdır. 
Azərbaycanın haqq səsinin dünya birliyinə çatdırılması üçün həyata keçirilən düşünülmüş
tədbirlər müsbət nəticələr verir. Xalqımızın ağrılı yeri olan Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin nizama salınmasında ərazi bütövlüyü prinsipi beynəlxalq təşkilatlar
və xarici ölkələr tərəfindən təməl prinsip kimi qəbul olunur. Şübhə yoxdur ki, qısa zamanda
Siz dövlətimizin bu probleminin də həllinə nail olacaqsınız.
Əziz və möhtərəm cənab Prezident! 
Xalqımızın maraqları və tələbatı üzərində qurulan siyasətiniz, müasir idarəçilik üs-
lubunuz Sizə ölkəmizdə və xaricdə böyük hörmət və nüfuz qazandırmışdır. Azərbaycanın
xoşbəxt gələcəyi bu gün Sizin əzmlə həyata keçirdiyiniz quruculuq və inkişaf strategiyası
ilə bağlıdır. 
Müasir dünyanın çox mürəkkəb bölgəsində yerləşən ölkəmizi layiqli şəkildə idarə etmək
üçün dövlət başçısından tələb olunan yüksək erudisiya və intellekt, siyasətə, iqtisadiyyata,
incəsənətə, tarixə, başqa sahələrə dərindən bələdlik kimi xüsusiyyətlərlə yanaşı, Siz Vətənə
dərin məhəbbət, səmimilik, sadəlik, təvazökarlıq, insanların qayğılarına həssas münasibət
kimi yüksək mənəvi keyfiyyətlərə maliksiniz. Sizin nümunəvi insani keyfiyyətləriniz gözəl
ailə başçısı olmağınızda da təcəssümünü tapmışdır. Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva,  övladlarınız  ölkəmizin  ictimai-siyasi  həyatında  fəal  iştirak  edir,  xalqımızı
düşündürən problemlərin həllinə kömək göstərmək üçün mümkün olan hər şeyi edirlər. 
Əziz cənab Prezident! 
Biz əminik ki, Sizə xas olan siyasi bəsirət və səriştə dövlətimizin müstəqillik yollarında
bundan sonra da inamla irəliləməsini təmin edəcəkdir. Bu işdə biz Sizə yeni uğurlar arzu-
layırıq.  Sizi  əmin  edirik  ki,  xalqımızın  və  dövlətimizin  işıqlı  sabahı  naminə  həyata
keçirdiyiniz  quruculuq  işlərinin  qanunvericilik  bazasını  möhkəmləndirmək  və  təkmil-
ləşdirmək üçün parlament öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə ye-
tirəcəkdir. 
Dərin ehtiram hissi ilə,
AZƏRBAYCAN RESPUBLİKASININ 
MİLLİ MƏCLİSİ
Bakı şəhəri, 23 dekabr 2011-ci il.

Dünya azərbaycanlılarına 
7
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
Əziz həmvətənlər!
Hörmətli soydaşlar!
Xalqımızın birlik və mütəşəkkilliyinin, milli təəssübkeşlik və Vətənə sədaqətinin
rəmzi olan 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə
sizi səmimi qəlbdən salamlayıram. 
Ümummilli  liderimiz  Heydər  Əliyevin  20  il  əvvəl  irəli  sürdüyü  təşəbbüs
nəticəsində təsis edilən bu əziz bayram dünyadakı bütün soydaşlarımızın qəlbini
Vətən hərarəti ilə isidir və müstəqil Azərbaycan dövlətinə məhəbbət hissi aşılayır.
Həmvətənlərimizin milli birliyinə xüsusi əhəmiyyət verən Azərbaycan hökuməti
diaspor quruculuğu işini daim diqqət mərkəzində saxlayır. Bu ilin yayında Bakıda
Dünya Azərbaycanlılarının III Qurultayının keçirilməsi xarici ölkələrdə yaşayan soy-
daşlarımızın təşkilatlanması və Vətənlə əlaqələrinin möhkəmləndirilməsi yolunda
yeni mərhələnin başlanğıcını qoydu. Qurultayda diaspor qurumlarının fəaliyyəti
qiymətləndirildi, soydaşlarımızın mütəşəkkilliyinin və təşkilati çevikliyinin artırıl-
masına təkan verən mühüm qərarlar qəbul olundu.
Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbay-
cançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının günü-gündən güclənməsi
olduqca  fərəhləndirici  haldır.  İndi  xaricdəki  həmvətənlərimiz  məskunlaşdıqları
ölkələrin  ictimai-siyasi,  mədəni  və  işgüzar  həyatında  getdikcə  öz  mövqelərini
genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə san-
ballı töhfələr verirlər. Bu ilin yazında keçirilmiş nüfuzlu beynəlxalq mədəniyyət
yarışmasında  -  “Eurovision  -  2011”  mahnı  müsabiqəsində  təmsilçilərimizin
qazandığı qələbədə Avropa ölkələrində yaşayan soydaşlarımızın da payı olmuşdur.
Ümidvaram ki, diaspor təşkilatlarımız bundan sonra da əldə edilən nailiyyətlərlə ki-
fayətlənməyəcək, Diasporla İş üzrə Dövlət Komitəsi və xarici ölkələrdəki diplomatik
nümayəndəliklərimizlə əməkdaşlığı gücləndirəcək, yeni çağırışlara daha mütəşəkkil
və təsirli cavab verəcəklər. 
Əziz həmvətənlər!
Biz bu il dövlət müstəqilliyimizin 20 illiyini geniş qeyd etdik. Azərbaycanın 20
il ərzində nail olduğu uğurlar vətəndaşlarımızın əməksevərliyini, yüksək intellektual
qabiliyyətini və qurub-yaratmaq əzmini bütün dünyaya əyani şəkildə nümayiş etdirir.
Müstəqilliyin  ilk  illərində  ölkəni  bürümüş  böhranlı  vəziyyət,  xalqımızın  düçar
olduğu  çətinlik  və  məhrumiyyətlər  indi  arxada  qalmış,  yoxsulluq  və  işsizliyin
səviyyəsi minimuma enmişdir. Düşünülmüş və planlı şəkildə aparılan islahatlar,
müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layi-

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
8
hələrinin həyata keçirilməsi Azərbaycanı dinamik inkişaf edən güclü və demokratik
bir dövlətə çevirmiş, nüfuzlu və etibarlı tərəfdaş kimi dünyada tanıtmışdır. Bu il Bir-
ləşmiş  Millətlər Təşkilatının Təhlükəsizlik  Şurasına  keçirilən  seçkilərdə  qələbə
qazanmış Azərbaycanı 155 dövlətin dəstəkləməsi dünya birliyinin ölkəmizə olan
hörmət və inamının parlaq təzahürüdür. 
Müasir dövrdə dünyada gedən proseslərin axarı sürətlə dəyişir. Qlobal, regional
və lokal səviyyələrdə meydana çıxan problemlər, təhlükəli meyillər ağır iqtisadi
böhranlara və sosial təlatümlərə yol açır, beynəlxalq əlaqələrə güclü təsir göstərir.
Belə şəraitdə qazandığımız nailiyyətlərin möhkəmləndirilməsi və ölkəmizin davamlı
inkişafının təmin olunması mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda imzalanmış
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması haqqında
Prezident Sərəncamı məhz həmin sahədə perspektiv vəzifələrin və onların həlli yol-
larının aydın müəyyən olunmasına yönəlib. 
Azərbaycan dövlətinin gücü, xalqımızın yaradıcı potensialı müəyyənləşdirdiyimiz
yeni məqsədlərə çatacağımıza əminlik yaradır. Lakin hələ də qarşımızda həllini tap-
mayan vəzifə - Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin pozulmuş ərazi
bütövlüyünün bərpası, qaçqın və məcburi köçkünlərin öz doğma ocağına dönməsinin
təmin  edilməsi  dayanır.  Şübhə  etmirəm  ki,  biz  tezliklə  bu  çətin  problemin  də
öhdəsindən gələcək, dünyanın gözü qarşısında törədilən işğala və haqsızlığa son
qoyacağıq.
Əziz bacı və qardaşlar!
Qələbəyə, ədalətin təntənəsinə gedən yolu qısaltmağın vacib şərtlərindən biri də
bizim birliyimiz və həmrəyliyimizdir. Ona görə də bütün azərbaycanlıları daha sıx
birliyə, dünyada yaşayan soydaşlarımızın milli və vətəndaş haqlarının müdafiəsi,
müstəqil dövlətimizin mənafelərinin ardıcıl qorunması və beynəlxalq nüfuzunun
artırılması işinə bundan sonra da öz töhfələrini verməyə çağırıram.
Bu sevimli bayram münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə cansağlığı
və səadət, işlərinizdə uğurlar arzulayıram!

Download 4.23 Kb.

Do'stlaringiz bilan baham:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling