İşçi heyəti: Redaksiya heyəti: Elşən Hacızadə baş redaktor, iqtisad elmləri doktoru, professor Vahid Axundov


Download 4.23 Kb.

bet2/22
Sana17.11.2017
Hajmi4.23 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   22

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 dekabr 2011-ci il.
t

Dekabrın  12-də  müasir  müstəqil
Azərbaycan dövlətinin memarı və quru-
cusu, dünya şöhrətli siyasi xadim, türk
dünyasının  böyük  oğlu,  xalqımızın
ümummilli lideri Heydər Əliyevin və-
fatının səkkizinci ildönümü tamam ol-
muşdur. Qeyri-adi şəxsiyyəti, siyasət və
dövlət xadiminə xas olan böyük istedadı
ilə  fərqlənən,  xarizmatik  lider  Heydər
Əliyev  hələ  sağlığında  canlı  əfsanəyə
çevrilmişdir.
Ulu  öndərimizin,  əbədiyaşar  Prezi-
dentimizin  Fəxri  xiyabandakı  məzarı
ötən illər ərzində xalqımızın müqəddəs
ziyarətgahına,  gənclərin  and  yerinə
çevrilmişdir.  Demək  olar  ki,  bütün  il
boyu  insanlar  buraya  gəlir,  xalqımızı,
Azərbaycanı dünyaya tanıtmış, özü də
dünyanın  görkəmli  şəxsiyyətlərindən
biri  kimi  tanınmış  böyük  azərbaycan-
lının  xatirəsinə  ehtiramlarını  ifadə
edirlər.
Azərbaycanın ən yeni tarixinin bütöv
bir  qərinəsi  Heydər  Əliyevin  adı  ilə
bağlıdır.  1969-cu  ildən  başlayaraq  30
ildən artıq bir dövrü əhatə edən Azərbay-
canın ən yeni tarixi, ölkəmizin həyatının
bütün 
sahələrində 
əldə 
edilmiş
möhtəşəm  nailiyyətlər  dahi  şəxsiyyət
Heydər  Əliyevin  müdrik  dövlətçilik
siyasəti ilə bağlı olmuşdur. “Azərbaycan
tarixinin Heydər Əliyev mərhələsi” kimi
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
9
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi
qədirbilən xalqımızın qəlbində 
əbədi yaşayacaqdır 

qiymətləndirilən  bu  dövrdə  ulu
öndərimiz  tərəfindən  görülən  böyük
işlərin, onun həyata keçirdiyi xilaskarlıq
və  quruculuq  missiyalarının  məntiqi
nəticəsidir  ki,  bu  gün  xalqımız  demo-
kratik və hüquqi bir dövlətdə yaşamaq
imkanı əldə etmiş, xoşbəxt gələcəyi üçün
bütün təminatları yaratmış, ən başlıcası
isə siyasi və iqtisadi müstəqilliyə nail ol-
muşdur.
Azərbaycanın  dahi  oğlu  Heydər
Əliyevin  əbədiyyətə  qovuşmasının
səkkizinci ildönümü günü - dekabrın 12-
də də paytaxt sakinləri, respublikamızın
rayon  və  şəhərlərinin  nümayəndələri,
xarici ölkələrdən gəlmiş qonaqlar Fəxri
xiyabanda xalqımızın ümummilli lide-
rinin  xatirəsini  dərin  ehtiramla  yad
etmiş, onun məzarı önünə əklillər, gül
dəstələri qoymuş, müdrik dövlət xadi-
minə Allah-taaladan rəhmət diləmişlər.
Dekabrın  12-də  Azərbaycan  Prezi-
denti  İlham  Əliyev  Fəxri  xiyabana
gələrək,  xalqımızın  ümummilli  lideri
Heydər  Əliyevin  məzarını  ziyarət  et-
mişdir.
Milli  Məclisin  deputatları,  nazirlər,
komitə,  şirkət  və  idarə  rəhbərləri,  res-
publika ictimaiyyətinin nümayəndələri,
müxtəlif ölkələrin təmsilçiləri də Fəxri
xiyabana gəlmişlər.
Prezident İlham Əliyev ulu öndərin
məzarı önünə əklil qoymuşdur. Azərbay-
canın dövlət himni səslənmişdir. Dövlə-
timizin  başçısı  görkəmli  oftalmoloq
alim,  akademik  Zərifə  xanım  Əliye-
vanın, dövlət xadimi Əziz Əliyevin və
professor Tamerlan Əliyevin məzarları
üstünə də gül dəs tələri qoymuşdur.
Ulu  öndərin  məzarının  ziyarət
edilməsi  mərasimində  Baş  nazir Artur
Rasizadə,  Milli  Məclisin  sədri  Oqtay
Əsədov, Prezident Administrasiyasının
rəhbəri Ramiz Mehdiyev və digər rəsmi
şəxslər iştirak etmişlər.
t
Ulu öndər Heydər Əliyevin xatirəsini
Azərbaycanın vergi xidməti orqanlarının
əməkdaşları da daim əziz tuturlar.
Dekabrın 12-də Vergilər Nazirliyinin
rəhbərliyi başda olmaqla, nazir liyin şəxsi
heyəti  də  Fəxri  xiyabana  gələrək
müstəqilliyimizin  banisi,  müasir  müs-
təqil Azərbaycanın qurucusu, ölkəmizin
mənafelərini  və  dövlət  maraqlarını
beynəlxalq  səviyyədə  qətiyyətlə  qoru-
mağı  bacaran  və  Azərbaycanın  dünya
səviyyəsində layiqli yer tutmasına nail
olan ümummilli lider Heydər Əliyevin
xatirəsini  ehtiramla  yad  etmir,  məzarı
önünə gül dəstələri qoymuşlar.
t
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
10
Vergilər Nazirliyinin kollektivi ulu öndərin
xatirəsini yad etmişdir

Azərbaycan Prezidenti İlham Əliyev
dekabrın 29-da Vergilər Nazirliyinin Xü-
susi Rejimli Vergi Xidməti Departamen-
tinin inzibati binasının qarşısında salınan
yeni parkla tanış olmuşdur. 
Dövlətimizin başçısının tapşırığı ilə
Bakı şəhərində parkların və xiyabanların
əsaslı şəkildə yenidən qurulması və yeni
parkların  salınması,  sakinlərin  və
şəhərimizə  gələn  qonaqların  rahatlığı
üçün  dünya  standartlarına  uyğun  isti-
rahət  guşələrinin  yaradılması  is-
tiqamətində  son  illər  ardıcıl  tədbirlər
görülür. 
Salınan yeni parklar və yaşıllıq zo-
laqları,  əhaliyə  xidmət  göstərən  iaşə
obyektləri, bağlarda və xiyabanlarda ən
müasir tələblərə cavab verən infrastruk-
turun yaradılması Bakının dünyanın ən
gözəl şəhərlərindən birinə çevrilməsi is-
tiqamətində həyata keçirilən əhəmiyyətli
tədbirlərdəndir. 
Vergilər naziri Fazil Məmmədov yeni
parkda  görülən  işlərlə  bağlı  Prezident
İlham Əliyevə məlumat verdi. Bildirildi
ki,  bu  park  nəqliyyatın  yüksək  sürətlə
hərəkət etdiyi, çoxzolaqlı prospektin kə-
narında salındığı üçün onun yaradılması
zamanı  səs  izolyasiyasına  əsaslanan
yaşıllıq və su sistemlərinin sintezindən
istifadə  olunmuşdur  ki,  bu  da  ekoloji
tarazlığın qorunmasına və parkda insan-
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
11
Azərbaycan Prezidenti İlham Əliyev 
Xüsusi Rejimli Vergi Xidməti Departamentinin
inzibati binasının qarşısında salınan 
yeni parkda görülən işlərlə maraqlanmışdır

ların rahat istirahətinə xidmət edəcəkdir.
Parkda xeyli sayda müxtəlif növ dekora-
tiv ağac və kol, o cümlədən rəngbərəng
güllər  əkilmişdir.  Burada  həmişəyaşıl
bitki  növlərinə  daha  çox  üstünlük  ve-
rilmişdir.  Güllərdən  buta  şəkilli  kom-
pozisiya  yaradılmışdır.  Parkda  xüsusi
drenaj sistemi qurulmuş, torpaq örtüyü
orqanik  materiallarla  zənginləşdiril-
mişdir. Ən müasir memarlıq üslubunda
inşa  edilən  və  1  hektara  yaxın  ərazini
əhatə edən parkda “Suyun nağılı” fəv-
varələr sistemi qurulmuşdur. Buradakı
75  metrlik  2  su  güzgüsü  gözəlliyi  ilə
diqqəti cəlb edir. Suyun fasiləsiz döv-
riyyəsini təmin etmək məqsədi ilə əra-
zidə 2 su anbarı və təmizləyici sistemlər
yaradılmışdır. Parkda suvarma işləri av-
tomatik damcı sistemi ilə həyata keçi-
rilir.  Döşəmələrdə  İtaliyadan  gətirilən
luzanna tipli daşlardan, qara Afrika mər-
mərindən  istifadə  olunmuşdur.  İşıq-
landırma və su sistemlərinin işinin fasilə-
sizliyi məqsədi ilə 630 kilovoltluq yeni
yarımstansiya qurulmuşdur. Xüsusi la-
yihə əsasında qurulan işıqlandırma sis-
temi gecə saatlarında həm parka, həm də
inzibati binanın fasadına xüsusi gözəllik
verir. 
Vergilər Nazirliyinin Xüsusi Rejimli
Vergi Xidməti Departamentinin inzibati
binasının  fasadının  da  əsaslı  şəkildə
yenidən  qurulduğu  bildirildi.  Fasadın
yenidən qurulmasında milli ornament-
lərdən  istifadə  edilmişdir.  İnşaat  işlə-
rində  Türkiyə  istehsalı  olan  limra
daşından istifadə edilmişdir. 
Dövlətimizin başçısı istifadə olunan
inşaat  materiallarının  keyfiyyəti  ilə
maraqlandı. 
Görülən  işlərlə  yaxından  tanış  olan
Prezident  İlham  Əliyev  müvafiq
tapşırıqlarını verdi.
t
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
12

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
13
XX  əsrin  ikinci  yarısında  bir  çox
ölkələr, o cümlədən müharibədə məğlub
edilmiş, eləcə də müstəmləkəçilikdən azad
olunmuş dövlətlər seçim qarşısında qal-
mışdı: hansı model əsasında inkişaf etmək
lazımdır  ki,  dağılmış iqtisadiyyat bərpa
olunsun,  inkişafa  yol  açılsın.  Dünyanın
aparıcı dövlətlərində bu məqsədlə qlobal
tədqiqatların  genişlənməsi  ön  plana  çə-
kildi, proqnozlarla məşğul olan araşdırma
mərkəzləri yaradıldı. “Roma klubu” adını
almış nüfuzlu alimlər məclisi formalaşdı.
Dünyanın gələcəyi barədə konsepsiyalar
hazırlandı.
Bütün bunlarla yanaşı, bir sıra ölkələr
öz  inkişaf  modellərini  formalaşdırdılar.
ABŞ liberal inkişaf modelinə, İsveç klas-
sik  sosial  modelə  üstünlük  verdi.  Xeyli
müddət bu modellərin tətbiqi beynəlxalq
aləmdə  böyük  əks-səda  doğurdu.  Əgər
“Amerika modeli” sərt bazar münasibət-
lərini, azad rəqabəti, dövlətin iqtisadiyyata
müdaxiləsinin  minimuma  endirilməsini,
gəlirlərin 
diferensiasiyasında 
köklü
İNKİŞAFIN AZƏRBAYCAN MODELİ
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, möhtərəm Prezident 
İham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi xətt  Azərbaycanın özünəməxsus
inkişaf modelinin bundan sonrakı uğurlarını da davamlı şəkildə təmin edəcəkdir
AKTUAL
Ziyad SƏMƏDZADƏ
Azərbaycan Respublikasının Milli Məclisinin 
İqtisadi Siyasət Komitəsinin sədri,
AMEA-ının həqiqi üzvü, 
iqtisad elmləri doktoru, professor 
“Vergi  sahəsində  aparılan  islahatlar
uğurludur. “Bir pəncərə” prinsipi Azərbay-
canda  tətbiq  olunur.  Digər  islahatlar
aparılır,  bütövlükdə  bu  sahədə  işlər
görülür.  Ancaq  o  da  həqiqətdir  ki,
vergilərdən yayınanların sayı da kifayət
qədərdir... Biz bunları bilirik və bu hallarla
mübarizə daha da ciddi və məqsədyönlü
aparılmalıdır.  Elə  etməliyik  ki,  ticarət,
məişət, iaşə obyektlərində nağd ödəmələr
minimuma endirilsin... Bizim əhalimizin
böyük hissəsi kredit kartlarına malikdir.
Hər bir məntəqədə, hər bir ticarət obyek-
tində, hər bir restoranda kredit kartların-
dan istifadə olunmalıdır. Belə olan halda,
əlbəttə  ki,  vergilər  bazası  heç  səy
göstərilmədən, 
avtomatik 
olaraq
genişlənə-cəkdir...” 
İlham ƏLİYEV

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
14
fərqlərə laqeyd münasibəti nəzərdə tutur-
dusa, “İsveç modeli”, əksinə, sosial ədalət-
sizliyin  aradan  qaldırılmasını,  gəlirlərin
əhali qrupları arasında yenidən bölüşdü-
rülməsini, iqtisadiyyatda “dövlətin yükü”-
nün  yüksək  səviyyədə  olmasını  əsas
götürürdü. Rəy sorğularında İsveç mode-
linə rəğbət bəsləyənlər çox olsa da, döv-
lətlərin əksəriyyəti onun tətbiqinə ehtiyatla
yanaşırdılar.  Bu  inkişaf  modellərindən
fərqli olaraq Asiya ölkələri – Cənubi Ko-
reya, Malayziya, Sinqapur və ötən əsrin
70-ci illərinin sonunda Çin, İkinci Dünya
Müharibəsində məğlub olmuş Almaniya,
Yaponiya  bir-birini təkrar etməyən inkişaf
modellərinə  üstünlük  verdilər  və  çox
böyük  uğurlar  qazandılar.  Bu  dövlətlər
özlərinin  inkişaf  modellərinin  reallaş-
masının  müsbət  nəticələri  ilə  illər  boyu
formalaşmış, rəsmiləşmiş iqtisadi baxış-
lara, normalara, qaydalara ciddi zərbə vur-
dular,  müəyyən  dərəcədə  Qərb  iqtisadi
doktrinasının əsaslarını sarsıtdılar. 
Sözügedən  ölkələr  başqa  dövlətlərin
keçdiyi  yolu  təkrar  etmədilər,  reallığa,
dövlət maraqlarına əsaslanan inkişaf kon-
sepsiyasını  həyata  keçirdilər.  XXI  əsrin
birinci  onilliyinin  sonlarında  bu  ölkələr
qlobal maliyyə böhranına ciddi məruz qal-
salar da, onun təsirinin minimuma endiri-
ləcəyinə əminlik nümayiş etdirirlər.
Müstəqilliyinin 20-ci ilini arxada qoyan
Azərbaycan qısa zaman kəsiyində böyük
inkişaf yolu keçmiş, özünün iqtisadi təh-
lükəsizliyini təmin edən, güclü iqtisadiy-
yata  malik  olan  dövlətə  çevrilmişdir.
İnkişafın Azərbaycan modelinin uğurla re-
allaşması  ölkədə  azad  bazar  münasibət-
lərinə  əsaslanan  yeni  iqtisadi  sistemin
formalaşmasını, iqtisadiyyatda keçid döv-
rünün başa çatmasını təmin etmiş, xalqın
daha firavan yaşaması üçün güclü əsaslar
yaratmışdır.
Azərbaycan iqtisadiyyatı dövlət müstə-
qilliyini  bərpasından  sonrakı  ilk  illərdə
həm SSRİ dövründən miras qalmış tənəz-
zül  içində  idi,  həm  də  səriştəsiz  və  mə-
suliyyətsiz  idarəçilik  nəticəsində  daha
sürətlə geriləməkdə davam edərək dərin
böhran  keçirirdi.  1991-1993-cü  illərdə
ölkədə  ÜDM-in  və  sənaye  istehsalının
həcmi  2  dəfə,  kənd  təsərrüfatı  məh-
sullarının ümumi həcmi 40 faiz, əsaslı və-
sait qoyuluşu 3 dəfə, yük dövriyyəsi 4 dəfə
azalmışdı.
1991-93-cü illərdə iqtisadi islahatların
aparılması sahəsində müəyyən işlər görül-
dü,    ölkədə    iqtisadi    transformasiyanın
başlanmasına  imkan  verən  “İqtisadi
müstəqillik  haqqında”  Konstitusiya  Qa-
nunu qəbul edildi, milli valyuta - manat
dövriyyəyə  buraxıldı,  qiymətlər  liberal-
laşdırıldı, iqtisadi sərbəstlik və müəssisə-
lərin  müstəqilliyi  artırıldı.  Lakin  ölkədə
mal qıtlığı yarandığı üçün müəssisələrin
əksəriyyəti inhisarçılığa meyilləndi, milli
valyutanın  zəruri  təminat  bazası  ol-
madığına  görə  onun  alıcılıq  qabiliyyəti
kəskin  şəkildə  aşağı  düşdü  və  s.  Bütün
bunlar işsizliyin artması, əhalinin rifahının
kəskin şəkildə pisləşməsi ilə nəticələndi. 
Dağlıq Qarabağ problemi və bununla
əlaqədar olaraq Azərbaycanın zorla müha-
ribəyə cəlb edilməsi, torpaqlarımızın 20
faizinin işğal olunması, 1 milyona qədər
qaçqın, respublikada siyasi sabitliyin ol-
maması,  dövlət  çevrilişi  cəhdləri  iqti-
sadiyyatın ağır vəziyyətə düşməsinə güclü
təsir göstəriridi.
Ümummilli lider Heydər Əliyev 1993-
cü ilin iyununda - respublikamızda dərin
iqtisadi-siyasi və mənəvi böhranın hökm
sürdüyü bir dövrdə xalqın istəyi ilə ölkə
rəhbərliyinə  qayıtdıqdan  sonra  qısa  za-
manda   ictimai-siyasi    sabitliyi   təmin
etməklə, iqtisadiyyatdakı tənəzzül prose-

sinin qarşısının alınmasına xidmət edən bir
sıra zəruri tədbirlər həyata keçirdi. Həmin
dövrdə bir ictimai-iqtisadi formasiyadan
digərinə keçid dövrünü yaşayan Azərbay-
canın  hansı  iqtisadi  modelə  üstünlük
verəcəyi ilə bağlı çoxlu fikirlər, təkliflər
irəli  sürülsə  də,  böyük  strateq  Heydər
Əliyev  hansısa  dövlətin  təcrübəsinin
olduğu kimi milli iqtisadiyyata köçürül-
məsini düzgün saymadı. Respublikanı ağır
fəlakətdən qurtarmaq üçün  Azərbaycanın
tarixi-iqtisadi  xüsusiyyətlərinə,  xalqın
mentalitetinə,  geosiyasi  şəraitinə,  milli
mənafelərinə  uyğun  inkişaf  strategiyası
hazırladı, düşünülmüş və əsaslandırılmış
sistemli tədbirlər həyata keçirdi, beynəl-
xalq təşkilatlarla, inkişaf etmiş ölkələrlə
əməkdaşlığın formalaşmasını, iqtisadi is-
lahatların aparılmasını prioritet vəzifələr
kimi müəyyənləşdirdi.
İqtisadi islahatların ardıcıl və sistemli
şəkildə aparılmasının tərəfdarı kimi çıxış
edən Heydər Əliyev, ilk növbədə, dövlət
mülkiyyəntinin özəlləşdirilməsinin, azad
bazar  münasibətlərinin  tətbiqinin  vacib-
liyini önə çəkdi. Ümummilli lider yaxşı
bilirdi ki, dövlət mülkiyyətinin xalqın mə-
nafeyinə uyğun formada özəlləşdirilməsi
sərbəst bazar rəqabəti prinsiplərinin, xü-
susi mülkiyyətçiliyin bərqərar olması, ha-
belə  milli  iqtisadiyyatın  dünya  iqtisadi
sisteminə  inteqrasiyası,  insanların  şüu-
runda,  həyat  tərzində  əsaslı  dəyişiklik
deməkdir. Ölkədə həyata keçirilmiş özəl-
ləşdirmə prosesinin məqsədi də məhz hər
bir vətəndaşın iqtisadi islahatlarda şəxsi
marağını  təmin  etmək,  əhalinin  həyat
səviyyəsini yaxşılaşdırmaq, sağlam rəqa-
bətə əsaslanan istehsal üçün şərait yarat-
maq oldu. İqtisadiyyatın bütün sahələrini
əhatə  edən  özəlləşdirmə  prosesi  ölkədə
bazar  iqtisadiyyatı  meyarlarının  sürətlə
formalaşmasına,  ölkənin  xarici  iqtisadi
əlaqələrinin  yüksəlməsinə  ciddi  zəmin
yaratdı.  
Özəlləşdirmə prosesi ilə paralel respub-
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
15

likada həyata keçirilən struktur islahatları
iqtisadiyyatın dinamik inkişafına, o cüm-
lədən yerli və xarici investisiyalar, müasir
texnologiyalar,  idarəetmə  təcrübəsi  cəlb
etməklə,  rəqabətqabiliyyətli  məhsul  is-
tehsal  edən  müəssisələrin  yaradılması
üçün  əlverişli  mühitin  formalaşdırıl-
masına,  infrastrukturun  yeniləşməsinə,
yeni iş yerlərinin açılmasına imkan verdi.
Respublika  iqtisadiyyatının  keyfiyyətcə
yeni mərhələsində məhz özəl sektor sosial-
iqtisadi inkişafın başlıca təminatçısı kimi
dəyərləndirildi,  güclü  sahibkarlar  təbə-
qəsinin formalaşmasına, onların cəmiyyət-
dəki mövqelərinin güclənməsinə xidmət
edən tədbirlər həyata keçirildi. 
Heydər Əliyev əmin idi ki, Azərbaycan
iqtisadiyyatında  yaradıcı,  məhsuldar
əməyə  diqqət  daha  da  artacaq,  bu
məqsədlə  kadr  potensialından,  yerli
mütəxəssislərin əməyindən daha səmərəli
istifadə ediləcək, onlar müasir menecment
qaydalarına yiyələnəcəklər.
Ulu öndər hadisələri qabaqcadan gör-
mək,  gələcəyi  proqnozlaşdırmaq  mə-
harətinə  malik  idi.  Riski  sevir,  strateji,
qlobal düşünməyə üstünlük verirdi. Əldə
etdiyi  nailiyyətlərə  yüksək  tələbkarlıqla
yanaşırdı.  İnadkar  və  möhkəm  idi,  mə-
suliyyət  hissini  çoxu  yüksək  qiymətlən-
dirirdi.  Böhranlı,  ağır  şəraitdə  idarə
etməyə, təhlükəni aradan qaldırmağa qadir
idi. Heydər Əliyev əlçatmaz olana doğru
inamla  gedir,  məqsədinə  nail  olurdu.
Ümummilli  liderə  məxsus  olan  bu  key-
fiyyətlərin, xüsusiyyətlərin hər birini res-
publikamızın  taleyi  ilə  bağlı  faktlarla
açıqlamaq olar. 
Heydər  Əliyev  ağır  vəziyyətdə  olan
Azərbaycan  iqtisadiyyatını  dirçəltmək,
bütünlükdə  dövlətin  müstəqilliyinin
qorunmasını  təmin  etmək  üçün  düşü-
nülmüş strategiya seçdi, bu strategiyada
neft  faktoruna  üstünlük  verdi.  Belə  ya-
naşma, dünya inteqrasiyasına qovuşmaq,
maliyyə imkanları, demək olar ki, tükən-
miş  respublikaya  investisiyaların  cəlbi
yolu idi. Bu siyasətin həyata keçilməsinə
güclü  təzyiqlər,  maneələr  olsa  da,  ulu
öndər  millətin,  dövlətin  taleyi,  tərəqqisi
üçün  çox  vacib  olan  prinsipial  möv-
qeyindən dönmədi. 1994-cü ildə Azərbay-
can Respublikası dünyanın 11 böyük neft
şirkəti ilə “Əsrin müqaviləsi”ni imzaladı. 
Ulu öndər Heydər Əliyev sübut etdi ki,
Azərbaycan suveren dövlət kimi öz təbii
sərvətlərinin  sahibidir  və  tarixin  ona
verdiyi  bu  şansdan  xalqının  mənafeyi
naminə  uğurla  istifadə  edilməlidir.
Məlumdur ki, neftlə zəngin olan ölkələrin
bir çoxu yoxsulluq, səfalət içində yaşayır.
Bu da həmin ölkələrdə milli mənafelərə
cavab verən inkişaf strategiyasının, icti-
mai-siyasi  sabitliyin  olmaması,  demo-
kratik  institutların  yaradılmaması,  neft
gəlirlərindən  istifadənin  şəffaflığı  təmin
edilməməsi, korrupsiyaya qurşanmış döv-
lət  məmurlarına  qarşı  laqeydlik  göstə-
rilməsi,  xalqın  taleyüklü  problemlərinin
həllinin arxa plana atılması ilə əlaqədardır.
Müstəqil Azərbaycan başqa dövlətlərin
keçdiyi yolu təkrar etmədi, öz yolunu, öz
inkişaf  modelini  seçdi.  Neft  siyasətini
ümumi  inkişaf  strategiyası,  hüquqi-
demokratik  cəmiyyətin  prinsipləri  ilə
əlaqələndirdi, milli mənafelər, investisiya
mühitinin  yaxşılaşması,  risk  faktorunun
azalması  üçün  zəruri  tədbirlər  həyata
keçirdi. Amerika  və Avropanı Azərbay-
canın maraqlarına cəlb etdi ki, bütün bun-
lar  da  dövlətimizin  beynəlxalq  aləmdə
imicinin yüksəlməsinə, respublikamıza in-
vestisiya axınının güclənməsinə əlverişli
şərait yaratdı. Respublikamızın müstəqil
bir dövlət kimi inkişaf imkanlarını geniş-
ləndirdi. 
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
16

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
17
Ölkədə  səmərəli  maliyyə,  pul-kredit,
vergi,  qiymət,  gömrük  siyasətini  həyata
keçirmək  üçün  beynəlxalq  standartlara
cavab verən 100-dən artıq qanun qüvvəyə
mindi, 100-dən çox fərman və sərəncam
imzalandı,  30-a  yaxın  dövlət  proqramı
qəbul  edildi,  dövlətin  iqtisadi  siyasətini
icra  edən  iqtisadi  qurumlar  yaradıldı,
mülkiyyət  münasibətlərində  köklü  də-
yişikliklər edilməsi məqsədi ilə cəsarətli
addımlar atıldı.
Artıq  1996-cı  ildən  ÜDM-də,  kənd
təsərrüfatında, xidmət sferasında, 1997-ci
ildən sənayedə, sonralar isə bir sıra başqa
istehsal sahələrində mütəmadi artım meyli
yarandı.  Ölkədəki  qeyri-sabitlik  və  Er-
mənistanın  birbaşa  təcavüzü  Azərbay-
canda dövlət əmlakının özəlləşdirilməsinə
digər MDB ölkələrindən gec başlanmasına
səbəb olsa da, bu sahədə uğurlu nəticələr
əldə edildi. 
Həyata keçirilən tədbirlərin nəticəsində
35  mindən  çox  kiçik  müəssisə  və  digər
obyekt özəlləşdirildi, 1500-dən çox səhm-
dar cəmiyyət yaradıldı, mülkiyyətçilərin
(payçıların) sayı 300 mini, səhmdarların
sayı  isə  120  mini  keçdi.  Respublikaya
xarici investisiyaların cəlb edilməsi, əc-
nəbi investorların hüquq və mənafelərinin
qanunvericilik  yolu  ilə  müdafiəsi,  qar-
şılıqlı sərfəli əməkdaşlığın təmin edilməsi
üçün hərtərəfli iş aparıldı.
Nəticədə  Azərbaycanın  iqtisadi  və
sosial tərəqqisinin neft hasil edən bir sıra
başqa ölkələrlə müqayisədə xeyli yüksək
olması  təmin  edildi,  ölkənin  maliyyə
imkanları əhəmiyyətli dərəcədə artdı.
1999-cu ildə çox ciddi araşdırmalardan
sonra  Heydər  Əliyev  Neft  Fondunun
yaradılması barədə fərman imzaladı. 
Azərbaycan  Respublikasının  Dövlət
Neft  Fondunda  (ARDNF)  toplanan  və-
saitlərdən səmərəli istifadə olunması, bu
vəsaitlərin bir qismindən ən mühüm sosial
məsələlərin həlli üçün istifadə edilməsi,
xeyli hissəsinin isə gələcək nəsillər üçün
strateji ehtiyat kimi qorunub saxlanması
ilə  bağlı  dövlət  strategiyası  müəyyən
edildi, ARDNF-nin beynəlxalq standart-
lara uyğun olaraq idarə olunması sistemi
formalaşdırıldı, Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 27 sentyabr tarixli
fərmanı ilə “Neft və qaz gəlirlərinin idarə
olunması  üzrə  uzunmüddətli  strategiya”
təsdiq edildi.  
Hər bir vətəndaş bilir və yaxud bilə
bilər ki, Azərbaycana neftdən nə qədər
gəlir gəlib, nə qədər xərclənib, necə xərc-
lənib.  Dövlət  Neft  Fondundan  ayrılan
xərclərdən  istifadə  yalnız  parlamentdə
müzakirələrdən sonra mümkündür. Bu
da o deməkdir ki, hər bir vətəndaş onun
parlamentdəki nümayəndəsi vasitəsilə bu
gəlirlərin  bölüşdürülməsində  iştirak
edir”. (İlham Əliyev, 20 oktyabr 2010-cu il)
Azərbaycan dövləti çoxsaylı alternativ
neft-qaz ixracı ilə bağlı nəql marşrutlarına
malikdir. Bu isə ölkəmizin müstəqilliyinin
qorunması,  onun  iqtisadi  təhlükəsizliyi
üçün çox güclü amil deməkdir.
Azərbaycan dövlətinin müəyyən etdiyi
inkişaf strategiyasında prinsipial məqam-
lardan  biri  də  ondan  ibarətdir  ki,  neft
məqsəd  yox,  vasitədir. Azərbaycan  iqti-
sadiyyatının gələcəyini təkcə neftlə bağla-
maq olmaz. Odur ki, qeyri-neft sektorunun
daha sürətli inkişafı iqtisadi siyasətin pri-
oritet istiqamətlərindən biri kimi müəyyən
edilmişdir ki, bu da öz müsbət nəticələrini
verir. 
Dövlət  müstəqilliyinin  bərpasından
sonrakı ilk illərdə radikal tədbirlər nəti-
cəsində SSRİ-nin müttəfiq respublikaları
ilə  iqtisadi  əlaqələrin  qırılması  respub-
likamızın sənaye potensialına ciddi ziyan
vurmuşdu. SSRİ kimi nəhəng dövlət da-

xilində  əmək  bölgüsündə  özünəməxsus
yeri olan Azərbaycanın sənaye strukturu
kəskin şəkildə dəyişmiş, onun başqa re-
gionlarla  əlaqədar  olan  bir  sıra  istehsal
sahələri  öz  fəaliyyətini  dayandırmışdı.
Azərbaycan  hökuməti  bu  sahədə  dönüş
yaratmaq  üçün  bir  sıra  tədbirlər  həyata
keçirdi  ki,  bu  da  son  illər  sənaye  is-
tehsalının  dinamikasında  pozitiv  meyil-
lərin  güclənməsi  ilə  müşayiət  olunur.
Sənaye  strukturunun  yaxşılaşdırılması
üçün  etibarlı  zəmin  yaradılır,  müasir
texnologiyalara  əsaslanan  sənaye  müəs-
sisələri yaradılır, xalq istehlakı mallarının
və digər məhsulların istehsalında inkişaf
sürətlənir. 
Azərbaycan  çoxsahəli  və  məhsuldar
kənd  təsərrüfatının  formalaşdırılmasına
imkan verən təbii iqlim şəraitinə malikdir.
Respublikanın ovalıq və dağətəyi əraziləri
suvarma  əkinçiliyi,  dağlıq  əraziləri  isə
dəmyə əkinçiliyi və heyvandarlıq sahəsini
inkişaf etdirmək üçün əlverişlidir. 
Hesablamalar göstərir ki, ölkənin aqrar
sektoru özünün hazırki inkişaf səviyyəsinə
görə ölkənin kənd təsərrüfatı məhsullarına
ehtiyacını  və  əhalinin  ərzağa  artan  tələ-
batını ödəmək imkanındadır. Bu imkanın
uğurla reallaşması aqrar sahədə ciddi isla-
hatların aparılmasını zəruri etdi.  
1993-cü  ildən  sonra  Azərbaycan
dövləti əmlakın, torpağın özəlləşdirilməsi,
torpağın  kənddə  yaşayan  və  bu  sahədə
işləyənlər arasında paylanması ilə əlaqədar
tədbirlər görməyə başladı. Sonrakı illərdə
özəlləşdirmə, torpaq islahatı prosesi geniş
vüsət aldı, ərzaq və maddi-texniki resurs-
lar bazarındakı və ixracat əməliyyatların-
dakı  məhdudiyyətlər  aradan  qaldırıldı.
Həyata keçirilən ardıcıl və məqsədyönlü
kompleks  tədbirlər  nəticəsində  aqrar
sahədə istehsalın azalma meylinin qarşısı
alındı,  iqtisadiyyatın  bir  çox  mühüm
sahələrinin  bazar  münasibətləri  yolu  ilə
inkişaf etdirilməsinin möhkəm və etibarlı
təməli  qoyuldu,  əhalinin  ərzaqla  yerli
mənbələr  hesabına  təminatının  yaxşı-
laşdırılması, ölkənin ərzaq təhlükəsizliyi
probleminin həlli üçün real şərait yarandı.  
Son  illərdə  qeyri-neft  sektorunun
inkişaf sürəti səmərəli fəaliyyət göstərən
neft-qaz kompleksi üzrə artım sürətindən
bir neçə dəfə çoxdur. 
Azərbaycanın  qeyri-neft  sektoruna
böyük həcmdə investisiyalar qoyulur və
biz bunu hər gün görə bilərik. Bakının
müasirləşən,  gözəlləşən  siması  bunu
göstərir. Özəl şirkətlər tərəfindən həm in-
frastruktur,  həm  xidmət  sektoruna  çox
böyük investisiyalar qoyulur. Əgər infra-
struktur layihələri dövlət tərəfindən icra
olunmasaydı, əlbəttə ki, nə paytaxtda, nə
də bölgələrdə xidmət sektoruna heç kim
investisiyalar  qoymazdı.  Bu  gün  bizim
bölgələrdə beşulduzlu otellər, gözəl isti-
rahət  mərkəzləri  tikilir.  Bölgələrimizdə
turizm  imkanları  çox  genişdir.  Bu  gün
artıq  gözəl  təbii  şəraitimiz,  təbiətimiz
səviyyəsində  müasir  istirahət  və  meh-
manxana kompleksləri tikilir ki, bu, Azər-
baycanın  turizm  imkanlarını  böyük
dərəcədə artıracaqdır.
Beləliklə, dövlət tərəfindən özəl sek-
tora  verilən  həm  siyasi,  həm  maddi
dəstək, həm də güzəştli şərtlərlə ayrılan
kreditlər  -  bütün  bunlar  iqtisadiyya-
tımızın rəqabət qabiliyyətliliyini artırır və
şaxələndirilməsi üçün çox möhkəm əsas
yaradır”. (İlham Əliyev, 20 oktyabr 2010-
cu il).
Ölkə iqtisadiyyatının inkişafını xarak-
terizə edən əsas göstəricilərin kompleks
təhlili sübut edir ki, respublikanın davamlı
inkişafını,  əhalinin  layiqli  həyat  səviy-
yəsini    təmin  etmək    məqsədi    daşıyan
dövlət  siyasəti  müvəffəqiyyətlə  həyata
18
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.

keçirilir. Son illər Azərbaycan bütövlükdə
iqtisadiyyatın  inkişaf  səviyyəsini  sə-
ciyyələndirən  mühüm  göstəricinin  -
ÜDM-in artım sürətinə görə lider ölkələr
sırasındadır. İqtisadiyyatın dinamik inki-
şafı  büdcə  gəlir  və  xərclərinin  sürətli
artımını təmin etmişdir. 
Beynəlxalq  Valyuta  Fondunun  məlu-
matına əsasən, son 3 ildə dünya üzrə ÜDM
azalmış,  əksər  ölkələr  ağır  problemlərlə
üzləşmişlər.  Böhranın  dalğası  Azərbay-
canın  yerləşdiyi  bölgədəki  ölkələri  də
sarsıdaraq onlarda iqtisadi vəziyyətin pis-
ləşməsinə,  ümumi  daxili  məhsulun
həcminin azalmasına gətirib çıxarmışdır.
MDB-nin üzvü olan əksər dövlətlərdə bu
azalma  6  faizdən  çox,  Ermənistan  kimi
perspektivsiz ölkədə hətta 20 faiz olmuş-
dur. 2009-cu ildə bir çox ölkələrin milli
pul vahidlərinin xarici valyutalara nisbətdə
kəskin ucuzlaşması müşahidə edilmiş, bu
hal özünü yenə də postsovet dövlətlərində
daha  qabarıq  şəkildə  büruzə  vermişdir.
Böhran  inkişaf  edən  və  etməkdə  olan
dövlətlərdə  resessiya  ilə  nəticələnmiş,
dünya sənaye istehsalı, əmtəə dövriyyəsi,
sərnişin və yük daşımaları azalmış, işsiz-
liyin  səviyyəsi  yüksəlmiş,  əhalinin  real
gəlirləri  azalmışdır.  Böhrandan  ən  çox
əziyyət çəkən sahələr tikinti, emal və hasi-
lat  sənayeləri  olmuş,  bir  çox  ölkələrdə
bankların, müəssisələrin və əhalinin kre-
ditləşmə imkanları daralmış, son nəticədə
investisiya  fəallığı  və  istehlak  tələbi
azalmışdır.  
Milli iqtisadiyyatın dayanıqlı olmayan
maliyyə seqmentlərinə deyil, real əmtəəyə,
istehsala  əsaslanması  da  qlobal  böhrana
qarşı  etibarlı  sipər  rolunu  oynamışdır.
Daha  dəqiq  desək,  beynəlxalq  fond  bir-
jalarında,  dünyanın  qiymətli  kağızlar
bazarında  fəal  iştiraka  konservativ
yanaşma siyasəti böhranın respublikamıza
təsirlərini  maksimum  dərəcədə  azalt-
mışdır.
2008-2010-cu  illərdə  Azərbaycan
hökumətinin əsas səyləri ölkədə maliyyə
sabitliyinin qorunmasına yönəlmiş, iqti-
sadiyyatı  geri  salan,  əhalinin  sosial  və-
ziyyətini pisləşdirən devalvasiya, defolt və
inflyasiya kimi destruktiv iqtisadi meyil-
lərə  yol  verilməmişdir.  Bütün  dünyada
böhranın əsasən banklardan başladığı, nə-
ticədə işgüzar fəallığın azalması, istehlak,
biznes  kreditləşməsində  ciddi  problem-
lərin  yaranması,  istehlak  tələbinin  azal-
ması  və  digər  amillər  nəzərə  alınmaqla,
iqtisadiyyatın lokomotivi sayılan bu sek-
tora  dəstək  gücləndirilmişdir.  Mərkəzi
Bank və hökumətin pul siyasəti daha aktiv
olaraq makroiqtisadi tarazlığın və daya-
nıqlığın təmin olunmasına və eyni zaman-
da, bank sistemində maliyyə sabitliyinin
qorunmasına istiqamətlənmişdir. 
2010-cu  ildə  ölkədə  makroiqtisadi
göstəricilərin  artımı  fonunda  əhalinin
sosial rifah halının daha da yaxşılaşdırıl-
ması istiqamətində müsbət nəticələr əldə
olunmuş, regionların tarazlı inkişafı, yox-
sulluğun azaldılması istiqamətində irəli-
ləyişlər əldə edilmiş, uğurlu büdcə-vergi
və  pul-kredit  siyasəti  həyata  keçirilmiş,
xarici  ticarətdə  müsbət  saldo  artırılmış,
milli valyutanın sabitliyi təmin olunmuş,
ölkənin  valyuta  ehtiyatları  artırılmış,
büdcə kəsirinin aşağı səviyyədə saxlanıl-
ması ənənəsi davam etdirilmiş, müdafiə
potensialı  gücləndirilmiş,  mühüm  əhə-
miyyət kəsb edən sosial və infrastruktur
layihələri reallaşdırılmışdır. 
Azərbaycan iqtisadiyyatında baş ver-
miş irəliləyişlər beynəlxalq maliyyə insti-
tutlarının  və  ekspertlərin  diqqətindən
yayınmamış, hesabat ilində “Standard &
Poor`s” Reytinq Agentliyi Azərbaycanın
reytinqini  dəyişməyərək  2009-cu  ilin
19
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.

səviyyəsində saxlamış, “Fitch” agentliyi
iqtisadi  perspektivi  “Stabil”  saxlayaraq,
Azərbaycanın  xarici  və  yerli  valyutada
uzunmüddətli  kreditlər  üçün  reytinqini
“BB+”  səviyyəsindən  ilk  investisiya
səviyyəsinə,  yəni  “BBB-”  səviyyəsinə
qaldırmışdır. 
Dövlət büdcəsi prosesinin şəffaflığının
səviyyəsi  ilə  bağlı  100-ə  yaxın  ölkədə
sorğu aparan nüfuzlu Beynəlxalq Büdcə
Əməkdaşlığı  Təşkilatının  hesabatında
Azərbaycanın bu sahədə həyata keçirdiyi
islahatlar müsbət qiymətləndirilmişdir. 
2010-cu il ərzində ümumi daxili məh-
sulun (ÜDM) həcmi 2009-cu ilə nisbətən
müqayisəli qiymətlərlə 1,8 mlrd. manat ar-
taraq 41,6 mlrd. manat, o cümlədən qeyri-
neft  sektoru  üzrə  18,4  mlrd.  manat,  bir
nəfərə  düşən  ÜDM  isə  3,7  faiz  artaraq
4653,3  manat  olmuşdur.  Ümumi  Daxili
Məhsulda  qeyri-neft  sektorunun  xüsusi
çəkisi 44,4 faiz təşkil etmişdir.
2010-cu  ildə  məcmu  tələbin  bütün
komponentləri, o cümlədən son istehlak
xərcləri, investisiyalar və xarici tələb iqti-
sadi artıma müsbət təsir göstərmişdir. İl
ərzində əhalinin gəlirlərinin və əsasən da-
xili investisiyalar hesabına iqtisadiyyata
qoyulan investisiyaların artması, eyni za-
manda, tədricən yaxşılaşan qlobal iqtisadi
mühit,  yəni  ixrac  qiymətlərinin  idxal
qiymətlərinə  nisbətən  daha  çox  yük-
səlməsi ÜDM-in tələb komponentlərində
canlanmaya səbəb olmuşdur.
Hökumət, Maliyyə Nazirliyi, Vergilər
Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqti-
sadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, büd-
cənin  formalaşması  və  icrasında  iştirak
edən  digər  qurumlar  dünya  maliyyə
böhranı şəraitində qlobal dünya iqtisadiy-
yatında gedən prosesləri diqqətlə izləmiş
və böhranın ölkə iqtisadiyyatına təsirini
azaltmaq üçün qabaqlayıcı tədbirlər gör-
müşlər.   Milli  Məclis  tərəfindən  qəbul
olunmuş bir sıra qanunlar, mövcud qanun-
lara əlavə və dəyişikliklər (“Dövlət borcu
haqqında”,  “Büdcə  sistemi  haqqında”,
“Mərkəzi  Bank  haqqında”,  “Sığorta
fəaliyyəti haqqında”, “Əmanətlərin sığor-
talanması  haqqında”)  səmərəliliyin  art-
masına öz müsbət təsirini göstərmişdir. 
Son 10 ildə dövlət büdcəsinin gəlir və
xərcləri 20 dəfədən çox artmışdır, büdcə
xərclərinin  strukturunda  mütərəqqi  pro-
seslər baş vermişdir. Sosial təyinatlı pro-
qramların  maliyyələşməsi  ilə  bərabər,
dövlət büdcəsindən investisiya yönümlü
tədbirlərə ildən-ilə daha çox vəsait ayrılır.
Artıq neçə ildir ki, dövlət büdcəsində in-
vestisiya  yönümlü  xərclər  35-40  faiz
arasında tərəddüd edir. Bu rəqəm 2000-ci
ildə cəmi 2 faiz təşkil edirdi. Sosial sahədə
mövcud problemlərin, o cümlədən, yox-
sulluğun  azaldılmasını  nəzərdə  tutan
Dövlət Proqramlarına uyğun olaraq əha-
linin torpaqdan, su ehtiyatlarından istifadə
etməsi, yeni iş yerlərinin yaradılması, təh-
sil  almaq,  səhiyyə  xidmətlərindən  fay-
dalanmaq imkanlarının genişləndirilməsi,
infrastruktur  və  kommunal  xidmətlərə
olan  ehtiyacın  ödənilməsi,  sanitariya  və
gigiyena şəraitinin, həmçinin ətraf mühitin
yaxşılaşdırılması, insan üçün layiqli həyat
şəraitinin təmin edilməsi məqsədi ilə 225-
dən çox tədbir həyata keçirilmişdir. Ölkə-
də uğurla fəaliyyət göstərən kommersiya
bankları, sığorta şirkətləri şəbəkəsi geniş-
lənir,  onların  real  sektorun  və  maliyyə
bazarının inkişafındakı rolu artır. Görülən
işlərin  nəticəsində  ölkədə  yoxsulluğun
səviyyəsi  2001-ci  ildəki  49  faizdən  11
faizə enmişdir (2010).
Azərbaycanın  iqtisadi  qüdrətinin  və
siyasi nüfuzunun artması ölkəmizin ərazi
bütövlüyünün  təmin  edilməsində  çox
güclü bir amilə çevrilir. 
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
20

Azərbaycanın  ictimai-siyasi,  sosial-
iqtisadi  həyatında  baş  verən  irimiqyaslı
kəmiyyət  və  keyfiyyət  dəyişiklikləri  bir
daha  təsdiqləyir  ki,  Heydər  Əliyevin
müəyyən etdiyi inkişaf strategiyası milli
mənafelər, respublikanın potensial imkan-
ları, dünya iqtisadiyyatının inkişaf meyil-
ləri nəzərə alınaraq uğurla həyata keçirilir.
Dövlət  quruculuğunun  möhkəmlən-
dirilməsi, ölkə iqtisadiyyatının keyfiyyətcə
yeni  mərhələyə  keçməsi,  Bakı-Tbilisi-
Ceyhan  neft  boru  kəmərinin  istifadəyə
verilməsi, Azərbaycanın digər qlobal və
regional layihələrdə iştirakı, Qərb və Şərq
ilə tarazlaşdırılmış əməkdaşlıq siyasətinin
həyata  keçirilməsində  əldə  olunan
nailiyyətlər Azərbaycanın yaxın gələcəkdə
dünyanın  sivil,  inkişaf  etmiş  ölkələri
səviyyəsinə yüksələcəyinə dəlalət edir.  
Azərbaycan dövləti sərbəst bazar mü-
nasibətlərinin inkişafını iqtisadi siyasətin
prioritet  istiqaməti  hesab  edərək  ölkədə
özəl sektorun genişlənməsi, kiçik və orta
biznesin inkişafına mane olan əngəllərin
aradan  qaldırılması,  ümumiyyətlə,  əlve-
rişli işgüzar investisiya mühitinin yaradıl-
ması  üçün  ardıcıl  və  sistemli  tədbirlər
həyata keçirdi. Hazırda ÜDM-in payında
özəl sektorun xüsusi çəkisi 80 faizdən çox-
dur.  Bu,  həm  MDB  məkanı,  həm  də
Avropa  ölkələri  ilə  müqayisədə  yüksək
nəticədir. 
Ümummilli  lider  Heydər  Əliyevin
2002-ci ildə bir neçə dəfə yerli və xarici iş
adamları ilə görüşlərinin nəticəsi olaraq
imzalanmış  bir  sıra  mühüm  fərman  və
sərəncamlarla ölkədə azad bazar münasi-
bətlərinə əsaslanan sahibkarlığın inkişa-
fında yeni mərhələnin bünövrəsi qoyuldu,
Heydər Əliyevin fərmanı ilə 2002-ci ildə
təsdiq edilən “Azərbaycanda kiçik və orta
sahibkarlığın inkişafının Dövlət Proqramı
(2002-2005-ci illər)” isə ölkədə sahibkar-
lığın inkişafına böyük təkan verdi. Son il-
lərdə bu işlər daha sürətlə davam etdirilir.
Prezident İlham Əliyev tərəfindən təsdiq
edilmiş dövlət proqramlarında müəyyən-
ləşdirilmiş istiqamətlər: ölkədə sahibkarlıq
mühitinin  yaxşılaşdırılması,  regionlarda
sahibkarlığın maliyyə təminatının artırıl-
ması, istehsal resursları və kadr potensialı
haqqında məlumat bazasının yaradılması,
infra strukturun inkişaf etdirilməsi, dövlət-
özəl  sektor  mü nasibətlərinin  inkişafı,
sahibkarların hüquqlarının mü dafiəsi me-
xanizmlərinin təkmilləşdirilməsi və sahib-
karlara texniki yardımın genişləndirilməsi
üzrə işlər uğurla davam etdirilir.  
Ölkənin daxili maliyyə ehtiyatlarının
iqtisadiyyatın real sektoruna yönəldilməsi,
qiymətli  kağızlar  bazarında  maliyyə
sabitliyinin  və  təhlükəsizliyinin  təmin
edilməsi, ölkənin qiymətli kağızlar baza-
rının dünya kapital bazarına inteqrasiyası
üçün  şəraitin  yaradılması  istiqamətində
işlər genişlənir. 
Azərbaycan dövləti aqrar islahatların
yeni  mərhələsində  respublika  əhalisinin
yarısının  yaşadığı  kəndin  daha  sürətli
sosial-iqtisadi  inkişafı,  burada  müasir
tələblərə  cavab  verən  istehsal  və  sosial
infrastrukturların  yaradılması,  fermer tə-
sərrüfatlarına qayğının artırılması, onlara
göstərilən aqroservis,  marketinq xidmə-
tinin yaxşılaşdırılması istiqamətində görü-
lən işlərin miqyasının genişləndirilməsini
özünün  iqtisadi  siyasətinin  prioritet  is-
tiqamətlərindən biri kimi qiymətləndirir. 
Etibarlı ərzaq təminatı hər bir ölkənin
iqtisadi  sabitliyinin  və  sosial  dayanıq-
lığının  başlıca  şərtidir.  Ona  görə  də
cəmiyyətin  bütün  üzvlərinin  əsas  ərzaq
məhsullarına  olan  tələbatının  tam  ödə-
nilməsi  üçün  davamlı  olaraq  müvafiq
təbirlərin keçirilməsi çox vacibdir. Azər-
baycan Respublikasında əhalinin etibarlı
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
21

ərzaq təminatını dövlətin iqtisadi siyasə-
tinin başlıca istiqamətlərindən biri hesab
edən Azərbaycan Respublikasının Prezi-
denti cənab İlham Əliyevin 2008-ci il 25
avqust tarixli sərəncamı ilə “2008-2015-ci
illərdə  Azərbaycan  Respublikasında
əhalinin ərzaq məhsulları ilə etibarlı təmi-
natına  dair  Dövlət  Proqramı”  təsdiq
edilmişdir. 
Müstəqil Azərbaycanın inkişaf strate-
giyasında  regionların  sosial-iqtisadi
inkişafının sürətləndirilməsi mühüm yer
tutur.  Regional  siyasətə  yeni  yanaşan
Azərbaycan  dövləti  regionların  tarazlı
inkişafını  özünün  iqtisadi  siyasətinin
mühüm istiqaməti hesab edir. Çünki inzi-
bati-amirlik 
sistemi, 
maddi-texniki
resursların mərkəzləşdirilmiş bölüşdürmə
mənbələri,  yuxarıdan  müəyyən  edilən
planlaşdırma artıq yoxdur və bazar qanun-
ları  ön  plana  keçmişdir.  Eyni  zamanda,
yerli  hakimiyyət  orqanlarının  büdcə  və-
saitlərindən istifadə hüquqları genişlənir,
azad işgüzarlıq, sahibkarlıq fəaliyyətinin
güclənməsi 
ilə 
yanaşı, 
bələdiyyə
mülkiyyəti də formalaşır. 
2004-cü il fevralın 11-də Azərbaycan
Respublikasının Prezidenti “Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın (2004-2008-
ci illər)” təsdiq edilməsi haqqında fərman
imzaladı. Dövlət Proqramı ölkənin əhalisi
üçün böyük əhəmiyyət kəsb edən, bir neçə
fundamental məsələnin həllinə yönəlmiş
aşağıdakı məqsədləri nəzərdə tuturdu: ölkə
iqtisadiyyatının tarazlı inkişafının təmin
olunması  və  neft  amilindən  asılılığın
azaldılması;    regionlar    arasında  sosial-
iqtisadi  inkişafa  görə  yaranmış uyğun-
suzluqların, 
səmərəsiz 
miqrasiya
proseslərinin  xeyli  dərəcədə  yumşaldıl-
ması; regionların malik olduğu resurslar-
dan səmərəli istifadə olunması; mövcud
yerli istehsal müəssisələrinin fəaliyyətinin
bərpası və gücləndirilməsi, yeni iş yerləri
yaradılması; regionların istehsal, sosial in-
frastrukturunun  müasir  tələblər  səviy-
yəsində qurulması. 
Regionlarda  istehsal  və  sosial  infra-
strukturların  yenidən  qurulması  istiqa-
mətində  irimiqyaslı  layihələrin  həyata
keçirilməsi  nəticəsində  Bakı  ilə  yanaşı,
Naxçıvan MR və digər iqtisadi rayonlarda
dünya standartlarına cavab verən istehsal
və  xidmət  sahələri,  ofislər,  binalar  isti-
fadəyə  verilir.  Rabitə,  informasiya
texnologiyaları, nəqliyyat, energetika, qaz
təchizatı sistemi təkmilləşir, müasir rabitə
stansiyaları,  qovşaqları  açılır.  Ucqar
kəndlərdə əhaliyə xidmətin yaxşılaşdırıl-
ması  ilə  bağlı  çoxsaylı  tədbirlər  həyata
keçirilir. Özəl sektorun strukturu təkmil-
ləşir, həm ənənəvi istehsal və xidmət, həm
də intellektual mülkiyyət sahələrinə sər-
mayə qoymaq marağı artır. Nəticədə “Re-
gionların  sosial-iqtisadi  inkişafı  Dövlət
Proqramı” çərçivəsində həyata keçirilən
tədbirlər nəticəsində ölkə üzrə yeni iş yer-
lərinin 80-85 faizi regionların, yaradılan
ÜDM-in 90-93 faizi qeyri-neft sektorunun
payına düşür. Regionların inkişafı, yoxsul-
luğun  azaldılması  və  işsizliyin  ləğvini
nəzərdə tutan strateji proqramların həyata
keçirilməsi  nəticəsində  ölkənin  iqtisadi
həyatı daha da canlanmış, real sektor və
xidmət  sahələrinə  aid  yüzlərlə  müəssisə
yaradılması hesabına artıq işsizlik prob-
leminin həllində ciddi irəliləyişlər baş ver-
mişdir. 
Azərbaycanın yeni reallıqları ondan
ibarətdir ki, hər bir bölgədə inkişaf var,
hər bir bölgədə sosial-iqtisadi proqramlar
icra  olunur,  investisiyalar  qoyulur  və
beləliklə, Azərbaycanın bölgələri yaradıl-
mış  əlverişli  şəraitdən  uğurla  istifadə
edirlər. 
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
22

Bununla belə, regionların əksəriyyəti
dövlətdən verilmiş dotasiyalar hesabına
yaşayırlar. Bunun da obyektiv səbəbləri
var. Yəqin ki, bu, təbiidir. Bununla belə,
hər  bir  bölgə  özünə  xas  olan  xü-
susiyyətlərdən, spesifik coğrafi və ərazi
imkanlarından  istifadə  edərək  özünü
maksimum  dərəcədə  yerli  istehsalın
artırılması hesabına təmin edə bilər.
Dövlət,  əlbəttə  ki,  bu  subsidiyaları,
dotasiyaları  verməyə  davam  edəcək.
İnfra-struktur layihələrinin həyata keçi-
rilməsi, kənd təsərrüfatına subsidiyaların
verilməsi bir müddət obyektiv zərurətdir.
Özəl sektora verilən kreditlər artıq gözəl
nəticələrini verir və hər bir bölgənin öz
proqramı  var  və  proqram  da  çox
müfəssəldir.  Hesablamalar  göstərir  ki,
qarşıdakı  dövrdə  regionların  maliyyə
imkanlarının  genişlənməsi  meyli  xeyli
güclənəcəkdir”. (İlham  Əliyev,  13  iyul
2010-cu il).
Azərbaycan  dünyanın  ən  nüfuzlu
maliyyə  təşkilatları:  Dünya  Bankı,
Beynəlxalq Valyuta Fondu (BVF), Avropa
Yenidənqurma və İnkişaf Bankı (AYİB),
Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı,
Almaniyanın  KfW  İnkişaf  Bankı,  Ərəb
Fondları (Küveyt Fondu, Abu-Dabi Fondu,
Səudiyyə Fondu, OPEK Fondu), Yaponiya
Beynəlxalq  Əməkdaşlıq  Bankı,  Qara
Dəniz Ticarət və İnkişaf Bankı və digər
beynəlxalq maliyyə institutları ilə faydalı
əməkdaşlıq edir.
1996-cı ildə Azərbaycan ilə Avropa İt-
tifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi imzalandıqdan sonra iqtisadi ticarət
əlaqələri  sürətlə  artmaqdadır.  Ölkənin
dünya  iqtisadiyyatına  inteqrasiyasını
sürətləndirmək  məqsədi  ilə  Azərbaycan
Respublikasının  Ümumdünya  Ticarət
Təşkilatına  üzv  olması  barədə  intensiv
danışıqlar  aparılır. Azərbaycan  Respub-
likasının  MDB  ölkələri  ilə  iqtisadi
əlaqələri də mühüm əhəmiyyətə malikdir
və hazırda bu ölkələrlə qarşılıqlı marağa
əsaslanan əməkdaşlıq inkişaf etdirilir. 
Respublika  iqtisadiyyatının  ayrı-ayrı
sahələri  arasında  münasibətlərin  qurul-
masında  informasiya  texnologiyalarının
rolu getdikcə artmaqdadır. Dünyada infor-
masiya texnologiyaları vasitəsilə ötürülən
informasiyanın  həcminin  çox  böyük
sürətlə  artması  iqtisadiyyatın  digər
sahələrinin bu texnologiyalardan asılılığını
çoxaldır. İnkişaf etmiş ölkələrin təcrübəsi
göstərir  ki,  səmərəli  informasiya  texno-
logiyaları  infrastrukturunun  yaradılması
milli  iqtisadiyyatın  inkişafını,  əlverişli
biznes  mühitinin  yaradılmasını  və  digər
problemlərin həllini stimullaşdırır. 
“Biz  resursları  maliyyə  resursları,
kreditlər, investisiyalar şəklində ölkə iqti-
sadiyyatına  qoymalıyıq  ki,  həmin  layi-
hələr də öz növbəsində milli gəlir gətirsin
və bunun hesabına Azərbaycanın büdcəsi
dolsun.  Bu  istiqamətdə  görülmüş  işlər
təqdirəlayiqdir.  Əgər  biz  çox  böyük  in-
vestisiyaları qoymasaydıq, əgər biz bəzi
bey-nəlxalq məsləhətçilərə qulaq assay-
dıq və ehtiyatları sadəcə olaraq yığsaydıq,
bu gün Azərbaycan iqtisadiyyatı çox ağır
vəziyyətə düşə bilərdi. Biz bu böhrandan
məhz ona görə uğurla çıxdıq ki, qeyri-
neft  sektoru  hesabına  iş  yerləri  açıldı,
yerli istehsal işə başladı, idxaldan asılılıq
azaldı.  Biz  demək  olar  ki,  ərzaq  məh-
sulları ilə özümüzü maksimum dərəcədə
təmin edirik. Əgər kreditləri verməsəydik,
infrastruktur  layihələrini  həyata  keçir-
məsəydik,  yolları  çəkməsəydik,  elektrik
stansiyaları  tikməsəydik,  qazlaşdırma
aparılmasaydı, onda bunların heç biri də
olmazdı. Bizim indi bəlkə də 24 yox, 30,
ya 28 milyard pulumuz olacaqdı, ancaq
ölkədə  proseslər  mənfi  istiqamətdə
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
23

24
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
gedəcəkdi. Məhz o vaxt biz bax bu “Hol-
land xəstəliyi” ilə üzləşə bilərdik. Amma
biz öz yolumuzu seçdik. Biz ehtiyatları da
yığdıq - bax bu il artan valyuta ehtiyat-
larımız onu göstərir ki, bu artım gedir -
eyni  zamanda,  lazım  olan  sahələrə  in-
vestisiyaları  böyük  həcmdə  yönəldə
bildik.
Bu gün Azərbaycan hərtərəfli inkişaf
edən  ölkədir.  Bizim  şəhərlərimiz  abad,
gözəl  şəhərlərdir.  Hər  bir  şəhərdə  işlər
gedir,  sosial  məsələlər  həllini  tapır.
Abadlıq, quruculuq işləri aparılır. Deyə
bilərəm ki, biz bu investisiyaları ölkəyə
lazım olan sahələrə tətbiq etməklə böyük
uğurlara  nail  ola  bilmişik.  Gələcəkdə
dövlət  investisiya  proqramı  geniş  ol-
malıdır. Bu proqram 2009-2013-cü illəri
əhatə  edən  Dövlət  Proqramının  tərkib
hissəsidir... 
Azərbaycan böhranlı ildə böhrandan
ən  az  əziyyət  çəkən  ölkələrdən  biridir.
Bunun  başlıca  səbəbi  bizim  siyasə-
timizdir,  aparılan  islahatlardır,  sosial
siyasətdir, infrastruktur layihə-ləridir və
müstəqil  siyasətimizdir.  Biz  nəyi  hesab
edirik ki, düzdür, ölkə üçün lazımdır, onu
da  edirik.  Biz  əlbəttə  ki,  beynəlxalq
maliyyə  qurumları  ilə  də  yaxşı  əmək-
daşlıq  edirik  və  məsləhətləşmələr
aparırıq,  ancaq  öz  bildiyimizi  edirik.
Çünki  biz  tam  əminik  ki,  bizim  siyasə-
timiz  Azərbaycan  xalqının  mənafeyinə
xidmət göstərir”. (İlham Əliyev, 16 ok-
tyabr 2009-cu il).
Azərbaycanın beynəlxalq aləmdə rey-
tinqi yüksəlir. Qərblə, Şərqlə, qardaş Tür-
kiyə  ilə,  şimal  qonşumuz  Rusiya  ilə
əməkdaşlıq imkanları genişlənir. Azərbay-
can  dövləti  dünyada  düşünülmüş,  ba-
lanslaşdırılmış  siyasət  aparan  bir  dövlət
kimi tanınır.
“Biz  öz  iqtisadiyyatımızı  inkişaf  et-
diririk.  Azərbaycan  iqtisadi  cəhətdən
artıq oturuşmuş dövlət kimi tanınır. Mən
hesab edirəm ki, biz artıq iqtisadi sahədə
keçid dövrünü başa vurmuşuq. Dünyanın
aparıcı maliyyə qurumları Azərbaycanda
apa-rılan  islahatları  çox  yüksək
qiymətləndirir”. (İlham Əliyev, 2 noyabr
2009-cu il).
Bu nailiyyətlərin vacib səbəblərindən
biri ondan ibarətdir ki, müstəqil Azərbay-
can  dövləti  azad  bazar  münasibətlərini
fetişləşdirmədi, ona bütün prob-lemlərin
həlli mənbəyi kimi baxmadı. Ölkədə icti-
mai mülkiyyətin hökmranlığından qurtar-
maq  üçün  qarışıq  mülkiyyət  formasına
üstünlük verildi. Bu gün respublikada min-
lərlə  özəl  müəssisə,  səhmdar  cəmiyyət,
şirkət  fəaliyyət  göstərir.  Eyni  zamanda,
səmərəli fəaliyyət göstərən dövlət sektoru
vardır. Ən vacib məsələ ondadır ki, dövlət
strateji resursları öz əlində saxladı, Dövlət
Neft  Şirkətini  özəlləşdirmədi,  dövlət
sahibkarlığı  institutunu  formalaşdırdı,
sahibkarlığı  iqtisadi  inkişafın  strateji
resursu  kimi  qiymətləndirdi,  ölkədə
işgüzar investisiya muhitinin yaradılması
üçün ardıcıl və sistemli tədbirlər həyata
keçirdi. 
2003-cü  ildə  Azərbaycan  Respub-
likasının Prezidenti seçilmiş İlham Əliyev
demişdir: “Oktyabrın 15-də Azərbaycan
xalqı seçki məntəqələrinə gələrək Heydər
Əliyev  siyasətinə  səs  veribdir.  Sülhə,
əmin-amanlığa, tərəqqiyə, inkişafa, qu-
ruculuğa,  sabitliyə  səs  veribdir.  Bu
siyasətə Azərbaycanda alternativ yoxdur.
Azərbaycana  hörmət  edirlər.  Azərbay-
canda  demokratiya  daha  da  inkişaf
edəcəkdir, siyasi plüralizm, söz azadlığı
təmin  olunacaqdır.  Ölkəmiz  müasir
dövlətə  çevriləcəkdir.  Bütün  bunları
etmək üçün Azərbaycanda çox işlər gör-
mək lazımdır. Ancaq bütün bunları hə-

25
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
yata  keçirmək  və  Azərbaycanı  qüdrətli
dövlətə  çevirmək  üçün,  ən  başlıcası,
ölkədə Heydər Əliyevin siyasəti davam et-
dirilməlidir.  Bu  gün  yüksək  kürsüdən
çıxış  edərkən  mən Azərbaycan  xalqına
söz  verirəm  ki,  bu  siyasətə  sadiq  qala-
cağam,  heç  vaxt  bu  yoldan  dön-
məyəcəyəm,  Heydər  Əliyevin  siyasətini
davam etdirəcəyəm”.
Bu gün Azərbaycan dünyada dinamik
inkişaf edən, beynəlxalq nüfuzu artan  ölkə
kimi tanınır. Bu cür müsbət inkişaf meyil-
ləri Azərbaycanın iqtisadi qüdrətinin daha
da möhkəmlənməsini, inkişaf etmiş ölkə-
lər səviyyəsinə çatmasını təmin edir. 
İnkişafın Azərbaycan  modelinin  əsas
xüsusiyyətlərindən biri də sosialyönüm-
lülüyün üstünlük təşkil etməsidir. Ümu-
miyyətlə isə, müasir dövrdə sosial ədalət
meyarını  rəhbər  tutan  hər  bir  dövlətin
qarşıya qoyduğu ən ali məqsəd vətəndaş
amilinin  tərəqqisi,  insanlar  üçün  maksi-
mum  firavan  yaşayış  şəraitinin  təmin
edilməsidir. 
Sosial siyasəti daha səmərəli şəkildə re-
allaşdırmaq  üçün  2009-cu  ilin  martında
ümumxalq səsverməsi - referendum yolu
ilə Azərbaycan  Respublikasının  Konsti-
tusiyasına  bir  sıra  mühüm  əlavə  və  də-
yişikliklər edilmişdir. Bununla da, ölkədə
sosialyönümlü bazar iqtisadiyyatının qu-
rulması  dövlətin  ali  məqsədindən  biri
sayılmışdır. 
İnkişafın Azərbaycan modeli, həm də
ona  görə  uğurlu  nəticələr  əldə  etməyə
imkan verir ki, iqtisadi və siyasi islahatlar
bir-biri ilə qarşılıqlı əlaqəli şəkildə aparılır.
Azərbaycan dövləti sosialyönümlü bazar
iqtisadiyyatının qurulmasında məqsəd və
vəzifələri, hədəfləri dəqiq əsaslandırılmış
strateji proqramlardan (Yoxsulluğun azal-
dılması, regionların sosial-iqtisadi inkişafı
dövlət proqramları, demoqrafik siyasət, iş-
sizliyin azaldılması, sosial sferanın maddi-
texniki bazasının möhkəmləndirilməsi və
s.)  istifadə  edir,  sosial  tərəqqini,  key-
fiyyətli inkişafı xarakterizə edən göstəri-
cilərin daim yaxşılaşmasını özünün vacib
vəzifələrindən sayır. 
Bu gün dünyanın aparıcı siyasətçiləri,
dövlət xadimləri, ekspertləri ölkəmizin di-
namik  inkişafını,  qlobal  dünya  layi-
hələrində  iştirakını,  cəmiyyətdə  əldə
olunmuş  konsensusu,  iqtisadi  inkişafla
sosial tərəqqi arasında tarazlığın yaradıl-
masını, müstəqil dövlətin inkişafının Azər-
baycan  modelini  fərqləndirən  vacib
keyfiyyətlər kimi qiymətləndirirlər.  
Azərbaycanın  inkişaf  modelini  digər
ölkələrin  inkişaf  modellərindən  fərqlən-
dirən cəhətlərdən biri də odur ki, burada
iqtisadi  inkişafla  demokratik  inkişaf
arasında qarşılıqlı əlaqənin təmin edilməsi
prioritet vəzifələrdən sayılır. Təəssüf ki,
Qərbin bir sıra ideoloqları hesab edirlər ki,
ölkəmizdə  demokratik  proseslər  daha
sürətlə  inkişaf  etməlidir.  Onlar  nəzərə
almırlar  ki,  iqtisadi  tərəqqi  olmadan
demokratik  prosesləri  sürətləndirmək,
“Qərb  demokratiyası”  standartlarını
müstəqilliyini  cəmi  20  il  bundan  əvvəl
əldə  etmiş  ölkəyə  tətbiq  etmək  heç  bir
müsbət  nəticə  verə  bilməz.  Bu  çağırış
Azərbaycana, onun talehyüklü problem-
lərinə  subyektiv  yanaşmanı  əks  etdirir,
dövlətimizin,  xalqımızın  ictimai-siyasi
həyatına,  ölkəmizin  maraqlarına  cavab
verməyən xarici təsirin artırılması məqsə-
dini daşıyır.
Akademik  Ramiz  Mehdiyev  haqlı
olaraq bildirir: “Biz gizlətmirik ki, bəzən
Azərbaycanda demokratiyanı tənqid edir-
lər,  lakin  onun  çatışmazlıqlarının  nədən
ibarət olmasını əməlli-başlı izah etmirlər.
Siyasi və sosial-iqtisadi sahədəki, o cüm-
lədən  vətəndaşların  rifahının  təmin

26
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
edilməsi  sahəsində  ümdə  problemlərin
həllindəki uğurları, habelə iqtisadiyyatın
liberallaşmasını  nəzərə  almadan  tənqid
edirlər.  Bununla  bərabər,  unudurlar  ki,
bizim demokratiya, obrazlı şəkildə desək,
yeniyetməlik  mərhələsindədir,  halbuki,
Qərb  demokratiyası  artıq  postindustrial
cəmiyyət  şəraitində  yaşayır,  siyasi
texnologiyalar  dövrünə  qədəm  qoymuş-
dur. Azərbaycan hələ postindustrial tsiklini
genişləndirməli və dərinləşdirməli, sonra
onu başa çatdırmalıdır”.
Aparılan kompleks təhlillər göstərir ki,
ölkənin  iqtisadi  inkişaf  səviyyəsi  yük-
səldikcə demokratik institutların fəaliyyəti
genişlənir, yoxsulluğun səviyyəsi azalır,
insanları  narahat  edən  sosial  məsələlər
həllini  tapır,  ölkədə  sivil  vətəndaş
cəmiyyətinin qurulması imkanları əhəmiy-
yətli  dərəcədə  genişlənir.  Bütün  bunlar
ölkəmizin reallığıdır. 
Ümumiyyətlə,  inkişafın  yeni  mərhə-
ləsinin  əsas  hədəfi  milli  iqtisadiyyatın
rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə
və  dünya  təsərrüfat  sisteminə səmərəli
inteqrasiyasına  nail  olmaqla,  uzunmüd-
dətli perspektivdə ölkədə dinamik sosial-
iqtisadi  inkişafın  davamlılığını  təmin
etməkdən ibarətdir. Azərbaycan Respub-
likasının Prezidenti İlham Əliyevin imza-
ladığı  fərmanlarda,  təsdiq  etdiyi  dövlət
proqramlarında bu hədəflərin reallaşdırıl-
ması üçün yerinə yetirilməsi zəruri olan
vəzifələr müəyyənləşdirilmişdir. Bunlara
ölkənin malik olduğu iqtisadi potensialın
gücləndirilməsi  və  bu  potensialın  kom-
pleks  şəkildə  səmərəli  reallaşdırılması;
qeyri-neft sektorunun inkişaf etdirilməsi
(neftdən asılı olmayan güclü Azərbaycan
iqtisadiyyatının formalaşdırılması); hər bir
regionun malik olduğu potensialdan tam
və  səmərəli  istifadə  olunması,  onların
inkişafının tarazlaşdırılması; çoxlu sayda
yeni iş yerlərinin açılmasına şərait yaradıl-
ması;  sahibkarlığın  inkişaf  etdirilməsi;
sosial xidmətlərin həcminin, keyfiyyətinin
və  ünvanlılığının  əhəmiyyətli  dərəcədə
artırılması; yoxsulluğun azaldılması və s.
mühüm vəzifələri aid etmək olar.
MDB  məkanında  qlobal  böhranla
mübarizə sahəsində ən əlverişli potensialın
Azərbaycanda  olduğunu  Ümumdünya
İqtisadi 
Forumu 
(Davos 
forumu)
tərəfindən  açıqlanan  “Qlobal  Rəqabət
Hesabatı – 2010” adlı sənəd bir daha təs-
diqləmişdir.  Dünyanın  133  ölkəsini,  o
cümlədən  postsovet  dövlətlərini  əhatə
edən hesabatdan aydın olmuşdur ki, Azər-
baycan  qlobal  rəqabətlilik  indeksinə
əsasən, 2008-ci illə müqayisədə bir neçə
pillə irəliləmişdir. Əgər 2008-ci ildə həmin
indeks üzrə Azərbaycan 69-cu yerdə qərar-
laşmışdısa,  2010-cu  ildə  51-ci  pillədə
dayanmışdır. 
Son illərdə aparılan çevik və səmərəli
vergi siyasəti də ölkəmizin dinamik sosial-
iqtisadi  inkişafının  təmin  edilməsində
mühüm rol oynayır. Belə ki, dövlət büd-
cəsinin  parametrlərinin  köklü  dərəcədə
yaxşılaşmış, büdcə gəlirləri dəfələrlə art-
mışdır.  “Vergilər  Nazirliyi  çox  yaxşı
işləyir, işlərini çox yaxşı qurub... Azər-
baycanın  hərtərəfli  inkişafında  vergi
orqanlarının  çox  mühüm  rolu  var” -
Prezident  İlham  Əliyevin  bu  sözləri
ölkəmizin iqtisadi sistemində gedən  də-
yişikliklərə verilən ən yüksək qiymətdir.
Dövlətimizin başçısının təşəbbüsü və rəh-
bərliyi ilə bu gün vergi sistemində aparılan
islahatlar bütövlükdə keyfiyyətli iqtisadi
inkişafı,  real  sektorun  daha  səmərəli
fəaliyyətini  təmin  etmək,  vergi  mədə-
niyyətini  yüksəltmək  məqsədi  daşıyır.
Sahibkarlığa kömək etmək, onun struktu-
runu  təkmilləşdirmək,  qanunda  nəzərdə
tutulmuş hər hansı bir sahibkarlıq növü ilə

27
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
məşğul olmaq üçün əlverişli şərait yarat-
maq, bürokratik əngəlləri aradan qaldır-
maq  istiqamətində  görülən  işlərin
səmərəliliyi artır, “bir pəncərə” sisteminin
tətbiqi uğurlu nəticələr verir.
Dövlət  müstəqilliyinin  bərpasından
ötən 20 il ərzində ölkənin iqtisadi siyasə-
tinin, o cümlədən, onun vergi siyasətinin
formalaşması,  inkişafı  bir  sıra  çox
mürəkkəb  mərhələlərdən  keçmişdir.  Biz
bu gün qətiyyətlə deyə bilərik ki, müstəqil
Azərbaycanın  Vergilər  Nazirliyi  bu
mərhələlərdən çox uğurla keçmiş, ölkənin
iqtisadi  təhlükəsizliyini  təmin  edən
mühüm bir quruma çevrilmişdir. Təbii ki,
görüləsi işlər çoxdur. Dövlət başçısı İlham
Əliyevin  ölkənin  keyfiyyətli  inkişafına
xidmət edən strateji proqramlarının həyata
keçirilməsi, qlobal dünya iqtisadiyyatında
baş verən və baş verə biləcək sarsıntılara
dayanıqlı olmaq üçün vergi sisteminin də
təkmilləşməsinə ehtiyac vardır.  Vergilər
Nazirliyi vergi siyasətini həyata keçirən
mərkəzi  icra  orqanı  kimi  bu  vəzifələri
görür,  onların  həlli  istiqamətində
məqsədyönlü iş aparır. 
Prezident  İlham  Əliyevin  vergilərin
könüllü ödənilməsi sisteminin inkişafı və
vergi ödəyicilərinin hüquqlarının etibarlı
müdafiəsinin təmin edilməsi; vergi fırıl-
daqçılığı  və  vergilərin  ödənilməsindən
yayınma  halları  ilə  mübarizənin  güc-
ləndirilməsi, aşağı səviyyəli risklər olan
sistem  kimi  vergi  inzibatçılığının  for-
malaşdırılması;  vergilərin  məcburi  ödə-
nilməsi  sisteminin  təkmilləşdirilməsi  və
vergi borclarının yaranmasının qarşısının
alınması; vergi orqanlarında beynəl-xalq
standartlara  uyğun  idarəetmə  sisteminin
inkişafı və müasir tələblərə cavab verən

informasiya kompyuter sisteminin yaradıl-
masının davam etdirilməsi barədə tapşı-
rıqları uğurla icra edilməkdədir. 
Bu ilin sentyabr ayında Vergilər Nazir-
liyinin  Şamaxı  rayonunda  yeni  inşa
edilmiş Tədris Mərkəzinin açılış mərasi-
mində Prezident İlham Əliyev ölkəmizin
vergi sistemində həyata keçirilən islahat-
ları  yüksək  qiymətləndirərək  demişdir:
“...Ölkə iqtisadiyyatı üçün çox vacib olan
sahədə - vergilər sistemində aparılan is-
lahatlar,  tətbiq  edilən  yeniliklər,  “bir
pəncərə” təşəbbüsü, bütün bunlar müasir
Azərbaycanın inkişafına xidmət göstərir.
...Vergilər Nazirliyində tətbiq edilmiş “bir
pəncərə” prinsipi indi başqa qurumlarda
da tətbiq olunur. Bu prinsip, əslində, həm
müasir səviyyəni göstərir, eyni zamanda,
Azərbaycanda iqtisadi sahədə şəffaflığın
təmin edilməsi üçün də çox vacib rol oy-
nayır. Biz indi “elektron hökumət” qay-
dalarını tətbiq etməyə çalışırıq. Vergilər
Nazirliyində  toplanan  təcrübə  çox
qiymətlidir.  Mən  çox  şadam  ki,  sizin
nazirliyiniz  müasir  əsaslarla  idarə  ol-
unur,  müasir  menecment  tətbiq  edilir,
dünya  praktikası  öyrənilir.  Biz  elə  et-
məliyik ki, dünya praktikasını, onun ən
qabaqcıl nümunələrini Azərbaycanda tət-
biq edək”.
Azərbaycanın ümummilli lider Heydər
Əliyev tərəfindən əsası qoyulmuş, Prezi-
dent İlham Əliyevin çevik praqmatizmlə
reallaşdırdığı özünəməxsus iqtisadi inkişaf
modeli dövlətimizin daha da güclənməsinə
və qüdrətlənməsinə, xalqımızın keyfiyyətli
yaşayış  səviyyəsini  təmin  edilməsinə
möhkəm zəmin yaradır. Bu uğur modeli
Prezident İlham Əliyevin sözləri ilə desək
daha  dərin  mahiyyət  daşıyır:  “Biz  neft
gəlirlərindən  səmərəli  istifadə  etməklə
iqtisadiyyatımızı  böyük  dərəcədə  şaxə-
ləndirə bilmişik və Azərbaycanda iqtisadi
artım  sürəti  bunun  bariz  nümunəsidir.
Ona görə biz beynəlxalq iqtisadi əmək-
daşlıq  məsələlərinə  həmişə  öz  mövqe-
yimizdən yanaşmışıq”.
Azərbaycan  dövlətinin  uğurları  bir
daha sübut edir ki, elmi əsaslara söykənən
düzgün  yolun  seçilməsi  sosial-iqtisadi
inkişafın ən mühüm amilidir. İnkaredilməz
həqiqət  belədir  ki,  liberalizmi  fetişləş-
dirməyərək,  ona  çox  ustalıqla,  təmkinlə
yanaşan Azərbaycan dövləti iqtisadiyyatda
böyük nailiyyətlər əldə etmiş, regionun,
Avropanın,  dünyanın  iqtisadi-siyasi  hə-
yatında  fəal  iştirak  edən,  beynəlxalq
aləmdə  mövqeyini,  imicini  ildən-ilə
möhkəmləndirən dövlətə çevrilmişdir. İn-
amla deyə bilərik, əsası ulu öndər Heydər
Əliyev  tərəfindən  qoyulmuş,  möhtərəm
Prezident  İlham  Əliyevin  qətiyyətlə
davam  etdirdiyi  siyasi  xətt  Azərbaycan
özünəməxsus  inkişaf  modelinin  bundan
sonrakı  uğurlarını  da  davamlı  şəkildə
təmin edəcəkdir!
t
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
28

-  Burçin  bəy,  son  illər  ciddi  çalxan-
tıların yaşandığı dünya iqtisadi və maliyyə
sistemində nə baş verir və bu istiqamətdə
ölkələrimiz  baxımından  alınacaq  dərslər
nələr ola bilər?
- Elşən bəy, sualınızı cavablandırmadan
öncə, belə bir müsahibə təşəbbüsü ilə çıxış
etdiyiniz üçün sizə və jurnalınızın kollekti-
vinə öz təşəkkürümü bildirmək istəyirəm.
Qəlbən  söyləyə  bilərəm  ki,  jurnalınız  va-
sitəsilə qardaş Azərbaycan oxucularına xitab
edə  bilmək  bizim  üçün  xüsusi  bir  bəxti-
yarlıqdır. 
Sualınıza  gəldikdə  isə,  öncə  onu  qeyd
edə bilərəm ki, son iyirmi ildir inkişaf etmiş
ölkələr  başda  olmaqla  qlobal  miqyasda
yaşanılan və maliyyə sektorunun getdikcə
dərinləşməsinə gətirib çıxaran iqtisadi pro-
seslər və zaman keçdikcə iqtisadiyyatın real
sektorunun arxa plana atılması kapitalist sis-
temdə ciddi bir krizə yol açmışdır. Zəngin-
liyin mənbəyini istehsal əvəzinə mübadilə
vasitəsində görən düşüncə geniş yayıldıqca
pula  fokslanmış  bir  iqtisadi  siyasət  önə
çıxmışdır.  Belə  ki,  mərkəzi ABŞ  olmaqla
başlayan  və  maliyyə  sektorundakı  “sabun
köpükləri”nin partlaması ilə təsirini artıran
iqtisadi kriz bir anda bütün dünyanı əhatə et-
mişdir. Bir çox ölkə böhranın təsirinə məruz
qaldığı  halda,  real  sektoru  güclü  olan
ölkələrin böhrandan gördüyü zərər nisbətən
daha  az  olmuşdur.  Maliyyə  sektorunun
dərinləşməmiş olduğu və real sektoru güc-
lənməkdə olan ölkələrdə isə kriz demək olar
ki, hiss edilməmişdir.
Həm  Türkiyə,  həm  də  Azərbaycan
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
29

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   22


Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2017
ma'muriyatiga murojaat qiling